Diabet xəstəlik deyil, həyat tərzidir!
Əlaqə
Email: farhad@diabet.az
Diabet məktəbi
- Подробности
- Просмотров: 39964
3. Diabetin dieta ilə müalicəsi.
4. Fiziki hərəkətlərin şəkərli diabetdə rolu.
5. Fiziki iş zamanı insulinin köməyi.
Məlumdur ki, şəkərli diabet öz ağirlaşmaları ilə qorxuludur və diabetoloqların uğurlarına baxmayaraq, tək təbabət diabetə qalib gələ bilmir. Bunun üçün xəstələrin özlərinin və ailə üzvlərinin aktiv iştirakı lazımdır. Təcrübə göstərir ki, həkimlərin və onlarin pasientlerinin birgə iştirakı diabetin müalicəsinin effektivliyini artırır və ağirlaşmalarının qarşısını alır. Diabet xəstəliyinin idarə olunmasinda xəstələrin diabet xəstəliyinin mahiyyəti, istifadə olunan dərman preparatlarının tə’siri, dieta haqqında əhəmiyyətli biliklərinin olmasının çox böyük rolu vardır. Həmçinin fiziki hərəkətlərin xəstəliyə müsbət təsirinin olması haqqında biliklərin olması əhəmiyyətlidir. Onlar özlərini müxtəlif situasiyalarda aparmaq qaydasını, həkimə nə vaxt dərhal müraciət etmək lazım olduğunu və müalicədə hansi müstəqil düzəlişlər etməyi bilməlidirlər.
Diabet hələ Qədim Misirdə mə'lum idi. Lakin onun yaranma səbəbləri XIX əsrin sonunda, alimlərin itlərin üzərində aparılan eksperimentləri ilə aşkarlandi. Itin mədəalti vəzini çixardıqdan sonra, onda şəkərli diabet inkişaf etməyə başlayır. Xəstəliyin səbəbi aydin oldu. 1921-ci ildə isə Toronto şəhərində gənc həkim Bantinq və tələbə Best, itin mədəaltı vəzindən qanda şəkərin miqdarını azaldan maddəni aşkar etdilər. Və onlar bu maddəni insulin adlandırdılar. 1922-ci ilin yanvar ayinda şəkərli diabetli birinci pasient insulin inyeksiyalarını qəbul etməyə başlayır və buda onun həyatını xilas edir.
2 ildən sonra isə Portuqaliyada gənc həkim başa düşür ki, şəkərli diabet nəyinki xəstəlikdir, həmdə xüsusi həyat tərzidir. Beləliklə dünyada birinci şəkərli diabetli pasientlər üçün Məktəb yaranir.
Diabet - şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmalarin hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağirlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur.
Diabetin tipləri:
1-ci tip – orqanizmdə insulin hasilinin tam olmaması və ya həddindən aşaği olması nəticəsində yaranır. O, ən çox uşaqlarda, yeniyetmələrdə, gənc insanlarda əmələ gəlir ki, belə xəstələrdə daim insulin inyeksiyası etməlidirlər.
2-ci tip diabet – insulin hasilinin nisbətən aşaği olması və/və ya toxumaların insulinə rezistentliyi nəticəsində yaranır. Beləki, insulinə rezistentlik qanda insulinin norma və ya normadan artiq olmasına baxmayaraq toxumalara təsirininin pozulmasına deyilir. Bu tip diabet yetkin yaşlı insanlarda, ən çox çəkisi normadan artıq olanlarda və 40 yaşından sonra yaranır. 2-ci tip diabetdə dieta saxlamaqla, arıqlamaqla və fiziki işin intensivliyini çoxaltmaqla çox böyük nailiyyətlər əldə etmək olar.
Karbohidratlı qida maddələri mədəyə daxil olur, bağirsaqlarda qlükozaya çevrilərek qana sovrulur. Qlükoza (və ya şəkər) insanın orqanizmində əsas enerji mənbələrindən biridir. Bu enerji insan orqanizminin bütün funksiyaları üçün vacibdir . Misal uçun nəfəs alma, qidanin həzmi , hərəkəti üçün və s.
Qanda şəkərin artması nəticəsində mədəalti vəzin β- hüceyrələri qana insulin ifraz etməyə başlayır. Açar rolunu oynayan insulin, hüceyrələri “açır” və qlükoza hüceyrələrə daxil olur, bununla qanda şəkərin miqdarı azalır. Diabetlə xəstə olmayan insanlarda qlukozanın qanda miqdarı ciddi müəyyən həddə olur və acqarına 3,3-5,5 mmol/l, yeməkdən 2 saat sonra isə 7,8 mmol/l təşkil edir.
1-ci tip diabetdə mədəaltı vəz insulini kifayət qədər və ya heç hasil etmir. Qlükoza huceyrələrə daxil ola bilmir, və onun qanda miqdari çoxalır. Hüceyrələr isə “aclıq çəkirlər”, onlar enerjini hasil edə bilmirlər. Insan yüksək susuzluq hiss edir, sidik ifrazi çoxalır, çəki azalır. Bu simptomlardan azad olmaq üçün və qanda şəkərin miqdarını azaltmaq üçün orqanizmə insulin lazımdır.
Insulin – zülal hormonudur, və onu yalnız inyeksiya ilə bədənə daxil etmək olar. Yalnız gündəlik və müntəzəm olaraq qanda qlükozanın miqdarının monitorinqinin köməyi ilə insulinin dozasını düzgün tə’yin etmək olar.
Diabetin yaranmasinin əsas səbəbləri.
1-ci tip diabet gənc yaşlı insanlarda inkişaf edir. Onun əsas səbəbi virus infeksiyasıdır. Virus orqanizmə daxil olarkən, orqanizmin immun sistemi yad materiali tə'yin edir və virusu məhv edən antitellər ifraz etməyə başlayır. Lakin viruslar məhv olandan sonra, immunitetin bəzi xüsusiyyətləri nəticəsində orqanizmin müdafiyə qabiliyyəti “sönmür”, yeni antitellər ifraz olunmaqda davam edir və orqanizmin öz huceyrələrinə hücüm başlanır.
1-ci tip diabetdə bu hüceyrələr mədəalti vəzin β-hüceyrələri olur. Onlar məhv olur və hasil olunan insulinin miqdarı azalır. Bu hüceyrələrdən lap az qalanda şəkərli diabetin simptomları üzə çıxır. Qeyd etmək lazımdır ki, xəstəlik başlayan zaman orqanizmdə bu hüceyrələr hələ mövcüd olur, lakin onların sayı o qədər az olur ki, onlar orqanizmin ehtiyaclarını təmin edə bilmirlər. Insulin xaricdən daxil olarkən bu huceyrələrdən artıq iş götürülür və onlar bir müddət sonra bu hormondan çox hasil etməyə başlayırlar. Və bu zaman daxil olan insulinin dozasını azaltmaq olar. Bu müntəzəm proses xəstəliyin birinci ilində əmələ gəlir və onu “bal ayı” adlandırırlar. Təəsuf ki, bu “bal ayı” çox sürmür. Tez və ya gec vurulan insulinin dozasını çoxaltmaq lazım gəlir.
O ki qaldı “Alternativ” müalicə üsularina, bu isə çox vaxt ziyanlı olur.
Nə hipnoz seansları, nə otlar insulini əvəz edə bilməz.
2. Diabetdə qidanın tərkibi.
Müalicəvi dietalarda qida məhsullarının tərkibini, onların orqanizmə təsirini bilmək vacibdir.
Qidalanmanın əsas qaydası: Qidanın qəbul vaxtını və miqdarını insulin terapiya ilə düzgün uyğunlaşdırmaqdır.
Insulin terapiya, fiziki iş və özünü idarəetmə ilə bərabər, düzgün qidalanma müalicənin əsas komponentlərindən biridir.
Qidalanmanın planlaşdırılması zamanı yaranan əsas suallar, bunlardır: Nə yemək? Nə vaxt yemək? Nə qədər yemək?
Insanın orqanizmi yalnız müəyyən enerji aldıqda yaşayır. Bu enerjinin mənbəyi qidadır.
Qida məhsulları tərkibində 3 əsas qrup maddə vardır: zülal, yağlar, karbohidratlar və həmçninin vitaminlər, mineral duzlar və su.
Qidanın tərkibi:
› Karbohidratlar - qanda qlükozaya
› Zülallar - amin turşularina
› Yağlar - yağ turşularına çevrilir
Həzm olunma zamanı zülallar, yağlar və karbohidratlar bəsit maddələrə parçalanır. Zülalların parçalanması nəticəsində alınan aminoturşular, əzələlərdə zülalların bərpa olunmasına və orqanizmin qurulmasına lazımdır. Karbohidratların və yağların parçalanmasından alınan enerji orqanizmin həyat fəaliyyətinin proseslərində lazımdır. Karbohidratlarla zəngin olan qidanın qəbulu qanda şəkərin artmasına gətirir. 2 növ karbohidratlar var: həzm olunan və həzm olunmayan.
Həzm olunmayan karbohidratlar həzm sistemi ilə həzm olunmur və qanda şəkərin miqdarını çoxaltmır. Lakin, bu o demək deyil ki, onları qidalanmada heç istifadə etmək lazim deyil. Həzm olmayan karbohidratlar arasinda həll olunan və həll olmayanları fərqləndirirlər. Həll olmayan (kağız, ot, ağacın qabığı) karbohidratlar qidada istifadə olunmur. Lakin, həll olunan karbohidratlar (sellüloza) qidalanmada böyük rol oynayır. Birincisi, onlar mədəyə düşdükdə şişirlər və bununla toxluq hissi yaradırlar. Ikincisi, sellüloza bağırsaqların normal işləməsinə kömək edir. Uçüncüsü, sellüloza şişdikdə onun üzərinə başqa maddələr çökür ki, buda onların qana sorulmasının sürətini azaldır.
Qanda şəkəri yüksəltməyən qida məhsulları.
• Su və selülloza ilə zəngin olan qida məhsulları-tərəvəzlər, göy-göyərti, göbələk.
• Zülalli və zülalli-yağlı qida məhsulları-balıq, ət, quş əti, yumurta, pendir, kəsmik.
• Yağ ilə zəngin olan qida məhsulları-kərə yağı, bitki yağı, marqarin, mayonez.
Həzm olunan karbohidratlar qanda şəkərin miqdarını müxtəlif cür artırır, çünki bu karbohidratlarda 2 qrupa bölünürlər: asan həzm olunan və çətin həzm olunan. Asan həzm olunan karbohidratlar bağirsaqda tez parçalanırlar, bununlada qanda şəkərin miqdarını tez artırırlar. Bu karbohidratlara: bal, şəkərlər, bəhməz, düyu yarması, ağ çörək, və onlardan hazırlanan bütün məhsullar. Bu qida məhsulları diabetli xəstələrin rasionundan çixarılmalıdır.
Çətin həzm olunan karbohidratların quruluşu mürəkkəb olur. Bu karbohidratlara: bütün tərəvəzlər (kartofdan başqa), bir çox meyvələr və giləmeyvələr (qovun, üzüm, banan, xurma istisna olmaqla), bütün tünd rəngli yarmalar (qarabaşaq, yulaf yarması, arpa yarması, darı sıyığı). Bu məhsulların qəbulundan sonra qanda şəkərin miqdarı tədricən artır. Ona görə bu qidalar diabetli xəstələrin rasionuna mütləq daxil olmalıdır. Zülallar ətin, quş ətinin, balıgın, südün və süd məhsullarının, yumurtanın, paxlanın, noxudun və mərcinin tərkibindədir. Nişasta tərkibli tərəvəzlərdə az miqdarda zülal olur.
Yağlar marqarinin, kərə yağinin, bitki yağlarının, mayonezin, qozun, tumların, südün, ətin, balığın, quş ətinin, şirin yeməklərin tərkibindədir.
Qanda şəkərin miqdarını artıran qida məhsulları:
• dənli qida məhsulları-çörək, makaron məmulatları, yarmalar
• meyvələr
• süd məhsulları
• bəzi tərəvəzlər: kartof, qarğıdalı
• şəkər, şirniyyatlar.
Duzun, duzlu qida və məhsullarin artıqlıqla istifadə olunması yüksək arterial təzyiqə səbəb olur.
Başlanğıca
3. Diabetin dietası .
Diabetli xəstənin pəhrizi orqanizmin zülallara, yağlara, karbohidratlara, vitaminlərə və minerallara olan fizioloji tələbatını tam düzgün ödəmək şərti ilə qurulur. Xəstənin çəkisini, fiziki aktivliyi nəzərə alınmalıdır. Düzgün təşkil olunmuş qidalanmada xəstələr çox vaxt bədən çəkisini itirmirlər və yaxşi əhval ruhiyyəni və iş qabiliyyətini saxlayırlar.
Diabetli uşaqların pəhrizində zulalların, yagların və karbohidratların fizioloji nisbətinə əməl olunması çox vacibdir ki, buda onların normal böyüməsini, fizioloji və psixoloji inkişafını təmin edir.
Bərpa olunmanı əldə etdikdən sonra, müalicəvi tədbirləri elə aparmaq lazımdır ki, onlar çəkinin normallaşmasına kömək etsin.
Diabetdə pəhrizlə müalicənin adekvatlığına nəzarət etmək üçün, axır illər bəzi qida məhsullar qruppasının ekvivalent əvəz etmə sistemi tətbiq olunur, hansıkı buda zülalların, yağların və karbohidratların miqdarına və özünə nəzarəti asanlaşdırır. Bu sistem qidalanmanı planlaşdırmagı, yəni orqanizmə lazımı miqdarda zülalların, yağların və karbohidratların daxil olmasını təmin edir.
Bütün qida məhsullarını 6 qrupa bölmək olar:
1. çörək
2. meyvələr
3. tərəvəzlər
4. süd
5. ət
6. yağ
Hər bir qrup üçün ekvivalent adlanan xüsusi vahid var.
Qida məhsullarının ekvivalent əvəz olunması:
1 stəkan süd= 1 stəkan qatıq = 1 stəkan kefir
1 stəkan çiy tərəvəz = 0,5 stəkan suda bişmiş tərəvəz.
1 orta ölçüdə alma = 0,5 stəkan giləməyvəyə (125 qram) = 1/3 stəkan təbii meyvə sokuna (80 ml).
0,5 stəkan sıyıq (3 yemək qaşığı) = 1 tikə 25 qram çörək = 1 ədəd kartof orta ölçüdə = 0,5 stəkan düyü və ya makaron
30 qram qaynadılmış və qızardırılmış ət = 1 yumurta = 30 qram pendir = 60 qr kəsmik = 45 qram (1 ədəd) sosiska = 30 qram balıq = 30 qram quş əti
1 çay qaşığı kərə yağı = 1 çay qaşığı bitki yağı = 1 çay qaşığı marqarin = 2 yemək qaşığı xama = 2 yemək qaşığı qaymaq.
Bir qrupa daxil olan qida məhsulların bir-biri ilə əvəz etmək olar, çünki onlar eyni energetik dəyərə malikdirlər. Misal üçün 1 dilim ağ çörək (25 qr) 1 kökəyə uyğun gəlir və s.

Qeyd etdiyimiz kimi, şəkərli diabet xəstəlik deyil, həyat tərzidir. Yəni bəzi qaydalara əməl etdikdə, şəkərli diabetli xəstələr adi insanlardan fərqlənmir. Qanda şəkərin miqdarı normal olduqda insan ozunu tamamilə sağlam hiss edir, diabetin simptomları özünü göstərmir, ağırlaşmalar inkişaf etmir. Beləliklə şəkərli diabetli pasientlərin əsas həyat qaydası – qanda şəkərin miqdarını normal saxlamaqdadır.
Qanda şəkərin miqdarının artması və ya azalmasına bir çox faktorlar tə’sir edir. Uyğun olmayan insulin dozaları, çoxlu miqdarda karbohidratların istifadəsi, müxtəlif xəstəliklər, kifayət etməyəcək dərəcədə fiziki aktivlik, bədən çəksinin artımı-qanda şəkərin miqdarının artmasına, ağırlaşmalara səbəb olur. Amerkanın diabetoloqlarının apardığı son tədqiqatlar göstərir ki, idmanla məşğul olan şəkərli diabetli pasientlər retinopatiya, nefropatiya, neyropatiya kimi agirlaşmaların qarşısını alırlar. Bu ağırlaşmalar artıq mövcüddursa, gündəlik idmanla məşğul olmaq, onlarin inkişafını xeyli azaldır.
Fiziki işlə məşğul olduqda karbohidratların həzm olunması ilə yaranan çoxlu miqdarda enerji istifadə olunur ki, buda qanda şəkərin miqdarının azalması ilə nəticələnir. Hələ insulin kəşf olmamış, həkimlər fiziki işlə məşğul olmaği tövsiyə edirdilər.
Axır illər şəkərli diabetli xəstələrin kəskin artımı, hipodinamiya (fiziki hərəkətin azlığı) ilə əlaqədardir. Elmi-texniki proqres nəticəsində, bir çox işlərin avtomatlaşdırılması və mexanikləşdirməsi, qəbul olunan qida ilə alınan enerjinin sərf olunmasını azaldır ki, buda piylənmənin yaranmasına səbəb olur. Yapon alimlərinin tədqiqatları nəticəsində məlum olub ki, avtomobili olan insanlarda, digərlərinə nisbətən 2ci tip diabetlə xəstələnmə daha çoxdur.
Sistematik fiziki hərəkətlər qanda lipidlərin, xolestirinin azalmasına, şəkərli diabetli xəstələrin əziyyət çəkdiyi arterial təziqin aşaği düşməsinə, qan dövranının və ürəyin işinin yaxşılaşmasına kömək edir.
Fiziki işin karbohidrat mübadiləsinə böyük tə’siri var. Intensiv fiziki hərəkətlər insulin reseptorlarının həssaslığını artırır, buda qanda şəkərin miqdarını aşaği salır və nəticədə insulinə olan tələbat azalır. Bu mexanizm tək fiziki iş zamanı yox, həmçinin müntəzəm bədən tərbiyəsi və idmanla məşğul olduqca möhkəmlənir. Hətta olimpiya oyunlarında iştirak edən bəzi idmançılar şəkərli diabeltlə xəstədirlər.
Misal üçün, məhşur xokkeyçi Bobbi Xalla – 1-ci tip şəkərli diabetlə uşaqlıqdan xəstədir. Aktiv idman tə’limləri vaxtı, onun insulinə gündəlik tələbatı 6-8 vahid təşkil edirdi. Adi gündəlik dozası isə - 50-60 vahiddir.
Fiziki işin faydalı təsiri üçün, aşağıdakı qaydalara riayət etmək lazımdır:
• Qanda şəkərin miqdarı 15,0 mmol/l çox olmamalıdır.
• Düzgün qidalanma rejimi və insulinoterapiya.
• `Ozünü pis hiss etdikdə və ya xəstəlik zamanı idmanla məşğul olmaq olmaz.
• Hipoqlikemiyanın simptomlarını bilmək.
• Asan həzm olunan karbohidratlardan istifadə etmək.
Ağirlaşmalar olmadıqda şəkərli diabetli xəstə idmanın hər növu ilə məşğul ola bilər.
Məsləhət görülən idman növləri – valeybol, velosiped idmanı, qaçış, badminton, tennis, basketboldur. Qeyd etmek lazımdır ki, həddən artıq fiziki işlər və güclü emosional stresslər qanda şəkərin kəskin dəyişmələrinə, hipoqlekimiya və qanda şəkərin çoxalmasına, asetonun yaranmasına səbəb ola bilər.
Diabetə uyğun olan fiziki işləri qisa müddətli və uzun müddətliyə bölmək olar. Müxtəlif fiziki işlərdən asıli olaraq, pasientin hərəkətləri fərqlənir.
Qısa muddətli fiziki işlərə aşagıdakılar aiddir:
• 20-30 dəqiqəlik, sakit tempdə idman;
• 1 saata qədər, sakit tempdə piyada və velosiped gəzintiləri;
• Yüngül ev işləri;
• Bağda işlər
• 1 saat müddətində fulbol, xokkey, basketbol və ya üzgüçülük.
Hipoqlekimiyanın qarşısını almaq üçün qısa müddətli fiziki işlə bərabər, qidalanma rasionuna artıq karbohidratlar əlavə olunmalıdır. Adekvat qidalanma və düzgün insulin dozası üçün, fiziki hərəkətlərdən əvvəl və sonra, qanda qlükozanın miqdarı tə’yin olunmalıdır.
Fiziki hərəkətlərdən əvvəl qanda şəkərin miqdarı 7 mmol/l-dən azdırsa, 2-3 əlavə çörək vahidi qrupundan istifadə etmək lazımdır; 7-10 mmol/l arası isə-1 çörək vahidi. Siz ağır qısa müddətli fiziki hərəkətlərlə məşğul olacaqsınızsa və qanda şəkərin miqdari 7 mmol/l azdırsa 3-4 çörək vahidi , 7-10 mmol/l arası – 2-3 çörək vahidi , 10-15 mmol/l- 1-2 çörək vahidindən istifadə etmək məsləhət görülür.
Uzun müddətli fiziki işlərə aşağıdakılar aiddir:
• Bir neçə saatlıq səfər;
• Velosipədlə uzun müddətli səfər;
• Rəqslər.
Hipoqlikimiyanın qarşısını almaq üçün uzun müddətli fiziki işlə bərabər, qidalanma rasionuna çörək vahidləri əlavə olunmalıdır. Fiziki hərəkətlərə başlamamış, 30-50% insulinin dozasını azaltmaq lazımdır. Fiziki hərəkətlərdən sonra isə qanda şəkərin miqdarını yoxlamaq lazımdır.
Qanda şəkərin miqdari 5 mmol/l-dən az olduqda fiziki iş görmək məsləhət görülmür. Buna görə 2-4 çörək vahidi yemək lazımdır, 5-9 mmol/l olduqda isə – 1-2 çörək vahidi.
Hipoqlekimiyanın qarşısını almaq üçün, əgər siz planlaşdırılmamış fiziki hərəkət etmisinizsə, misal üçün avtobus dalınca qaçmısınız və ya ağır yük daşımısınızsa, onda dərhal 1 tez həzm olunan çörək vahidi yeməlisiniz. Bu halda, insulinin dozasını azaltmaq üçün siz vaxti geri qaytara bilməzsiniz.
Intensiv fiziki işlə məşğul olduqda, qanda insulinin artıqliğinda, qaraciyər qana lazım olan miqdarda karbohidrat buraxa bilmir və bununla da hipoqlekimiya inkişaf edir.
Və elə buna görə, fiziki işdən asılı olaraq, əlavə karbohidratların qəbulu və ya insulinin dozasının azalması lazımdır.
Hipoqlekimiya tək fiziki iş vaxti yox, həm də o qurtaran zamanı yarana bilər. Tədbir görmək lazımdır ki, gecə hipoqlekimiyası olmasın.
Lakin bə'zən fiziki iş qanda şəkərin miqdarını azaltmır. Ola bilər ki, fiziki iş vaxtı qanda şəkərin miqdarı artır, və hətta aseton əmələ gəlir.
Qanda şəkərin miqdarı normal olduqda, orta intensivli fiziki iş, qaraciyərlə hasil olan qlukozanın və əzələlərlə istifadə olunan qlukozanın miqdarları bərabərləşir, və qanda şəkərin miqdarı sabit qalır. Lakin, qanda insulinin çatişmamazlığı və intensiv fiziki iş nəticəsində hüceyrələr aclıq çəkirlər. Qaraciyər, hücəyrələrin ac qalması haqqında siqnal alır və qana əlavə qlukoza hasil edir. Lakin, bu qlukozada hədəfə çatmır, çünki qlükoza hüceyrələrə yalnız insulinin vasitəsi ilə çata bilər. Fiziki iş nə qədər intensiv olsa qaraciyər bir o qədər çox qana şəkər ifraz edir.
Beləliklə, qanda şəkərin miqdarı 15 mmol/l-dən çox olduqda fiziki işə başlamaq olmaz. Insulin təsiri ilə qanda şəkərin azalmasının gözləmək lazımdır.
5. Fiziki iş zamanı insulinin köməyi.
Bədən tərbiyəsi, idman qlükozanın qandan hüceyrələrə keçməsinə kömək edir. Qlükoza orqanizm üçün enerji mənbəyidir. Qlukozanın istifadəsi üçün sizin orqanizmə insulin lazımdır, insulin qlukozanın əzələ hüceyrələrinə daxil olmasını təmin edir. Fiziki məşq zamanı enerji çox sərf olunur. Beləki ki, fiziki məşq zamanı hüceyrələrin enerji alması üçün daha çox insulin lazım olur. Lakin bir çox elmi təcrübələr göstərir ki, fiziki məşqlər qanda qlükozanın miqdarını azaldır, və buna görə çox miqdarıda insulin lazım deyil. Həqiqətən, əgər siz gündəlik fiziki məşqlə məşğul olursuzsa, qlükozanın miqdarını stabil saxlamaq üçün, sizə çox az dərman prepartaları lazım olacaq. Ancaq, insulinə həssaslıq sirrini bilməyənə kimi heçnə dəyişməyəcək.
Fiziki iş əzələ və piy hüceyrələrinin insulinə həssaslığinı artırır. Sözdə bu çox sadədir. Lakin həqiqətən nə baş verir?
Qidanın qəbulundan sonra:
1. O, piy vəziyyətində yığılır.
2. Qlikoqen kimi əzələlərdə yığılır (qlükozanın saxlanmasının xüsusi forması).
3. Enerji və istilik hasil etmək üçün dərhal yanır.
Fiziki məşqlər vaxtı orqanizm enerji kimi, əzələlərdə olan və qlükozaya asan çevrilən qlikoqeni isitifadə edir. Kiçilərək, əzələlər bu qlükoza yığılmalarını istifadə edir. Istirahət vaxtı orqanizm gələcəyə enerji ehtiyatlari yigir. Bütun ehtiyatlar əzələlərdə bərpa edildikdə, əlavələr piy şəkilində yığılır. Piy isə yanacaq lazım olanda istifadə olunur, misal üçün uzun müddətli gərgin fiziki məşq zamanı. Qlükoza istifadəsi qan dövranı vasitəsi ilə təmin olunur. Insulinin və fiziki məşqlərin birgə işinin nəticəsində qlükozanın hüceyrələrə daxil olması intensiv ola bilər.
Tez ve ya çox?
Bəzi hüceyrələrin üzərində insulin reseptorları var. Insulin bu reseptorlara tə’sir edəndə, avtomatik xüsusi mexanizm işə düşür, və nəticədə qlükoza hüceyrənin üzərindən daxilinə keçir. Qlukozanı membrandan hissəciklər yığır və hüceyrənin daxilinə gətirirlər. “Qlükozanın toplayıcılarını” qlükozanın transportyorları adlandırırlar.
Qlükozanın transportyorlarının 5 növu mövcüddur. Onların çox maraqlı adları var: Qlüt1, Qlüt2, Qlüt3, Qlüt4, Qlüt5 (Qlüt-“qlükozatransportyordur”).
Onları burada tapmaq olar:
Qlüt1: beyin, qırmızı qan cisimlərində, əzələ və piy hüceyrələrində.
Qlüt2: qaraciyər, böyrək, bağırsaq, mədəalti vəz.
Qlüt3: beyin, az miqdarda-başqa orqanların toxumalarında.
Qlüt4: əzələ və piy toxuması.
Qlüt5: bağırsaq və böyrək.
Dediyimiz kimi, insulin hücəyrələrə qlükozanı daxil etmək üçün lazımdır. Lakin bəzi hüceyrələr insulinə ehtiyacı yoxdur. Misal üçün, beyin hüceyrələri qlükozanı hüceyrələrə insulinsiz daxil edir. Bu xüsusiyyətə görə onlar Qlüt transportyorlara borcludurlar. Qlüt1-in insulinə ehtiyacı yoxdur. Bu da beyinin hüceyrələrini qlükoza ilə təmin etmə qabiliyyətini möhkəmləndirir.
Qlüt4-ə isə öz funksiyasını yerinə yetirmək üçün insulin lazımdır. Buna görə insulinsiz əzələ və piy hüceyrələri qlükozanı ala bilmirlər.
Piy və əzələ hüceyrələrinin insulinə həssaslığı onların qlükoza transportyorlarından asılıdır. Onların effektiv və səmərəli işi insulinə həssaslığı artırır.
Insulindən asılı olmayan pasiyentlər, yəni 2-ci tip diabetli xəstələr əzələ və piy toxumalarının insulin rezistenliyinə malikdirlər. Qlükozanın hüceyrələrə daxil olması üçün onlara insulin çox miqdarda lazımdır. Bir çox pasiyentlərdə elə bu, xəstəliyə səbəb olur. Yəgin ki, sizə məlum deyil ki 1-ci tip diabetdə də əzələ və piy toxumalarının insulin rezistentliyi var.
Rezistenliyin mahiyyəti, hüceyrə ehtiyacları üçün qlükoza transportyorların reaksiyasının ləng və effektiv olmamasından ibarətdir. Lakin bu defektə requlyar fiziki məşqlə əks-tə'sir göstərmək mümkündür.
Fiziki iş nəticəsində qan dovranı sürətinin çoxalması qlükozanı əzələ hüceylrələrinə tez çatdırır və tezliklə fiziki məşqlər nəticəsində insulinə həssaslıqda artır. Gündəlik fiziki məşqlər insulinə həssaslığı transportyorların koməyi ilə artırır.
Insulinə həssaslığın artmasının izahının 2 nəzəriyyəsi movcüddur: Qlüt4 transportyorlarının hüceyrəyə daxil olma sürəti artmağa başlayır, bununla da Qlyüt4 vasitəsi ilə hüceyrəyə daxil olan qlükozanın miqdarıda çoxalır, transportyorların sayı isə dəyişmir. 2-ci nəzəriyyəyə isə fiziki məşq zamanı Qlüt4 transportyorların sayının çoxalmasına əsaslanır.
Bir çox tədqiqatçılar Qlüt 4 transportyorların sayının çoxalması mülahizəsini doğru sayırlar. Lakin bir çox faktlar da Qlüt 4 transportyorlarının sürətinin çoxalmasını sübut edir.
Maraqlıdır ki, piy və əzələ hüceyrələrinin tərkibində olan Qlüt 1 dəyişilməz qalır və fiziki iş ona tə’sir etmir. Yəgin ki, Qlüt 1 baza transportyoru olub, orqanizm fiziki işlə məhsğul olmadıqda belə işləyir və hüceyrələrə minimal miqdarda qlükoza daxil edir. Beləki insulin olmadıqda belə Qlüt 1 hüceyrələrə qlükoza daxil edə bilir. Qlüt 4 isə aktiv transportyordur, insulin movcüd olduqda işləyir və fiziki məşqlər zamanı daha intensiv tə’sir gostərir.
Qanda qlükozanın miqdarını və məşqlərin ritmini saxlayın.
Fiziki hərəkətlərlə bir dəfə məşğul olduqdan sonra insulinə həssaslığın yaxşılaşmasının nə qədər saxlanması haqqında çoxlu ziddiyətli fikirlər movcüddur. Bu məsələ ilə əlaqədar tədqiqdtarda deqiqələrdən, saatlardan və günlərdən sohbət gedir. Ozünə inamlı olmaq üçün insulinə həssaslığı saxlamaq üçün siz hər gün və ya günaşari məşq etməlisiniz.
Uzun müddətli insulinə həssaslığın yaxşılaşmasını təmin etmək üçün nə qədər məşq etməli və fiziki məşqlər necə olmalıdır? Bir çox tədqiqatlar gostərir ki, qanda qlükozanın miqdarınin yaxşılaşmasına 6-12 həftə fiziki məşqdən sonra nail olunur. Bu yaxşılaşmanın əmələ gəlməsinə səbəb olan məşqlərin intensivliyi çox yüksək olmalıdır. Insulinə həssaslığın yaxşılaşmasının uzaq perspektivliyi üçün minimum həftədə 3 dəfə ən azı 20 dəqiqə orta intensivlikdə məşqlər lazımdır. Siz fiziki məşqlə müntəzəm məşğul olmamısınızsa həkimlə məsləhətləşmək lazımdır. Yüngül fiziki hərəkətlərdən başlamaq lazımdır və tədricən ümumi məşqlər ritminə girmək lazımdır. Siz əgər “çoxlu məşq və ya heçnə” prinsipi ilə məşğul olursunuzsa, çalışın ki “çoxlu məşq” bir az üstünlük təşkil etsin.
Sizin diabetin idarə etmə proqramını məşqlər nəticəsində yaranmış yeni insulinə həssaslıq səviyyəsinə uyğunlaşdırmaq lazımdır. Qlükozanin miqdari normaya yaxınlaşırsa, fiziki məşqlər onun aşağı düşməsinə (hipoqlekimiya) səbəb ola bilər – bu hətta məşqdən bir neçə saat sonrada baş verə bilər. Ona gorə siz istəsəniz yeməkdən sonrada məşq edə bilərsiniz. Bu sizin üçün əgər rahat deyilsə məşqlərdən qabaq nəsə yeyin. Siz uzun müddətli məşqlərlə məşğul olursunuzsa, fasilələrdə nəsə yemək lazımdır. Fiziki məşqlərdən sonra çalışın qanda şəkərin miqdarını olçün. Bu halda qanda şəkərin azalması sizin üçün qəflətən olmayacaq. Hipoqlekimiya halı insulinə həssaslıq yüksək olduqda, hətta məşqlərdən uzun müddət sonrada yarana bilər.
Siz müntəzəm məşq etdikdə, hasil olan transportyorların sayı çoxalır.
6. Diabetli xəstələrin həyatında qeyri-adi situasiyalar.
Bu situassiyalara aşağıdakılar aiddir.
1. ketoasidoz
2. hipoqlikemik koma
Ketoasidozdan qabaq hiperqlikemiya müşaide olunur.
Hiperqlikemiya-qanda şəkərin yüksek olan veziyyetidir. Hiperqlikemiyanın ən çox rast gələn səbəbləri aşağıdakılardır:
1. lazım olan miqdarda insulin vurulmaması və ya inyeksiyanın buraxılması
2. karbohidratların artıq qəbulu
3. soyuqdəymə, infeksiyalar, yanaşı gedən xəstəliklər
4. fiziki aktivliyin kifayət qədər olmaması
5. stress
6. hipoqlikemiyadan sonrakı vəziyyət
Hiperqlikemiyanın simptomlarına aşağıdakılar aiddir:
1. tez yorulma, yuxululuq
2. tez tez sidik ifrazı
3. ağızda quruluq, güclü susuzluq
4. aclıq hissi
5. çəkinin azalması
6. dərinin qaşinması
Qanda şəkərin miqdarının yüksək olması, ketoasidoz yaranmasının qarşısını almaq üçün insulinin dozasının tez və düzgün dəyişilməsini tələb edir. Hiperqlikemiya vaxtı qanda şəkərin yüksək olmasının müalicəsi - qısa müddətli vurulan insulinin dozasının artırılmasındadır. Əlavə insulin dozası isə qanda şəkərin miqdarından və pasiyentin individual xüsusiyyətlərindən asılıdır. Yalnız müntəzəm və düzgün ozünə nəzarət nəticəsində 0,5-1,0-2,0 vahid insulinin qanda neçə mol/l şəkər azaltdığını təyin etmək olar.
Insulinin əsas dozası kifayət qədər olmadıqda və o hiperqlekimiyaya səbəb olduqda insulinin dozasını korreksiya etmək olar. Insulinin əsas dozasının dəyişilməsi qanda şəkərin axırıncı 2-3 günlük gostəricisinə əsaslanmalıdır. Hiperqlikemiyaya səbəb olan insulinin dozası 5-10% artırılır. Intensiv insulin terapiyanın fonunda hiperqlikemiyada insulinin dozasını artırılmasının qaydaları (qısa təsirli insulin əsas qida qəbullarından əvvəl, uzun təsirli insulinlər isə səhər və axşam):
Yaranma vaxtı
|
Dozanı çoxalması
|
Gecə və/və ya səhər yeməyindən əvvəl
|
Uzun müddətli insulini axşam yeməyindən əvvəl və ya yuxudan əvvəl
|
Nahardan əvvəl
|
Qısa və ya uzun müddətli insulini səhər yeməyindən əvvəl
|
Axşam yeməyindən əvvəl
|
Qısa müddətli insulini nahardan əvvəl və ya uzun müddətli insulini səhər yeməyindən əvvəl
|
Yuxudan əvvəl
|
Qısa müddətli insulini axşam yeməyindən əvvəl
|
Hiperqlikemiya vaxtı əlavə olaraq qısa müddətli insulinin vurulması lazımdır. Növbəti inyeksiyadan əvvəl qanda şəkərin miqdarı təyin edilməlidir. O, normadadırsa insulin adi dozada vurulmalıdır. Hiperqlikemiyanın mümkün olan səbəbləri mütləq təhlil edilməlidir. Əgər hiperqlikemiya: insulinin azlığı, karbohidratların çoxluğu, kifayət olmayan fiziki aktivlik, xəstəliklər, hipoqlikimiyadan sonrakı vəziyyıt, stress nəticəsində yaranıbsa - novbəti gün insulinin dozası dəyişilmədən səhvi aradan gotürmək lazımdır .
Heç bir aşkar səbəb olmadıqda və insulinin dəyişməyən dozasında hiperqlikemiya ikinci gündə təkrar olursa, onda hiperqlikemiyanın yaranmasına səbəb insulindir.
3-cü gün insulinin dozasını 5-10% artırmaq lazımdır.
Səhər saatlarında yaranan hiperqlikimiyanın yaranma səbəbləri aşağıdakılar ola bilər:
1.Yuxudan əvvəl qanda şəkərin yüksək miqdarı. Bu halda qısa müddətli insulinin dozasını axşam yeməyindən əvvəl artırmaq lazımdır.
2.Kifayət qədər olmayan insulinin axşam dozası. Bu halda axşam vurulan uzun müddətli insulinin dozasını artırmaq lazımdır, və ya onun vaxtını bir qədər gec vaxta salmaq lazımdır (saat 19dan 22)
3.Gecə hipoqlikemiyasından sonra qanda şəkərin miqdarının yüksəlməsi. Qlükoza hipoqlikimiyadan sonra kontrinsulyar hormonların koməyi ilə qaraciyərin hasil etdiyi qlükozanın hesabına yüksəlir. Bu halda axşam vurulan uzun müddətli insulinin dozası azalmalıdır.
4.“Sübh” fenomeni adlanan halda isə səhər saatlarında kontrisulyar hormanların artıq sekresiyasi nəticəsində hiperqlekimiya əmələ gələ bilər. Bu halda uzun müddəli insulinin axşam dozasının artiqlığı gecə hipoqlikemiyasına səbəb ola bilər. Ona gorə də belə halda səhər saatlarında qısa müddətli insulin vurulması ilə müalicə mümkündür.
Qanda şəkərin çox yüksəlməsi, çox təhlükəli ağırlaşma ilə-ketoasidoz adlanan ağırlaşma ilə nəticələnə bilər. Insulnə defisit olduqda qlükoza hüceyrələrə kəçə bilmir, və buna gorə enerji hasil olunmur. Bu halda orqanizm enerji kimi yağlardan istifadə edir. Yağlardan enerji hasil olunmasına insulin lazım deyil. Yağlardan enerji yarananda qana keton cisimciklər (aseton) keçir ki, buda artıq miqdarda toksik maddə kimi tə’sir edir. Asetonun və digər zərərli maddələrin yığılması xəstənin vəziyyətinin pisləşməsinə gətirir.
Ketoasidoz tədricən bir neçə günün ərzində inkişaf edir. Buna gorə xəstənin onun əlamətlərini anlamağa və onun inkişafının qarşısını almağa vaxtı olur.
Diabetik ketoasidozun əsas simptomlarına aşağıdakılar aiddir:
1. hiperqlekimiyanın bütün simptomları
2. ürək bulanması və qusma
3. dərin və tez-tez nəfəs alma
4. ağızda aseton iyi
5. yuxululuq və şüurun dolaşıqlığı
Bu simptomlar aşkarlandıqda xəstə sutkada 6-7 dəfə qanda şəkərin miqdarını təyin etməli, sidikdə asetonun olmasını yoxlamalıdır. Hər dəfə vurulan qısa müddətli insulinin dozası 10-20% artırılmalı və lazım olduqda yemək arası 2-8 vahid qisa müddətli insulin inyeksiyası əlavə olunmalıdır.
Xəstə heç bir tədbir gorməyibsə ketoasidozun novbəti mərhələsi inkişaf edir: komadan əvvəlki vəziyyət və koma. Komadan əvvəlki vəziyyətdə xəstə zəifləyir, tormozlanır, yuxusuzluq yaranır, nəbzi qəflətən tezləşir, ürəyin işində pozğunluqlar yaranır, arterial təzyiq düşür. Bu halda mütləq təcili yardım maşını çağırılmalıdır və xəstə xəstəxanaya yerləşdirilməlidir.
Yanaşı gedən xəstəliklərdə yanaşma tərzi.
Müxtəlif xəstəliklər şəkərli diabetin gedişinə ozünə məxsus təsir edə bilər. Bir çox hallarda yüksək hərarət xəstələrdə karbohidrat mübadiləsinin dekompensasıyasına ve insulinə tələbatın artmasına səbəb ola bilər. Lakin temperaturun artmaması ilə keçən ve qusma ile müşaidə olunan bəzi xəstəliklərdə insuline tələbatı azala bilər.
Diabetli xəstədə hər hansı xəstəlik yarananda o lazım olan müalicəyə başlamaq üçün mütləq həkimə müraciyət etməlidir.
Xəstəlik zamanı ozünü aparmaq qaydaları:
1.Xəstəlik vaxtı insulin terapiyanı davam etməli.
2.Qanda şəkərin miqdarını hər 2-4 saatdan bir yoxlamalı
3.Mütləq adekvat müalicə almaq lazımdır (xüsusən infeksiyalarda)
4.Qanda şəkərin miqdarından asılı olaraq və ketonuriyanın dərəcəsini nəzərə alaraq insulin dozası korreksiya olunur. Uzun müddetli insulinin dozasını dəyişməmək olar, ve onun fonunda qısa müddetli insulin dozasını ve onun vurulma miqdarını artırmaq olar.
5.Axırıncı insulin inyeksiyasından 4 saatdan tez olmamaq şərti ile qısa müddətli insulin ve ya 2 saatdan sonra Xumaloq inyeksiyası etmək olar.
6.Bol maye qəbulu.
Hipoqlikemiya – qanda şəkərin normadan az olmasıdır (normal həddən az). Qanda şəkərin miqdarı 3,3 mmol/l-dən (60 mq %) az olduqda hipoqlikemiya yaranır. O bir neçə səbəbdən yarana bilər:
1.qıdanin buraxilması və ya karbohidratların kifayət qədər istifadə olunmaması
2.insulinin yüksək doza ile vurulması
3.böyük fiziki aktivlik
4.alkoqolun qəbulu
Bundan başqa hipoqlikemiya qanda şəkərin kəskin düşməsinden yarana bilər. Qanda şəkərin miqdarı tədricən düşərsə o hətta 3 mmol/l-dən aşağı olduqda belə siz ozünüzü yaxşı hiss edə bilərsiniz, çünki qlükozanın miqdarı tədricen düşüb. Lakin, əgər qlükozanın miqdarı 20 mmol/l-dən 10mmol/l-ə kəskin düşərsə, siz ozünüz də yanlış hipoqlikemiya əlamətləri hiss edə bilərsiniz.
Hipoqlikemiya ağır və yüngül ola bilər. Yüngül hipoqlikemiyada xəstə ozü əmələ gələn ağırlaşmanın öhdəsindən gələ bilər. Lakin vaxtında tədbir görmədikdə beyinin fəaliyyətinin pozğunluğu kəskin artır ki, buda huşun itməsi ilə nəticələnən ağır hipoqlikemiyaya gətirib çıxarır ki, bu zaman kənar şəxsin köməyi tələb olunur.
Yüngül hipoqlekimiyanın simptomları aşağıdakılardır:
1. aclıq hissi
2. ürək döyünmə
3. bədənin əsməsi
4. tərləmə
5. baş gicəllənmə
6. dərinin solğunluğu
7. qorxu
8. narahatlıq
9. zəiflik
Xəstə özündə yüngül hipoqlikemiyanın simptomlarını hiss edibsə, yaxşı olarki qanda şəkərin miqdarı təyin olunsun, bundan sonra tərkibində asan həl olunan karbohidratlar olan qida məhsulları yesin. Misal üçün 2-4 tikə qənd, 1 stəkan meyvə şirəsi və ya şirin çay, 1-2 çay qaşığı bal. Bununla qanda şəkərin miqdarı dərhal yüksələcək və xəstə ozünü yaxşı hiss edəcək. Bəzi hallarda hipoqlikemiya qısa müddətdən sonra yenidən təkrarlana bilər, növbəti qida qəbuluna isə xeyli vaxt var, odur ki yuxarıdaki tədbirlərdən sonra 1-2 tikə çörək yemək və ya 1 stəkan süd içmək lazımdır ki, bərpa olunan qlükozanın miqdarını saxlamaq mümkün olsun.
Fikir vermək lazımdır ki, artıq karbohidrat qebul olunmasın, çünki qanda şəkərin miqdarı həddindən çox yüksəlir. Qanda şəkərin miqdarı artırılmasa hipoqlikemiyanın simptomları güclenir ki, buda ağır hipoqlikemiyanın inkişafına səbəb olur.
Bu simptomlara aşağıdakılar aiddir:
1. fikirin dolaşıqlığı
2. pis koordinasiya
3. nitqin pozulması
4. qıc olma
5. koma
Ağır hipoqlikemiyanın qarşısını almaq üçün xəstə bir neçə ehtiyyat tədbirlərinə riayət etməlidir. Həmişə ozündə qanda şəkərin miqdarını artıran qida məhsulları olmalıdır (5-6 tikə qənd və ya hər hansı şirin içki). Ozündə həmişə şəkərli diabetlə xəstə olmağı haqqında kağız və qohumlarının, xəstəni müalicə edən həkimin ünvanları, telefon nömrələri, insulin dozası haqqında məlumat gəzdirməlidir.
Diabetin yaxşı kompensassiyasında yüngül hipoqlikemiyalar qaçılmazdır (həftədə 1-2 epizod yüngül hipoqlekimiya normal hal sayılır). Lakin əgər hipoqlekimiya gündə yaranırsa insulinin dozasını azaltmaq lazımdır.
Insulin dozasının azaltmaq qaydaları (qısa müddətli insulin qida qebulundan əvvəl, uzun müddətli-səhər və axşam):
Yaranma vaxtı
|
Dozanı çoxalması
|
Gecə və/və ya səhər yemeyindən əvvəl
|
Uzun müddətli insulini axşam yeməyindən əvvəl ve yuxudan əvvəl
|
Səhər yeməyi ilə nahar arası |
Qısa və ya uzun müddətli insulini səhər yeməyinden əvvəl
|
Səhər ile axşam yeməyi arası
|
Qısa müddətli insulini nahardan əvvəl və ya Uzun müddətli insulini səhər yeməyinden əvvəl
|
Axşam yeməyi ilə yuxu arası
|
Qısa müddetli insulini axşam yemeyinden evvel