Diabet xəstəlik deyil, həyat tərzidir!
Əlaqə
Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az
Email: farhad@diabet.az
Alqoritm 15
- Подробности
- Просмотров: 6575
15. Hestasion şəkərli diabet
Hestasion şəkərli diabet (HŞD) – bu hamiləlik zamanı birinci dəfə əmələ gəlmiş və ya aşkar olunmuş karbohidrat mübadiləsi pozğunluğudur.
|
HŞD-in inkişafının risk qrupları
Parametrlər
|
Yüksək risk
|
Mötədil risk
|
Aşağı risk
|
Artıq çəki (ideal çəkidən 20% artiq)
|
Hə
|
Hə
|
Yox
|
Yaxın qohumlarda 2-ci tip ŞD
|
Hə
|
Yox
|
Yox
|
HŞD anamnezdə
|
Hə
|
Yox
|
Yox
|
Qlükozaya tolerantlığın pozulması
|
Hə
|
Yox
|
Yox
|
Əvvəlki və ya hal-hazırkı hamiləlikdə qlükozuriya
|
Hə
|
Hə/yox
|
Yox
|
Anamnezdə hidroamnion və ya iri döl
|
Hə/yox
|
Hə
|
Yox
|
Anamnezdə çəkisi 4000 qramdan artıq uşağın doğulması və ya ölü doğulmuş
|
Hə/yox
|
Hə
|
Yox
|
Hal-hazirki hamiləlikdə çəkinin sürətlə artması
|
Hə/yox
|
Hə
|
Yox
|
Yaşın 30-dan yuxarı olması | Hə/yox | Hə | <30 yaş |
HŞD-in diaqnostikası və skrininqi
Qlükozaya tolerantliq testinə əsasən HŞD-in aşkara çıxarılma kriteriyaları
Qlükozanın miqdarı
|
Acqarına
|
1saatdan sonra
|
2 saatdan sonra
|
3 saatdan sonra
|
50qr qlükoza
100qr qlükoza |
>5,3 mmol/l
>5,3 mmol/l |
>7,8mmol/l
>10,0mol/l |
-
>8,6mmol/l |
-
>7,8mmol/l |
100qr qlükoza ilə qlükozaya tolerantlıq testinin göstəricilərinin ən azı 2 göstəricisi normadan yuxarıdırsa HŞD diaqnozu qoyulur. Əgər göstəricilərdən biri normadan yuxarıdırsa onda test 2 həftədən sonra təkrar olunur.
HŞD-in müalicəsi
Diyeta .
• Kalorilik - ideal cəkiyə uyğun 25-30 kkal/kq.
• Karbohidratlar – 35-40%. • Zülallar – 20-25% • Yağlar – 35-40% |
Insan insulini ilə insulinterapiya
Diyetanın gözlənməsi fonunda ac qarına qlikemiya >5,5mmol/l və yeməkdən 2saat sonra >7,8mmol/l olduqda aparılır.
Karbohidrat mübadiləsinin kompensassiyasının kriteriyaları: - qlikemiya ac qarına 3,5 -5,5mmol/l; - qlikemiya yeməkdən 2saat sonra 5,0 – 7,8mmol/l - HbAlc<6,5% |
Şəkər aşağı salan həb preparatları əks göstərişdir.
HŞD hamilələrin sonraki müalicəsi və aparılması manifest şəkərli diabet kimidir.
Hamiləlikdən sonra müşahidə taktikası
• Ananın karbohidrat mübadiləsinin vəziyyətinə təkrar rəy verilməsi doğuşdan 6 həftədən gec olmayaraq yerinə yetirilməlidir. • Qlikemiyanın normal səviyyəsində təkrar müayinə 3 ildə 1 dəfə aparılmalıdır. Karbohidratlara tolerantlığın pozulmasında isə ildə 1 dəfə müayinə aparılmalıdır. Növbəti hamiləlik 1-1,5 ildən sonra planlaşdırılmalıdır. |