18.04.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

DİABET XƏSTƏLƏRİ ORUC TUTA BİLƏRMİ?

Diabet xəstələri, ramazanda oruc tutub tuta bilməyəcəklərinə həkimləri ilə danışdıqdan sonra qərar verməlidir. Xəstələr, qidalanma və müalicələ həkimləri ilə görüşüb, lazımlı tənzimləmələri etmək şərtiylə oruc tuta bilər.

Diabet, həblər ya da insilin ilə müalicə edilir. Tip 1 Diabeti olan xəstələr, insilindən asılıdır.

Bu səbəblə bu xəstələr üçün uzun davamlı aclıq dövrlərinin təhlükəli ola biləcəyini söyləyən Amerika Endokrinoloji, Diabet və Maddələr mübadiləsi Xəstəlikləri Bölmə Şefi Dr. Tahir Haytoğlu "Diabet xəstələri oruc tuta bilərmi" sualına cavab verdi.

Müasir insilin analoqları ilə sıx insilin müalicəsi alan və ya insilin pompası istifadə edən xəstələrin müalicəsi, oruc tuta biləcəkləri şəkildə təşkil edilə bilər. Xəstə və həkimin bu şəkildə kompleks bir müalicəni boynuna götürə biləcək səviyyədə məlumat və təcrübəyə sahib olması, son dərəcə əhəmiyyətlidir.

Tip 2 Diabeti olan xəstələrin böyük bir qisimi isə insilin istifadəsinə ehtiyac duymaz. İstənildiyi təqdirdə, həb qəbul etməklə, nizamlı bir qidalanma proqramı ilə oruc tutula bilər. İnsilin istifadə edən xəstələr isə tip1 Diabet xəstələrində olduğu kimi kompleks bir müalicəyə ehtiyac duya bilər.

ORUC TUTMAĞA MANE OLAN VƏZİYYƏTLƏR
Hipoqlikemiya (şəkərin düşməsi)
Hiperglikemiya (şəkərin yüksəlməsi)

Xəstənin Diabet idarəsinin dərəcəsi, xəstəliyin yan təsirləri ilə şəkər idarəsi xaricində istifadə edilən dərmanlar da diqqət yetirilməsi lazım olan digər ünsürlərdir. Xəstələr, şəkər ölçmələrini yaxından izləyərək, hipoqlikemik hücumlardan qaçınmalıdır. Hipoqlikemiya vəziyyətində isə orucun pozulması ola bilər.

DİABET MÜALİCƏSİ
Diabet müalicə edilərkən istifadə edilən dərmanlar, sağlam bir insandakı normal fiziologiyanı təqlid edəcək, gizli metabolik problemi azaldacaq şəkildə olan dərmanlardır.
İnsilin ifraz olunmasını artıran və insilinə qarşı həssaslığı artıraraq təsir edən dərmanlardır. Xüsusilə insilin ifraz olunmasını artıran dərmanların təşkil edilməsi böyük əhəmiyyət daşımaqdadır. İnsilin istifadə etməyən xəstələrin müalicəsinə, əgər mümkünsə insilinə qarşı həssaslığı artıraran dərmanlarla davam edilməsi seçilməlidir.
Ancaq əgər bu cür dərmanlar ilə glikoza idarəsi təmin edilə bilmirsə, qısa müddət təsirli insilin ifrazatladan dərmanlar istifadə edilməli; uzun təsirli insilin ifrazatladan dərmanlardan qaçılmalıdır. Ramazan ayında yeməkdən sonrakı qan sekerinin idarə altında tutulması üçün yeməklərdəki karbonhidrat təsirini yavaşladan dərmanlar istifadə edilə bilər.

ORUC TUTARKƏN DİQQƏT YETİRİLƏCƏK NÖQTƏLƏR
Bir diyetoloq köməyi ilə detallı bir qidalanma proqramı tətbiq etmək. Sahur və iftarın yanında gecə saat 10-11 arasında alınacaq bir ara pay ilə gün içərisindəki yemək sayını üçə çıxarmaq. Yemək seçkisində; çörək, xəmir yeməkləri, düyü plovu, makaron, kartof ilə sekerli yeməklər kimi sadə karbonhidratları məhdudlaşdırıldırmaq. Tək səfərdə böyük boşqablarla qidalanmaq yerinə, ölçülü boşqabları seçmək.

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla