04.10.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

Hiperqlikemiya və ketoasidoz.

 

Hiperqlikemiya və ketoasidoz.

Diabetik ağırlaşmalar xroniki və kəskin ağırlaşmalara bölünür. Xroniki ağırlaşmalar – bu ilk növbədə ayaqların, böyrəklərin və göz dibinin xırda damarlarının və sinirlərinin zədələnməsi ilə əlaqədardır – bu uzun müddət, bir neçə ildən onilliklərə qədər (şəkərın səviyyəsi yüksək olduqda) inkişaf edə bilər; və ya yaxşı kompensassiya olunmuş diabetdə ümümiyyətlə əmələ gəlməz. Kəskin ağırlaşmalar dəqıqələr, saatlar və ya günlər ərzində inkişaf edib əlillik və ya ölümlə qurtara bilər. Buna görə də diabetli xəstələr birinci növbədə kəskın ağırlaşmalar - hipo və hiperqlikemiyanı nəzarət altında saxlamalıdırlar. Hiperqlikemiya ketoasidoza aparıb çıxardır.
Bu məlumatlar birinci tip şəkərli diabetli xəstələlər üçün lazımdır.

Hiperqlikemiya – bu diabetli xəstənin elə vəziyətidir kı, bu zaman qanda şəkər həddindən çox yüksək olur. Dərhal belə bir sual meydana çıxır – nə qədər yüksək? Qanda qlükozanın hansı səviyyəsini hiperqlikemiyanın obyektiv əlaməti hesab etmək olar? Ciddi hiperqlikemiyadan söhbət gedirsə, onun aşağı həddini 13,2 - 15 mmol/l (238 – 270 ml/q %) hesab etmək olar. Yüngül hiperqlikemiyada isə belə qəti cavab yoxdur. Bir tərəfdən belə hesab edirlər ki, qanda şəkəri 4-8 mmol/l (70-164 ml/q%) arasında saxlamaq lazımdır. Yaşlı adamlarda maksimum 10mmol/l (180ml/q/%) olar. Belə halda yüngül hiperqlikemiyanın həddini 10 mmol/l (180 ml/q%) hesab etmək olar. Digər tərəfdən 65 yaşdan yuxarı insanlar üçün 11-12 mmol/l (200-216 ml/q%) qanda şəkər elə katastrofik hesab olunmur. Baxmayaraq ki, qanda şəkərin belə yüksəklıyı xronıkı ağırlasmalara gətirib çıxara bilər, lakin onlar tədricən inkişaf etdiyi üçün yaşlı insanlar belə şəkərlə öz həyatlarını sona kimi yaşıya bilərlər. Lakin gənc insanlar üçün yuxarıdaki göstəricilər həddindən artıq arzu edilməzdir. Və biz bunu bir daha nəzərə çatdırmaq üçün qanda qlükozanın normal göstəricilərini yada salırıq.

Sağlam insanda:
Qanda şəkərin miqdarı;
Səhər ac qarnına saat 9-a qədər: 3,3-5,5 mmol/l (60-100ml/q%).
Yeməkdən 2 saat sonra: 4,4-7,8 mmol/l (80-142 ml/q%).
Gecə saat 2-4 arası: 3,9-5,5 mmol/l (70-100 ml/q%).

Diabetik xəstələrdəsə:

60 yaşa qədər 60 yaşdan sonra
Ac qarnına 3,9-6,7 mmol/l 8 mmol/l qədər
Yeməkdən 2 saat sonra 4,4-7,8 mmol/l 10 mmol/l qədər
Gecə saat 2-4 arası 3,9- 6,7 mmol/l 10 mol/l qədər

Yuxarıda göstərilən rəqəmlərə baxaraq belə bir nəticəyə gələ bilərik: qanda şəkər 10 mmol/l yuxarı bu heçdə yaxşı deyildir, 13 mmol/l qədər pis, 15 mmol/l-dən yuxarı isə tamamilə pisdir. Belə baxanda qanda şəkərin analizi zamanı təyin etdiyimiz nəticələr bizim üçün elə bir əhəmiyyət kəsb etmır – belə ki, biz özümüz fizioloji halımızın pis və ya yaxşı olmasını analizsizdə hiss edə bilərik. Lakin bu belə deyildir! Hipoqlikemiyadan fərğli olaraq yüksək şəkər praktik olaraq hiss olunmur. Biz özümüzü qanda şəkər 16-20 mmol/l (288-360 ml/q%) arasında olduqda və əgər belə hal həddindən çox tez-tez və daim olursa tamamilə normal hesab edə bilərik.



Lakin elə əlamətlər vardır ki, onlara görə qanda şəkərin yüksək olmasını təyin etmək olar:
1. Tezləşmiş sidik ifrazı (poliuriya), sidiklə şəkərin xaric olması (bu hal qlükozuriya adlanır), sidiklə çoxlu mayenin itirilməsi.
2. Poliuriya və qlükozuriyanın nəticəsi olaraq ğüclü, daimi susuzluq.
3. Ağızda quruluq (xüsusi ilə gecələr).
4. Zəiflik, halsızlq , tez yorulma.
5. çəkinin azalması.
6. Qusma, ürəkbulanma, baş ağrısı ola bilər.

Səbəb insulin catışmaması və deməli şəkərin qanda yüksəlməsidir. Qanda qlükozanın miqdarı böyrəyin keçiricilik həddindən yuxarı olur və nəticədə şəkər sidiklə xaric olmağa başlayır, bu isə hər 1,5-2 saatdan bir sidik ifrazını stimullaşdırır. Nəticədə orqanizm həddindən çox maye itirir və susuzlaşır. Bu isə qarşısı alınmaz sususzluğa səbəb olur. Sıdıklə bız yalnız şəkər və maye yox orqanizm üçün lazım olan natri, kali- xlorid və s., minerallarıda itiririrk; nəticədə zəiflik və çəki azalması əmələ gəlir. Bütün bu proseslər qanda şəkər nə qədər çox yüksək olarsa bir o qədər sürətlə gedir, və qanda şəkərin miqdarı əhəmiyyətli dərəcədə artaraq 26-28 mmol/l qədər yüksələ bilər.

Uzun müddətli hiperqlikemiya və qlükozuriyanın əlamətləri belədir. Sonra nə baş verir? Hiperqlikemiya və qlükozuruiya ketonuriyaya, ketoasidozun inkişafına zəmin yaradır və səbəb olur. Bunun mexanizmi belədir: qanda şəkər yüksəkdir, insulin çatışmır, və nəticədə şəkər hüceyrələrə daxil ola bilmir. Hüceyrələr gidasız qalır və özlərinin fəlakətli vəziyyəti haqqında məlumat verməyə başlayırlar. Bu məlumatlara qara ciyər cavab verır: əgər hüceyrələrdə şəkər çatışmırsa, onu qara ciyərdə yığılmış ehtiyatlardan götürmək lazımdır. Qara ciyərdə mürrəkkəb şəkər olan qlikogen qlükozaya qədər parçalanmağa başlayır və əlavə şəkər də qan dövranına daxil olur və onsuzda yüksək olan şəkərin konsentrasiyasını artırır, lakin insulinin əvvəlki kimi az olmasi ilə əlaqədar olaraq hüceyrələr yenədə qidasız qalırlar, enerji tələbini davam etdirirlər. Orqanizimdə yıgılmış yağların utilizassiyası başlayır; yağlar parçalanmağa başlayır və bu vaxt keton cisimcikləri yaranır. Keton cisimcikləri orqanizm üçün enerji mənbəyidir. Onlar da hüceyrələri qida ilə təmin edır, və onların hüceyrəyə daxil olması üçün insulin lazım deyildir. Lakin, qana daxil olarkən keton cisimcikləri insan orqanizmində çox ciddi çərçivədə saxlanılan turşu balansını pozur: pH icazə verilən ölçuləri 7,38-7,42 arası olmalıdır (pH turşuluğun göstəricisidir). Turşuluğun göstəriciləri çox qəti ölçülər diapazonu ilə məhdudlaşır. Belə ki, onun diapozonunun miqdarı 7,38-7,42 diapozonundan hətta 10% belə dəyişə bilməz.

Kənara çıxmaların nəticələri belədir:

pH = 7,20 – son dərəcə qorxulu əlamətdir;
pH = 7,05 – prekomatoz hal olub vena daxilinə soda məhlulu yeridilməlidir;
pH = 7,00 – koma əmələ gəlib;
pH = 6,80 – ölüm.

Beləliklə keton cisimləri qana keçir və oradan isə sidiyə, () sidik vasitəsi ilə isə xaric olur (bu hal ketonuriya adlanır). Keton cisimləri nədır? 3 maddə bu ad altında adlanır: aseton, asetaldehit. Aseton çox asan təyin olunur (məsələn iyinə ğörə) və onun sidikdə aşkar olunması çox ciddi ağırlaşmanın əlamətidir. Bu orqanizmin daxili mühütünün turşulaşmasını və ya ketoasedozu göstərır; ketoasedoz isə komatoz hala və ölümə gətirib çıxara bilər. Qeyd edək ki, oxşar proses uzun müddətli aclıq zamanı sağlam insan orqanizmində yarana bilər, lakin onun səbəbi insulin çatmamazdığı yox, gida çatmamazlığı, xüsusi ilə də karbohidrat çatışmamazlığıdır. Eyni qaydada hüceyrələr kömək istəyir və beyin qara ciyərə ehtiyyat şəkəri işlətmək əmri verir; bu aclıqdan ölməmək üçün birinci müdafiə xəttidir. Sonra orqanizm ikinci müdafiə xəttinə keçir: əzələ toxumalarında yığılmış qlikogen istifadə olunur, onlar da qurtardıqdan sonra yağlar istifadə olunmağa başlayır - və bu zaman yuxarıda qeyd etdiyimiz bütün vəziyyət təkrarlanır və “aclıq ketoasedozu” başlayır. Beləliklə biz aşağıdaki faktları qeyd edə bilərik.

Sidikdə şəkər – birinci həyəcan siqnalı olub, onu göstərir ki, sizin diabet kompensasiya olunmayıb; Sidikdə asetonun meydana çıxması ikinci həyəcan siqnalı olub, aydın şəkildə onu göstərir ki, dekompensasiyalı diabet sizi diabetik və ya ketoasedoz komasının başlanğıcına gətirib çıxarmışdır. Sidikdə asetonun əmələ gəlməsinə xüsusi poloskalar vasitəsi ilə nəzarət etmək olar; bundan əlavə ketoasedoz inkişaf etdikcə siz aşağıdakı halları hiss edəcəksiniz:
1. Ağızdan aseton iyi
2. Tez yorulma, zəiflik
3. Baş ağrısı
4. Iştahanın enməsi, sonra işə tamamilə itməsi.
5. Qarında ağrılar.
6. Qusma, ürək bulanma, işhal ola bilər
7. Səsli, dərin, tezləşmiş tənəffüs.

Birinci üç əlamət olduqda ümid var ki, ketoasidozun öhdəsindən müstəqil gəlmək mümkün olsun; yerdə qalan 4 əlamət isə təcili stasionar müalicəsinə göstərişdir. Təcili yardımı çağırın və xəstəxanaya yollanın. Yuxarıda qeyd etdiyimiz kimi diabetik ketoasidozun əsas, başlıca və yeganə səbəbi insulin çatışmamazlığıdır, lakin odsuz tüstü olmur, və ona görə də biz insulin çatışmamazlığına səbəb olan situassiyaları ayırd etməliyik:

1. Istifadə olunan insulin keyfiyyətsizdir (məsələn donub və ya çox isti şəraitdə saxlanılıb), buna görə də o lazım olan tə’siri göstərə bilmir. Nəticə: korlanmış insulindən istifadə etmək lazım deyildir.
2. Xəstənin öz xəstəliyinə qeyri-düzğün münasibəti– dietanın gözlənilməməsi. ınsulının qeyrı-müntəzəm qəbul olunması, öz başına dozanın azaldılması və insulın preparatlarının dəyişdirilməsi.
3. Xəstənin insulin inyeksiyasından imtina etməsi.
4. Istənilən qeyri-standart fizioloji situasiya: xəstəlik (xüsusi ilə insult, infarkt, irinli infeksiya, qrip və soyuqdəymə də daxil olmaqla), iltihabı proses, hamiləlik, cərrahi müdaxilə halları buna aiddir.


Qeyd etmək lazımdır ki, xəstəlik zamanı insulin biz adət etdiyimiz kimi “işləmir”. Misal üçün bədən temperaturasının 38 dərəcədən 1 dərəcə yüksəlməsi 20% insulini məhv edır. Elə buna görə də insulinin dozasını artırmaq lazımdır. Qeyd etmək lazımdır ki, xəstəlik zamanı ketoasidoz çox sür’ətlə, bir ğün müddətində inkişaf edə bilər; səhər siz hələ nisbətən sağlam idiniz, axşam isə sidikdə aseton tə’yin olundu və koma yarandı.
5. Istənilən güclü həyacan, əsəb gərgınlıyı, psixi travma, stress.
Bu səbəblərdən başqa biz bir səbəbi xüsusi ilə qeyd etməliyik: yeni başlanan insulindən asılı diabet münasibəti ilə vaxtında həkimə müraciyət olunmaması. Təəsüf ki, bu hələdə nadir hadisə olmayıb, ketoasidoza səbəb olan hallardan biridir. Baxmayaraq ki, xəstə bir neçə həftə ərzində hiperlikemiyanın bütün xarakterik simptomlarını keçirir və belə aşkar əlamətlərə baxmayaraq həkimə müraciyət olunmur.
Ketoasidoz komasından ölümün nadir hallarda olmasına baxmayaraq bu çoxda təskin verici hal deyildir. Hər halda xəstələr komadan ölürlər və əgər sizi komadan çıxarıblarsa bu özü heç də xoşagələn xatirə olmayacaqdır.
Indi isə baxaq görək hiperqlikemiya və ketoasidozdan yaxa qurtarmaq üçün nə etmək lazımdır. Adi vəziyyətlərdə yüksək şəkərdən siz insulin və dieta və ya dieta və şəkər aşağı salan preparatlarla qorunursunuz. Dərmanı vaxtında və tə’yin olunmuş dozada qəbul etmək lazımdır, dietaya əməl etmək, onun pozulması zamanı əlavə insulin inyeksiyası etmək və fiziki işlə məşğul olmaq lazımdır. Indi isə tipik qeyri standart situasiyalara nəzər salaq. Siz xəstələnmisinizsə, qanda şəkər artıbsa, lakin sidikdə aseton yoxdursa qısa tə’sirli insulinin ümumi dozasını 10% artırmaq lazımdır. Alternativə variant: uzun müddətli insulinin dozasını dəyişmədən hər 4-6 saatdan bir 4 vahid qısa müddətli insulin inyeksiyası etmək lazımdır. Sidikdə asetonun yaranmasına poloskalar vasitəsi ilə nəzarət etmək lazımdır. Aseton əmələ gəlibsə qanda şəkəri yoxlamaq lazımdır.
Əgər şəkər yüksəkdirsə və sidikdə aseton əmələ gəlibsə qısa tə’sirli insulinin dozasını 20% artırmaq lazımdır. Bu zaman diğər təhlükənin-hipoqlikimiyanın qarşsını almaq üçün tədbirlər görmək lazımdır. Iştahınız yoxdursa şirələr içmək və insulinin təsirini kompensasiya etmək lazımdır. Aydın məsələdir ki, bütün yeyilən və içilən maddələri ÇV ilə hesablanmalıdır. çoxlu maye içmək - sutkada 1 litri şirinləşmiş çay və su olmaqla 4-5 litrə qədər maye içmək məsləhətdir. Gün ərzində 2 dəfə sodalı klizma olunmalıdır: 1 litr suya 4 xörək qaşğı soda tökülür və klizma olunur. Bu prosedura 3 gün ərzində, əgər qarında ağrı, qusma, işal yaranmasa, olunmalıdır. əğər siz xəstəxanaya düşmüsünüzsə, () dərhal həkimə öz vəziyyətiniz haqqıda məlumat verməli, şəkər və asetonun təyin olunmasını xahiş etməlisiz. Bir daha xüsusi olaraq qeyd edirik ki, xəstəlik zamanı iştahın olmamasına baxmayaraq siz mütləq yeməlisiniz və yaxud şirin maye qəbul etməlisiniz, və bu zaman qəbul etdiyinizi çorək vahidi ilə hesablamalısınız. Yadda saxlayın xəstəlik zamanı insulini kəsmək və onun dozasını azaltmaq olmaz.

2-ci tip şəkərli diabet vaxtı bu və ya digər səbəblərə görə ketoasidoz inkişaf edə bilər (məsələn insult və ya miokard infarktı zamanı). Bu halda həkim həbləri kəsir və bütün xəstəlik dövründə insulin təyin olunur.

 

 

 

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla