Nar şirəsi

Xayfa Texnionun tədqiqatçılari aşkar ediblər
ki,nar şirəsi şəkərli diabetdən əziyyət çəkənlər
üçün əsl dərman ola bilər. Atherosclerosis jurnalinda
dərc edilmiş tədqiqatın nəticələrinə görə 3 ay
müddətində hər gün 180ml nar şirəsi içmiş pasientlərdə
damarlarda aterosklerozun inkişaf riski əhəmiyyətli
dərəcədə enmişdir. Ateroskleroz-diabetiklərin
ölümünün əsas səbəbidir: mədəaltı vəzin çatmamazlığından
əziyyet çəkənlərin 80%-i ondan tələfr olur.
Ən təəcüblüsü odur ki, nar şirəsinin tərkibində
olan şəkər qanda şəkərin səviyyəsini qaldırmır—Texnionun
tibb fakultəsinin professoru, tədqiqat qrupunun
rəhbəri Mixael Aviram bunu xüsusi qeyd edir. Alimlər
bunu başqa meyvələrdən fərqli olaraq, nar şirəsinin
tərkibindəki şəkərin unikal antioksidantla bağlı
olması ilə izah edirlər ki,bu da onu ateroskleroza
qarşı preparata çevirir. Lakin qeyd etmək lazımdir,bu
tədqiqatda yalnız 20 pasient iştirak etdiyinə
görə nəticələrin yoxlanmağa və təsdiqə ehtiyaci
vardır.
Amerika alimlərinin axırıncı tədqiqatları göstərdi
ki, nar şirəsi kişi potensiyasına viaqradan pis
təsir göstərmir.
Hesab edirlər ki, nar şirəsi qan dövranını gücləndirən
natioksidantlarla zəngindir.O eyni ilə impotensiyanın
müalicəsində istifaə olunan dərmanlar kimi azot
oksidinin səviyyəsini yüksəldir, bu da qan damarlarının
genişlənməsini sürətləndirir.
Zəif cinsi disfunksiyadan əziyyət çəkən 53 nəfər
21 yaşdan 70 yaşa qədər könüllü 1 ay müddətində
şam yeməyindən sonra 1 stəkan nar şirəsi içmişdir.
Demək olar ki, onların yarısı məhəbbət sahəsindəki
uğurları haqda alimlərə məlumat veriblər.
Kaliforniya universitetinin doktoru Kristofer
Forest ereksiyanın pozğunluğundan əziyyət çəkənlərin
müalicəsində nar şirəsinin böyük potensiala malik
olduğunu söyləyir.
Ürək xəstəlikləri və prostat vəzin xərçəngi
riskini azaltmaq qabiliyyətinə görə nar meyvəsi
artıq “super meyvə” hesab olunub. Alimlərin fikrinə
görə digər meyvələr, çay və qırmızı şəraba nisbətən
onun tərkibində daha çox antioksidant vardır.
Geriyə