Görmənizi
xilas edin
Siz
diabetsiniz. Siz bilirsiniz ki, diabet bir cox
ağırlaşmaların səbəbi ola bilər ki, bunlardan
biri də görmənin pozulmasıdır. Yəqin ki, siz istəyirsiniz
ki, sizdə belə bir problem yaranmasın. Baxmayaraq
ki, diabet zamanı görmənin itirilməsi haqqındakı
suala ikili cavab vermək olar.
Birinci:
Sizin narahatçılığınıza əsas yoxdur. Özünə nəzarətin
müasir vasitələrinin olması ilə əlaqədar, cətin
ki, sizdə görmənin pozulması əmələ gəlsin. Hətta
əgər diabet sizin gözünüzü zədələməyə başlayıbsa,
bu prosesi saxlayan və görmənin itirilməsinin
qarşısını alan bir neçə üsul vardır. Bizim günlərdə
çox az sayda insan diabet nəticəsində görməsini
itirir.
İkinci:
Orta yaşlı amerikalılar arasında
körluğun əsas səbəbi hələ də diabetdir. Görmənin
pozulması hətta qanda şəkərin səviyyəsinə yaxşı
nəzarətdə belə yarana bilər ki, sizdə görmənin
pisləşməyə başlanmasına kimi, onun haqqında xəbəriniz
olmaz. Bunu tamamilə aradan qaldırmaq faktik olaraq
artıq mümkün deyildir. Nə lazer terapiyası, nə
də cərrahi müdaxilə artıq sizə kömək etməz.
Faktik
olaraq hər iki cavab doğrudur. Sizin etdiyiniz
seçim təyin edəcəkdir ki, bu cavablardan hansı
sizin üçün doğru olacaqdır.
Diabetlə
əlaqədar görmənin pozulması.
Görmənin
pozulmasının əmələ gəlməsinin səbəbi odur ki,
diabet torlu qişanın qan damarlarını zədələyir.
Torlu qişa – bu çox zərif toxuma olub, gözün arxa
divarında yerləşir, o işığa reaksiya verib informasiyanı
(vizual) beyinə ötürür. Məhz elə buradakı kapilyar
adlanan və torlu qişanı qidalandıran kiçik qan
damarları diabet zamanı zədələnirlər. Torlu qişanın
kapilyarlarının güclü zədələnməsi onun bəzi sahələrinin
qidalanmasına mane olur. Qidasız qalan bu sahələr
yeni qan damarlarının inkişafına səbəb olan maddə
hazırlayır və belə pozğunluq neovaskulyarizassiya
və ya proliferativ retinopatiya adlanır. Yaxşı
halda yeni qan damarları qidasız torlu qişada
inkişaf edəcəkdir və qidalanmaya ehtiyac olan
hüceyrələri qida ilə təmin edəcəkdir.Təəsüf ki,
yeni hüceyrələr buna qadir deyildir, onlar torlu
qişanın səthində inkişaf edirlər və buda görmənin
güclü pozulmasınln səbəbi ola bilər. Bu yeni zəif
damarlar çox kövrəkdir, onların divarları o qədər
nazikdir ki, onlar partlaya bilər, bu zaman qan
gözu doldurur və insan görməsini itirir. Onlar
həmcinin toxumalarda birləşdirici toxumanın inkişafına
səbəb ola bilər. Birləşdirici toxuma əmələ gəldikcə
sıxılır və gözün torlu qişasını zədələyir.
Beləliklə
diabetdə görmənin pozulmasına bir neçə səbəb vardır.
Yaxşı
xəbərlər
Diabet
səbəbinə görə görmənin itirilməsinin hər halda
qarşısını almaq olar. Tədqiqatlar göstərir ki,
müntəzəm olaraq qanda şəkərin səviyyəsinin ölçülməsi
dəfələrlə görmənin pozulmasının inkişaf riskini
və digər agırlaşmaları aşağı salır. Lazer terapiya
görmənin ititrilməsinin qarşısını ala bilər, lakin
bu o vaxt mümkündür ki, macular edema hələ yumşaqdır
və lazer terapiyasının köməyi ilə tamamilə yox
ola bilər. Əgər erkən stadiyada tətbiq olunarsa
lazer terapiyası həmcinin yeni kapilyarların inkişafını
saxlaya bilər və görmənin ititrilmə riskini 90%
azaldar. Lazer işıq şuası yaradır. Makulyar ödemdə
və proliferativ retinopatiyada lazer şuası torlu
qişanın zədələnmiş sahələrini yandırır. Müalicə
adətən klinikalarda aparılır və bu müalicəni keçmiş
pasientlər tezliklə normal həyat tərzinə qayıdırlar.
Proliferativ
retinopatiya nəticəsində əmələ gəlmiş geniş qansızma
bir neçə həftə və ya aydan sonra özü-özünə keçib
gedə bilər. Lakin əgər o kifayət qədər uzun müddət
davam edirsə, onda cərrahi üsulla qanı gözdən
təmizləyirlər və bu prosedura vitrektomiya adlanır.
Gözü qandan təmizlədikdən sonra adətən görmə bərpa
olur və xəstə qan sızmaya qədər dövrdə ki kimi
görür. Əgər siz müntəzəm olaraq qanda şəkərin
səviyyəsini ölçürsünüzsə, siz görmənizdə problem
əmələ gəlməsindən qorxmaya bilərsiniz. Lakin əgər
sizin görməniz hətta retinopatiyadan pozulubsa,
həkimə müntəzəm müraciət və onun məsləhəti ilə
lazer terapiyası müalicəsi sizin probleminizi
həll edə bilər. Lazer terapiyası bu xəstəliyin
proqresləşməsini dayandıra bilər və sizin görmənizi
saxlayar.Vitrektomiya gözə qansızmada görməni
qaytarır və hətta torlu qişanın zədələnmələrini
aradan götürür.
Çox
da yaxşı olmayan xəbərlər.
Lakin
bu məsələnin heç də xoş olmayan digər tərəfi vardır.
Qanda şəkərin yaxşı səviyyəsinə nəzarətə nail
olmaq heç də asan deyildir, o əlavə səylər və
xərclər tələb edir, həmçinin kənar effektlərin
– məsələn qanda şəkərin aşağı səviyyəsi kimi halların
əmələ gəlmə riski artır. Bir çox həkimlər qanda
şəkərin səviyyəsinə yaxşı nəzarət haqqında xəstələrə
hər şeyi demirlər,ona görədə pasiyentlərin çoxusu
ona yaxşı nəzarətin vacibliyini başa düşmürlər.
Nəticədə müasir müalicə metodunun effektivliyinə
baxmayaraq, diabetli insanlarda getdikcə görmənin
pozğunluğu inkişaf edir. Belə pozğunluqların başlanğıc
stadiyalarında görmədə elə bir dəyişiklik olmur,
ona görədə pasiyentin pozğunluq haqqında xəbəri
olmaya bilər. Və çox vaxt görmə pisləşməyə başlayan
vaxt məlum olur ki, xəstəlik artiq güclü proqresləşir.
Macular edema zamanı lazer terapiyası xəstəliyin
proqresləşməsini saxlaya bilər, lakin çox nadir
hallarda görmə tam bərpa olunur. Proliferativ
retinopatiyada nə qədər ki, güclü qansızma və
ya torlu qişanın zədələnməsi baş verməyib görmə
normal qalır. Belə hallda lazer terapiyası kömək
etmir, ən effektli vitrektomiya olaçaqdır. Cərrahi
müdaxilə ən effektli mülicə metodudur, lakin,
xüsusilədə torlu qişanın zədələnməsində ağırlaşmaların
inkişaf riski mövcuddur və hətta əməlliyat görmənin
bərpasında qeyri effektiv ola bilər. Hətta hal-hazırda
da diabetlə əlaqədar görmənin pozulması ortayaşlı
amerikalılar arasında korluğun əsas səbəbidir.
Siz
nə seçirsiniz?
Qanda
şəkərin səviyyəsinə ciddi nəzarət lazımdır, lakin
bu zaman yaddan cıxarmaq lazım deyidir ki, əgər
sizə elə indi 2-ci tip diabet diaqnozu qoyulubsa
və ya 1-ci tip diabetlə 5 ildir xəstəsinizsə ildə
1 dəfə müntəzəm olaraq görməni yoxlatdırmalısınız.
Bu sizə diabetlə əlaqədar olan görmə pozğunluğunun
inkişafının qarşısını almağa və makulyar ödemin
və ya proliferativ retinopatiyanın əlamətlərini
müəyyən etməyə kömək edər. Müayinəni diabet zamanı
görmə pozğunluqlarından yaxşı məlumatı olan okulist
aparmalıdır,beləki onların əlamətləri çox vaxt
çətinliklə təyin olunur. Beləliklə, qanda şəkərin
səviyyəsinə neçə nəzarət etməyinizdən və okulistə
vaxtlı-vaxtında müraciət etməyinizdən asılı olaraq,
retinopatiyanın yaranması riski minimal və ya
yüksək ola bilər. Bu təlimatlara riayət edin və
sizdə görmə pozğunluqları diabetl xəstə olmayanlardakı
kimi minimal olaçaqdır. Tədqiqatlar göstərir ki,
diabet görmə pozğunluğunun inkişafının və körluğun
əsas səbəbi olaraq qalır. Ona görə də ele bu gündən
başlayaraq, sabaha saxlamadan qəti tədbirlər görmək
lazımdır.