24.04.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

İSTƏK VƏ MƏQSƏD—BU MİN CÜR İMKAN DEMƏKDİR

n12ÜST-nın elmi tərifinə görə sağlamlıq sadəcə xəstəliyin olmaması yox-bu “insanın fiziki, psixi, sosial rifahının məcmusudur”. Sağlamliğın saxlanılmasında kim məsuliyyət daşıyır: dövlət və cəmiyyət, tibb işçiləri və ya insan özü?

Şübhəsiz ki, hər bir insanın sağlamlığının səviyyəsi yüksək dərəcədə onun özünbdən, irsi və bizi əhatə edən təbii faktorlardan və az dərəcdə səhyyə sistemindən asılıdır. Lakin içtimai planda ölkəninin əhalisinin hər bir fərdinin sağlamlığının səviyyəsinə görə eyni dərəcədə həm dövlət, həm tibb işçiləri, həm də konkret olaraq hər birimiz məsuliyyət daşıyırıq. Yalnız bir çox müəssisə və sistemlərin, insanların özlərinin səylərini birləşdirməklə belə bir qlobal məsələni həll etmək olar. Bunun üçün yalnız istək və məqsəd lazimdır, belə ki, istək-1000 cür imkan, istəməmə isə-1000 cür problem deməkdir.

ATEROSKLEROZ- bu hər bir insan , xüsusilə də diabetli xəstələr üçün “gec partlayan minadır “ ki, bu da ürək və damarlar üçün ən xoşa gəlməyən nəticələrə gətirib çıxara bilər. Məsələn, ürəyin işemik xəstəliyi (ÜİX) nədən başlanır? Elə görünə bilər ki, o heç nədən başladı, çünki insan heç bir şey hiss etmir, heç bir diskamfort hissiyyatı olmur, onun təngənəfəsliyi, ürək ritminin pozğunluğu, yüksək arterial təzyiqi yoxdur, o öz sağlamlığı haqda narahatçılıq keçirmir. Bununla belə mümkündür ki, ateroskleroz, öz dağıdıcı işini artıq başlamışdır. Artıq aterosklerotik yığıntılar damarlarin mənfəzini tədricən daraldır, Siz isə guya hələ tam sağlamsınız. Ürək nahiyəsindəki kimi ağrilar, bir qayda olaraq, koronar damarlardan birinin mənfəzi yaridan çox daraldıqda əmələ gəlir. Xəstəliyin xainliyi də elə bundan ibarətdir. Lakin bu ağır xəstəliyin qarşısını almaq olar. Bunun üçün lazımdır ki, ürəyin sağlamliğinın 3 əsəs göstəricisini nəzarət altında saxlayasan : xolestenin səviyyəsi, arterial təzyiq ( AT) və EKQ göstəriciləri.

1. Xolesterin. Əgər siz terapevtin və ya ya kordioloqun qəbuluna gəlmisinizsə mütləq qanda xolesterinin analizini elətdirin. Özünə hörmət edən hər bir insan bu göstəricini bilməlidir. Ən yaxşısı budur ki, onu ildə 2-dəfə yoxlatdırasan. Lakin sizin yaşınız otuzdan yuxarı və çəkiniz normadan artıqdırsa və sizin zərərli adətləriniz vardır ( məsələn siqaret çəkirsiniz) , az hərəkətli həyat tərzi keçirdirsiniz, onda yaxşı olar ki, xolesterinə daha tez-tez nəzarət edəsiniz.

Ümumi xolesterinin miqdarı normadan( 5,2mmol/l və ya 200 mq % ) artıq olmalı deyildir. Mütləq bu göstəricini yadınizda saxlayın və yazın ki, öz nəticələrinizlə müqaisə edə biləsiniz. Lakin bu azdır. Əgər sizdə ÜİX əlamətləri varsa, bu göstərici sizdə nəyinki norma, normadanda aşağı olmalıdır.

2. AT- in müntəzəm ölçülməsi. Buna yalnız təəcüblənmək olar ki, əhəmiyyətli hipertoniyası olan insanlar öz təzyiqərini hər gün yox, epizodik olaraq ölçürlər. Onun qalxdığını aşkar etdikdə, aşağı salmaq üçün 1-2 tablet qəbul edir. Və bu qaydada əhvalının növbəti pisləşməsinə qədər davam edir-bəxti gətirsə yenədə təzyiq aşağı salınır, yox əgər gətirməsə- deməli ya infarkt və ya insult olacaqdır. Hipertoniya xəstəliyi olan xəstələrin müalicəsi daim, sistematik olmalıdır. Başqa cür mənasızdır. Əlbəttə, hər bir insanın evində mütləq tonametr olmalıdır- bu gün bu mədəniyyətin bir göstəricisidir ( öz sağlamlığına insanin munasibəti kimi).

3. Elektrokardioqrammanın göstəriciləri (EKQ) vaxtında simptomsuz ÜİX-nin aşkar olunmasına kömək edər. Buna görə də həkimlər onu belə tez-tez təyin edirlər. Bəzən EKQ-nı fiziki yük verməklə təyin edirlər, çünki adi EKQ diaqnozu yalnız əhəmiyyətli dəyişikliklər olduqda təsdiq edə bilir. Fiziki yüklə ölçüldükdə isə ilkin normadan kənara çıxmaları aşkar etmək mümkündür.

Arterial təzyiqi necə ölçməli

Əgər sizin görməniz və eşitməniz normaldırsa, onda AT ölçmək üçün adi, “klassik” pribor alın (adətən həkimlərin poliklinikada istifadə etdiyindən). O qola keçirilən manjetdən, hava vurandan, dairəvi şkalalı monometrdən və fonendoskopdan ibarətdir. Çox da baha olmayan bu tipli priborlar bütün apteklərdə satılır. Lakin bu tonometrləri ildə 1-2 dəfə yenidən qaydaya salmaq lazımdır. Satışda çoxlu bahalı təzyiq ölçənlər də vardır. Lakin onlarin heç də hamısı yüksək keyfiyyətli deyildir.Bir çox xarici təzyiq ölçənlərdə manometr, havavuran knopka və ya dekompressiyanın sürətini nizamlamaq üçün olan halqa bir blokda olur. Bu, xüsusi ilə də öz təzyiqini ölçənlər üçün çox əlverişlidir. Lakin nəzərə almalısınız ki, əgər öz təzyiqinizi gündə 3-4 dəfə ölçürsünüzsə,2-3 aydan sonra manjetka üçün olan bənd çevrilə və sürüşməyə başlaya bilər. Daha bahalı priborlarda bəndli manjetkalar bir ilə qədər işləyə bilər, lakin tez və ya gec bu problem meydana çıxacaqdır. Ona görədə bir birinə yapışan manjetkalar daha uzun ömürlüdür. Həmçinin satışda tam avtomatlaşdırmış təzyiq ölçənlər vardır. Xəstələr üçün bu priborlar çox rahatdır, lakin bahadırlar. Barmağ üçün priborları alanda unutmayın ki, iri arteriaların olduğu bazudan nə qədər uzaq olsa, siqnallar bir o qədər zəif alınacaq və göstəricilərdə dəqiqliyi azalacaqdır.

AT-in ölçülməsi. Bunu adi mexaniki tonametrin nümünəsində göstərək. Yadda saxlayın ki, təzyiqi ölçməmişdən əvvəl 15-20 dəqiqə sakit şəraitdə olmalı, oturmalı və ya uzanmalısan.

1.Qolunuzdan paltarı çıxardın, dirsəkdən maksimal sürətdən düz saxlayın və dirsəyin altına nə isə bir şey qoyun ( paltarın qolunu yaxşı olar ki, qatlamayasınız, çünki qat venalarınızı sıxa bilər və təzyiq dəyişə bilər).

2. Qola manjetkanı elə taxın ki, onun aşağı kənarı dirsək büküyündən 2-3 sm yuxarı olsun ( manjet çox sıx taxılmamalıdır, buna əmin olmaq üçün barmağınızı manjetin altına salsanız kifayətdir).

3.Dirsək çökəyində arteria üzərində pulsu təyin edin( yadda saxlayın ki, puls manjetkaya hava dolmamışdan qabaq təyin olunur.)

4.Hava vuranı sıxaraq manjetkaya havanı tədricən arteriada pulsassiya itənə qədər doldurun; bundan sonra azacıqda hava vurun (2-3 dəfə).

5.Fenandeskopu dirsək çökəyində pulsu təyin etdiyiniz yerdə yerləşdirin ( bu zaman puls eşidilməyəcəkdir-bu normaldır).

6.Bir az vinti buraraq, manjetkadan havanı buraxmağa başlayın. Şkalanın oxu tədricən aşağı enməyə başlayacaqdır.

Nəbz dalğasının təin olunduğu göstərici yuxarı, və ya sistalik təzyiqi bildirir; nəbz dalğasının tamamilə itdiyi göstərici isə aşağı, ya diostalik təzyiqi göstərir. AT-i dəqiq təyin etmək üçün, kiçik fasilələrlə ardıçıl olaraq 3 dəfə olçmə məsləhət görülür.

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla