Alimlər
necə ağıllı olmaq sualına cavab vermişdir
Beyinin idrak imkanlarını yaxşılaşdırmağa və
saxlamaga düzgün qidalanma , müntəzəm fiziki və
zehni fəaliyyət, normalyuxu kömək edəcəkdir. Məhz
bu şərtlər Harvard Tibb Məktəbinin və Massaçusets
Texnologiya İnstitutunun aparıcı ekspertlərinin
tədqiqatının nəticələrinə əsaslanan rəyə görə
böyüklərin idrak və dərk etmə sağlamlığını gücləndirməyə
imkan verir.
ABŞ nevroloqları əmindirlər ki,bu sadə, ümumi
qaydalar beyinin fəaliyyətini dəstəkləməyə və
çoxlu zehni problemlərdən, o cümlədən beyin funksiyasına
təsir edən yaş xəstəliklərindən qurtulmağa kömək
edəcəkdir.
Beyinin müdafiəsi üçün ən vacib şərt düzgün
qidalanma rasionudur. Orqanizmi lazım olan minerallar
və vitaminlərlə, xüsusilə də yaddaş və beyinin
tam funksional fəaliyyəti üçün vacib olan vitamin
E və vitamin B12, fol turşusu ilə təmin etmək
üçün həkimlər inadla sağlam, tarazlaşdırılan pəhrizə
əməl etməyi məsləhət görürlər.
Beyinin müvafiq fəaliyyətinə zəmanət verən ikinci
vacib şərt yuxudur. Yeni informasiyanı emal etmək
üçün beyin gündəlik 7-8 saatlıq yaxşı, dərin sakit
yuxunu almalıdır. Gecə istirahətinin keyfiyyəti
mürəkkəb bioloji neyron proseslərinin əsasını
qoyur, çünki beyin gecələr də aktivdir.
Bundan əlavə, həkimlər fiziki fəaliyyətə də
diqqət yetirir və heç olmasa ən azi həftədə üç
dəfə yarım saat da olsa məşq etməyi məsləhət görürlər.
Bundan əlavə, bədən məşq etdirildiyi kimi zehni
də məşq etdirimək vacibdir, alimlər beyinə hər
gün yeni iş və yeni informasiya verməyi təklif
edir: məsələn, xarici dili öyrənməyə və ya məntiqi
tapmacaları həll etməyə cəhd edin.