Diabet xəstəlik deyil, həyat tərzidir!
Əlaqə
Email: farhad@diabet.az
Pəncələr
- Подробности
- Просмотров: 20273
Pəncələr
Pəncələr şəkərli diabet xəstələrində xüsusi problem olub o qədər mühüm əhəmiyyət kəsb edir ki, hal-hazırda bu məsələ ilə yeni yaranmış pəncə müalicəsi üzrə mütəxəssis; həkim - podiatr məşğul olur. Podiatr tərəfindən müayinə yalnız diabet mərkəzlərində və diabetik pəncə kabinetlərində mümkündür.
Xəstələrin pəncələri baldırlara nisbətən daha çox zədələnir.
Pəncələrə və ayaq barmaqlarına xüsusi diqqət iki səbəblə əlaqədardır: birincisi pəncənin qan təchizati daha tez pozulur və sürətlə proqresləşir (belə ki, diabetiklərdə pəncənin amputassiyası radikal cərrahi əməliyatların yarısını təşkil edir);
Ikincisi, pəncələrin travma və infeksiyalarına nəzarət etmək daha çətindir və onlar uzun müddət diqqətdən kənar qala bilər.
Daha bir cəhəti - göbələk xəstəliklərinin məhz pəncələri, barmaq arası nahiyələri, dırnaqları zədələməsini də qeyd etmək lazımdır.
Pəncələrin aşağıdaki zədələnmələri mümkündür:
--təsadüfü kəsiklər, sıyrıntılar, qabarcıqlar,
--göbələk xəstəliyi ila əlaqədar qaşınma və çatlar( xüsusi ilə barmaq arası nahiyədə)
--həmçinin göbələk xəstəliyi ilə əlaqədar dırnaqların deformasiyası, onların ətə girməsi
--ortopedik səbəblərdən və ya narahat ayaqqabıdan barmaq oynaqlarında və pəncələrdə qabarların əmələ gəlməsi
--pəncələrin kobudlaşması
Angiopatiyalar zamanı bu zədələnmələrin istənilən birindən trofik yara inkişaf edə bilər, yara isə qanqrenaya keçə bilər.
Kəsiklər, sıyrıntılar, çatlar açıq yaralara çevrilirlər, lakin qabarların, kobudlaşmış sahələrin altında isə gizli yaralar əmələ gələ bilər. Vəziyyətin xüsusiyyəti bundan ibarətdir ki, xəstə öz pəncəsini görmür və qan təchizatının pozğunluğu nəticəsində kəsik, digər pəncə zədələnmələrində ağrı hissi itir; nəticədə yara uzun müddət hiss edilmədən inkişaf edə bilər. Çox vaxt bu, pəncənin hərəkət vaxti ən çox güc düşən hissəsində olur. Belə nahiyəyə ən çox yük düşür, o qalın qabara bənzər dəri qatı ilə örtülü olur, praktik olaraq burada hissiyat olmur və burada çatlar əmələ gələ bilər. Bu çatlara infersiya düşərsə irinli yaranın yaranmasına burda hər cür şərait yaranır. Yara ən dərin toxumaları vətər və sümüklərə qədər zədələyə bilər.
Bütün bu yuxarıdakıları nəzərə alaraq pəncələrə xüsusi diqqət yetirmək lazımdır. Çatların və kəsiklərin olmasını təyin etmək üçün barmaqlara və pəncənin yuxarısına baxmaq, pəncənin altını və dabanı əl ilə yoxlamaq lazımdır. Pəncə altı və dabana güzgü ilə də baxmaq olar. Əgər siz işə gedirsinizsə bunu hər gün, əgər ev şəraitindəsinizsə 2-3 gündən bir keçirtmək məsləhətdir. Tə'yin olunmuş sıyrıntını və ya kəsiyi zəif antiseptiklərin biri ilə (xlorgeksedin,rivanol) təmizləməli, quru sarğı ilə üstünü örtməli və sağalmasını gözləmək lazımdır, əgər sağalma baş verməzsə həkimə müraciət edilməlidir. Yaranı təmizləyərkən yod və zelenka tipli antiseptiklərdən çəkinmək lazımdır, beləki onların rəngləri iltihab əlamətlərini vaxtında aşkar etməyə mane ola bilər. Göbələk xəstəliklərini çalişmaq lazımdır ki, həkim-dermatoloq müalicə etsin. Nəhayət dabanlarda və digər yərlərdəki kobudlalaşmış dərini ehtiyyatla pemza (sungər daşi) ilə təmizləmək lazımdır.
Diabetiklər pəncələrə qulluğun aşağıdaki qaydalarına riayyət etməlidirlər:
1. Müntəzəm olaraq pəncənin alt hissəsinə baxmaq,
2. Sıyrıqları və kəsikləri vaxtında müalicə etmək.
3. Ayaqları hər gün yumaq və tam qurulamaq lazımdır. Neytral sabunlardan istifadə etməli.
4. Dırnaqları düzgün kəsmək lazımdır - çox qısa və kənarları kəsmək olmaz, düz kəsmək lazımdır. Dırnaqların nahamarlığını düzəltmək üçün əl bıçqısından istifadə etmək lazımdır.
5. Ayaqqabı yumşaq, geniş olmalı və təzə ayaqqabının pəncəni döyməməsi üçün, çox ehtiyyatla istifadə etmək lazımdır. Geyilən corab yaxşı tər hopduran olmalıdır. Sintetik məhsulların yerinə pambıq və yun tərkibli məhsullardan istifadə edilməlidir. Qan dövranına mane olan tarım rezinli corablar geyməməli.
6. Ayaqqabıda kiçik daş və qum dənəciklərinin olmamasını yoxlamalı.
7. Pəncələri zədələnmədən, kəsiklərdən qorumalı, ayaqyalın və daşlıqda gəzməməli.
8. Qrelkadan, plastirdan istifadə etməməli, ayağı buxara verməməli, ilıq su ilə yumalı və qabarı ilıq su ilə yumşaltmalı.
9. Ayaq dərisinin elastikliyini saxlamaq üçün ( )nəmləndirici kremlərdən istifadə etməli. Kremi pəncənin alt hissəsinə sürtmək, barmaqların arasına isə talk vurmaq lazımdır.
10. Ayyaqqabını axşam almaq lazımdır. Qadin ayyaqqablarının dabanları 3-4sm-dən hündür olmalı deyildir.
Pəncələr: müalicə və profilaktikası.
Əgər imkan və mütəxəssis varsa, yaxşı olar ki ildə bir dəfə podiatr müayinəsindən kəçəsiniz. Podiatr pəncələrdə qan sirkulyassiyasını yoxlaya, qabarların, kobudlaşmanın və digər pozğunluqların səbəblərini tə'yin edə bilər. Bundan başqa pəncələrdə əmələ gələn diabetik yaraların müasir metodlarla müalicəsini apara bilər. Lazım gəldikdə podiatr xüsusi ortopedik ayyaqqabı və ya pəncə altı üçün altlıq hazırlanması üçün ortopedə, damar cərrahına göndərə bilər.
Pəncələrdə göbələk xəstəliyi olduqda isə mütləq dermatoloqun müalicə və müayinəsi lazımdır.