24.11.2017

Medisign şəkər aparatı dəsti

med-1 1

Medisign şəkər aparatı dəsti. 15 AZN. 

Bura daxildir: 1 ədəd şəkər aparatı, 10 ədəd test çubuq, 10 ədəd iynə ucluğu, 1 ədəd barmağı deşmək ücün qələm, məlumat kitabçası.

Medisign şəkər testi

med-1 2

Medisign şəkər testi - 50 ədədlik test qutusunun qiyməti 15 AZN

 Əlaqə nömrəsi: 055 319-12-29

1 Qanda şəkərin qlükometrlə yoxlamaq qaydası

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

Xəbərlər

2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü ki hesab olunur. Ümumdünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir.Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Bütün dünyada olduğu kimi, Azərbaycanda...
“Şəkər xəstəliyə yox, həyat tərzinə çevrilir” XIX əsrin ən ağır bəlalarından biri olan şəkərli diabet xəstəliyi. Hazırda dünyada 240 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Hər il Yer üzündə vəfat edən insanların 5 faizi məhz diabet nəticəsində dünyasını dəyişir. Ən böyük faciə isə bu xəstəliyin ölkəmizdə sürətlə yayılması və gəncləşməsidir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan,...
Biz hesab edirik ki, valideyinlər heç bir vaxt onlarln evıadlarının artıq çəkidən əziyyət çəkmə faktınıa biganə yanaşmasınlar, belə ki, bu cür məsuliyyətsiz münasibət çox ciddi xoşagəlməz nəticələrə səbəb ola bilər: ağır çəkili uşaqlar yaşlaşanda da artıq çəkidən xilas ola bilmirlər. Valideyinlər bilməlidirlər ki, artıq çəki, qeyri düzgün qidalanma və otuqaq həyat tərzi diabetin inkişafına gətirib çixarır. Buna görədə biz valideyinlərə bir...
Beyinin idrak imkanlarını yaxşılaşdırmağa və saxlamaga düzgün qidalanma , müntəzəm fiziki və zehni fəaliyyət, normalyuxu kömək edəcəkdir. Məhz bu şərtlər Harvard Tibb Məktəbinin və Massaçusets Texnologiya İnstitutunun aparıcı ekspertlərinin tədqiqatının nəticələrinə əsaslanan rəyə görə böyüklərin idrak və dərk etmə sağlamlığını gücləndirməyə imkan verir. ABŞ nevroloqları əmindirlər ki,bu sadə, ümumi qaydalar beyinin fəaliyyətini dəstəkləməyə və çoxlu zehni problemlərdən, o cümlədən beyin funksiyasına...
*İndiki vaxtda, bütün dünyada 246 milyon diabetli var. Bu ədədin 2025-ci ilə qədər 380 milyona çatması gözlənilməkdədir. *2007-ci ildə təyin olunan və diabetli adam sayı ən çox olan beş ölkə sırasıyla; Hindistan (40.9 milyon), Çin (39.8 milyon), Amerika Birləşmiş Dövlətləri(19. 2 milyon), Rusiya (9.6milyon) və Almaniya (7.4milyon)dır. *2007-ci ildə təyin olunan və yetkin populasyonunda diabet sıxlığı ən yüksək olan beş ölkə sırasıyla...
Xolesterin həyat üçün lazımlı olan mum konsistensiyalı yağvari bir maddədir. Xolesterin beyin, sinirlər, ürək, bağırsaqlar, əzələlər, qaraciyər başda olmaq üzrə bütün bədəndə geniş şəkildə yayılmışdır. Bədən xolesterinu istifadə edərək hormon (kortizon, cinsi hormonlar və digər), D vitamini və yağları həzm edən öd turşularını emal edir. Bu əməliyyatlar üçün qanda çox az miqdarda xolesterin olması kifayətdir. Əgər qanda çox miqdarda xolesterin...
Diabet xəstələri, ramazanda oruc tutub tuta bilməyəcəklərinə həkimləri ilə danışdıqdan sonra qərar verməlidir. Xəstələr, qidalanma və müalicələ həkimləri ilə görüşüb, lazımlı tənzimləmələri etmək şərtiylə oruc tuta bilər. Diabet, həblər ya da insilin ilə müalicə edilir. Tip 1 Diabeti olan xəstələr, insilindən asılıdır. Bu səbəblə bu xəstələr üçün uzun davamlı aclıq dövrlərinin təhlükəli ola biləcəyini söyləyən Amerika Endokrinoloji, Diabet və Maddələr...
Səhiyyə sahəsində bir sıra proqramların reallaşdırılmasına başlanıb. Bunlar “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təmin edilməsi üzrə tədbirlər proqramı” (2007-ci ildə icrasına 4 milyon 400 min manat ayrılıb); “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı” (9 milyon 100 min manat); “Şəkərli diabet üzrə Dövlət Proqramı” (2 milyon 777 min manat); “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına...
Passiv sigaret çəkmə yanan bir siqaretin tüstüsü və siqaret çəkən adamın nəfəsi ilə yaydığı tüstünün birləşməşidir. Ayrıca siqaret çəkmə nəticəsində əmələ gələn tüstünü siqaret tütünü tüstüsü adlandıraq- STT. Qoxusuyla asanca ayırd edilir. STT pis qoxulu, yandırıcı, göz və burnu narahat edicidir. Daha da əhəmiyyətlisi sağlamlığı təhdid edicidir. STT içində 4000-dən çox kimyəvi maddə təyin olunmuşdur. Bunların ən azı 43-ü xərçəng...
Fiziki aktivliyin çatışmamazlığı yalnız artıq çəkinin yaranmasıdan əlavə, həm də psixi pozğunluqlara-depressiyadan tutmuş ciddi psixi xəstəliklərə kimi səbəb ola bilər. Bu nəticəyə Britaniya alimləri gəliblər. Onların məlumatlarına əsasən Britaniyada yalnız kişilərin 35 %-i, qadınların isə 25 %-i mütəxəssislər tərəfindən məsləhət görülən fiziki aktivlik normasını yerinə yetirirlər. İdman psixalogiyası üzrə mütəxəssis olan professor Nanett Matray qeyd edir ki, insanlar yalnız bu yaxınlarda...
Gənclər müstəqilliyin çatışmamazdığından, qocalar isə ölümün yaxınlaşmasından əzab cəkirlər. lakin amerikan tədqiqatçıları hesab edirlər ki, ən pis vəziyyət insanlarda yaş 40-ı ötdükdən sonra başlayır. Əvvəlki tədqiqatlara görə belə hesab edirdilər ki, insanın psixi sağlamlığı onun yaşından asılı deyildir.Lakin ABŞ Dartmurt kollecinin və Uorvik Universitetitinin mütəxəssisləri bu müddianı təksib etdilər. Onlar Amerika, Avropa və bir neçə inkişaf etmiş ölkələrdə 2 milyon respondent...
NİKOTİN, YOXSA SİZ GÜCLÜSİNİZ Siqaret çəkmə- bu yalnız həyat tərzi və ya zərərli adət yox,narkotik asılılığın bir formasıdır. Ancaq siqaret çəkmənin təhlükəli olması faktını dərk etmək mənasızdır. Artıq indi heç kim “ Səhiyyə nazirliyi xəbərdarlıq edir.....“ kimi çağırışlara əhəmiyyət vermir. Bu gün bu təhlükəni düzgün qiymətləndirməyə ehtiyac vardır. Statistikaya görə siqaret çəkmə bəşəriyyət üçün bədbəxt hadisələrdən və fəlakətlərdən daha ciddi bəladır.
ÜST-nın elmi tərifinə görə sağlamlıq sadəcə xəstəliyin olmaması yox-bu “insanın fiziki, psixi, sosial rifahının məcmusudur”. Sağlamliğın saxlanılmasında kim məsuliyyət daşıyır: dövlət və cəmiyyət, tibb işçiləri və ya insan özü? Şübhəsiz ki, hər bir insanın sağlamlığının səviyyəsi yüksək dərəcədə onun özünbdən, irsi və bizi əhatə edən təbii faktorlardan və az dərəcdə səhyyə sistemindən asılıdır. Lakin içtimai planda ölkəninin əhalisinin hər bir fərdinin...
Hal-hazırkı dovrdə ölümlərin yarıdan çoxunun səbəbi ürək-damar xəstəlikləridir; habelə bu hal elə bil ki, insanların sağlamlığının normal, qüvvəsinin çiçəkləndiyi bir vaxtda qəflətən onları məhf edir. ÜST-nin məlumatına görə dünyanın yaşlı əhalisinin arasında ölümün səbəbinə görə ürək və onkoloji xəstəliklərdən sonra insult üçüncü yer tutur. Insultun ən çox yayılmış səbəbi nəzarət olunmayan arterial hipertoniyadır. Sizi mütləq baş ağrıları, vaxtaşırı olan təngənəfəslik, burun...
Yuxunun muntəzəm olaraq kifayət qədər olmaması, və ya artıqlığı diabet xəstəliyinin əmələ gəlmə riskini əhəmiyyətli dırəcədə artırır. 15 il 40-70 yaş arası1700 kişini müşahidə etmiş amerka həkimləri bu qənaətə gəliblər.Həkimlərin fikirinə görə yuxunun normal müddəti sutkada altı saatdan 8 saata qədərdir.Beş saatdan altı saata qədər yatanlarda diabetin inkişaf ehtimalı 2 dəfə artır. Gündə 8 satdan artıq yatan insanlar isə daha...
Etiraf edin sizin həqiqətən necə yaşınız var?Siz fikirə gedirsiniz, cavab verməkdə cətinlik cəkirsiniz.Dəfələrlə müşahidə etmisiniz ki, sizin məktəb və ya institut həmyaşıdlarınız yaşlarının eyni olmasına baxmayaraq xarici görkəmləri cox fərqlənir.Beləliklə biz “bioloji və ya həqiqi yaş” anlayışına – yəni orqanizmin obyektiv vəziyyətinin necə olmasına yaxınlaşdıq,hər insanda bu pasportda və ya yaş kağızında kı (yəni xronoloji)kimi yox, müxtəlif olur.
Təhlükəlı ərzaqların siyahısı Qeyri düzgün qidlanma bir başa ürək xəstəliklərinə, piylənməyə, mədə- bağırsaq traktının xəstəliklərinə aparıb çıxarır. Yağlı qida çəkinin artmasına gətirib çıxarır. Tərkibində çoxlu miqdarda qida əvəzediciləri və rəngləyicilər olan qidaların bolluğu tədricən orqanizmi zəhərləyir, lakin həm də alışmaya səbəb olur. Bişmiş qida doyma hissini kütləşdirir. Qaba bitki mənşəli qida həzm sisteminin işini stimullaşdırır. Ona görə də gündəlik qida rasionunu...
DİABETİK RETİNOPATİYA HAQQINDA NƏYİ BİLMƏK LAZIMDIR? Diabetik retinopatiya nədir? Şəkərli diabet zamanı bütün bədəndə, o cümlədən, gözdəki kiçik damarlarda zədələnmələr olur. Diabetik retinopatiya şəkərli diabet zamanı gözün tor qişasının damarlarının zədələnməsi nəticəsində baş verən хəstəlikdir. Retinopatiya şəkərli şəхslərdə görmənin aşağı düşməsinin əsas səbəbidir. Gözün tor qişası (şəkil 1) gözün arxa hissəsini içəridən örtən və işığı qəbul edib beynə ötürən nazik damarlı...
İnsulin pompası nədir? İnsulin pompası – bu balaca, batareya ilə işləyən, diabetli xəstələrin qanına insulin yeridən, mədəaltı vəzin funksiyasını yerinə yetirən cihazdır. Pompa insulinin orqanizmə daim daxil olmasını təmin etmək üçün nəzərdə tutulmuşdur və qlükozanın səviyyəsini normada saxlamaq üçün, orqanizmın insulinə olan təlabatından asılı olaraq pasient özü bu cihazda dozanı nizamlamalıdır. İnsulin pompası neçə işləyir Pompa kartridj/flakondan rezervuara yığılan insulini pasientin orqanizminə göndərir,...
Oktyabr, noyabr aylarinda bağlarda xurma yetişir və bazarlarda , mağazaların piştaxtalarında xurma bolluğu gözə çarpır. Məlum olub ki, xurma nəinki dadlı, həm də çox faydalı meyvədir. Xurmanın vətəni Çin olub, oradan o, Şərqi Asiyaya yayilmış, sonra isə Yaponiyada yetirişdirlməyə başlanmışdır. Azərbaycanda da xurma çox geniş yayılmış və istifadə olunur. Yalnız 19-cu əsrinin sonunda xurma haqqında bütün dünya bilmişdir. Xurma almadan...
Arterial təzyiqi həkimlər dünyada ən çox yayılmış xəstəlik hesab edirlər. Rusiyada bu xəstəlikdən əhalinin 40%-i əziyyət çəkir, onun nəticəsində isə hər il bir milyon insan ölür. ARTERİAL HİPERTONİYA bir “ yığın” xəstəliyin inkişafına səbəb olur.Lakin birinci növbədə ən həyatı vacib orqanlara- ürəyə, baş beyinə, böyrəklərə, gözlərə zərbə vurur. Həmin orqanlar hipertoniya xəstəliyi nəticəsində o qədər çox zərər çəkirlər ki, kardioloqlar...
QAÇIŞLA NƏ ÜÇÜN VƏ NECƏ DÜZGÜN MƏŞĞUL OLMAQ LAZIMDIR? Qaçış idmanın ən sadə, mümkün, faydalı növlərindən biridir. Düzgün qaçmağı necə öyrənmək lazımdır ki, özüvə ziyan vurmayasan, əksinə öz sağlamlığını yüksəldəsən? Qaçışın nə olduğunu başa düşmək üçün, heç olmasa bir dəfə də olsa özünü divandan durmağa məcbur edib təmiz havada qaçmalısan. Minimum siz hərəkətdən məmnunluq alacaqsınız, unudulmaz azadlıq və uçma hissini...
Dietolqların axırıncı tədqiqatları göstərib ki, insan orqanizminə təbii şirələr, süni şirələrdən az olmayan ziyan vura bilər. Belə ki, şəkərli diabetə üzrə mütəxəssslər qeyd edirlər ki, təbii şirələrdən istifadə edərək, öz orqanizmini möhkəmləndirdiyini güman edən insanlar çox böyük səhf edirlər. Bütün problem şirələrin tərkibində olan şəkərdədir ki, orqanizm tərəfindən çox asan mənimsənilir və diabetin əmələ gəlməsinə gətirib çıxarır. Bundan əlavə qeyd...
Əhval ruhiyyəni yüksəldən ərzaq məhsullarına şokolad, meyvələr, tərəvəzlər, yumurta da aiddir. Həkimlər calışırlar ki,bu ərzaq məhsullarının tərkibindəki qida maddələri haqqında elə faydalı informasiya versinlər ki, bu ərzaq məhsulları nəinki doydursun və əhval rühiyyəni qaldırsın, həmdə insanlara daim sağlam qalmaqda və xəstəliklərlə mübarizədə kömək etsin. Diabetli xəstələr üçün çayın faydası haqqında xüssüsi söhbət vardır. İrina Papiyeva deyir – “çay...
Dünya 400 million insanın hədələyən qlobal diabet epidemiyası qarşısında qalmışdır. Qeyri-sağlam qidalanma və passiv həyat tərzi bu xəstəliyi cavanlaşdırmaqda davam edir və getdikcə daha çox gənc yaş qruplarını əhatə edir. Belə bir bəyanatla Cənubi Afrikada Keyptaun şəhərində keçirilən İDF konfransında Beynəlxalq Diabet Federasiyasının prezidenti Pyer Lefevr cıxış etmişdir. Federasiyanın rəsmi bəyanətində deyilir ki, diabet epidemiyası faktik olaraq nəzarətdən çıxmışdır və...
Spagetti,şərab,qəhvə, və müsbət emossiyalar- həyatın uzunluğuna görə dünyada lider yerlərdən birini tutan, Avropada isə bu göstərici üzrə mütləq birinciliyi saxlayan italyanların uzun ömürlülüyünün sirri bunlardadır. Milli statistika institutunun alimləri belə bir nəticəyə gəliblər. Aparılmış tədqiqatların nəticlərinə görə italyan kişilərin orta ömür muddəti 77,2 il, qadınların kı isə 82,8 il təşkil edir, həm də 1974-ci ildən 2006-cı ilə qədər bu göstərici...
Xəbərlər

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla