Diabet xəstəlik deyil, həyat tərzidir!
Əlaqə
Email: farhad@diabet.az
Göbələk xəstəlikləri
- Подробности
- Просмотров: 15894
Göbələk xəstəlikləri birinci növbədə dərini və dırnaqları zədələyir. Onlardan ən çox rast gələni pəncə dirnağını zədələyən mikozdur. Çox təəsuf ki, biz öz dırnaqlarımıza və dərimizə bizi üzgüçülük hovuzuna buraxmayanda, bizlə göruşəndə əl uzatmayanda fikir verməyə başlayırıq. Nə baş verir?...-özünüzə sual verirsiniz və dərinizə, dırnaqlarınıza baxırsınız, görürsünüz ki, sizin dırnaqlarınız (çox vaxtı ayağınızın baş və çeçələ barmaqları) ciddi dəyişiklilklərə mə'ruz qalıb. Əgər dırnaqlarınızın üzərində uzununa ağımtıl-sarı xəttlər yaranıbsa prosses artıq başlayıb. Lap gec mərhələlərdə dırnağın rənginin, formasının və strukturunun dəyişilməsini müşaidə etmək olar: onların səthi düz olmur, strukturu-yumşaq, rəngi-sarımtıl-boz və dırnaqlar ovxalanmağa başlayır, sonra isə dırnaq lojasından qopur.
Pəncələrin rəngi dəyişməyə başlayır, onun qabığı soyulur, qirmizimtil rəng alır, ayaq barmqlarının arasında çatlar əmələ gəlir və bu qaşınma, yeriyəndə xoşagəlməz hisslər yaradır. Yaz-yay fəsillərində pəncələrdə dərinin vəziyyəti pisləşir, bir müddətdən sonra isə xırda qovuqlar yaranır, bunlar tədricən iri qovuqlara cevrilirlər. Dərinin bu cür vəziyyəti orqanizmin ümumi vəziyyətinə tə'sir göstərir: temperaturun yüksəlməsinə, zəifliyə, əzginliyə, qasıq limfa vəzilərinin böyüməsinə səbab olur.
Bəzən yaranan qovuqcuqlar ağimtil çalar alır və bu o deməkdir ki, sizin problemlərinizin üstünə biri də-nfeksiya da əlavə olundu. 5-7 gün ərzində qovuqlar açılır və təcili müalicə tələb edən qırmızı eroziyalar yaradır. Digər bir göbələk xəstəliyi dərininin qizarması, yuksək qurumasi və qabiq vermə ilə xarakterizə olunur. Bu prosəs pəncənin alt tərəfindən yan tərəfə yayilir. Qirmizi, şişmiş dərinin fonunda tokulmuş una bənzər yüksək qabıq vermə və ağrıyan çatlar yaranır. Sonra əl barmaqları və dırnaqlar zədələnir.
Bu tipik göbələk xəstəliyinin təsviri idi və sözsüz ki buna tək diabetiklər tutulmur. Lakin diabet xəstəliyində qan dövranının ayaqlarda və pəncələrdə pozulmasına görə göbələk xəstəliyinə meillilik yüksək olur. Qanda şəkər yüksək olduqda o, tək sidiklə yox, tərlə də ifraz olunur, nəticədə pəncələrdə və barmaqların aralarında şəkərlə zəngin isti nəm mühit yaranir. Buda infeksiyaların yaranması və inkişaf etməsi üçün ideal yerdir. Bu xəstəliyin yaranmasının mümkünlüyü sağlam insanlardan fərqli olaraq diabetiklər üçün daha çoxdur və buna görə lazım olan ehtiyyat tədbirləri görmək lazımdır.
Göbələk xəstəliklərinin müalicə və profilaktikası.
Profilaktik tədbirlər aşağıdakilardır:
1) Heç kimə öz ayaqqablarınızı istifadə etməyə icazə verməyin və özgənin ayaqqablarından istifadə etməyin.
2) Gündəlik ayaqqablarınızı və ya heç olmasa içliyini dəyişin.
3) Ayaqqablarınızı dezinfeksiya edin. Bunun üçün xüsusi vasitələr var və ya evdə kağızı sirkədə isladın, bükün, ayaqqablarınızın içinə qoyun, bir günlük ayaqqabları polietilən paketə qoyub, bərk bağlayın.
Lakin əgər siz artıq xəstələnmisinizsə özünüzü uzun (6 aydan bir ilə qədər) müalicəyə hazırlayın. Göbələk xəstəliklərinin müalicəsi üçün köhnə üsullar mövcuddur: dirnaqlarin xüsusi preparatlarla yumşalması, qismən və ya tam çıxarılması, dırnağın uzanmasına qədər xüsusi göbələyə qarşı gündəlik yerli müalicə vasitələrindən istifadə. Daha müasir üsul 3-6 ay ərzində peroral dərmanlarının qəbuludur (nizoral, orunqal, lamizil). Bu vasitələrlə xəstələrin müalicə ehtimalı 70-90%-dir. Müalicə yalnız tibbi nəzarət altında, qaraciyərin vəziyyətinin kontrolu ilə aparılmalıdır. Bu preparatların xoşagəlməz tə'siri ola bilər: iştahıın itməsi, qusma və ürək bulanma. Heç bir halda bu preparatları özbaşına qəbul etmək olmaz.
Peroral preparatlardan başqa lasyonlar, şampunlar, kremlər, mazlar və başqa yerli tədbiq olunan dərman preparatları mövcüddur: batrafen, daktarin, dekamin, diqiotri-mazol, kandid, klotrimazol, loseril, travoqen və on faizli yod məhlulu. Bu preparatlar daha ucuzdur, lakin effektiv deyil. Bunları həkimin tə'yini ilə qəbul etmək lazımdır.