25.04.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

İNSULİN POMPASI

İnsulin pompası nədir?

pompa2İnsulin pompası – bu balaca, batareya ilə işləyən, diabetli xəstələrin qanına insulin yeridən, mədəaltı vəzin funksiyasını yerinə yetirən cihazdır. Pompa insulinin orqanizmə daim daxil olmasını təmin etmək üçün nəzərdə tutulmuşdur və qlükozanın səviyyəsini normada saxlamaq üçün, orqanizmın insulinə olan təlabatından asılı olaraq pasient özü bu cihazda dozanı nizamlamalıdır.

İnsulin pompası neçə işləyir

Pompa kartridj/flakondan rezervuara yığılan insulini pasientin orqanizminə göndərir, rezervuar isə pompanın korpusunun arxa divarındaki boşluğa yerləşdirlir. Rezervuar nazik plastik borucuqla insulini pasientin orqanizminə göndərən kateterlə birləşdirilir.İnsulin kateterin axrınçı hissəsi olan nazik,elastik kanyula vasitəsilə xüsusi gurğunun- serterin hesabına tamamilə agrısız dərialtı- piy toxumasına yeridilir. Çox vaxt kateterin kanyulasını qarın nahiyəsinin dərisinə bərkidirlər.İnsulin işləndikçə xəstələr müstəqil olaraq rezervuarı təzəsi ilə əvəz edir və həmçinin hər 2-3 gündən bir kateteri dəyişirlər. Pompa asan proqramlaşdırılır və avtomatik olaraq orqanizmin təyin olunmuş düzgün doza ilə təmin edir (bazal doza),buda yemək arası və gecə qlükozanın səviyyəsini normada qalmasına kömək edir. Müalicə həkiminin köməyi ilə pasient bazal dozanın onun orqanizminə lazım olan müəyyən parametrlərini düzəldə bilər.Pasient həmcinin onun fiziki aktivliyinin dərəcəsindən və qəbul etdiyi qidadan asılı olaraq çox asan yeridilən insulinin dozasını dəyişə bilər.

Pompa insulinterapiyası sadə işləyir.Pompanın işinin prinsipi – qlükozanın səviyyəsini yemək qəbulundan sonra, yemək arası fasilələrdə və yuxu zamanı normada saxlamaq üçün orqanizmin təbii funksiyası olan, insulinlə qanı müntəzzəm təmin etməkdən ibarətdir.

Pompa qlükozanın səviyyəsinə “ciddi nəzarətə” nail olmağa kömək edir

Pompanın köməyi ilə diabetli xəstələr yeridilən insulinin dozasının qlükozanın səviyyəsini normada saxlamaq üçün dəyişə bilərlər. Bu ciddi ağırlaşmalar törədə bilən hiperglikemiyanın əmələ gəlməsini qarşısını alır, həmcinin sağlamlıq üçün çox təhlükəli ola bilən, xüsusi ilə də gecə vaxtı baş verə biləcək hipoqlikemiyanın da qarşısını alır.

İnsulin pompası fasiləsiz olaraq orqanizmi çox dəqiq lazım olan dozada insulinlə təmin edərək mədəaltı vəzin funksiyasını maksimal dəqiq realizə edir. Normal fəaliyyət göstərən mədəaltı vəzi hər 12-14 dəqiqədən bir qana insulin göndərir.Pompada həmçinin xəstənin fərdi tələbatlarından asılı olaraq müxtəlif bazal dozaları təyin etməklə, müntəzzəm olaraq orqanizmi insulinlə təmin edir.

Pompa dəqiq və səhfsiz işləyir.İnsulin pompası insulini 0,1 və 0,05 vahid dəqiqliyinə qədər göndərir. Belə dəqiqlik çox saylı inyeksiyalarla müalicədə mümkün deyildir.

Pompadan istifadə edərək siz öz həyatınızı sərbəst yaşaya bilərsiniz. Ənənəvi üsullarla müaliçə olunan və ciddi gün rejiminə əməl etməyə məcbur olan şəkərli diabetli xəstələrdən fərqli olaraq, pompa insulinterapiyasına keçənlər ciddi qida qəbulu və fiziki fəaliyyət qrafikindən azaddırlar. Öz tələbatlarından və ya qəbul etdikləri qidadan asılı olaraq xəstə özü müstəqil insulinin dozasını elə dəyişə bilər ki, qlükozanın səviyyəsi normada qalsın.

İnsulin pompasından necə istifadə etməli

İnsulin pompası i nsulinin fasiləsiz rejimlə yeridilməsi üçün nəzərdə tutulmuşdur.İnsulin flakon/kartridjdən rezervuara yığılır, oradan kateterin borucuğu ilə plastırla dəriyə fiksasiya olunan kanyula vasitəsi ilə dəri altına batırmaqla (serter) dəri altı toxumaya yeridilir.

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla