21.12.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

Piylənmə

Piylənmənin müalicəsi
Həkimlər üçün

 

 

Mündəricat
Giriş
Sağlamlıq üçün risk və yanaşı gedən xəstəliklər
Diabetin yüksək riski
Ürək – damar xəstəliklərinin əmələ gəlməsinin risk faktorlarının yüksək tezliyi
BÇİ-nin miqdarından və yanaşı gedən risk faktorlarından asılı olaraq piylənmənin müalicəsinin alqoritmi
Antropometrik göstəricilərin təyini
Bədən çəkisi indeksi
Bel dövrəsinin bud dövrəsinə nisbəti
Piylənmə ilə yanaşı gedən pozğunluqların aşkar olunması və əmələ gəlmiş xəstəliklərin diaqnostikası
Digər risk faktorlarının aşkar olunması
Müalicəyə əks göstərişlərin təyini
Xəstənin müalicəyə hazırlığının qiymətləndirilməsi
Müalicənin məqsədlərinin təyini
BÇİ və yanaşı faktorlardan asılı olaraq artıq bədən çəkisinin və piylənmənin müalicəsinə yanaşmalar.
Daxil olan enerjinin defisitinin yaradılması
Fiziki aktivlik
Medikamentoz müalicə
Ksenikal (orlistat)-pivlənmənin müalicəsində yeni era
Pivlənmə olan xəstələrin monitorinqi
Xüsusi terapevtik qruplar
Siqaret çəkənlər
Yaşlı insanlar
Müalicənin effektliyinin qiymətləndirilməsi
Rasional qidalanma
Çəki azaltmanın sirləri
Çəkini azaldan asan diyeta
Çəki azaltmanin bəzi qaydaları
Şirin içkilər
Piylənmə nədir
Diyetik Konqresdən xəbərlər
Nəticə

 

Giriş

Piylənmə müasir cəmiyyətin ciddi tibbi – sosial və iqtisadi problemidir. Piylənmənin aktuallığı 1-ci növbədə onun geniş yayılması ilə əlaqədardır. Piylənmədən yer kürəsinin əhalisinin 7%-i əziyyət çəkir.Qərbi Avropa ölkələrinin əksəriyyətində yaşlı əhalinin 9%-dən 20%-ə qədərinin piylənməsi (BÇİ>30) və 25%-dən çoxunu artıq bədən çəkisi vardır, ABŞ – da isə bu müvafiq olaraq 25% və 50% dir. Azərbaycanda da əmək qabiliyyətli insanların orta hesabla 30-40% - nin piylənməsi, 25-30%-nin isə artıq çəkisi vardır.Son illər əksər ölkələrdə piylənmənin yayılmasının həm böyüklərdə, həm də uşaqlarda əhəmiyyətli artımı müşahidə olunur. İqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələrdə axırıncı 10 illiklərdə piylənmənin yayılması 2 dəfə artmışdır.

ÜST ekspertlərinin proqnozuna görə xəstəliyin hal-hazırki inkişaf tempi saxlanılarsa 2025-ci ildə dünyada piylənmədən əziyyət çəkənlərin sayı 300 milyondan artıq olacaqdır. Hətta inkişaf etmiş ölkələrdə belə, ənənəvi olaraq qida çatışmamazlığının xarakterik olduğuna baxmayaraq, şəhər əhalisi arasında piylənmə içtimai sağlamlığa təhlükə olmağa başlayır.

Başlanğıca



Sağlamlıq üçün risk və yanaşı xəstəliklər.
Piylənmə çox vaxt ağır yanaşı patalogiyalarla müşahidə olunur: 2-ci tip şəkərli diabet, arterial hipertenziya, dislipidemiya, ateroskleroz, ürəyin işemik xəstəliyi, ürək-damar çatmamazlığı, xərçəngin bəzi formaları, reproduktiv funksiyaların pozulması, dayaq-hərəkət aparatının xəstəliklərini göstərmək olar.

Tədqiqatların nəticələrinə görə, piylənmə olan insanlarda ümumi əhaliyə nisbətən 2-ci tip ŞD və arterial hipertenziya 2,9 dəfə çox, hiperlipidemiya 1,5 dəfə çox rast gəlinir. Bu xəstəliklərin inkişaf riski BÇİ-i artdıqda əhəmiyyətli dərəcədə yüksəlir. Piylənmə həyatın müdətini qısaldır və kefiyyətini pisləşdirir, cəmiyyətdən əhəmiyyətli iqtisadi xərclər tələb edir: müxtəlif ölkələrdə piylənmənin və piylənmə ilə yanaşı gedən xəstəliklərin müalicəsinə çəkilən xərc bütün səhiyyəyə ayrılan xərclərin 8-10%-ni təşkil edir.

Başlanğıca


Diabetin əmələ gəlməsinin yüksək riski (ŞD 2 tip)

2-ci tip diabet xəstələrinin 80%-nin piylənməsi və ya artıq çəkisi vardır.

Ürək damar xəstəliklərinin risk faktorlarının əmələ gəlməsinin yüksəlmə tezliyi.
Təxminən piylənməsi olan insanların yarısının eyni zamanda arterial hipetenziyası vardır.

 

 


BÇİ-nin ölçülərindən və yanaşı risk faktorlarından asılı olaraq piylənmənin müalicəsinin alqoritmi.

*Təqdim olunan alqoritm ÜST-nın piylənmə üzrə beynəlxalq qrupunun məlumatlarına əsasən uyğunlaşdırılmışdır.

Antropometrik göstəricilərin təyini.
BÇİ-bədən çəkisi indeksi bədən çəkisinin göstəricisini (kq-la) boyun göstəricisinin (metrlə) kvadratına bölməklə hesablanır.

Başlanğıca



Bədən çəkisinin indeksi (BÇİ)

Piylənmənin əsas göstəricisi orqanizmdə piy toxumasının yığılmasıdır: bu kişilərdə çəkinin 10-15%-dən artıq, qadınlarda isə çəkinin 20-25%-dən artıq olması deməkdir. Piylənmənin diaqnozunun qoyulması və onun dərəcəsinin təyini üçün bədən çəkisi indekisi tədbiq olunur. BÇİ piylənmənin yalnız diaqnostik kriteriyası olmayıb, həmçinin piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişaf riskinin göstəricisidir.


Bədən çəkisi indeksi (BÇİ) bədən çəkisinin (kq-la) boyun kvadratına (metrlə) bölünməsindən alınır.

BÇİ=Bədən çəkisi(kq) / [boy (m)]2

 

Məsələn: Pasientin bədən çəkisi 92 kq, boyu 1,75 metrdir, bu halda bədən çəkisi indeksi 30 olacaqdır:
BÇİ-92: (1,75*1,75)=30.
(Bədən çəkisinin və boyun ölçülməsindən əvvəl pasient paltarını çıxartmalıdır).
BÇİ 18,5-24,9 normal bədən çəkisinə uyğundur.BÇİ-nin belə göstəricilərində ən az xəstələnmə və ölüm halları müşahidə olunur.

BÇİ-nə görə piylənmənin təsnifatı (ÜST, 1997)*

Bədən çəkisinin növləri
BÇİ (kq/m2)

Yanaşı xəstəliklər riski
Bədən çəkisinin defsiti
< 18,5
Aşağı (digər xəstəliklərin riski artıqdır)
Normal bədən çəkisi
18,5-24,9
Adi
Bədən çəkisinin artıqlığı (piylənmədən qabaqki hal)
25,0-29,9
Artmışdır
Piylənmə 1-ci dərəcə
30,0-34,9
Yüksəkdir
Piylənmə 2-ci dərəcə
35,0-39,9
Çox yüksəkdir
Piylənmə 3-cü dərəcə
_>40
Həddindən artıq yüksəkdir

*ÜST piylənmə üzrə beynəlxalq qrupu (IOTF WHO), 1997.

Bədən çəkisi indekisi göstəriciləri aşağıdakı şəxslər üçün məqbul sayılmır.
-Boy inkişafı qurtarmamış uşaqlar
-65 yaşdan yuxarı şəxslər
-Güclü inkişaf etmiş əzələlərə malik idmançılar və şəxslər
-Hamilə qadınlar.

Başlanğıca


Bel dövrəsinin bud dövrəsinə nisbəti
Piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişaf riski əhəmiyyətli dərəcədə piy toxumasının orqanizmdə yığılma yerlərinin xüsusiyyətlərindən asılıdır. Ən əlverişsizi abdonimal tip piylənmədir ki, bu da bir qayda olaraq kompleks hormonal və metobalik risk faktorlarını özündə birləşdirir. Piy toxumasının yerləşməsinin xüsusiyyətini aşkar etmək üçün bel dairəsinin bud dairəsinin ölçüsünə nisbəti istifadə olunur.

Qadınlarda əgər bu nisbət >0,85, kişilərdə isə >1,0 olarsa, bu abdominal piylənmə hesab olunur.Abdominal piylənmə ŞD 2-ci tip, ürəyin işemik xəstələyi, arterial hipertenziyanın inkişaf riski üçün müstəqil faktordur. Hal-hazırda abdominal piylənməyə metabalik sindromun əsas komponentlərindən biri kimi baxılır. Son illərin tədqiqatları göstərib ki, abdominal nahiyədə piy toxumasının yığılmasının ehtibarlı göstəricisi-BÇİ<35 olmaqla bel dairəsinin ölçüsünün göstəricisidir.Ona görə də bel dairəsinin ölçüsü sadə, ölçülməsi asan, dəqiq göstərici olub, ŞD 2-ci tip və ürəyin işemik xəstəliyinin inkişafının yüksək riski olan pasiyentlərin aşkar edilməsinə kömək edir.

Bel dövrəsinin ölçüsü və piylənmənin ağırlaşmalarının inkişaf riski (ÜST,1997)**

ŞD 2-ci tip,arterial hipertenziya,ürək damar xəstəlikləri riski
Artmışdır
Yüksəkdir
Kişilər
>94 sm
>102 sm
Qadınlar
>80sm
>88sm

**Bel dairəsinin ölçüsünün artması – hətta BÇİ – nin normal öıçülərində belə ağırlaşmaların yüksək inkişaf riskinin əlamətidir.
Bel dairəsinin ölçüsü ayaq üstə qoltuq altı orta xətt üzrə köks qəfərinin aşağı kənarı ilə çanaq sümüyü darağı arasındakı məsafənin ortasından ölçülür (maksimal ölçüyə görə və göbək nahiyyəsindən yox).Budların dairəsinin ölçüləri isə onların ən geniş nahiyyəsində-bud sümüyünün böyük burması səviyyəsində ölçülür.

Yanaşı xəstəliklərin yüksək riskinin göstəriciləri ((Belin dairəsinə görə):
Kişilərdə > 102 sm
Qadınlarda >88 sm

Başlanğıca



Piylənmə ilə yanaşı gedən pozğunluqların aşkar olunması və artıq əmələ gəlmiş xəstəliklərin diaqnostikası.

Məlumdur ki, piylənmə adətən xəstəliklərin inkişafı ilə müşahidə olunur:
Şəkərli diabet 2-ci tip
Arterial hipertenziya
Ürəyin işemik xəstəlikləri
Dislipidemiya
Yuxuda apnoye sindromu
Reproduktiv disfunksiya
Bəzi onkoloji xəstəliklər
Öd daşı xəstəliyi
Deformassiya edici osteoartoz
Artritlər
Aşağı ətraf venalarının xroniki çatmamazlığı
Mədə - yemək borusu refluks sindromu.
Bir qayda olaraq bu xəstəliklərin inkişaf ehtimalı bədən çəkisi artdıqça və abdominal_visseral nahiyyəvə artıq miqdarda piy toplandıqça yüksəlir.
Buna görə də piylənmə ilə olan xəstənin müayinəsinə, antropometrik göstəricilərindən başqa,aiddir:
Arterial təzyiqin ölçülməsi
EKQ – müayinə
Kəllənin rentgenoqrafiyası
Təyin olunmalıdır:
• Ümumi xolesterin
• Triqliseridlər
• Qlükozanın ac qarnına və ya standart qlükozaya tolerantlıq fonunda təyini (0-120 dəq)
• Ac qarına insulin
• - qlütamiltransferazalar
• LQ, FSQ, PRL,G2, T3, TTH, sərbəst-T4 (göstərişə görə)
• LPAS və LPYS xolesterin (hiperxolesterinemiyada və ÜİX, 2-ci tip şəkərli diabetə, arterial hipertenziyaya irsi meyillikdə)

Digər risk faktorlarının aşkar edilməsi

Piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişaf riskinə və onun effektiv müalicəsinə təsir edir:
-Piylənmənin inkişafına ailəvi meyillilik
-Piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişafına meyillilik
-Piylənmənin müddəti
-Bədən çəkisinin srtmasının xüsusiyyəti
-18 yaşdan başlayaraq bədən çəkisinin dinamikası
-18 yaşdan sonra bədənin minimal və maksimal çəkisi
-Bədən çəkisini aşağı salmaq üçün əvvəlki cəhdlər
-Bədən çəkisinin əvvəlki ildə dinamikasının gedişi
-Fiziki aktivliyin səviyyəsi
-Qidalanma vərdişinin xüsusiyyətləri
-Sosial vəziyyəti
-Streslər və depressiyalar
-Zərərli adətlər
-Dərman müalicəsi (trankvilizatorlar, antidepressantlar, kortiko-steroidlər, hestagenlər və s.)

Müalicə proqramının yerinə yetirilməsinə təsir edə bilər:
-Mədə-bağırsaq xəstəlikləri
-Xroniki zəiflik
-Xroniki ağrı sindromu

Bədən çəkisinin artmasına psixi pozğunluqlar kömək edə bilər:
-Əsəb bulimiyası
-Depressiya
-Təkrarlanan həddindən çox yemə epizodları
-Gecə yemək sindromu
-Mövsümü affekt pozğunluqlar

Məhz onlar,xəstə üçün müalicə rejiminə əməl etməyə, öhdəsindən çətin gəlinə bilən maniyələr ola bilər.Yuxarıda adları çəkilən pozğunluqları aşkar etmək üçün, sorğu üsulunun istifadəsi ilə xüsusi diaqnostika metodları vardır. Lakin onların kliniki praktikada tədbiqi kifayət qədər çətin olan işdir. Əgər aşkar olunsa ki, pasientdə qidalanma verdişində pozğunluq vardır (lazım olmayan vaxtda qida qəbulunun kompulsiv tutması, doyma hissinin olmaması, aclıq hissi olmadan çoxlu miqdarda qida qəbulu, emosional diskamfort, yuxu pozğunluğu halının qida qəbulu ilə birgə olması və ertəsi gün anoreksiya halı ilə və s.),onda onu psixonevroloq və ya psixoloqun konsultassiyasına göndərmək lazımdır.

Başlanğıca


Müalicəyə əks göstərişlərin təyini.

Xəstəni müayinə edərkən piylənmənin müalicəsini təxirə salmağın və ya aparılmamasının aşkar olunmasına fikir vermək vacibdir.
Piylənmənin müalicəsinin aparılmasına müvəqqəti əks göstərişlər:
-Hamiləlik
-Laktassiya
-Kompensassiya olunmamış psixi xəstəliklər
-Kompensassiya olunmamış somatik xəstəliklər


Əks göstərişlər
-öd daşı xəstəliyi
-pankreatit
-osteopazon.
Bu hallarda xəstələr bədən çəkisinin stabilləşməyinə yönəlmiş qidalanma haqqında məsləhətlər almalıdırlar.Sonradan isə bədən çəkisinin azaldımasına yönəldimiş müalicənin aparılmasının mümkünlüyü və lazımlığı fərdi sürətdə həll olunur.

Başlanğıca


Xəstənin müalicəyə hazırlığının qiymətləndirilməsi
Effektiv müalicə üçün vacibdir ki, xəstələr:
-Bədən çəkisinin azaldılmasına motivassiyaları olsun
-Özlərinin qida vərdişlərinin və həyat tərzlərinin uzun müddət ərzində tədricən dəyişməyə hazır olsunlar. -Bədən çəkisinin mötədil, etapla azaldılması taktikasına razı olsunlar. -Real başa düşməlidirlər ki, hansı vaxt ərzində onlar nə qədər arıqlamalıdılar. Müalicənin aparılmasına fiziki və emosional maniyələr olmamalıdır.

Xəstənin bədən çəkisinin azaldılnası üçün aparılan müalicəyə hazırlığını qiymətləndirmək üçün aydınlaşdırmaq lazımdır:

• Pasiyenti müalicənin başlanmasına sövq edən səbəblər • Bədən çəkisinin azaldılmasının əvvəlki təcrübələri
•Pasiyent tərəfindən piylənmənin inkişafına gətirib çıxarmış səbəblərin və onun sağlamlığa mənfi təsirinin dərk edilməsi
• Pasiyent tərəfindən piylənmənin müalicəsinin uzun müddətli olmasının qəbul edilməsi
• Pasiyentin uzun müddətə qidalanma vərdişlərinin və həyat tərzinin dəyişilməsinə hazır olması

Başlanğıca


Müalicənin məqsədlərinin təyin olunması

Hər bir pasiyentin bədən çəkisinin azaldılması arzusunu təyin edən öz səbəbləri vardır: kosmetik, sağlamlıq üçün riskin azaldılması, daha kiçik ölçüdə paltar geyməyə can atması, iş qabiliyyətinin yüksəldilməsi, daha yaxşı görünmək arzusu.Bədən çəkisinin azaldılması proqramını başlamağa xəstəni sövq edən səbəbdən aslı olmayaraq, vacibdir ki, həm bədən çəkisinin azaldılmasına, həm də azalmanın tempinə münasibətdə qarşıya real məqsədlər qoymaq lazımdır. Xəstəyə izah etmək lazımdır ki, piylənmənin müalicəsi uzun müddətli, ömürlük proses olub, çəkinin azalması üçün vaxt tələb olunur. Piylənmənin müalicəsinin əsas məqsədi yanaşı xəstəliklərin inkişaf riskinin azaldılması və xəstənin həyatının müddətini artırmaqdır.


Müalicənin məqsədləri: Müalicənin başlanğıcında məqsəd bədən çəkisinin başlanğıcda olan miqdarını 10% azaltmaqdır.
-Bədən çəkisinin azaldılması ilə yanaşı, piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişaf riskinin azaldılması. -Bədən çəkisinin artmasının qarşısının alınması.
-Bədən çəkisində nail olunmuş nəticənin saxlanılması. -Piylənmə ilə yanaşı gedən pozğunluqlara adekvat nəzarət
-Xəstələrin həyatının müddətinin və kefiyyətinin yaxşılaşdırılması

Ən effeklisi bədən çəkisinin etapla, tədricən, BÇİ göstəricilərini və yanaşı risk faktorlarını nəzərə almaqla aşağı salınmasıdır.

Artıq çəkinin və piylənmənin müalicəsinə BÇİ göstəricilərindən və yaranan risk faktorlarından asılı olaraq yanaşma

BÇİ və xəstəliyin yanaşı risk faktorları
Müalicə taktikası
18,5-24,9
Yanaşı risk faktorlarının olmaması ilə
Normal bədən çəkisini saxlamaq üçün sağlam həyat tərzində əməl etmək.Bədən çəkisinin artmasının qarşışının alınması.
Yanaşı risk faktorlarının olmaması ilə
• Belin ölçülərinin artması

Bədən çəkisinin aşağı salınması.

• Piylənməyə ailəvi meyililik
Bədən çəkisinin artımının >3kq qarşısının alınması
• Siqaret çəkmə
Siqaret çəkməni tullamaq, qidalanma haqqında məsləhətlər
• Hiperlipidemiya
Hipolipidemik diyeta
• QTP (qlükozaya tolerantlığın pozulması)xəstəliklərlə pozulması
Diyeta, fiziki fəaliyyət, bədən çəkisinin saxlanılması.
25,0-29,9
Yanaşı risk faktorlarının olmaması ilə
Bədən çəkisinin saxlanılması.Az kalorili qidalanma, fiziki fəaliyyətinin güclənməsi.
25,0-29,9
Yanaşı risk faktorlarının olması .
Bədən çəkisinin saxlanılması.Az kalorili qidalanma, fiziki fəaliyyətin güclənməsi,-1-ci növbədə risk faktorlarının aşağı salmağa yönədilmiş.Əgər 3 ay müddətində risk faktorları əhəmiyyətli dərəcədə azalmırlarsa, onda sutkalıq rasionun kaloriliyinin mötədil azaldılması fonunda 24 həftə müddətində bədən çəkisi 5-10 kg azaldılmalıdır. Medikamentoz terapiya

30,0-34,9
Yanaşı risk faktorlarının olmaması ilə
Başlangıc bədən çəkisinin 5-10% azaldılması. Medikamentoz terapiya.

30,0-34,9 Yanaşı risk faktorlarının olması
Başlangıc bədən çəkisinin 5-10% azaldılması.Medikamentoz terapiya.
35,0-39,9
Yanaşı xəstəliklərin inkışafının yüksək riski ilə

Başlangıc çəkinin> 10% azaldılması üçün medikamentoz terapiyanın da daxil olduğu kompleks terapiya. Konservativ mettodlar effektsiz olduqda cərrahi müalicə.
35,0-39,9 -Yanaşı xəstəliklərlə
Cərrahi müalicə metodları
≥40,0
Cərahi müalicə.


Hal-hazırda 4-6 ay müddətində tədricin (həftədə) 0,5- 1kg) arıqlama və alınan nəticəni uzun müddət saxlanılması metodikası qəbul edilməlidir.Bu metodikada orta hesabla başlangıc çəkinin 5-15% azalması baş verir və bu arıqlama əsasən piy toxumasının hesabına olur, bədən çəkisinin digər toxumaları hesabına olmur. Bədən çəkisinin belə azalmasına xəstələr asan nail olur, residiflər az baş verir.
Cərrahi müalicə sağlamlıq üçün təhlükəli piylənməsi olan (BÇİ 40 və ya BÇİ 35) və digər müalicə metodları ilə arzu olunan nəticə alınmadıqda, yanaşı xəstəliklər olduqda göstərişdir.

Başlanğıca


Bədən çəkisinin 10kq azaldılması (orta hesabla bu başlangıc çəkinin 10% - dir) çox saylı müsbət effektlərlə müşahidə olunur.

Ölüm halları

Azalması:
• ümumi ölümün 20% və daha çox
• Diabetlə əlaqədar ölüm halı 30%-dən çox
•Piylənmə ilə yanaşı gedən onkolojı xəstəliklərlə əlaqədar ölüm halı 40%-dən çox.
Arterial Təzyiq Azalması:
• Sistalik AT 10 mm.c. s.
• Diastolik AT 20 mm.c. s.
Şəkərli diabet Qanda ac qarnına glükozanın səviyyəsinin 50% azalması
Yağ mübadiləsi Səviyyəsinin azalması:
• Ümumi xolesterin 10 %
• LPAS 15%
•triqliseridlər 30%
LPYS səviyyəsinin yüksəlməsi 8%.

Bədən çəkisinin daha intensiv azaldılması xəstələrə məsləhət görülə bilər.
-Metobolik ağırlaşmaların inkişafının mütləq riski olanlara.
-Apnoe sindromu ilə sağlamlıq ilə sağlamlıq üçün təhlükəli пийлянмяси оланlara (BÇİ > 40)
-Planlı cərrahi əməliyyatın aparılmasından əvvəl.

Başlanğıca


Enerji daxil olmasının defsetinin yaradılması


Piylənmənin müalicəsinin əsasını səmərəli hipokalorili qidalanma təşkil edir.
Dietaya əməl etmək məsləhəti bir qayda olaraq müvəffəqiyyət gətirmir, belə ki, xəstələr tərəfindən bu qısa müddətli hal kimi qəbul olunur.
Əgər xəstələri öz qida vərdişlərini kəskin dəyişməyə məcbur etsək, onlar belə məsləhətlərə pis əməl edəcəklər, narazılıq və narahatçılıq hiss edəcəklər və son nəticədə yenidən çəkilərini artıracaqlar. Müvəqqəti olaraq müəyyən ərzaqların istifadəsinin məhdudlaşdırılması yox, qida xüsusiyyətlərinin və qida vərdişlərinin tədricən uzun müddətli dəyişdirilməsi məsləhət görülür. Enerjinin daxil olmasının azalmasına aşağıdaki hallarda nail olmaq olar:


-Sutkalıq rasionun kaloriliyinin azaldılması
-Yağların işlədilməsinin azaldılması
-Alkaqolun istifadəsinin azaldılması
Sutkalıq rasionun kaloriliyi fərdi olaraq bədən çəkisini, yaşı, cinsi, fiziki aktivliyin dərəcəsini nəzərə alaraq hesablanır.
Məsləhət görülür:
-Sutkalıq rasionun kaloriliyinin 20% azaldılması (orta hesabla 500-1000 kkal), lakin sutkalıq kalori 1200 kkal-dən az olmamaq şərti ilə.
-Yağların istifadəsini 30% azaltmaq. -Sutka ərzində müntəzəm qida qəbulu: 3 əsas və 2 əlavə.
-Qidanın əsas komponetləri daxil olan balanslaşdırılmış qidalanma: zülallar 15 %, yağlar 30%-dən az , karbohidratlar 55-60%-sutkalıq kalorinin bölüşdürülməsi belə olmalıdır.
Yağlar rasionun ən kalorili tərkib hissədir: 1qr yağda 9 kkal vardır.Tədqiqatlar göstərib ki, bədən çəkisi ilə istifadə olanan yağlar arasında bir başa əlaqə vardır.Ona görə də qidada yağların məhdudlaşdırılması, orqanizmə kalorinin daxil olmasını azaldır və beləliklə çəkinin aşağı düşməsinə gətirib çıxarır.Qidanın əsasını çətin mənimsənilən karbohidratlar təşkil etməlidir-kəpəkli undan hazırlanmış çörək, yarmalar, makaron məmulatları, tərəvəzlər, meyvələr.
Xəstənin qidalanmasının analizindən başlamaq lazımdır və ona məsləhət görmək lazımdır ki, bir həftə ərzində o bütün yediyi ərzaqları və qəbul etdiyi mayeləri qidalanma gündəliyinə yazsın. Qidalanma gündəliyi pasiyentə və həkimə kömək edir:
-xəstənin qidalanma rasionunu analiz etməyə, real yeyilmiş qidanın miqdarı, qidalanmanın sayları və artıq qida qəbulunu əmələ gətirən situassiyaları öyrənməyə. -Qidalanmaya şüurlu münasibətin formalaşmasına
-Çəkinin artmasına gətirib çıxaran qidalanma pozğunluqlarının ayıd edilməsinə
-Lazım olan dəyişiklərin təyin edilməsinə
-Çəkini azaltmaq üçün qida rasionunun qəbul edilməsi, gələcəkdə isə artıq yeməyə gətirib çıxaran situassiyalardan qurtulmağa
-Fərdi qida rasionunun düzgün planlaşdırılması.
Qidalanma başlanğıc sutkalıq rasionun kaloriliyinin 500-1000kkal defsiti ilə seçilir ki, bu da bədən çəkisinin həftədə 0,5 kq azalmasına nail olmaq üçündür.
Əgər sizin xəstəniz səmərəli qidalanma qaydaları ilə tanışdırsa, onda onun öyrənməsi cəmisi bir neçə gün tələb edər. Əgər bu onun üçün yeni sahədirsə, onda müalicə həkimi və dietoloq pasiyentə öz qidalanmasını planlaşdırmağı ona göstərməlidir. Yaxşı olar ki, hər bir xəstə heç olmasa bir həftə müddətində qidalanma gündəliyi doldursun.Qidalanma gündəliyi çox effektiv qayda olub, həkimə və pasiyentə qidalanmaya nəzarət və özü-özünə nəzarətini həyata keçirtməyə imkan verir.
Qoy hər bir pasiyent özünün şəxsi sağlam qidalanma stilini hazırlasın!

Başlanğıca


Fiziki aktivlik


Fiziki aktivlik çəki azaldılması proqramının vacib hissəsi olub, hansı ki:
- Piylənməsi və artıq çəkisi olan şəxslərin çəkisinin azaldılmasını yüngülləşdirir
-Abdominal-visseral piyin azalmasına səbəb olur
-Ürək-damar və tənəffüs sisteminin vəziyyətini, fiziki fəaliyyətin göstərilməsini yaxşılaşdırır
- Əldə olunmuş nəticəni uzun müddət saxlamağa kömək edir Fiziki aktivlik bədən şəkisinin azaldılmasında və alınmış nəticənin uzun müddət saxlanılması üçün vacib faktordur. Ona görə də bədən çəkisinin azaldılması, alınmış nəticənin saxlanılması üçün, fiziki fəaliyyət çəkinin azaldılması proqramının vacib tərkib hissəsidir. Çəkinin azaldılması üçün daha çox effektli qaçış, üzgüçülük, velosipet sürmə, aerobika məşğələləridir. Xəstələri öz adət etdikləri həyat tərzini çox sürətlə dəyişməyə məcbur etməyin. Öz pasiyentlərinizə daim fiziki fəaliyyət haqqinda fikirləşməyi yox, sadəcə daha fiziki aktiv olmağı məsləhət görün. Tədricən və sadədən başlayın. Tələsmədən arıqlayın!


Ən sadə, mümkün və effektli fiziki fəaliyyət növü piyada gəzməkdir. Həftədə 3-4 dəfə, gündə 10 dəqiqədən başlamalı və yerişin müddətini gündə 30-40 dəqiqəyə çatdırmaq lazımdır.Ən əsası-müntəzəmlikdir! Xəstələrə bu məsləhətləri yerinə yetirməyi tövsiyyə edin, və onlar tezliklə özlərində gümrahlıq hiss edəcəklər. Çəki azaldıqca, hətta az miqdarda belə hərəkət daha asan və ləzzətli olur. Tədricən onların gündəlik həyatına daha müxtəlif fiziki fəaliyyət növləri əlavə edin. Bu tək başına və ya qruppa ilə bədən tərbiyəsi və idmanla məşğuliyyət və ya axşam saatlarında dostlarla, bütün ailə ilə, uşaqlarla gəzintilıər ola bilər.

Ən vacibi odur ki, hər bir pasiyent özünün xoşladığı fiziki fəaliyyət növünü tapsın.

Başlanğıca


Dərman müalıcəsi
Hal-hazıra kimi, piylənmənin dərmanla müalicə metodları məhduddur.Həyat tərzinin dəyişməsinə əsaslanan terapiya- əsasən pasiyentin istifadə etdiyi kalorinin azalmasına və fiziki aktivliyin yuksəlməsinə istiqamətlənmiş müalicə çox vaxt həkim məsləhətlərinin pis yerinə yetirilməsi ilə müşahidə olunur. Çox hallarda bədən çəkisi aşağı düşdükdən sonra, o yenidən artır.Dərman terapiyasının tətbiqi qidalanmaya aid məsləhətlərin yerinə yetirilməsini asanlaşdırır və bədən çəkisinin daha intensiv və sürətlə azalmasına səbəb olur. Həmçinin alınmış bədən çəkisini saxlamağa kömək edir və residivin inkişafının qarşısını alır. Təsir mexanizminə görə piyləmənin müalicəsində istifadə olunan preparatlar 3 qrupa bölünür: 1. Qida istifadəsini azaldan—entermin, mazindol(Teronak),fenfluramin (Minifaj) deksfenfluramin (İzolipan) sibutramin (Meridia) fljuoksetin (Prozak) fenilpropanolamin (Trimeks)
2. Enerji sərfini artıran—termogen simpatomimetiklər efedrin/kofein, sibutramin
3.Qida maddələrinin sorulmasını azaldan—Ksenikal
Piylənmədə dərman müalicəsinin təyininə -BÇİ>30kq/m2 olduqda, - BÇİ>27kq/m2 abdominal piylənmə, 2-ci tip ŞD, ürək-damar xəstəliklərinə meyilliliklə, risk faktorları və ya yanaşı xəstəliklərlə (dislipidemiya, hiperinsulinemiya, 2-ci tip ŞD, arterial hipertenziya və s ) ilə birləşdikdə göstərişdir. Preparatlarla terapiya hipokalorili qidalanma və fiziki aktivliyin artırılması ilə kompleks təyin olunur. Dərmanla müalicə məsləhət görülmür:
-uşaqlara -hamiləlik və laktassiya dövründə.


Bu vaxta qədər dərman müalicəsində yeganə vasitə mərkəzi sinir sisteminə təsir edən preparatlar olmuşdur. Bu pereparatların əksəriyyəti mərkəzi sinir sisteminə təsir edən pereparatlar olmuşdur. Bu pereparatların əksəriyyəti əsasən ən çox serotoninergik sistemə təsir edirlər- sinaptik sahədə serotoninin ifrazını stimullaşdırırvə/və ya onun geri tutulmasını tormozlayırlar. Serotoninergik sistemin stimullaşdırılması iştahanı və qəbul olunan qidanın miqdarını azaldır.Sibutramin kombinə olunmuş təsirə malik olaraq, yalnız serotoninergik sistemı yox, noradrenergik sistemi də aktivləşdirir. Ona görə də bu preparatın qəbulu iştahanin azalması və enerji sərfinin artması ilə müşahidə olunur. Preparatın kənar təsirləri-agizda quruluq, ürək bulanma, ishal, əsəblik, baş gicəllənmə, yuxu pozğunluğu, birincili ağ ciyər hipertenziyasi, ürəyin klapanlarının zədələnməsi, arterial təziqin yüksəlməsi və urək döyünmələrinin artması mümkündür. Mərkəzi sinir sisteminə təsir edən preparatların qəbulu 3 aydan artıq məsləhət görülmür.

Ksenikal(orlistat)-piylənməlin müalicəsində yeni eradır.
Ksenikal-bədən çəksinin təhlükəsiz və effektiv azalmasına və ona uzuz müddət nəzarətə yeni yanaşmadır. Ksenikal piylənmənin müalicəsi üçün olan yeni sinif preparatlarından birincisidir. Onun təsiri piylənmə faktorunda əsas amil olan qida yaglarına yönəlmişdir. Ksenikal mədə və pankreas lipazalarının güclü, spesifik və uzun müddət təsir edən ingibitoru olub, qida yaglarının parçalanmasına və sonraki sorulmasına mane olur. Preparat mədə bağırsaq traktı hüdüdunda terapeftik effekt göstərərək, sistem effekt təsiri göstərmir. Ksenikalın təsir mexanizmi xəstələrin uzun müddət müvəffəqiyətlə müalicəsinə kömək edir.

Ksenikal- yüksək təhlükəsizlikdir: yerli təsir, mərkəzi sinir sisteminə təsirinin olmaması, sistem təsirinin olmaması. Ksenikalın kənar təsirləri mədə bağırsaq traktı tərəfindən olan simptomlarla məhdudlaşır, mahiyyətcə preparatın təsir mexanizminin əlamətlərindən ibarətdir: -düz bağırsaqdan yağlı ifrazat -yağlı stul -defekassiyanın tezləşməsi -defekassiya hissinin yaranması Adətən bu kənar təsirlər özünü zəif göstərir və müalicənin başlanğıc etaplarında əmələ gəlir(birinci 2-3 həftədə). Xəstələrin əksəriyyətində belə pozğunluqların yalnız bir neçə müşahidə olunur. Bu effektlər bilavasitə pasiyentləirin istifadə etdikləri qidanın tərkibindəki yağların miqdarı ilə əlaqədardir. Tərkibində çoxlu miqdarda yağ olan qida ilə birlikdə ksenikalın qəbulu (sutkalıq rasionun kaloriliyindən>30% ), mütləq yuxarda sadalanan mədə bağırsaq traktının pozğunluqları ilə müşahidə olunacaqdır. Pasiyentlə tərəfindən qidalanmaya aid məsləhətlərə və sutkalıq qida rasionunun kaloriliyində yağların miqdarının 30%-dən artıq olmamasına əməletdə, preparatın qəbulu zamanı adətən kəmar effektlər müşahidə olunmur. Ksenikalın sadələşdirilmış dozalaşdırma rejimixəstələrin şüurluğunun artmasına səbəb olur: pasiyentləri mümkün kənar təsirlərinyaranması mümkünlüyünə hazırlamaq lazımdır. Xəstələr başa düşməlidirlər ki, belə reaksiyalar ksenikal tərəfindən yox, qəbul olunan qidanın terkibindəki yağlar tərəfindən törənir. Bu xəstələri məcbur edəcəkdir ki, qidalanma haqqındakı məsləhətlərə və yağların məhdudlaşmasına əməl etsinlər. Ksenikal əsas qida qəbulları zamanı (və ya yeməkdən 1 saat gec olmamaq şərti ilə) bir kapsul (120 mq) təyin olunur. Əgər qida qəbulu buraxılıbsa və ya qəbul olunan qidanın tərkibində yağ yoxdursa, ksenikalın da qəbulunu buraxmaq olar. Bununla bərabər xəstələr bir çox ərzaqların (ət, süd, və s.) tərkibində gizli yağların olması haqqında məlumatlandırılmalıdırlar. Preparatın sutkada 120 mq 3 dəfədən artıq dazası əlavə effekt vermir. Qoca və yaşlı xəstələrdə dozanın korreksiyası tələb olunmur. Məsləhət görülən terapevtik dozada preparatın qəbulu zamanı təxminən qida ilə qəbul olunan yağların sorulmasının miqdarı 33% azalır ki, bu da bədən çəkisinin əhəmiyyətli azalmasına gətirib çıxarır və lipid, karbohidrat mübadiləsinin göstəricilərini yaxşılaşdırır. Bununla bərabər preparat sağlamlığın yaxşı vəziyyətini saxlamaq üçün lazım olan yağların miqdarını və digər qida maddələrinin sorulmasına mane olmur. Ksenikalın uzun müddət qəbulunun effektliyivi sübüt olunmuşdur. Preparat bədən çəkisinə ömürlük nəzarət proqramının bir hissəsi ola bilər. Ksenikal yalnız malabsorbsiya xroniki sindromlu xəstələrə və ksenikala, onun komponentlərinə yüksək həssaslığı olanlar üçün əks göstərişdir. Ksenikal nəinki bədən çəkisini azaldır, həmdə piylənmə ilə yanaşı gedən risk faktorlarınida azaldır. O, piylənmə xəstəliyi və artıq çəkisi olanlarda uzun müddət tədbiq etdikdə effektlidir. Ksenakalla müalicə risk faktorlarının (LPAS xolesterinin səvviyəsinin azlması, LPYS xolesterinin artması, qlükoza mübadiləsinin göstəricilərinin yaxşılaşması və hiperinsulinemiyanın azlaması ilə müşahidə olunur) profilini yaxşılaşdırır.Tədqiqatlar göstərir ki , bu dəyişikliklər müalicənin başlanmasının artıq 1-ci 2 həftəsindən əmələ gəlib, preparatla bütün müalicə dövründə saxlanılır. Ksenikalla müalicənin nəticələri:
-Bu preparatı qəbul edib diyeta gözləyənlərlə, yalnız diyeta gözləyənləri müqaisə edən klinik tədqiqatlar nəticəsində aydın olmuşdur ki, ksenikal qəbul edən xəstələr: -Diyetoterapiya gözləyənlərə nisbətən əhəmliyyətli dərəcədə intensiv arıqlayıblar. -Bədən çəkilərini daha tez endiriblər. –Bədən çəkilərini əsasən piy toxuması hesabına azldıblar - Bədən çəkilərinin alınmış nətıcələrini uzun müddət saxlayıblar. Ksenikalın qəbulu zamanı həmçinin müşahidə olunmuşdur:
• Ümümi xolesterinin səviyyəsinin əhəmiyyiətli enməsi
• LPAS xolesterinin səviyyəsinin aşağı enməsi
• LPYS xolesterinin səviyyəsinin artması
• LPAS/ LPYS nisbətinin yaxşılasması
• Artmış arterial təziqin enməsi
• Insulin səviyəsinin aşağı düşməsi və ya normallaşması
• 2-ci tip şəkərli diabetli xəstələrdə karbohidrat mübadiləsinin yaxşılasması
• 2-ci tip şəkərli diabetin inkişaf riskinin azalması, pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşması

Başlanğıca


Piylənmənin müalicəsinin yeni perspektivləri
Insanın çəkisi fiziki hərəkətlərdən və diyetadan çox asılıdır, lakin onlardan başqa da çəkiyə tə'sir edən diqər faktorlar var. Əgər sizin çəkiniz normaldırsa, bu fiziki hərəkət və diyetadan əlavə lipid gendən də sıx asılıdır. Əksər diyetoloqlar öz fəaliyyətlərində əsasən iki ən vacib amili - diyeta və fiziki hərəkətləri ön plana çəkirlər, lakin çox güman ki, bizim möcüzəli orqanizmimiz yalnız bunlarla kifayətlənmir.

Nə üçün? Yəginki bir çoxlarımız iki insanın təxminən eyni miqdarda və eyni tərkibdə qidalandiğını, lakin bu qidalanmanın onlara müxtəlif cür tə'sir etdiyinin müşahidə etmisiniz: onlardan birinin çəkisi artır, digəri isə əvvəlki bədən quruluşunu saxlayır. Bir qayda olaraq bunu orqanizmlərdə metabolizmin müxtəlif və bədən quruluşunun fərqli olması ilə izah edirlər. Lakin bu vaxta qədər nə üçün insanların getdikcə çəkilərinin artması izah oluna bilinmir. Hal-hazırda çoxlu sayda elmi işçilər bu və ya digər maddənin mənimsənilməsi ilə əlaqədar olan bütün proseslərə insan genomunun tə'sirini öyrənir və bunun piylənmə ilə əlaqəsini axtarırlar. Hal-hazırda bu məsələnin yalnız tibbi nöqteyi nəzərdən yox, iqtisadi cəhətdən də çox böyük əhəmiyyəti vardır, beləki hər il dünyada piylənməni izah edən, onunla mübarizə yollarını göstərən yüz minlərlə kitab çap olunur və çoxlu sayda dərman preparatları məsləhət görülür. Əgər yağların mənimsənilməsini hansı genin idarə etdiyi tapılarsa, bu vaxt bu qədər ədəbiyyata və dərman preparatlarına ehtiyac olmaz. Genomun tədqiq olunması və çeşidlənməsi çoxlu sayda problemin həll olunmasına və bir çox fırıldaqlara və şarlatanlığa son qoyar. 1994-cü ildə leptin kəşf olunduqdan sonra aparılan tədqiqatlar nəticəsində tə'yin olundu ki, piylənməni bu vaxta qədər məlum olmayan hormon idarə edir və bu hormona leptinom adı verildi (yunancadan tərcümədə leptos-nazik).

Leptinin kəşfindən sonra biologiyada əsl çevriliş baş verdi. Təcrübələrdə siçanlar günbəgün deyil, saatba- saat ariqlamağa başladılar və iki həftəyə çəkilərini 30% azaltdılar. Siçanlar üzərində təcrübədən sonra insanlar üzərində təcrübələr başlandı və bir çox ölkələrdə müvəfəqiyyətlə piylənməni qısa müddətdə müalicə etməyə başladılar.
Beləliklə leptin piylənmənin əsas səbəbkarıdırmı? Bu heç də belə deyil! Çünki artıq çəkiyə malik insanların çox kiçik bir faizində leptin geninin zədələnməsi aşkar olunur. Ən maraqlısı odur ki, klinik tədqiqarlar nəticəsində aşkar olundu ki, leptinin necə hazırlanması və ötürülməsindən insan orqanizmi asılıdır.

Prossesin mahiyyətinə vardıqda belə mə'lum olur ki, leptin beyinə daxil olduqda o bir neçə istiqamətdə istifadə olunur. Misal üçün, onun bir hissəsi iştahanın stimulasiyasına sərf olunur və leptin istifadə olunduqça orqanizm tərəfindən POÇM adlanan zülal hasil olunur ki, buda PÇ1 fermenti ilə iki peptidə parçalanır.

MHS adlanan peptid MÇ4 reseptoru ilə qarşılıqlı tə'sirə girir. Bundan sonra reseptor sizin iştahınızı azaltmağa başlayır. Faktiki olaraq qidanın qəbuluna beyin nəzarət edir və o çavabdehdir. Beləliklə əgər reseptor normal fəaliyyət göstərmiyəcəksə çətin ki, genin dəyişilməsi və müalicəsindən başqa sizin orqanizminizə nəsə başqa bir şey kömək etsin. Genin dəyişilməsi və müalicəsi isə hal-hazırda demək olar ki, tapılmamışdır və çox çətindir. Ümıüd etmək olar ki, yaxin zamanlarda piylənmə problemi bioloji status səviyyəsinə keçəcək və müvəfəqiyyətlə həll olunacaqdır.
Lakin nəzərə almaq lazımdır ki, düzgün həyat tərzi, düzgün qidalanma insan sağlamlığında həyat tərzi ilə əlaqədar xəstəliklərin qarşısının alınmasında həll edici faktordur.


Başlanğıca


Piylənmə ilə olan xəstələrin monitorinqi
Ksenikalla müalicənin birinci aylarında xəstə ilə müntəzəm kontaktda olmaq xüsusi ilə vacibdir. Pasiyentlərdən xahiş edin ki, hər ay heç olmasa bir neçə gün üçün qidalanma gündəliyi tərtib etsinlər. Bu müaliçə həkiminə və pasiyentə qida vərdişlərinə nəzarət etməyə, fiziki aktivliyi, bədən çəkisi göstəricilərini, bel dairəsi/bud dairəsi, bel dairəsi, arterial təzyiqin səviyyəsini, karbohidrat və lipid mübadiləsinin göstəricilərini, yanaşı gedən xəstəliklərdə tətbiq olunan dərmanların sutkalıq dozasını fiksə etməklə müaliçənin effektliyinin obyektiv qiymətləndirilməsinə imkan verir.


Piylənmənin müaliçəsində bədən çəkisinin aşağı düşməsi prosesində ən çətin yerinə yetirilən, alınmış nətiçənin saxlanılmasıdır.
Bədən çəkisinin aşağı düşməsi proqramında alınmış nətiçənin uzun müddət saxlanılmasının əsasını həkim və pasiyentin daimi kontaktı təşkil edir.
Bədən çəkisinin sxlanılması proqramı bədən çəkisinin aşağı salınması proqramından 6 ay sonra başlanır.
Klinik tədqiqatlr göstərir ki, bədən çəkisinin artmasının qarşısını almaq üçün ən vacib fktor- müalicə həkiminin daimi müşahidəsidir. Arıqladıqdan sonra bir çox pasiyentlər yenidən çəkilərini artırırlar. Onlar özlərini uğursuz insan hesab edirlər, həkimə müraciət etməyə utanırlar və çəkilərini endirmə cəhdlərini dayandırırlar. Əgər bu dövrdə həkim pasiyenti qəbula dəvət etsə, çəkiyə nəzarət proqrmını yenidən başlamaq olar və bədən çəkisinin təkrar artmasının qarşısını almaq olar.


Pasiyentlərə öz çəkisini uzun müddət nəzarətdə saxlamağa kömək edən sadə məsləhətlər:
Ərzaq seçimini düşünərək etməli, yəni, yağların istifadəsini məhdudlaşdırmaqla sellülozalı ərzaqları məhdudiyyətsız istifadə etməklə, balanslaşdırılmış qidalanma prinsiplərinə əməl etmək.
Bədən çəkisinin artmasına şərait yaradan vəziyyətlərin qarşısını almaq və öhdəsindən gəlmək.
Aktiv həyat tərzi keçirmək. Arıqladıqdan sonra fiziki fəaliyyətsiz bədən çəkisini stabil saxlamaq mümkün deyildir.
Əksər pasiyentlərdə motivassiyanı saxlamaq və piylənmənin müalicə proqramını yerinə yetirmək üçün daim psixolojı kömək lazımdır. Pasiyentlərə, əgər onların çəkisində bir qədər artım olduqda imkan verməyin ki, onlar həvəsdən düşsunlər və müalicə proqramını yarımçıq kəssinlər. Onları inandırın ki, çəkinin azacıq artımı tamammilə normal haldır. Pasiyentlərə bu faktdan istifadə edərək, müalicəni yarımçıq kəsməyə icazə verməyin.
Xəstədə müvəffəqiyətə inamı möhkəmlədin!

Başlanğıca


Xüsusi terapevtik qruplar
Siqaret çəkənlər
Siqaret çəkmə ürək-ağ ciyər xəstəliklərinin ən əsas risk faktorlarından biridir. Bu xüsusi ilə artıq çəkisi və piylənməsi olan xəstələrə aiddir. Siqaret çəkmədən imtina əksər hallarda bədən çəkisinin artması ilə müşahidə olunur. Ona görə də bu zərərli adəti tərgitməyə çox vaxt kökəlmə qorxusu mane olur.


Pasiyentlərə siqaret çəkmənin tərgitməyin vacibliyini izah etmək və labüd bədən çəkisinin qarşısını almaq üçün ona qidalanma (sutkalıq rasionunun kaloriliyinin mötədil azaldılması), fiziki aktivliyi artırmaq, həyat tərzinin dəyişmək haqqında məsləhətlər verməklə kömək etmək lazımdır.

Başlanğıca


Yaşlı insanlar
Yaşlı insanlarda piylənmənin müalicəsinə qərarı bunun potensial üstünlüklərini qiymətləndirməklə vermək lazımdır; bədən çəkisinin azalması pasiyentin gündəlik tərzinə və ürək damar xəstəlikləri riskinin azalmasına, həyat müddətinin artmasına əsaslanmalıdır. Sümük sisteminin vəziyyətinə və qidalanma göstəricılərinə çox diqqətli nəzarət lazımdır.
Yaşlı insanlarda bədən çəkisinin azalmasına yönəlmiş tədbirlərin aparılması, sümük əzələ və ürək-damar sisteminin vəziyyətinə daim müşahidə və nəzarət tələb edir, belə ki, qidanın məhdudlaşdırılması orqanizmə zülalın, çox əhəmiyyətli vitaminlərin və mineralların kifayət qədər daxil olmamasına gətirib çıxara bilər ki, buna da yaşlı xəstələr çox həssasdırlar.
Bundan başqa simptomsuz gedən xəstəliyin əlaməti olan özü-özünə arıqlama, səhv olaraq bədən çəkisinin məqsədyönlü azaldılmasının uğurlu nəticəsi kimi qiymətləndirmək olar. Arzuedilməz hallardan qurtulmaq üçün mötədil balanslaşdırılmış hipokalorili qidalanma, pasiyentin vəziyyətinə sistematik müşahidə olunmsı lazımdır. Tədqiqatların nəticələri göstərir ki, kişi və qadınlarda yaş özü-özlüyündə piylənmənin müalicəsindən imtina etməyə səbəb deyildir.

Başlanğıca


Müalicənin effektlivliyinin qiymətləndirilməsi
Piylənmənin müalicəsinin effektliyinin qiymətləndirilməsinin aşağıdakı kriteriyaları qəbul olunmuşdur:
Bədən çəkisinin aşağı salınması etapında:
• > 5 kq- müvəffəqiyyət var
• > 10 kq- əladır
• > 20 kq- müstəsna haldır
Bədən çəkisinin saxlanılması etapında:
• 2 il müşahidə müddətində < 3 kq bədən çəkisinin artması
• bel dairəsinin dayanıqlı 4 sm. azalması
Yanaşı ağırlaşmalar olduqda:
• arterial təzyiq 140/90 mm. c. s.
• xolesterin < 5,2 mmol/l
• xolesterin LPYS> 1,0 mmol/l
• triqlisridlər < 2,3 mmol/l
• qlükoza acqarına < 5,6 mmol/l.

Başlanğıca


Rasional qidalanma

Rasional qidalanma tərkibində az miqdarda doymamış yağlar və xolesterin, az miqdarda zülal, duz və şəkərli məsullar, nişastalı qidalar və liflərlə zəngin olmalıdır. Bu tip qidalanma sizə ürəyin işemik xəstəliyindən, damar divarının zədələnməsindən, ürək sancılarından, insultdan, nazik və yoğun bağırsaq xəstəliklərindən və xərçəngin müxtəlif növlərindən qorumuş olar.

AZ DOYMUŞ YAĞ VƏ XOLESTERİN
Yağlar qidada doymuş və doymasmış ola bilər. Doymuş yağlar daha çox heyvani mənşəli olurlar. Ən çox doymuş yağlarla zəngin qidaya ət, süd və süd məhsulları, donuz piyi, kövrək undan hazırlanmış bişintilərin tərkibindəki kərə yağı , həmçini kokos və palma yağı aiddir.
Doymuş yağlar diğər məhsullara nisbətən qanda xolesterinin miqdarını daha çox artırır. Xolesterin bitki mənşəli məhsullarda demək olar ki, yoxdur, o yalnız heyvani mənşəli ərzaqları tərkibində olur. Xolesterinlə ən zəngin qidalar yumurta, süd, adi pendir və ət məhsullarıdır.


Bitki mənşəli məhsulların əksəriyyəti ya yağlarla kasaddır, ya da doymamış yağlarla zəngindirlər. Doymamış yağlar həqiqətən də Sizin xolesterinizin səviyyəsini azaldır. Doymamış yağlar polidoymamış və ya monodoymamış olurlar. Bitki yağları, məsələn: qarğıdalı, pambıq, soya, safor və günəbaxan yağı poludoymamış yağlarla zəngindirlər. Monodoymamış yağlardan başlıca olaraq zeytun yağı, yerfındığı yağı, kanola və avokada yağını göstərmək olar.

DOYMUŞ YAĞLARIN VƏ XOLESTERİNİN QƏBUL MİQDARINI NECƏ AZALTMAQ OLAR.
Süd məhsulları
•Tam keyfiyyətli süd əvəzinə az yağlı və ya yağsız süd qəbul edin.
•Xama, qaymaq və mayonezin əvəzinə sadə yoqurt - az yağlı qida qəbul edin.
•Xama əvəzinə püre konsistensiyası səviyyəsinə çatmış yağsız və ya az yağlı limon şirəsi ilə kəsmik istifadə edin.
•Adi pendir əvəzinə sadə və yağsız pendir və ya yağsız, az yağlı püre kəsmik qəbul edin.
•Ən məhşur dondurmanın əvəzinə yağsız və ya az yağlı, donmuş yoqurt, dondurma və ya şərbət qəbul edin.

YUMURTA
•Yumurta qəbulunu tezliyini azaldın. Belə ki, həftədə 3-4 dəfədən artıq olması məsləhət deyil. Yaxşı olardı ki, yumurta əvəzedicilərdən istifadə edəsiniz.


•Kulinar reseptlərdə tam yumurtanı yumurta zülalı (yumurta ağı) ilə əvəzləyin. Belə ki, iki yumurta ağı bir tam yumurtaya uyğunğur.

YAĞ MƏHSULLARI
-Kərə yağını adi marqarinlə, kulinar donuz piyini pasta şəkilli, duru, yüngül, dietik marqarinlə əvəz edin. Bu, sizə doymamış yag qəbul etməyə imkan verər.


-Kərə yağı və marqarini doymamış yağlarla əvəz edin.
-Yemək hazırlayarkən bir xörək qaşığından çox olmayaraq doymamış yağ istifadə edin.
-Yağdan çox istifadə etməyin, bu məqsədlə şirəli göyərti zoğları, yağsız və ya pəhriz bulyonundan istifadə edin.


-Yağ əsaslı adi salat souslarını sadə və yağsız sousla əvəz edin. Salata limon suyu və ya adi duz və istiot əlavə etməklə yeməyi daha da ləzzətli etmək olar.

ƏT MƏHSULLARI
•Az ət yeməyə adət edin. Ət tikəsinin biri 3 unsiyadan çox olmamalıdır - təqribən kart dəstəsi ölçüsündə.
•Yemək zamanı yağlı ət tikəsindən daha çox yavan tikələrə üstünlük verin. Yavan ətlərə dana əti, can əti langeti, donuz filesi, öküzün arxa ayaqlarının əti və s. aiddir.
•Əti bişirərkən yağla istifadə növlərindən uzaq olsanız yaxşı olar, məsələn: buğda, ocaqda və ya yağsız qızartmadan istifadə edin.

QUŞ ƏTİ
•Toyuq və ya hinduşkanın döş ətindən istifadə edin. Bu qidalarda yağ çox azdır.
•Quş dərisi yeməyin.

BALIQ
Balıq yeməyə üstünlük verin. Balığın tərkibindəki yağ təbii olaraq aşağı kalorili doymamış yağlardır. Balıq yağında omeqa-3 vardır ki, bu da doymamış yağ turşularına aid olub, sizi ürək-damar xəstəliklərindən qorumuş olur.
Balığı qızartmaq əvəzinə buğda və ya suda bişirin.

MÖTƏDİL MİQDARDA ZÜLAL
Zülallar heyvani və bitki mənşəli olur. Düzgün qidalanma zamanı zülalı az kalori, az yağlı və az xolesterinli qidalardan alınmalıdır. Ət məhsulları, yumurta, süd və pendir zəngin zülallı qidalar sayılır. Bu qidalar doymuş yağlar və xolesterinlə də zəngindirlər. Əgər siz bu qidalara üstünlük verirsinizsə, yağsız tikələrindən istsfadı etməyiniz daha yaxşıdır.
Zülal mənbəyi kimi toyuq əti (dərisiz), balıq və balıq məhsullarından istifadə edin.
Yuxarıda adları çəkilən məhsullar doymuş yağlar və xolesterinlə kasaddırlar.
Bunlardan başqa zülalı bitki mənşəli qidalardan, məsələn: paxladan (paxla, noxud, mərcimək), yarma və tərəvəzdən iasifadə edərək zülal balansını da tənzimləmək olar. Bu məhsullardakı zülal yağ və xolesterinlə kasaddır. Qoz və bitki tumları da doymamış yağlar və zülalla zəngindir.

BİTKİ LİFLƏRİ VƏ NİŞASTA İLƏ ZƏNGİN QİDALARLA QİDALANMA
Nişasta karbohidratların iki əsas tiplərindən biridir (digər əsas tip şəkərdir). Karbohidratlar - qanda şəkərə çevrilən ən mühüm qida məhsuludur.
Nişastalı qida məhsullarına çörək, un məhsulları, düyü, digər dənəli bitkilər, lobya və noxud aiddir. Nişastalı məhsulların əksəriyyətində yağ və xolesterin çox az miqdarda olur.

QİDA LİFLƏRİ
Qida lifləri bitki sellülozası olub, orqanizm tərəfindən həzm olunmamaqlarına baxmayaraq, karbohidratlara aiddirlər. Bunlar meyvələrin, tərəvəzlərin, paxlalı bitkilərin (lobyanın müxtəlif növləri, noxud, mərci ) və ya yarmalarin tərkibində olurlar. Bütün bunlar az kalorili olub, az miqdarda yağlara malik olub, tərkibində xolesterin olmur.

AZ MİQDARDAM DUZ QƏBUL ETMƏ
Əksər qidalarda duz natrium şəklində təsadüf edilir. Tərkibində çox duz olan məhsullara konservlər, duzlanmış qaxac ət, kolbasa və hisə verilmiş məhsullar (döş əti, hisə verilmiş kolbasa, sosislər və s.), marinad, pendir, salat sousları, xardal, ketçup, soya sousu, səhər yeməyi üçün lopa, tez hazırlanan şorbalar, hazır dondurulmuş şorbalar, duzlu qəlyanaltılar (çipsi, duzlu krendel) aiddir.

DUZ QƏBULUNU NECƏ AZALTMALI
-Şorbaların az duzlu və duzsuz növlərinə üstünlük verin.
-Duzlu konservant məhsullardan (tərəvəz, paxlalılar, balıq, molyuska və ət məhsulları)
natrumu kənarlaşdırmaq üçün 1 dəqiqə müddətində soyuq su ilə yaxalayın.
-Qaxac edilmiş ət əvəzinə digər kolbasa məhsullarına üstünlük verin.
-Şorbanıza limon ŞİRƏSİ, aromatlaşdırılmış sirkə, istiot, sarımsaq, soğan, duzsuz souslar və ya digər otlar əlavə edin.

ŞƏKƏRİN MÖTƏDİL İSTİFADƏSİ
Şəkər-iki əsas karbohidrat tiplərindən biridir (digər əsas tip - nişasta məhsulu, bax yuxarı). Karbohidrat - əsas qida məhsulu olub, sizin qanınızdakı qlukozanın miqdarını tənzimləyir. Təcrübələr göstərir ki, qanda qlükozanın səviyyəsini qaldıran şəkərdən nişastanın heç bir fərqi yoxdur. Buna görə də az miqdarda şəkər sizin düzgün qidalanma sxemində iştirak edə bilər.
Şəkərə bal, patka (tam şəkərlətməmiş nişastadan ibarət qəliz maddə), siroplar (məsələn: qarğıdalı və ağcaqayın), rafinə olunmuş şəkər (stolüstü şəkər, şəkər qamışı, şəkər tozu) və təbii şəkər (süd laktozası və meyvə fruktozası) aiddir.
Təbii şəkər olan qida məhsullarının tərkibində vitaminlər, mineral məhsullar, bitki lifləri və zülallar da mövcuddur. Bəzi qidalara bir qədər şəkər əlavə edilmişdir ki, bunları da tanıyın: səhər yeməyi üşün lopa, çörək və çörək məhsulları, salatlar üçün souslar və s. Bəzi yüksək kalorili və yağlı qidalara isə hazır şəkər qatılır: şokolad, dondurma və s.
Fruktoza digər şəkərlərə nisbətən qanda qlükozanın səviyyəsini daha az qaldırır. Çox miqdarda fruktoza sizdə xolseterinin səviyyəsini yüksəldə bilər. Bu səbəbdən də fruktozanı digər şəkərlərlə əvəz etməyə lüzum yoxdur.


Digər şəkərlərlə nisbətdə meyvə şirələri və ya onların konsentrantlarını qəbul etmək də eyni effekti yaradır. Bu məhsullarının da kaloriliyi eynidir və qanda şəkəri digər şəkərlərlə eyni miqdarda qaldırır. Ümumiyyətlə şəkər istifadəsindən ya imtina etmək, ya da minimuma endirmək lazımdır.

Başlanğıca


Çəki azaltmanın sirləri

Ancaq qeyri adi dietalarla deyil, praktik ideal çəki vermənin əsas qaydaları.

Bahar mövsümünün gəlməsiylə birlikdə hər kəsi "arıqlama" təlaşı maraqlandırır.

Hərəkətsizlik, stress, fast-food və tez-tez və nə oldu yemə vərdişi, yuxusuzluq ya da çox çox yatma, yağlı yeməklər... və təəssüf ki, qaçınılmaz bir gerçək- köklük.

Bütün dünyada getdikcə sayını yüksəldən piylənmə artıq bir xəstəlik mövqeyindədir. Hər beş adamdan birində mütləq görülən bu vəziyyət, sağlamlığı bir xeyli təhdid edir. Fiziki fəaliyyətdə azalma, qidalanma vərdişləri, yaş, cinsiyyət (qadın), irqi faktorlar, təhsil səviyyəsi, evlilik, doğum sayı, siqareti buraxmadan sonar qeyri düzgün qidalanma və spirtli içgi risk faktorları arasındadır.
Balanssız ya da çox qidalanma ürək, təzyiq, damar daralması, xolesterinin artması və şəkər kimi bir çox xəstəliyə gətirib çıxarır.

Qışda alınan çəkilar, yaz mövsümünün yaxınlaşmasıyla birlikdə bir anda verilmək istənir və çarə şok dietalarda axtarılır. "1 həftədə 5 kq. çəki vermək" kimi bir möcüzə olaraq görülən qısa davamlı dietalər, sağlamlıq baxımından ciddi problemləri də özü ilə gətirir. Həzm və sinir sistemi pozğunluqları, qan azlığı, yorğunluq, halsızlıq, baş gicəllənmələri, ürək bulanma və qusma bunlardan yalnız bir neçəsidir. Şüursuz qidalanma, qeyri-kafi qida elementləri maddələr mübadiləsini bir anda çökdürür. Çəki itkinləri yağ yerinə su və əzələdən olur. Maddələr mübadiləsinin yavaşlaması, verilən çəkiların və hətta daha çoxunun müəyyən bir müddət sonra sürətlə alınmasına səbəb olur.

MÜTƏXƏSSİSLƏRDƏN TÖVSİYƏLƏR....

Arıqlamak istəyən bir adam əvvəlcə beynini bu şərtə hazırlamalı, bir mütəxəssisə müraciət etməli və hədəf təyin etməlidir. Az, tez-tez və faydalı qidaları yeməlidir. Uzun müddətli dietalər tətbiqlidir. Çəki almanın təməlində duran tez-tez nə oldu yemə vərdişi və hərəkətsizlik kimi vərdişlərindən imtina etməlidir. Gündəlik alınan kalori miqdarından 500-1000 kalorilik qisiminin az alınması həftədə orta hesabla 1kq. çəki verilməsini təmin edər və doğru olan da bu ölçüdür. İstənilən Çəkiya çatdıqdan sonra mütləq qoruma proqramına keçilməlidir.

"İDEAL KİLO VERMƏ"NİN SİRLƏRİ...

Yaş, çəki, boy, fiziki fəaliyyət səviyyəsni və bədən analizinizə görə uyğun bir qidalanma proqramı tərtib edin.

Aclıq hiss etdiyinizdə biskvit, keks, bişintilər və s. qidaların yerinə əvvəl bir stəkan su içmək və meyvə, kəpəkli suxarı, qatıq, ağ pendir, quru ərik, 3-4 ədəd qoz kimi yüngül və həzmi asan yeməklər yeyin.

3 ara pay və 3 əsas pay yeməyi vərdiş əldə edin və əsla aç qalmayın.

Gündə orta hesabla 45 dəqiqə gediş edin.

Gündə 8-10 stəkan su üçün.

Qan şəkərini sürətlə yüksəldib salmayan, toxluq hissi verən, kəpəkli və lifli yeməkləri seçin. Üç ağı (şəkər-un-duz) siyahınızdan çıxardın.

Qızartmağı süfrənizdən uzaqlaşdırın, onun yerinə qrill, qaynatma və buğlama növünə yer verin.

Yuxu nizamınızı tarazayın. Çox yuxu qədər yuxusuzluq da çəki aldırar, çünki az yuxu sinir sisteminin tarazlığını pozar, stress yaradar və bu da paralel olaraq tez-tez nə oldu yemə meyllərini artırar.

Mürəbbəni öz şəkəriylə edin.

Spirt qəbulunu azaldın.

Siqaret, qəhvə və kafeinli içkilər qan şəkərini salaraq şəkərli qidalara hücum etməyə səbəb olduğu üçün bunlardan uzaq durun.
Hazır qidaları və turşməzə içkiləri həyatınızdan çıxarın.

Arıqlama dərmanlarından qaçın. Çünki bitki mənşəli arıqlama dərmanları bədəndə B1 vitamini (thiamin) əskikliyinə gətirib çıxarır, karbonhidrat maddələr mübadiləsisinə təsir edir, göz almasının dəyişikliylnə, yerimənin pozulmasına və əsəbilik kimi sinir sistemi pozuqluqları yaradar.

Çəkinizə nəzarəti vərdiş halına gətirin və əgər mümkünsə yediklərinizi qeyd edin.

Qırmızı ət yeməyı ən aza endirin, onun yerinə eyni miqdarda toyuq və balıq yeyin.

Yeməkləri çox çeynəyin, boşqabları azaldın, süfrədən həddindən çox tox olaraq qalxmayın.

Meyvə və şirin yeməkdən yarım saat sonra yeməyi başlayın.

Süfrənizdə "Omeqa 3" və "Omeqa 6"a yer verin. Omeqa 3; qoz, fındıq, soya paxlası, kələm, ispanaq, brokoli, kahı, raps bitkisi, soyuq su balıqları, balıq yağı və Omeqa 6 günəbaxan, soya və taxıl məhsullarında olur.

- Əgər qəbizlik problemi ilə qarşı qarşıyaysanızsa bol tərəvəz və salat yeyin, idman edin və bol su üçün.

Çörək qabını süfrənizdə saxlamayın və əsla televiziya qarşısında yemək yeməyin.

Qatı yağ yerinə maye yağ istifadə edin və ət yeməklərinə yağ qatmayın.

Mütləq bir endokrinoloq mütəxəssizə müraciət edin. Çünki hormon pozğunluğu da sürətli çəki artımına və səy göstərilsə də çəki azalda bilməmə kimi problemlər yaradır.

Ona görə aşağıdakı hormon dəyərlərinə nəzarət etdirin. http://www.az.synlab.de/3108.html)

Tiroit hormonu: Tiroit vəzi T4 və T3 adlı iki tip hormon ifraz edər. Tiroit hormonu azlığı maddələr mübadiləsini yavaşladaraq daha çox çəki azalmasına problemlər yaradır. http://www.az.synlab.de/3088.html)

İnsilin hormonu: Bu hormon qanda çox yüksəksə qan şəkəri düşər. Bu da şəkərli qidaları daha çox yeməyə səbəb olar.

Qrelin hormonu: Mədədən ifraz olunan bu hormon, çəki azalmağa başladıqca qanda artmağa başlar və adamı yemək yeməyə yönəldir.

Oreksin: Beyindən ifraz olunan bu hormon da arıqladıqca yemək yeməyi artırar.

Leptin: Yağ toxumasından ifraz olunan bu hormondakı dəyişikliklər də Çəki azaltmağa mane olur. Yağ itirdikcə və ya çəki verdikcə qandakı leptin hormonu aşaği enir. Aşağı leptin səviyyələri beyni xəbərdar edərək yemək yeməyi artırar.

 

Başlanğıca


ÇƏKİNİ AZALDAN ASAN DİYETA

OYANINCA
1 stəkan otaq istiliyində su için

SƏHƏR YEMƏYİ
1 boşqab mövsüm meyvəsi, şəkərsiz limonlu çay, 1 incə dilim kəpəkli çörək, 1 kibrit qutusu qədər yağsız ağ pendir, 4 ədəd yaşıl ya da qara zeytun, 1 boşqab pomidor, xiyar və bibər (qışda isə 1 boşqab kələm, yerkokü çuğundur qatışığı)

ARADA
1 boşqab mövsüm meyvəsi, 2 qıça suxarı, şəkərsiz bitki çayı

GÜNORTA
2 ədəd küftə böyüklüyündə 60 qram toyuq və ya ağ pendirli 1 boşqab salat (1 çay qaşığı zeytun yağı ilə), 2 incə dilim kəpəkli çörək, 1 stəkan qatıq

ARADA
1 boşqab mövsüm meyvəsi, yumru külçənin dörddəbiri, 1 kibrit qutusu qədər yağsız ağ pendir, şəkərsiz limonlu çay

AXŞAM
1 çay qaşığı zeytun yağı ilə hazırlanmış 4 yemək qaşığı tərəvəz və ya istədiyiniz qədər tərəvəz salatı (1 çay qaşığı zeytun yağı ilə hazırlanmış), 1,5 stəkan kəpəkli makaron ya da bişmiş qarabaşaq və ya 12 yemək qaşığı quru paxlanın bişmışi, 1 stəkan qatıq

GECƏ
1 boşqab mövsüm meyvəsi

YATARKƏN
1 stəkan otaq istiliyində su için

Bu1500 kalorilik dieta olub buna əməl etməklə artiq çəkidən qurtulmaq mumkundur və, normal çəki alındıqdan sonra, onu saxlamaq üçün daim 1800-2000 kalori arasında qidalanmaq lazımdir.

Başlanğıca


Çəki azaltmanin bəzi qaydaları

Çəki azaltmaq bir çox adam üçün çətindir. Çox vaxt günlərlə aç qalmanın çəki azaltmaya köməkçi olduğu düşünülsə də, tərəzinin üzərinə çıxıb dəyişiklik görə bilməmək olduqca əsəb pozucudur.
Əgər siz də çəki azaltmaq üçün bir çox yolu sınadınızsa və hələ çox çəkilərinizla yaşamağa məhkumsunuzsa, problem yalnız inad edən yağlayarın deyil, həyat tərziniz, fərqində olmadığınız xəstəlikləriniz də ola bilər. Çəki azaltmaq üçün nə edilməsi lazım olduğunu təmin edən bəzi qaydalar:

1.İnsülin həssaslığını bərpa etmək
Normal yaşlanma insilin hüceyrələrin üzərindəki hüceyrə pərdələrinin gəncliklərini və funksiyalarını itirməsiylə meydana gələr. İnsilin müqavimətinin müəyyən olunmasında istifadə edilən bir çox laborator üsullar vardır. Hiperinsülemiya- qanda insilin səviyyəsinin yüksəlməsidir. Bu da ürək və damar xəstəlikləri riskini artırmaqdadır. Maqnezium, balıq yağı, xrom və kimi məzmunu olan bəzi qidalar insilin həssaslığını təmir etməkdədir.

Aşağı bəzi dərmanlarla insilinə həssaslığı gözlə görülər bir şəkildə artırmaq mümkündür. İnsilin həssaslığını artırmaq və bədən ağırlığını salmaq istəyənlər üçün bu dərmanlayarın dozası fərdi olaraq təyin olunur. İnsilin həssaslığını artıran ən əhəmiyyətli yol aşağı kalorili qidalanma və hər gun minimal fıziki fəalioyyətlə məşgul olmaqdır. Gündəlik kalori məhdudlaşdırması 1500- 1800 kalori arasındadır

2. Gənc hormon səviyyəsinin təmin edilməsi

Son dövrdə abdominal piylənməsi olan kişilərin sayı artmışdır. Bunun nəticəsində yaşlı kişilərdə esterogen testesteronu üstələyir. Bu da bel bölgəsinin daha da qalınlaşmasını təmin edir. Bel ətrafındakı yağlardan xilas olmaq çətindir, amma qeyri-mümkün deyil. Həm qadında, həm kişidə yaşlanma başladıqda hormonal disbalans başlayır. Testesteron çoxluğu yaşlı kişilərdə prostat xərçənginə səbəb olar. Xərçəngi tamamilə bədəndən çıxarmaq ya da xərçəng hüceyrələrini öldürmək, kişilik hormonlarının xərçəng hüceyrələrinə kömək etməsinə mane törətmək ilə mümkün ola bilər. Qadınların bir qisimi tiroit hormonlarının aşağı dəyərlərinə sahibdirlər. Beləcə onların çəki artımı bununla əlaqədardır. Tiroid hormonunun təyinihttp://www.az.synlab.de/3108.html) -hormonal profil və onların orqanizmdə normal həddə çatdırılması sağlam maddələr mübadiləsini təmin edər və çəkini normallaşdırar. Tiroit hormonu əskikliyi olan kəslərdə bədən quruluşunu qorumaq və yaxşılaşdırmaq üçün tiroit dərmanlarının istifadə edilməsi nəzərdə tutulmaqdadır. Həddindən artıq esterogen qadında çəki alışına səbəb olar. Yaşlı qadınlarda hormon dəyərlərinin düzəldilməsi üçün mütəxəssisləşmiş ekspert ilə birlikdə hormonal balansı nizamlamaq lazımdır. Az qala hər həkim doğru testesteron dozalarını təyin etdiyi üçün kişilər daha şanslıdır.

3. Karbonhidrat amilinə nəzarət edilməsi

Bəzi işlər yüksək lifli diyetannın çəki itkisinə səbəb olduğunu göstərməkdədir. Gənc yetkinlərdə, ürək xəstəliklərinin inkişafını araşdıran tədqiqatlar, yüksək lif alışının ürək xəstəlikləri riskini azaltdığı, qarın piylənməsinin azalmazında və çəki itkisində köməkçi olduğu ortaya çıxmışdır. Bütün liflər bərabər yaradılmamışdır. Beta-glukanlar liflər yulaf və arpanın terkibindədir. Xüsusilə karbonhidrat amilinnin yavaşladılmasında təsirlidir. Qan şəkər səviyyəsinə, doyma hissinə və müvəffəqiyyətli çəkiyə nəzarətə kömək edən böyuk əhəmiyyəti olan bir amildir. Tədqiqatlar göstərmişdir ki, qidalar alındıqdan dərhal sonra qanda şəkər və insilin səviyyəsinin yüksəlməsində qidaların içindəki beta-glukan liflər çox öəmlidir. Çörünür liflərlə zəngin qidalar serumdaki yağ səviyyəsini salır, beta glukanlar qanda şəkər mübadiləsisinin yaxşılaşmasinda iştirak edir. Lifli qidalara bütün tərəvəzlər, qarabaşaq, çovdar çörəyi, bir çox meyvələr, yulaf, arpa aiddir.

4- Fiziki fəaliyyəti artırmaq

Bir çox insan məşq etmənin, bədəndə yığılmış piylərin daha çox istifadə etdiyini düşünməkdədir. Gerçək budur ki; məşq etmək daha yaxşı çəki idarəsinə aidiyyatı olan hücresel səviyyədə faydalı dəyişikliklərə səbəb olmaqdadır. Fiziki fəaliyyətdəki artım, bədəndəki insilin həssaslığını və bəzi anti-diabetik dərmanların təsirini təqlid edərək bədənə yağ idarəsini təmin edir.

5. Beyindəki serotinin miqdarını artırmaq

Serotinin miqdarının əskikliyi, bədəndəki yağ miqdarının artımına səbəb olar. Beyindəki serotinin miqdarının əskikliyi çox yeməklə əlaqələndirilmişdir. Piylənməsi olan fərdlərdə qandakı triptofan səviyyələri aşağıdır. Aşağı qan triptofan səviyyəsi piylənməsi olan insanların beyinlərindəki serotinin əskikliyinin, çoxlu yemə nümunələri ilə əlaqəli olduğu görülməkdədir. Bəzi tədqiqatlarda xroniki iltihab və immün sistemin güclü işləməsinin köklükdə kritik rol oynadığı təyin olunmuşdur. Beyində serotinin istehsalında triptofana ehtiyac vardır. Gerçək budur ki; iştər çəki enişi və ya gündəlik qida qəbulunun miqdarı ilə triptofan səviyyəsi arasında əlaqə vardır. Yeməklərdən 1 saat əvvəl piylənmə xəstələrdə 1000, 2000 və 3000mg L-triptofan verildikdə gözlə görülən nisbətdə kalori istehlakının azaldığı müşahidə edilmişdir. Triptofan alan piylənmə xəstələrdə daha çox çəki itkisinin olduğu müşahidə edilmişdir. Gündəlik Triptofan standart alışı2-3 saatdan bir yeməklərdən əvvəl 500 mg doza halında olmalıdır.

6. Enerji sərf etmə nisbətinin təmin edilməsi

Aşağı kalorili diyet, lif istehlakı, təzə hormon tarazlığının təmiri və həddindən artıq məşq edilməsinə baxmayaraq bu günə qədər yaşlı insanların bədən piy anbarlarında gözlə görülər bir dəyişiklik təmin etmək çətindir. Uzun dövr çəki itkisinin açarı, yığılmış bədən yağının yandırılmasıdır. Nar toxumu yağı və fucoxanthin alan yaşlı kəslərin sağlam bədən ağırlıqlarına nail olmada nəticə əldə etdikləri görülmüşdür.

7- Sağlam və uzun həyat üçün yemək

Bilindiyi üzrə yemək yemə çəki artımına səbəb olarkən, uyğun qidalanma ilə də daha sağlam bir həyat, çəki itkisi və xəstəliklərə qarşı qorunma təmin edililə bilər. Edilən bir araşdırmada, yüksək istilikdə bişən (250 C və üzəri) yeməklərin təhlükəli olduğu ortaya çıxarılmışdır. Çox bişmiş yeməklər aşağı istilikdə bişən yeməklərə görə bədən zülallarına zərər verərlər. Aşağı istilikdə bişən yeməklər isə çəki itkisinə köməkçi olarlar. Yeməklərinizin hazırlanma şəkilləri bədən yağlayarının azaldılmasında köməkçi olarkən, yaşa bağlı xəstəliklərə qarşı da bədəni qoruyar. Həddindən artıq kalori alışı degenerativ xəstəliklərin başlanğıc mərhələsini və yaşlanmanı sürətləndirər. Nə olursa olsun həyat şəklini dəyişdirmək üçün əsla heç vaxt gec deyildir.

Başlanğıca


Şirin içkilər -diyetanı qeyri-sağlam edən əhəmiyyətli bir amildir

Çox uzun zamandır, şirin içkiləri müasir cəmiyyətin gerçək bir problemi olaraq qəbul etmişlər. Çox tez-tez bu zərərli və cazibədar qida istehsalçıları üçün əlavə vergi təyin olunması təklifləri edilir.

Birincisi, zərbə uşaq sağlamlığına daha çox olur- məktəbdə və sonra kafedə uşaqlar ümumiyyətlə özləri də bu içkiləri alır və böyük miqdarlarda onları içirlər. Və heç bir zərərlidir xəbərdarlığı onlara təsir etmir .

Ardından, şirin içkilər qeyri-sağlam, lakin heç də daha az zərərli olmayan bir diyetanın yalnız bir komponentidir. Əgər düşünsək ki, nə qədər zərərli olan uşaqların mədələrinə tökülür- fast food, şirniyyatlar, peçenye, müxtəlif konfetlər-onda biz mövcud nəsilin yalnız şəkərləndirildiyini söyləyə bilərik ...

Belə bir qeyri-sağlam diyeta erkən yaşda mədə, həzm, pankreas, böyrəklər, qaraciyər, ürək ilə əlaqədar problemlər yaradır. Belə ki, zərərli və bəzən təhlükəli olan bu məhsullara qarşı hökumətin tədbirlər təsirli olmadıgı üçün, müstəqil olaraq uşaqların ağızına düşən bütün məhsulları yoxlamaq lazımdır .

Əvvəl də ifadə etdiyim kimi - şəkərli içkilər ilə mübarizə çox-çox çətindir: Onlar zərərsiz görünə bilər, və dadlı olmaları aydındır, ancaq bu bizi yanılda bilməməlidir. Zərər yalnız şəkərin çoxluğundan yox, həm də süni kimyəvi maddələr, konservantlar, boyalar, qida əlavələrindən də edir. Əvvəl müvəqqəti, daha sonra tamamilə şəkərli içki istifadəsini ortadan qaldırmaq lazımdır, bəli onlar adət etmə və hətta asılılıq da yaradır, bu pis vərdişi məğlub etmək üçün - ,yalnız ana-ataların iradəsindən asılıdır kı, həm özlərini, həm də uşaqlarını inandırsınlar ki, şəkərli içkilərin rəddi - həyatlarını sağlam etmək üçün bir vasitədir. Bundan əlavə biz hələ şirin içgilərin artıq çəkidəki rolunu qiymətləndirmirik və bu içgilərin reklamının məhdudlaşdırılması, məktəblərdə satışının qadağan olunması üçün tədbirlər görülməlidir.

Piylənmə Nədir

Piylənmə ya da xalq arasında köklük adıyla bilinən, bədəndə çox miqdarda piy yığılması nəticəsində ortaya çıxan və mütləq müalicə edilməsi lazım olan bir xəstəlikdir. Piylənmə, qidalarla alınan enerji miqdarının, maddələr mübadiləsi və fiziki fəaliyyət ilə istehlak edilən enerji miqdarını aşdığı vəziyyətdə olmasında ortaya çıxar.
Piylənmə, insan bədənində ürək və damar sistemi, tənəffüs sistemi, hormonal sistem, həzm sistemi kimi sistemlərə təsir edən və bir çox əhəmiyyətli narahatlığa zəmin hazırlayan bir xəstəlikdir.


Ürək xəstəlikləri, yüksək təzyiq, şəkər xəstəliyi, yüksək xolesterin, tənəffüs narahatlıqları, oynaq xəstəlikləri, nevrozlar, sonsuzluq, iqtidarsızlıq, öd kisəsi xəstəlikləri, böyrək və öd kisəsində daş meydana gəlməsi, bəzi xərçəng növləri, piylənmə nəticəsində yaranan xəstəliklərdən bir neçəsidir.
Nəticə olaraq piylənmə, insan həyatını qısaldan və həyat keyfiyyətinə mənf təsir edən bir xəstəlik olaraq təyin oluna bilər. Edilən araşdırmalara görə, piylənmə xüsusilə son 20 ildə, bütün dünyada sürətlə artmaqda və bir epidemiya kimi yayılmaqdadır. Bu epidemiyadan ölkəmiz də təsirlənməkdədir. Qadın əhalimizin təxminən yarısı, kişi əhalimizin də təxminən 40%-i piylənmə, yəni kökdür.
Piylənmə necə ölçülər?
Piylənmə üçün ən məşhur istifadə edilən ölçüm, Bədən Çəkisi İndeksi və bel ətrafı ölçümüdür.

BÇİ dəyəri və mənası
BÇİ, bədən ağırlığının (kq), boyun kvadratına (m²) bölünməsi ilə hesablanar. Bu dəyər yaş və cinsiyyətdən müstəqildir. Bununla birlikdə, BÇİ istifadəsi, uşaqlarda, hamilə qadınlarda və çox əzələli kəslərdə doğru nəticə verməz, bu səbəblə istifadə edilməməlidir.
BÇİ hesablanmasında iki nümunə:

Fatma Xanımın ağırlığı 70 kq, boyu isə 1.60 m-dir.
Buna görə Fatma Xanımın BÇİ dəyəri:

70 / (1.60)²= 70 / 1.60 x 1.60 = 70 / 2.56 = 27.34 kq / m²'dir.
Həsən Bəyin ağırlığı da 90 kq, boyu isə 1.70 m-dir.
Buna görə Həsən Beyin BÇİ dəyəri:

90 / (1.70)² = 90 / 1.70 x 1.70 = 90 / 2.89 = 31.1 kq / m²'dir.

Sağlamlıq üzrə mütəxəssislər, BÇİ dəyərlərini, normal kilolu, çox kilolu və piylənmə şəklində qruplara ayırmışlar.

BÇİ dəyəri

18.5 kq / m²'nin aşağı olanlar
Zəif

18.5-24.9 kq / m² arasında olanlar
Normal kilolu

25-29.9 kq / m² arasında olanlar
Artıq çəki

30-34,9 kq / m² arasında olanlar
Piylənmə , 1-ci dərəcə

35-39,9 kq / m²'nin üzərində olanlar
Piylənmə , 2-ci dərəcə

40 və yuxarı kq / m²'nin üzərində olanlar
Piylənmə , 3-ci dərəcə

olaraq təyin olunmaqdadır.
Bu təsnif etməyə görə, Fatma Xanım çox kilolu, Həsən Bəy isə piylənmədir.
Siz də bu düstur və cədvələ görə öz özünüzü qiymətləndirə bilərsiniz.

BÇİ dəyərinizi hesablayın və çəkiniz haqqında düzgün məlumat alın.
Bel ətrafı ölçümü və mənası
Bədəndəki cəmi piy miqdarı əhəmiyyətli olmaqla birlikdə, piyın harada yığıldığını bilmək daha əhəmiyyətlidir. Qarında piy yığılmasıi, omba və bədənin digər bölgələrində piy yığılmasıindən daha çox sağlamlıq risklərinə səbəb olar. Bu risk üçün sadə, lakin doğru bir üsul bel ətrafı ölçümüdür


Artmış risk Yüksək risk

Kişi > 94 sm > 102 sm


Qadın > 80 sm > 88 sm

Başlanğıca

 


Piylənmə ve artiq ceki ağır yanaşı patalogiyalarla müşahidə olunur: 2-ci tip şəkərli diabet, arterial hipertenziya, dislipidemiya, ateroskleroz, ürəyin işemik xəstəliyi, ürək-damar çatmamazlığı, xərçəngin bəzi formaları, reproduktiv funksiyaların pozulması, dayaq-hərəkət aparatının xəstəliklərini göstərmək olar. Tədqiqatların nəticələrinə görə, piylənmə olan insanlarda ümumi əhaliyə nisbətən 2-ci tip ŞD və arterial hipertenziya 2,9 dəfə çox, hiperlipidemiya 1,5 dəfə çox rast gəlinir. Piylənmə həyatın müdətini qısaldır və kefiyyətini pisləşdirir, cəmiyyətdən əhəmiyyətli iqtisadi xərclər tələb edir: müxtəlif ölkələrdə piylənmənin və piylənmə ilə yanaşı gedən xəstəliklərin müalicəsinə çəkilən xərc bütün səhiyyəyə ayrılan xərclərin 8-10%-ni təşkil edir.


Diyetik Konqresdən xəbərlər

Simpoziumda piylənmə artıq çox kiçik yaşlarda başladığı üçün - yetkin piylənməsindən çox - məktəb uşaqlarındakı piylənmənin səbəbləri və həlləri müzakirə edilmişdir.

Uşaqlıq çağı piylənməsi yaşlı insanlarındakından daha əhəmiyyətlir.
Xüsusilə ABŞ-da 62 ildir tətbiq olunan məktəb günorta yeməyi proqramları uşaqların kafi qida qəbul etmələrinə və sağlam bir uşaqlıq dövrü keçirib, ideal çəkidə olmaları üçün tətbiq olunur. ABŞ-da məktəblərdə günorta yeməkləri tərəvəz və meyvə üstün olmaqla, xalis taxıl məhsulları və aşağı yağlı süd məhsullarından ibarətdir. Klassik Amerikan fast foodları isə aşağı yağlı və aşağı kalorili olaraq yenidən təşkil edilərək təklif olunur.

Dəmir, A vitamini və yod, dünyada çatışmamazlığı ən çox yayılmış mikro qida elementləridir.
Dəmir, A vitamini və yod çatışmamazlığı bütün dünyada təsirini göstərir. Bulardan ən çox çatışmamazlığı görülən isə dəmirdir. Dünyada 2 milyarddan çox adam anemik, təxminən 2 milyard adamda yod və 254 milyon məktəbə qədər uşaqda A vitamini çatışmamazlığı görülməkdədir. Bunun aradan götürülməsi üçün xüsusilə qida zənginləşdirmələrinin üzərində dayanılır.

Xərçəng xəstəliyi və qidalanma əlaqəsinə əhəmiyyət verilməlidir.
Xərçəng riskini azalda bilmək üçün xüsusilə tərəvəz üstünlüyü ilə qidalanmaq və hayvansal məhsulları (xüsusilə qırmızı ət və tam yağlı süd məhsulları) azaltmaq böyük əhəmiyyət daşıyır. Təzə tərəvəz və meyvələrin tərkibindəki bioaktif komponentlər olan karotenoidlər, C vitamini, selen, izoflovanidlər, indollar və fenollar xərçəngə qarşı qoruyucu xüsusiyyətə malikdirlər. Quru paxlalar,noxud, mərcimək isə fito-esterogen mənbələridir və xalis taxıl məhsulları da lifin ən yaxşı mənbələri olaraq xərçəngə qarşı qoruyucu təsir göstərməkdədirlər.

2050-ci ildə haradasa 50 yaşdan aşağı hər kəsdə piylənmə olacaq.
Simpoziumda Amerikada hər beş uşaqdan birinin artıq çəkili olduğu və hər il 400 min uşağın bura əlavə olduğu vurğulanmışdır. Uşaqlarda piylənmənin artmasına paralel olaraq 2050-ci ildə 50 yaşdan aşağı yaşlı populyassiyanın piylənmə olacağı təxmin edilməkdədir. Bu səbəblərlə, xüsusilə uşaqlara düzgün qidalanma təhsili verilməyə başlanmasına diqqət çəkilmişdir. Ölkəmizdə bu nisbət bu qədər yüksək olmasa da, əgər tədbir görülməzsə bizim uşaqlarımızda da eyni risk baş göstərəcəkdir. Cəmiyyətin sağlam qidalanma vərdişlərini öyrənmək üzrə təcili təhsil proqramlarına ehtiyacı vardır.

 

Az yağlı süd içməyə çalışın.
Yapon kişilər üzərində edilən bir tədqiqat axşam yeməklərindən sonra az yağlı süd qəbul etmənin sümük mineral sıxlığını artırıb osteoporozdan qorudyğu və Metabolik Sindromun risk faktorlarını azaltığını aşkar etmişdir. Metabolik Sindrom, qarinda piylənmənin artımı, glükozaya dözümlülüyün pozulması, yüksək trigliserid, yüksək qan təzyiqi və aşağı HDL xolesterin olmasıdır.

Peşə seçimi köklüyə təsir edir.
Sidney Universitetində edilən bir tətqiqatda fərqli peşə qruplarındakı kişi və qadınların çəkiləri araşdırıldıqda, ən yüksək piylənmə nisbətinin ofis işçılərindəki kişilər və qadınlarda olduğu müəyyən olunmuşdur, çünki xüsusilə uzun müddət oturaq işlə çalışmaq məcburiyyətində qalan kəslərdə artıq çəkili olma riski olduqca yüksəkdir. Lakin bəzi peşələrdə, xüsusilə idarəçilər, boş vaxtlarında idman edərək və daha yaxşı bir düzgün qidalanma ilə bu vəziyyəti kompensassiya etməkdədir.

Anaların qidalanma vərdişi uşaq üzərində daha təsirlidir.
Yaponiyanın Kyoto Universitetində edilən maraqlı bir tətqiqatın nəticəsinə görə, anaların uşaqlarının bədən çəkisi indeksləri və ümumi xolesterin səviyyələri üzərində atalara nisbətən daha təsirli olduqları tapılmışdır. Və xüsusilə duz qəbulunu ailədən gələn bir vərdiş olduğu nəticəsi ortaya qoyulmuşdur.

Müntəzəm məşq edənlərin qidalanma şüuru və vərdişləri daha yaxşıdır.
Yenə Yaponiyada uşaqların sahib olduqları qidalanma vərdişləri ilə idman arasındakı əlaqə üzərinə araşdırma edilmiş və nəticə olaraq həftədə bir dəfədən çox olaraq edilən nizamlı məşqin səhər nahar etmə nisbətini artırdığı, sağlam yemək yemə vərdişini inkişaf etdirdiyini və çəkinin normallaşmasına bir başa təsir etdiyi tapılmışdır.

Soya yemək yaxşı nəticə verir.
Yapon qadınlarının soya yeməyi ile əlaqədar edilən bir işin nəticələri: soya tərkibindəki çoxlu doymamış yağ turşularınin yüksəkliyi, lif, vitamin və mineral kombinassiyası, aşağı doymuş yağ tərkibi və isoflavonlar olmasi ilə postmenopauza dövründə qadınlarda kardiovaskulyar riski azaltdığı ortaya çıxmışdır.

Başlanğıca


Nəticə
Axırıncı illər piylənmə ən çox yayılmış xroniki xəstəliklərdən biridir. Axırıncı 10 ildə sənayə cəhətdən inkişaf etmiş bir çox ölkələrdə piylənmə ilə olan xəstələrin sayı 2 dəfə artmışdır.
Ümumdünya səhiyyə təşkilatı piylənməni 21-cı əsrin epidemiyası kimi qəbul etmişdir. Belə situassiyada piylənmənin müaliçəsinin və profilaktikasının effektiv strategiyasının lazımlığı aydındır. Piylənmənin diaqnostikasının, müalicəsinin vasitələrinin və seçim metodlarının təqdim olunan tövsiyyələri piylənmənin tədqiqatında və müalicəsində lider olan müxtəlif ölkələrin təcrübəsinə əsaslanmışdır.

Başlanğıca


 

 

 

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla