16.04.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

“Şəkər xəstəliyə yox, həyat tərzinə çevrilir”

“Şəkər xəstəliyə yox, həyat tərzinə çevrilir”

XIX əsrin ən ağır bəlalarından biri olan şəkərli diabet xəstəliyi. Hazırda dünyada 240 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Hər il Yer üzündə vəfat edən insanların 5 faizi məhz diabet nəticəsində dünyasını dəyişir. Ən böyük faciə isə bu xəstəliyin ölkəmizdə sürətlə yayılması və gəncləşməsidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan, Aysel Cahangirovanın “Şəkər xəstəliyə yox, həyat tərzinə çevrilir” layihəsi çərçivəsində Astara Rayon Pedaqoji Kollecində tələbələr qarşısında  şəkər xəstəliyinin yaranma və proflaktikası, simptomları və müalicəsi, düzgün qidalanma və sağlam həyat tərzi ilə bağlı təlim keçirilib. Bununla yanaşı şəkər xəstəliyinin qurbanı olan gənc bir qızın bir günlük həyatından bəhs edən “Mənim bir günüm” adlı qısametrajlı film nümayiş etdirilib. Filmdə şəkər xəstəliyindən əziyyət çəkən və bunu öz həyat tərzinə çevirən gənc bir qızın öz  həyat hekayəsini danışmasından bəhs olunur.  

02

Layihə çərçivəsində  şəkərli diabetdən əziyyət çəkən şəxslərə dövlət qayğısının göstərilməsi və daim diqqət mərkəzində saxlanılması barədə ətraflı məlumat verilib. Belə ki, Şəkərli diabet xəstəliyinə tutulan şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanının 2.1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın  təsdiq edilməsi barədə gənclər məlumatlandırılıb.

01

 03

05

 

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla