Otlar və
vitaminlər, nə faydalıdır?
Bir
neçə illər ərzində diabetin müalicəsi yalnız insulindən,
oral həblərdən, diyeta və fiziki hərəkətlərdən
ibarət olmuşdur. Bu gün biz bilirik ki, diabetin
əsas müalicəsini müxtəlif bioəlavələr, otlar və
vitaminlər vacib tamamlayan amildir. Otlar, vitaminlər
və bioəlavələr diabetin müalicəsi üçün zəngin
seçim təklif edir. Bu sahədə tədqiqatlar təzə-təzə
başlamışdır, lakin həkimlər buna getdikcə daha
çox maraq göstərməyə başlamışdır.
Hal-hazırda
tədqiqatcılar diabetə vitamin əlavələrinin təsirini
öyrənməyə başlamışlar.
Tövsiyyə
olunur ki, diabetli insanlar əksər vitaminləri,
mineraları və mikroelementləri yaxşı balanslaşdırılmış
diyetaya əməl etdikdə və hər gün 7-9 meyvə və
tərəvəz yedikdə qəbul etsinlər. Həmçinin qeyd
olunur ki, diabetli insanlar qanda şəkərin səviyyəsinə
nəzarət etmədikdə, öz orqanizmlərini çox böyük
stresə məruz qoyurlar. Həmçinin pasiyentin qanda
şəkəri yüksəldikdə bütün mikroelementlər, vitaminlər
və minerallar sidiklə birlikdə orqanizmdən xaric
olunurlar. Bu bir daha təsdiq edir ki, diabetli
insanların hər gün vitamin əlavələri və mineralar
qəbul etməsi lazımdır.
Sinir
ağrılarını götürmək üçün alfa-lipoye turşusu.
Almaniyada
böyuk tələbat olan alfa lipoye turşusu diabetlə
əlaqədar əmələ gələn sinir sisteminin pozğunluqlarında
istifadə olunur. Bu vitamin əlavəsi ayaqlarda
ağrını, göynəməni, keyləşməni azaltmaq qabiliyyətinə
malikdir. "Diabetes Care" jurnalının
1999-çı il fevral buraxılışında qeyd olunub ki,
aparılmış tədqiqatlar nəticəsində aydınlaşıb ki,
alfa lipoye turşusu qanda qlükozanın yüksək konsentrassiyasını
endirmək qabiliyyətinə malikdir. "Diabetic
medicine" 1999-çı il dekabr buraxılışında
deyilir ki, əgər 19 gün hər gün oral 1800 mq alfa
lipoye turşusu qəbul olunsa, bu 2-çi tip diabetdə
sinir ağrılarının azalmasına kömək edər. Alfa
lipoye turşusu qara ciyər və beyin hüceyrələrinə
antioksidant kimi təsir edərək müdafiə edir. Həmçinin
o kataraktanın qarşısını ala bilər və digər antioksidantların,
E və C vitaminlərinin effektivliyini yaxşılaşdırır.
"Natural
Health" jurnalı hər gün 100 mq-dan 600 mq-a
qədər alfa lipoye turşusu qəbul etməyi məsləhət
görür. Maksimal effekt göstərməsi üçün alfa lipoye
turşusunu səhər qəbul etmək lazımdır.
Vitamin
B6 neyropatik ağrıların qarşısını alır.
Məlumdur
ki, B vitamininn defisiti neyropatiyanın əmələ
gəlməsinin səbəbidir və əgər bu defisit yaranarsa
vəziyyət daha da agırlaşar. "East African
Medical Journal" 1999-çı il nömrəsində deyilir
ki, B6 vitaminini qəbul etməklə, səbəbi neyropatiya
olan ağrılardan, göynəmədən və diskomfortdan qurtulmaq
olar. "Endocrinology and Diabetes" dərcisində
1996-cı ildə dərc olunmuş məruzədə deyilir ki,
polineyropatiyadan əziyyət çəkən 1-çi tip diabetdə
və insulindən asılı 2-çi tip diabetdə B1, B6 və
B12 qəbul etdikdə müsbət dəyişıklıklər, məsələn
sinir sisteminin bərpası (ən azı 4 ay, lakin 3
ildən çox olmamaqla) müşahidə olunur. Lakin uzun
müddət gündə 100mq-dan artıq dozada vitamin əlavələri
qəbul etdikdə, müəyyən vaxtdan sonra qarşısını
almaq istədiyimiz əlamətlər – süstlük, zəiflik,
ətrafların keyləşməsi meydana çıxa bilər.

Devid
Edelbeq məsləhət görür ki, B6 vitaminini qəbul
etmək B vitaminləri kompleksində daha məqsədəuyğundur.
Vitamin
C kataraktanın qarşısını alır.
Hamıya
yaxşı məlum olan vitamin C 2-ci tip diabetli insanlarda
şəkərin səviyyəsini müvəffəqiyyətlə aşağı salır.
Amerika Diabet Assosiassiyasının 1999-cu ildə
keçirilmiş elmi sesiyasında deyilib ki, vitamin
C sayəsində qadınlarda koronar xəstəliklər riski
azalır. Vaşinqton universitetinin tədqiqatçıları
isə belə bir nəticəyə gəliblər ki, vitamin C adamlara
böyrək çatmamazlığından qurtulmağa kömək edir.
Həmçinin vitamin C 1-ci tip diabetli insanlarda
diabetik kataraktanın qarşısını alır və qan dövranı
proseslərini yaxşılaşdırır. Alimlərin fikrinə
görə vitamin C orqanizmdə müəyyən maddələri, o
cümlədən görmə pozğunluğuna səbəb olan sorbitolu
azaldır.
Bəzi
həkimlər gündə 250-1000 mq vitamin C qəbul etməyi
məsləhət görürlər.
Capsaicin
(qirmızı qabıqlı bibər)-sinir ağrılarından vasitə
Maz
şəklində işlədilən capsaicin, 5 gün müddətində
əldə, ayaqda və pəncələrdə olan sinir ağrılarını
azaldır. Capsaicin bu yerlərdə olan ağrı hislərini
azaldır, lakin onun tətbiqindın alınan effekt
özünü 3 gündən sonra da, 4 həftədən sonra da göstərə
bilər. Onun belə effekti haqqında məlumatlar bir
çox elmi jurnallarda verilmişdir.
Xrom
BGs səviyyəsini aşağı salır
Xromu
həb və ya pivə mayası şəklində qəbul etmək olar
. Bu əlavələr insulinə həssaslığı yaxşılaşdırmaq
xüsusiyyətinə malikdir və birinçi və 2-çi tip
diabetli insanlarda qanda şəkərin səviyyəsini
aşağı salır.
Keyt
Kempbell gündə 400 mq xrom məsləhət görür.
E
vitamini ürək xəstəliklərinin və retinopatiyanın
qarşısını alır.
Güçlü
antioksidant olmasından əlavə vitamin E ürək üçündə
faydalıdır, diabetə nəzarəti yaxşılaşdırır, retinopatiyanın
inkişafının və proqresləşməsinin qarşısını alır
və hətta 2-çi tip diabetin də inkişafının qarşısını
alır. "Diabetes Care" jurnalının 1993-çı
il noyabr nömrəsində məlumat verilir ki, vitamin
E 2-çi tip diabetli insanlarda qlükoza və xolesterinin
səviyyəsini aşaöı salır.
"British Medical Journal" lurnalında
1995-çi ildə belə bir tədqiqatın nətiçələri dərc
olunmuşdur ki, vitamin E ürəyin işinə müsbət təsir
göstərir və əhəmiyyətli dərəcədə koronar xəstəliklərin
riskini azaldır. Vitamin E əlavəsinin effektini
aydınlaşdırmaq üçün aparılan daha bir tədqiqat
nətiçəsində aşkar olundu ki, onun istifadə olunması
1-çi tip diabetli insanlarda ürəyin işinə çox
böyük müsbət təsir göstərə bilər. Boston diabetik
mərkəzində aparılmış daha bir tədqiqat göstərdi
ki, vitamin E retinopatiyanın inkişafını ləngidə
bilər.
Balıq
yağı
Məlumdur
ki, balıq yağı ürək tutmaları riskini azaldır.
Balıq yağı diabetli insanlarda triqliseridlərin
səviyyəsini aşağı salan omeqa-3 yağ turşusunun
mənbəyidir.
Jenşen
(Amerika və Asiya) şəkəri aşağı salır.
Alimlər
əmindirlər ki, jenşen 2-çi tip diabetli insanlard
şəkərin səviyyəsini aşağı salır. Həm Amerika,
həm də Asiya jenşeni mədəaltı vəzdən insulin ayrılmasını
yaxşılaşdırır və insulin reseptorlarının miqdarını
artırır. Tədqiqatlar sübut edib ki, jenşen qanda
şəkərin səviyyəsini yeməkdən sonra aşağı salır.
Həmçinin alimlər belə bir nəticəyə gəliblər ki,
minimum 3 qram amerika jenşeni BG səviyyəsini
yeməkdən sonra aşağı sala bilər. Doza artıq olduqda,
baş ağrıları, yuxusuzluq və ishal, nevrotik vəziyyət
kimi əlavə effektlər əmələ gələ bilər.Həkimlər
hesab edir ki, jenşenin gündəlik dozası 200 mq-dır.
Yüksək təzyiqli insanlara jenşen əks göstərişdir;
2-3 həftə istifadədən sonra mütləq 1-2 həftə fasilə
vermək lazımdır.
Maqni
ürək problemlərinin və görmə pozğunluqlarının
qarşısını alır.
Maqni
əzələ və sinirlərdə enerji metabolizminə kömək
edir, buna görə də diabetli insanlarda maqni adətən
aşağı olur. 2-çi tip diabetli insanlarda adətən
rast gəlinən ürək xəstəliklərinin və görmə pozğunluqlarını
qarşısını maqni əlavələri ala bilər. "Diabetes
Care" jurnalının 1999-çı il buraxılışında
dərc olunmuş bir tədqiqatın nətiçələri göstərirdi
ki, maqni əlavələri nə qədər faydalıdır. Daha
bir tədqiqatda deyilir ki, qidada maqni çatışmamazlığı
insulin rezistentliyi artıra bilər və karbohidrat
mübadiləsinin pozulmasına gətirib çıxara bilər.
Şam
ağacı qabığının ekstraktı(Pycnogenol) qan damarların
vəziyyətini yaxşılaşdırır.
Pycnogelon
şam ağacının ekstraktının potent almış forması
olub qanın sirkulyassiyasını, qan damarlarının
vəziyyətini yaxşılaşdırmaq üçün, həmcinin retinopatiyanın
müalicəsində istifadə olunur. Müxtəlif xarici
mənbələrdə göstərilir ki, pycnogenol qanın sirkulyassiyasını
yaxşılşdırır və torlu qişanı qoruyur, antioksidant
qabiliyyətinə malikdir. İtalyan alimlərinin bu
yaxınlarda apardıqları tədqiqatlar göstərdi ki,
2 ay müddətində gündə 3 dəfə 50 mq pycnogelon
qəbul etmək diabetik retinopatiya kimi xəstəliyin
proqresləşməsinin qarşısını ala bilər.
Qida
lifləri
Bir
çox bitki mənşəli ərzaqlarda qida lifləri vardır
ki, bunlar diabetli insanlar üçün çox faydalıdır
və əlavə təsirləri yoxdur. Buna – almanı, qarabaşağı,
kələmi, yer kökünu,kətanı və s. göstərmək olar.
Darçın
Darçın
qanda şəkəri endirmək qabiliyyətinə malikdir.
həkimlər belə güman edirlər ki, diabetli insanlar
hər gün 1 çay qaşığı darçını kofe ilə, bişmiş
yulafla qəbul etsələr, onların orqanizmi insulinə
daha yaxşı reaksiya verər və həmçinin qlükozanın
metabolizmi 20 dəfə yaxşılaşar..