10.06.2026

www.diabet.az | farhad@diabet.az | +99450 3103295

geanta piele naturala intoarsa

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Bədən kütləsi indeksi

Boyunuz:
Cm
Çəkiniz:
Kg
Sizin bədən kütləsi indeksi:
0
joomla module body mass index

Bədən kütləsi indeksi

20,0-24,9 - Norma

25-29,9 - Artıq bədən çəkisi

30-34,9 - I dərəcəli piylənmə

35-39,9 - II dərəcəli piylənmə

40 və artıq - III dərəcəli piylənmə

Diabet xəstəlik deyil, həyat tərzidir!

accordion menu joomla

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü ki hesab olunur. Ümumdünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir.
Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına səbəb olur, bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir. Bu xəstəlik vaxtında müalicə olunmayanda, çox ciddi fəsadlar törədir.

 

images

 

 

“Şəkər xəstəliyə yox, həyat tərzinə çevrilir”

XIX əsrin ən ağır bəlalarından biri olan şəkərli diabet xəstəliyi. Hazırda dünyada 240 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Hər il Yer üzündə vəfat edən insanların 5 faizi məhz diabet nəticəsində dünyasını dəyişir. Ən böyük faciə isə bu xəstəliyin ölkəmizdə sürətlə yayılması və gəncləşməsidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan, Aysel Cahangirovanın “Şəkər xəstəliyə yox, həyat tərzinə çevrilir” layihəsi çərçivəsində Astara Rayon Pedaqoji Kollecində tələbələr qarşısında  şəkər xəstəliyinin yaranma və proflaktikası, simptomları və müalicəsi, düzgün qidalanma və sağlam həyat tərzi ilə bağlı təlim keçirilib. Bununla yanaşı şəkər xəstəliyinin qurbanı olan gənc bir qızın bir günlük həyatından bəhs edən “Mənim bir günüm” adlı qısametrajlı film nümayiş etdirilib. Filmdə şəkər xəstəliyindən əziyyət çəkən və bunu öz həyat tərzinə çevirən gənc bir qızın öz  həyat hekayəsini danışmasından bəhs olunur.  

02

Layihə çərçivəsində  şəkərli diabetdən əziyyət çəkən şəxslərə dövlət qayğısının göstərilməsi və daim diqqət mərkəzində saxlanılması barədə ətraflı məlumat verilib. Belə ki, Şəkərli diabet xəstəliyinə tutulan şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanının 2.1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın  təsdiq edilməsi barədə gənclər məlumatlandırılıb.

01

 03

05

 

 

Beyinin idrak imkanlarını yaxşılaşdırmağa və saxlamaga düzgün qidalanma , müntəzəm fiziki və zehni fəaliyyət, normalyuxu kömək edəcəkdir. Məhz bu şərtlər Harvard Tibb Məktəbinin və Massaçusets Texnologiya İnstitutunun aparıcı ekspertlərinin tədqiqatının nəticələrinə əsaslanan rəyə görə böyüklərin idrak və dərk etmə sağlamlığını gücləndirməyə imkan verir.

ABŞ nevroloqları əmindirlər ki,bu sadə, ümumi qay02dalar beyinin fəaliyyətini dəstəkləməyə və çoxlu zehni problemlərdən, o cümlədən beyin funksiyasına təsir edən yaş xəstəliklərindən qurtulmağa kömək edəcəkdir.

Beyinin müdafiəsi üçün ən vacib şərt düzgün qidalanma rasionudur. Orqanizmi lazım olan minerallar və vitaminlərlə, xüsusilə də yaddaş və beyinin tam funksional fəaliyyəti üçün vacib olan vitamin E və vitamin B12, fol turşusu ilə təmin etmək üçün həkimlər inadla sağlam, tarazlaşdırılan pəhrizə əməl etməyi məsləhət görürlər.

Beyinin müvafiq fəaliyyətinə zəmanət verən ikinci vacib şərt yuxudur. Yeni informasiyanı emal etmək üçün beyin gündəlik 7-8 saatlıq yaxşı, dərin sakit yuxunu almalıdır. Gecə istirahətinin keyfiyyəti mürəkkəb bioloji neyron proseslərinin əsasını qoyur, çünki beyin gecələr də aktivdir.

Bundan əlavə, həkimlər fiziki fəaliyyətə də diqqət yetirir və heç olmasa ən azi həftədə üç dəfə yarım saat da olsa məşq etməyi məsləhət görürlər. Bundan əlavə, bədən məşq etdirildiyi kimi zehni də məşq etdirimək vacibdir, alimlər beyinə hər gün yeni iş və yeni informasiya verməyi təklif edir: məsələn, xarici dili öyrənməyə və ya məntiqi tapmacaları həll etməyə cəhd edin.

 

03Biz hesab edirik ki, valideyinlər heç bir vaxt onlarln evıadlarının artıq çəkidən əziyyət çəkmə faktınıa biganə yanaşmasınlar, belə ki, bu cür məsuliyyətsiz münasibət çox ciddi xoşagəlməz nəticələrə səbəb ola bilər: ağır çəkili uşaqlar yaşlaşanda da artıq çəkidən xilas ola bilmirlər. Valideyinlər bilməlidirlər ki, artıq çəki, qeyri düzgün qidalanma və otuqaq həyat tərzi diabetin inkişafına gətirib çixarır.

Buna görədə biz valideyinlərə bir neçə faydalı məsləhət vermək istəyirik:

Uşağınızın düzgün gidalanmasına nəzarət edin. 

Uşağınızı idmanla məşğul olmağın lazımlığına inandırın. Artıq çəkidən əziyyət çəkən bir çox uşaqlar öz “normal ” həmyaşıdlarının oyunlarında iştirak etməyə utanırlar. Öz uşağınıza onun xoşu gələn idman növünü seçməkdə kömək edin, siz özünüz də onun idman oyunlarında iştirak edə bilərsiniz. Uşağın televizorun qabağında keçirdiyi vaxtı məhdudlaşdırın, belə ki, bu vaxt uşaq uzun müddət hərəkətsiz qalır. 

Onu artıq çəkidən əziyyət çəkən və dieta gözləyən uşaq kimi ailədən ayrı tutmayın, bütün ailə üzvülərinə düzgün qidalanma heç bir ziyan verməz. 

Tez-tez uşağa onun çəkisini xatırlatmayın, uşaq bundan inciyə bilər, həmçinin onda komplekslər inkişaf edə bilər ki, bundan da uzun müddət xilas ola bilməz. 

Uşağı məcbur etməyin ki,” boşqabda heç nə saxlamasın “, uşaq yeməyə özünü məcbur etməli deyil.

Uşağınızı meyvə və tərəvəzdən qidalanmada bol-bol istifadə etməyə inandırın. Şirin yeməklərin və içgilərin istifadısini məhdudlaşdırın. 

Yəqin ki, bizim məsləhətlərimiz sizin üçün faydalı olacaqdır.

 Amerka diabet assosiyassiyası

images2*İndiki vaxtda, bütün dünyada 246 milyon diabetli var. Bu ədədin 2025-ci ilə qədər 380 milyona çatması gözlənilməkdədir.
*2007-ci ildə təyin olunan və diabetli adam sayı ən çox olan beş ölkə sırasıyla; Hindistan (40.9 milyon), Çin (39.8 milyon), Amerika Birləşmiş Dövlətləri(19. 2 milyon), Rusiya (9.6milyon) və Almaniya (7.4milyon)dır.
*2007-ci ildə təyin olunan və yetkin populasyonunda diabet sıxlığı ən yüksək olan beş ölkə sırasıyla Nauru (%30.7), Birləşmiş Ərəb Əmrlikləri (%19.5), Səudiyyə ərəbistanı (%16.7), Bahreyn (%15.2) və Kuveit (14.4)dır.
*2025dən əvvəl, diabet sıxlığında ən çox artım, xüsusilə inkişaf etməkdə olan ölkələrdə reallaşacaq.
*Hər il reallaşan diabet xəstəliyi səbəbiylə, 3.8 milyon həyat itkisi söz mövzusudur. Hər on saniyədə bir, bir adam diabete bağlı bir səbəbdən ötəri həyatını itirməkdədir.
*Diabet qlobal ölümlərin dördüncü əhəmiyyətli səbəbidir. *Bütün diabetli kəslərin %50i sağlamlıq vəziyyətlərinin fərqində deyildirlər. Bəzi ölkələrdə, bu nisbət %80lərə çata bilməkdədir.
*Diabet, inkişaf etmiş ölkələrdə, yetkin qrupunda, görmə itkisni və görmə azalmasının ən əhəmiyyətli səbəblərindən biridir.
*Diabet, qəzaya bağlı olmayan və reallaşdırılmış amputasyon hadisələrinin ən sıx rast gəlinən səbəblərindən biridir və bu səbəblə hər il bir milyondan çox amputasyon reallaşdırılmaqdadır. Diabetli kəslər, ümumi populasyona müqayisədə 15- 40 dəfə daha çox alt ekstremite amputasyonuna məruz qalırlar. Dünyanın hər hansı bir yerində, diabet nəticəsində, hər 30 saniyede bir qıç itirilməkdədir.
*Diabetli kəslər, diabetli olmayanlardan 2- 4 dəfə daha çox kardiyovaskülyar xəstəlik inkişaf etmə riskinə sahibdirlər. Kardiyovaskulyar xəstəlik, sənayeləşmiş ölkələrdə, bir nömrəli ölüm səbəbidir. Kardiyovaskulyar xəstəlikdən ötəri ölüm riski, diabetli kəslərdə, diabetli olmayanlardan üç dəfə daha çoxdur.
*Diabetin korluq, böyrək çatmazlığı və ürək xəstəliyi kimi ağırlaşmaları, ölkələrin Sağlamlığı Qoruma Proqramları üzərində çox böyük bir maliyyə yükü meydana gətirməkdədir. Diabet xərcləmələrinin bir xalqın sağlamlıq büdcəsinin 5- 10%-i təşkil etdiyi təxmin edilməkdədir.
*Diabetin ağırlaşmalarından qorunmaq ya da onları erkən aşkar etmək üçün sərmayə qoymaq, diabet və ağırlaşmalarının iqtisadi maliyyə yükünü mənalı bir şəkildə azalda bilər.
*Qan şəkəri səviyyəsinin yaxşı idarəsinin bütün diabet tiplərində ağırlaşmaların inkişaf etdirmə riskini azalda bildiyinə və onların irəliləmə sürətlərini yavaşlada bildiyinə dair razı salıcı qəti dəlillər mövcuddur. Yüksəlmiş qan təzyiqi və qan yağlayarının idarəsi də eyni dərəcədə əhəmiyyətlidir. Cəmiyyətin bütün seqmentlərində, bu parametrlərin daha yaxşı idarəsi, həyat keyfiyyətinin buna bağlı olaraq yüksəlməsinə yol aça biləcək.
Bütün dünya ölkələrinin təxminən %25i, öz milli sağlamlıq planlarında diabet ağırlaşmalarından qorunmağa istiqamətli hər hansı xüsusi bir hazırlıq etməmişlər.
*2002də Beynəlxalq Diabet Federasiyası (IDF), IDF üzvü ölkələrlə, insilin, test stripleri və digər vəsaitlərə bağlı keçici bir əməkdaşlıq edərək, insilinə kəsilməz çata bilmə mövzusunda bir araşdırma başlatdı. Qatılan 74 ölkədən 30u, Tip 1 diabetli kəslərə davamlı insilin dəstəyi təmin edə bilmədiklərini qəbul etdilər. Vəziyyət, heç bir ölkənin insilinə %100 çata bilmədiyi Afrika ölkələrində xüsusilə çox ciddi idi. 1997-ci ildə edilən bənzər bir tədqiq, insilin, test stripleri və iynəyə kəsilməz təminat, şəhər seqmentdə, kənd seqmentdən daha yaxşı idi
 
 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla