Diabet xəstəlik deyil, həyat tərzidir!
Əlaqə
Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az
Email: farhad@diabet.az
Alqoritm 1
- Подробности
- Просмотров: 11089
1. Şəkərli diabetin tərifi və onun təsnifatı.
Şəkərli diabet – bu insulin sekressiyasının və ya insulinin təsirinin defekti və ya hər iki faktorun birlikdə təsirinin nəticəsində yaranan, hiperqlikemiya ilə xarakterizə olunan metabolik(mübadilə) xəstəliklər qrupudur.
Şəkərli diabetin təsnifatı.
Şəkərli diabetin tipi
|
Xəstəliyin xüsusiyyəti
|
1-ci tip şəkərli diabet
Autoimmun Idiopatik |
Bir qayda olaraq tam insulin çatışmamazlığına gətirib çıxardan mədəaltı vəzin β-hüceyrələrinin destruksiyası.
|
2-ci tip şəkərli diabet
|
Insulinrezistentliyin üstünlüyü ilə və nisbi insulin çatışmamazlığı və ya insulin sekressiyasının defektinin üstünlüyü ilə birlikdə insulinrezistentlik və ya yalnız insulin sekressiyasının defekti.
|
Hestasion şəkərli diabet
|
Hamiləlik vaxtı muşahidə olunur
|
Şəkərli diabetin başqa tipleri
|
• β-hüceyrələrinin funksiyalarının genetik qüsurları
• insulinin təsirinin genetik qüsurları • mədəaltı vəzin ekzokrin hissəsinin qüsurları • endokrinopatiyalar • dərman preparatları və ya kimyəvi preparatlar tərəfindən yaradılan diabet • infeksiyalar • diabetin immuno-vasitə ilə meydana çıxan qeyri-adi formaları • şəkərli diabetlə birgə gedən digər genetik sindromlar |