Diabet xəstəlik deyil, həyat tərzidir!
Əlaqə
Email: farhad@diabet.az
Alqoritm 6
- Подробности
- Просмотров: 57301
Adətən mütləq insulin çatmamazlığına gətirib cıxaran mədəaltı vəzin β- hüceyrələrinin destruksiyasının nəticəsində yaranır.
6.1. Şəkərli diabet 1-ci tipdə terapevtik məqsədlər
Karbohidrat mübadiləsinin göstəriciləri
Göstərici
|
Norma
(Sağlam insanda) |
Adekvat miqdar
|
Qeyri adekvat
miqdar |
|
HbAlc,% (4.0-6.0 normada)
|
<6.1
|
6.1-7.5
|
>7.5
|
|
Qanda qlükozanın miqdarı mmol/l (mg %)
|
Ac qarına
|
4.0-5.0
(70-90) |
5.1-6.5
(91-117) |
>6.5
(>117) |
2 saat yeməkdən sonra
|
4.0-7.5
(70-135) |
7.6-9.0
(136-162) |
>9.0
(>162) |
|
Yuxudan əvvəl
|
4.0-5.0
(70-90) |
6.0-7.5
(110-135) |
>7.5
(>135) |
Lipid mübadiləsinin göstəriciləri
Göstərici mmol/l(mq%) |
Ürək-damar ağırlaşmalarının riski | |||
Norma | Aşagı | Orta | Yüksək | |
Ümumi xolesterin | 3.3-5.2 | <4.8 (<185) | 4.8-6.0 (185-230) |
>6.0 (>230) |
LPAS xolesterin | 0-3.9 | <3.0 (<115) | 3.0-4.0 (115-155) |
>4.0 (>155) |
LPYS xolesterin | 0.7-2.0 | >1.2 (>46) | 1.0-1.2 (39-46) |
<1.0 (<39) |
Triqliseridlər | 0.45-1.86 | <1.7 (<150) | 1.7-2.2 (150-200) |
>2.2 (>200) |
LPAS xolesterin: lipoproteid aşağı sıxlıqlı xolesterin
LPYS xolesterin: lipoproteid yuxarı sıxlıqlı xolesterin
Arterial təzyiqin tələb olunan göstəricisi
Proteinuriya olmadiqda | <135/85 mm c/s |
Xroniki böyrək çatmamazlığında və proteinuriya sutkada 1qr- dan artıq olduqda | <125/75 mm c/s (əgər bu mümkündürsə) |
6.2. 1-ci tip şəkərli diabetin müalicəsi.
• Diyetoterapiya
• Fiziki fəaliyyət
• Insulinterapiya
Diyetoterapiyaya aid məsləhətlər
• Gündəlik qida rasionundan tərkibində tez həzm olunan karbohidratlı ərzaqlar çıxarılmalıdır (şəkər,bal,mürəbbələr,şirin ickilər,şirin qənnadı məmulatları • Qidanın sutkalıq kaloriliyi aşağıdaki kimi olmalıdır: 55-60% karbohidratların hesabına 15-20% zülalların hesabına 20-25% yağların hesabına • Doymuş yağ turşuları 10% qədər məhdudlaşmalıdır • 7 yaşa qədər uşaqlarda doymuş yağlar məhdudlaşmamalıdır • Aşağıdaki ərzaq məhsularının dəqiq miqdari hesablanmalıdır (ÇV ilə hesablamaq):yarmalar,duru süd məhsullari,bəzi tərəvəzlər(kartof,qarğıdalı),meyvələr |
Fiziki fəaliyyət rejiminə aid məsləhətlər
• Fiziki fəaliyyət rejimi son dərəcə fərdi olmalıdır,ona görə ki:
. Fiziki hərəkətlər insulinə həssaslığı artırır və glikemiyanın səviyyəsini azaldır ki,buda hipoglikemiyanın inkişafına gətirib çıxara bilər ; . Hipoglikemiya riski fiziki gərginlik zamani və agır fiziki gərginlikdən 12-40 saat sonra artir. • 1 saatdan artıq olmayan yüngül ve mötədil fiziki fəaliyyət zamanı karbohidratların idman məşqindən əvvəl və sonra əlavə qəbulu lazımdır(idmanla məşguliyyətin hər 40 dəqiqəsinə 15 qr asan həzm olunan karbohidrat lazımdır); • 1 saatdan artıq davam edən mötədil fiziki fəaliyyət zamanı və intensiv idman etdikdə, həmin vaxt ve fiziki fəaliyyətdən 6-12 saat sonra təsir göstərən insulinin dozasini 20-50% azaltmaq lazımdır. • Qanda qlükozanın miqdarını fiziki fəaliyyətdən əvvəl,sonra və fiziki fəaliyyət vaxtı təyin etmək lazımdır. |
1-ci tip şəkərli diabetin insulinterapiyasi
1-ci tip şəkərli diabetin müalicəsi və damar ağırlaşmalarının profilaktikası ücün seçim preparatı gen mühəndisliyi vasitəsilə alınmış insan insulinidir. Donuz insulinləri və donuzlardan alınmış polisintetik insan insulinləri qen mühəndisliyi vasitəsilə alınmış insan insulinlərindən daha aşağı keyfiyyətlidir. |
1-ci tip şəkərli diabetin müalicəsində istifadə uçün məsləhət olunan insulin preparatları
Insulin – təsir müddətinə görə
|
Preparatlar
|
Təsirinin başlanması- neçə saatdan sonra
|
ən yüksək təsir vaxtı - necə saatdan sonra
|
Təsirinin davam etmə
müddəti |
Ultra qısa müddətli təsir edən
(insan insulinlərinin analoqları) |
Xumaloq (Lizpro), Novorapid (Aspart)
|
0.25
|
0.5-2
|
3-4
|
Qısa müddətli təsir edən
|
Aktrapid HM,
Xumulin R, Insuman Rapid |
0.5
|
1-3
|
6-8
|
Orta müddətli təsir edən
|
Monotard HM
|
2.5
|
7-9
|
18-20
|
Protafan
|
1.5
|
4-6
|
12-14
|
|
Xumulin H
|
1
|
4-8
|
18-20
|
|
Insulin bazal
|
1
|
3-4
|
18-20
|
|
Uzun müddətli təsir edən
|
Ultratard HM
|
4
|
10-16
|
28
|
Insulinterapiyanın məsləhət görülən qaydalar
Səhər yeməyindən qabaq
|
Nahardan qabaq
|
şamdan qabaq
|
Yuxudan qabaq
|
QMI(A)+OMI
|
QMI(A)
|
QMI(A)
|
OMI
|
QMI(A)
|
QMI(A)
|
QMI(A)
|
OMI
|
QMI(A)+OMI
|
QMI(A)
|
QMI(A)+OMI
|
-
|
QMI(A)+OMI
|
QMI(A)+OMI
|
QMI(A)
|
OMI
|
Qeyd : QMI-- Qısa müddətli təsir edən insulin ; OMI-- Orta müddətli təsir edən Insulin ; A-- insan insulininin analoqları
Sutkaliq insulin dozasının təxmini bölğüsu
Səhər yeməyindən və nahardan qabaq | Sutkalıq dozanin 2/3-si |
Şam və gecə yuxusundan qabaq | Sutkalıq dozanin 1/3-i |
Insilinə gündəlik tələbat
Gündəlik insulinə tələb, bədən çəkisinə--v/kq |
Diabetin debütu
|
Diabetin
“bal ayı” |
Uzun sürən diabet
|
Dekompensassiya
(ketoasidoz) |
Prepubertat
|
Pubertat
|
0.5-0.6
|
<0.5
|
0.7-0.8
|
1.0-1.5
|
0.6-1.0
|
1.0-2.0
|
Insulinin dozası, gündəlik sutka ərzində qlikemiyanın səviyyəsinə nəzarət etməklə korreksiya olunmalıdır.
Insulin inyeksiyası üçün lazim olan ləvazimat
şpris | 40 vahidlik | |
100 vahidlik | ||
şpris qələm | Novopen | BD-pen |
Xumapen | Optipen | |
Plivapen |
Insulin inyeksiyasının texnikası
• Qısa müddətli təsir edən insulin qida qəbulundan 30 dəqiqə qabaq yeridilməlidilir (lazım olduqda 40-60 dəq qabaq). • Ultra qısa müddətli təsir edən insulin( xumaloq və ya novorapid) bilavasitə yemək qəbulundan əvvəl yeridilir,lazım olduqda yemək vaxti və ya yeməkdən dərhal sonra. • Qısa müddətli təsir edən insulini qarnın dəri altı toxumasına,orta müddətli təsir edən insulini isə bud və ya sağrı nahiyəsinə yeridilməsi məsləhət görülür. • Bir nahiyə həddində gündəlik insulin inyeksiyalarının yerini, lipodistrofiyanın inkişafinın qarşısını almaq məqsədilə dəyişmək məsləhət görülür. |
6.3. Ağirlaşmalarsız 1-ci tip şəkərli diabet xəstələrinin skrininqi
Göstərici
|
Müayinə edilmə vaxtı
|
Qlikemiyaya nəzarət(gündə 3- 4 defe) | Xəstəliyin debütündə və dekompensassiyada hər gün! |
Qlikohemoglabin HbAlc | 3 ayda 1 dəfə |
Qanın biokimyəvi analizi (xolesterin, zülal, triqliseridlər, bilirubin, ACT,ALT, sidik cövhəri , kreatinin, K, Na, Ca) | Ildə 1 dəfə |
Qanın ümumi analizi | Ildə 1 dəfə |
Mikroalbuminuriya | Ildə 1 dəfə |
Arterial təzyigə nəzarət | Hər dəfə həkim müayinəsində |
EKQ | Ildə 1 dəfə |
Ayaqların müayinəsi | Hər dəfə həkim müayinəsində |
Oftalmoloqun müayinəsi | Xəstəlik başlayandan 5 il sonra, ildə 1 dəfə,lazım olduqda tez-tez. |
Nevropatoloqun konsultassiyası | Göstəriş olduqda |
6.4. 1-ci tip şəkərli diabet xəstələrinin xəstəxanaya yərləşdirilməsinə göstərişlər
• Şəkərli diabetin debütu (Insulinterapiyanın təyini və secilməsi ücün,xəstələrə qlikemiyaya nəzarət qaydalarinı, qidalanma və əmək rejiminin öyrədilməsi uçun ).
• Diabetik ketoasidoz. • Koma və ya komadan əvvəlki hal (ketoasidotik, hipoqlikemik). • Damar ağırlaşmalarının proqresləşməsi. • Digər hallarda: infeksiyalar, intoksikasiyalar,cərrahi əməliyata göstərişlər. |
6.5. ÇÖRƏK VAHIDININ HESABLAMA CƏDVƏLI(ÇV)
1ÇV = 10 – 12 qr KARBOHIDRAT.
Sutkada 1ÇV-nə təxmini təlabat
Ağır fiziki işlə məşgul olan, cəkisi normadan aşağı olan insan
|
25 – 30 CV
|
Orta ağirlıqda əməklə məşgul olan,cəkisi normal olan insan
|
20 – 22 CV
|
Oturaq işlə məşgul olan insane
|
15 – 18 CV
|
Az hərəkətli, cəkisi normadan bir qədər artıq olan insan
|
12 – 14 CV
|
Cəkisi normadan artıq olan xəs*tələr
|
10 CV
|
Piylənməsi olan xəstələr
|
6 – 8 CV
|