27.04.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

DİABET SÜRƏTLƏ CAVANLAŞIR

diabet 3Dünya 400 million insanın hədələyən qlobal diabet epidemiyası qarşısında qalmışdır. Qeyri-sağlam qidalanma və passiv həyat tərzi bu xəstəliyi cavanlaşdırmaqda davam edir və getdikcə daha çox gənc yaş qruplarını əhatə edir. 

Belə bir bəyanatla Cənubi Afrikada Keyptaun şəhərində keçirilən İDF konfransında Beynəlxalq Diabet Federasiyasının prezidenti Pyer Lefevr cıxış etmişdir. Federasiyanın rəsmi bəyanətində deyilir ki, diabet epidemiyası faktik olaraq nəzarətdən çıxmışdır və ümmümdunya diabetiklər ordusunun sayı ən pessimist proqnozlarıda ötərək 246 milyon insana çatmışdır. Sənəddə qeyd olunur ki, əgər qəti tədbirlər görülməsə, artıq 20 ildən sonra diabetli xəstələr 380 milyon olacaqdır.Hər il 4 milyona yaxın diabetli xəstə ölür ki, buda təxminən QİÇS xəstəliyindən ölənlərin sayına bərabərdir.

Xüssüsilə o təhlükəlidir ki, diabet çox güclü “cavanlaşmışdır”. Pyer Lefevr qeyd edir ki, bu son 10-20 ildə uşaq və yeniyetmələrin tez hazırlanan yağlı qidalar nəticəsində proqresləşən piylənməsi, və həddindən cox kompyuter oyunlarına, televizora alüdə olmaq nəticəsində fiziki aktivliyin kəskin azalması nəticəsindədir.

Hal-hazırda yer kürəsinin yaşlı əhalisinin 6%-i diabetlə xəstədir. Ən çox diabetiklər Hindistanda – 41milyon və Cində - 40 milyondur.

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla