21.12.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

Alqoritm 11

 

11. DIABETIK NEYROPATIYALAR.

Diabetik neyropatiya şəkərli diabetdə sinir sisteminin zədələnməsi nəticəsində yaranır.

Təsnifatı (diaqnozun ifadə olunması)

• Mərkəzi sinir sisteminin zədələnməsi :
- ensefalopatiya
- mielopatiya
• Periferik sinir sisteminin zədələnməsi:
- diabetik polineyropatiya
sensor forma (simmetrik, qeyri-simmetrik),
hərəki forma (simmetrik, qeyri-simmetrik),
sensor-hərəki forma (simmetrik, qeyri-simmetrik),
- diabetik mononeyropatiya (kəllə və onurğa beyini sinirlərinin ötürücü yollarının izolə olunmuş zədələnməsi;
- avtonom (vegetativ ) neyropatiya
kardiovaskulyar forma,
qastrointestinal forma,
urogenital forma,
simptomsuz hipoqlikemiya,
başqaları

Diabetik neyropatiyanın diaqnostikası

• Mərkəzi sinir sisteminin zədələnmələrinin diaqnozu nevropatoloq tərəfindən xüsusi müayinə metodları tətbiq etməklə təyin olunur.
• Periferik sinir sisteminin zədələnmələrinin diaqnozu aşağıdakı metodlarla təyin olunur.

Neyropatiyaların
formaları
Klinik əlamətləri
Diaqnostika metodları
Mütləq
əlavə(imkan olduqda)
• Sensor
Hissiyat pozğunluqları
• Vibrassiya
Kalibrə olunmuş kamerton
( pəncənin böyük barmağında şkalanın oktavasının göstəricisi 4/8 azdır)


Biotenziometr

 

•Temperatur
Isti / soyuq əşya ilə toxunma
•Ağrı
Iynənin küt ucu ilə batırma
•Taktil
Pəncənin plantar səthinə mo-
nofilamentlə toxunma.
•Proprioseptiv
Sensitiv ataksiyanın təyin olunması (Romberq pozasında
dayanıqsızlıq)
• Hərəki
əzələ zəifliyi,əzələ atrofiyası.

Vətər reflekslərinin( Axilles, diz) zəifləməsinin və ya olmamasının təyin olunması.
Elektroneyromioqrafiya
• Aftonom
• Kardio-vaskulyar forma.
• Ortostatik hipotoniyanın təyin olunması (“uzanmış” vəziyyətdən “ayaqüstü” vəziyyətə keçərkən ATi330 mm.c.s. enməsi )
• ürək döyünmələrinin sayının tezləşməsinin nəfəs alma və nəfəs vermənin ləngiməsi zamanı olmaması.
• Valsalva probası (ürək döyünməlerinin sayının gərginləşmə zamanı artmaması)
• AT sutkalıq moni-
torinqi (AT-in gecə enməsinin olmaması)
• EKQ-nin Xolter monitorinqi (sutka ərzində maksimal və minimal ürək döyünmələri arasında fərqin dəqiqədə<14 olması).

 


•Qastrointestinal forma.

 

Qastroparez,öd yollarının diskineziyası, ishal və qəbizliyin növbələşməsi klinikası əsasında diaqnoz qoyulur
Qastroenteroloji mü-
ayinə

 


 

• Urogenital forma

Sidik ifrazı hissinin itməsi, erektil
disfunksiyanın olması əsasında diaqnoz qoyulur -
Uroloji müayınə


Diabetik neyropatiyanın inkişafının risk qrupları

• 1-ci tipli ŞD xəstələr- diabetin debütundan 1 il sonra
• 2-ci tip ŞD xəstələrə diaqnoz qoyulan vaxtdan

Diabetik neyropatiyanın skrininqi

Risk qruplarında tədbirlər
Yerine yetirir

Mütləq müayinə metodları

Neyropatiyanın klinik formalarının təyini

Endokrinoloq-diabetoloq(nevroloq)


Endokrinoloq-diabetoloq(nevroloq)

Spesifik müalicə metodunun seçilməsi


• Mərkəzi forma
• Mononeyropatiya
• Periferik forma
• Avtanom forma

 

 

 

Nevroloq
Nevroloq
Nevroloq(endokrinoloq)
Mütəxəssislər (kardioloq,qastroenteroloq,uroloq)

Diabetik neyropatiyanın müalicəsi

Neyropatiyaların mərkəzi formasının müalicəsi :
• Şəkərli diabetin kompensassiyası(HbAlc<7%) ;
• Nevroloqun məsləhəti.

 

Diabetik mononeyropatiyanın müalicəsi :
• şəkərli diabetin kompensassiyası(HbAlc<7%) ;
• Nevroloqun məsləhəti

 

Diabetik polineyropatiyanın müalicəsi :
• şəkərli diabetin kompensassiyası(HbAlc<7%) ;
• Tioqamma 600mq 150ml 0,9%li NaCl məhlulunda v/d damci – 3 həftə, sonra tioqamma 600mq (tablet) səhər yeməkdən qabaq– 2 ay, ildə 2 dəfə kurs müalicə;
• Milqamma 100mq 1 dr.sutkada 2 dəfə – 2 ay, ildə 2 dəfə kurs müalicə
• Ağrı sindromunda milqamma 0,2ml hər gün və ya günaşırı 5-10 iynə;
• Ağrı sindromunun və qıc olmanın simptomatik terapiyası(antidepressantlar, qıc olma əlehinə preparatlar) ;
• Lazım olduqda fizioterapevtik müalicə: induktotermiya, maqnitoterapiya, massaj.

 

Diabetik avtonom neyropatiyanın müalicəsi :
• şəkərli diabetin kompensassiyası(HbAlc<7%) ;
• Mütəxəssisin məsləhəti (kardioloq,qastroenteroloq, uroloq və s.)

 

Şəkərli diabetin ağırlaşmalarının profilaktikasının və uğurlu müalicəsinin əsas şərti – xəstəyə qlikemiyanın səviyyəsinə özünün nəzarət etməsinin öyrədilməsidir.

 

 

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla