Uzun
ömrün italyan resepti
Spagetti,şərab,qəhvə, və müsbət emossiyalar- həyatın
uzunluğuna görə dünyada lider yerlərdən birini
tutan, Avropada isə bu göstərici üzrə mütləq birinciliyi
saxlayan italyanların uzun ömürlülüyünün sirri
bunlardadır. Milli statistika institutunun alimləri
belə bir nəticəyə gəliblər. Aparılmış tədqiqatların
nəticlərinə görə italyan kişilərin orta ömür muddəti
77,2 il, qadınların kı isə 82,8 il təşkil edir,
həm də 1974-ci ildən 2006-cı ilə qədər bu göstərici
kişilərdə 8 il, qadınlarda isə demək olar ki 9
il artmışdır. Mütəxəssislər istisna etmirlər ki,
bu rəqəmlər bundan sonrada artacaqdır, və italyan
qadıları orta hesabla 90 il , kişiləri isə 85
il yaşayacaqdır.

Apenin
yarımadasında yaşi 1 əsri keşmiş 7 min adam yaşayır,
və hər 4 ildən bir onların sayı 2 dəfə artır.
Italyan alimləri digər ölkədən olan həmkarları
ilə birlikdə ürək – damar və xərçəng xəstəlikləri
sahəsində tədqiqatlar apararaq belə bir nəticəyə
qəliblər ki, bir çox xəstələklərin inkişafına
pomidorlar,qırmızı şərab, qırmızı bibər , makoron
məmulatları imkan vermir. Italyanlar bu qida məhsullarından
hər gün çoxlu miqdarda yeyirlər. Bundan başqa
italyan mətbəxinin əvəz edilməz “atrubutu” olan
kofe bir çox ciddi xəstəliklərin, o cümlədən qara
ciyərin sirrozunun və diabetin qarşısını almağa
kömək edir.Əgər kofeni mötədil miqdarda – yəni
bir gündə 3 fincandan çox istifadə etməsən,aimlərin
mülahizəsinə görə o qanda xolesterinin miqarıni
da azaldır.Bu dieatanı saxlamaqla uzun illər yaşamaq
olar, lakin ruhu sağlamlığıda yaddan çixarmaq
olmaz – müsbət emosiyalar və yaxşı əhval-ruhiyyə
düzgün qidalamna kimi vacibir
DEPRESSİYA
DİABETDƏN TƏHLÜKƏLİDİR
Ümumdünya səhiyyə təşkiltının (ÜST) apardığı qlobal
tədqiqat nəticvəsində belə nəticəyə gəlinib ki,
depressiya insan sağlamlığı üçün stenokardiya,
artrit,astma və diabetdən daha təhlükəlidir.

Daha pisi odur ki, depressiya hər hansı bir xroniki
xəstəliklə, məsələn diabetlə birgə olsun. Ekspertlər
təsdiq edirlər ki, depressiyadan effektiv müalicə
xəstələrin ümumi vəziyyətini yaxşılaşdırır. Doktor
Somnat Çatterji və onun həmkarları dünyanın 60
ölkəsində 245 mindən çox insan arasında sorğu
keçiriblər. Tədqiqatçılkarı bu tipli suallar maraqlandırırdı:
onlar yaxşı yatırlarmı, onların yaddaşla, fikrin
cəmləşdirilməsi ilə əlaqədar problemləri varmı,
onlar stressi necə keçirirlər və s. Alınmış cavabların
böyük əksriyyəti bizim müasirlərimizin böyük əksəriyyətinin
daxili əhvalının sıxıntılı olmasını göstərdi ki,
bu da Çatterjinin sözlərinə görə bizi vadar edir
ki, depressiyaya səhiyyənin ən əsas problemlərindən
biri kimi baxaq. Bütün əsaslar var ki, hesab etmək
olar ki, depressiya insanlar arasındakı münasibətlərə,
onların maliyyə vaziyyətinə, fiziki sağlamlığına
dağıdıcı təsir göstərir.
Ekspertlər bütün dünya həkimlərini pasiyentlərin
diaqnozunu qoyarkən depressiya faktoruna daha
diqqətli yanşmağa çağırırlar. Doktor Markus Roberts
vurğulayır ki,depressyanın müalicəsinə başqa xəstəliklərin
müalicəsi kimi çox ciddi yanaşmaq lazımdır; belə
ki, orqanizmin bir çox xəstəliyinin müalicəsi
hamı üçün mümkün olduğu halda, psixi xəstəliklərdən
müalicə məhduddur. Məsələn İngiltərədə, depressiya
da daxil olmaqla psixi xəstəliklərdən 7 milyon
insan əzab çəkir.
Diabet
sürətlə cavanlaşır
Dünya
400 million insanın hədələyən qlobal diabet epidemiyası
qarşısında qalmışdır. Qeyri-sağlam qidalanma və
passiv həyat tərzi bu xəstəliyi cavanlaşdırmaqda
davam edir və getdikcə daha çox gənc yaş qruplarını
əhatə edir. Belə bir bəyanatla Cənubi Afrikada
Keyptaun şəhərində keçirilən İDF konfransında
Beynəlxalq Diabet Federasiyasının prezidenti Pyer
Lefevr cıxış etmişdir. Federasiyanın rəsmi bəyanətində
deyilir ki, diabet epidemiyası faktik olaraq nəzarətdən
çıxmışdır və ümmümdunya diabetiklər ordusunun
sayı ən pessimist proqnozlarıda ötərək 246 milyon
insana çatmışdır. Sənəddə qeyd olunur ki, əgər
qəti tədbirlər görülməsə, artıq 20 ildən sonra
diabetli xəstələr 380 milyon olacaqdır.Hər il
4 milyona yaxın diabetli xəstə ölür ki, buda təxminən
QİÇS xəstəliyindən ölənlərin sayına bərabərdir.

Xüssüsilə
o təhlükəlidir ki, diabet çox güclü “cavanlaşmışdır”.
Pyer Lefevr qeyd edir ki, bu son 10-20 ildə uşaq
və yeniyetmələrin tez hazırlanan yağlı qidalar
nəticəsində proqresləşən piylənməsi, və həddindən
cox kompyuter oyunlarına, televizora alüdə olmaq
nəticəsində fiziki aktivliyin kəskin azalması
nəticəsindədir.
Hal-hazırda
yer kürəsinin yaşlı əhalisinin 6%-i diabetlə xəstədir.
Ən çox diabetiklər Hindistanda – 41milyon və Cində
- 40 milyondur.
Qidalanma
və həyat tərzi
İngilis
alimləri 17 il ərzində qidalanmanın xüssüsiyətləri
ilə ömrün müddəti arasında tədqiqatlar aparmışlar.
Beləliklə onlar ölümə və xəstəliklərin yayılmasına
təsir edən 6 faktoru ayırd etmişlər.
Bu
faktorlara ayırd ediblər: ciddi vegeterianlıq,
gida rasionunda ciy tərəvəzdən salatlara üstünlük
verilməsi, qozlar,quru meyvələr, kəpəklər və köbud
üyüdülmüş undan çörək.Tədqiqatların nəticələrinə
görə, bu qrupda 17 il ərzində əhalinin digər hissəsinə
nisbətən ölüm 48% az olmuşdur. Kişilərdə mədə-bağırsaq
traktının, sidik-cinsiyyət üzvlərinin, tənəfüs
sisteminin bədd xassəli şişlərindən, şəkərli diabetdən
ölüm az müşahidə olunmuşdur.

Tədqiqat
qruplarında olan qadınlarda isə həmdə psixi pozğunluqlar
və qan dövranı sisteminin xəstəliklərindən ölüm
az olmuşdur. Lakin, siqaret çekmə hətta saglam
gidalanma tərəfdarlarının arasında da ölüm riskinin
əmələ gəlməsini artırmışdır. Belə bir fakt sübüt
olunmuş sayılır ki, siqaret çəkmədən imtina etmək
və təzə metvə və tərəvəzlə qidalanmaya keçmək
ürək damar, nerv sisteminin xəstəliklərindən ölüm
faizini azalmasına gətirib çıxarır.Bu məlumatlar
haqqında fikirləşməyinə dəyər.
Çay
və şəkərli diabet
Əhval ruhiyyəni yüksəldən ərzaq məhsullarına şokolad,
meyvələr, tərəvəzlər, yumurta da aiddir. Həkimlər
calışırlar ki,bu ərzaq məhsullarının tərkibindəki
qida maddələri haqqında elə faydalı informassiya
versinlər ki, bu ərzaq məhsulları nəinki doydursun
və əhval rühiyyəni qaldırsın, həmdə insanlara
daim sağlam qalmaqda və xəstəliklərlə mübarizədə
kömək etsin.

Diabetli xəstələr üçün çayın faydası haqqında
xüssüsi söhbət vardır. İrina Papiyeva deyir –
“çay şirin icki yox,çay olmalıdır, onun dadını
limonla, hansısa bir otla yaxşılaşdırmaq olar.
Əgər diabetli xəstə tablet qəbul edirsə o çayı
müəyyən miqdar qayısı, qara gavalı ilə qanda şəkərə
nəzarət etməklə içə bilər. Şəkər əvəzedicilərini
mən məsləhət bilmirəm”.
Çayın faydalı keyfiyyətləri əhval ruhiyyəni yaxşılaşdıraraq,
əhvalın yüksəlməsinə kömək edir, tonuslayır, yalnız
yaxşı fiziki formada yox, həmdə yaxşı əhvalda
olmağa kömək edir.

Təbii
şirələr
Dietolqların axırıncı tədqiqatları göstərib ki,
insan orqanizminə təbii şirələr, süni şirələrdən
az olmayan ziyan vura bilər. Belə ki, şəkərli
diabetə üzrə mütəxəssslər qeyd edirlər ki, təbii
şirələrdən istifadə edərək, öz orqanizmini möhkəmləndirdiyini
güman edən insanlar çox böyük səhf edirlər. Bütün
problem şirələrin tərkibində olan şəkərdədir ki,
orqanizm tərəfindən çox asan mənimsənilir və diabetin
əmələ gəlməsinə gətirib çıxarır. Bundan əlavə
qeyd etmək lazımdır ki, şirələrin həddindən çox
istifadə olunması yenədə onun tərkibindəki şəkərə
görə iştahanın artmasına gətirib çıxarır ki, buda
artıq çəkinin yıgılmasına səbəb olur. Piylənmə
isə məlum olduğu kimi, şəkərli diabetin səbəblərindən
biridir.

Tərkibində şəkər olan içkilərin istifadə olunmasından
yaranan neqativ nəticələrdən qurtulmaq üçün diyetoloqlar
tamamilə şirin qazlı sulardan imtina etməyi, şirələrdən
isə onların yerinə adi su və ya süd içməklə gündə
bir dəfə istifadə etməyi məsləhət görürlər.
Ümümdünya Səhiyyə Təşkilatlarının məlumatına görə
BƏƏ-i şəkərli diabetli xəstələrin sayına görə
dünyada ən yüksək yerlərdən birini tutut və xəstələrin
miqdarı əhalinin 25%-nı təşkil edir.

Hipertoniyanı
siz düzgün müalicə edirsinizmi?
Diabetlə
xəstə insanların 71%-i hipertoniyadan əziyyət
çəkir,və çox təəssüf ki,yalnız onlardan az bir
hissəsi arterial təzyiqin enməsinə yönəlmiş adekvat
müalicə alırlar.
Statistikaya
görə,arterial təzyiqi yüksək olan şəkərli diabetlə
xəstə insanların 57%-i onun enməsi üçün preparatlar
qəbul edirlər. lakin mütəxəssislərin rəyinə görə,
onların yalnız az bir hissəsi müsbət nəticələrə
nail olurlar.
“American
Journal of Preventive Medicine” jurnalının yanvar
nömrəsində dərc olunmuş məqalədə belə deyilir:
pasiyentlərin 43%-i dərmanlar qəbul edərək, təzyiqi
məsləhət görülən səviyyədən aşağı sala bilirlər.
20 % hipertoniyası olan şəkərli diabetli pasiyentlərə
ya belə preparatlar həkim tərəfindən yazılmır,
ya da onlar həkim məsləhətinə məhəl qoymurlar.
Müalicə
və onun nəticləri arasındakı belə uyğunsuzluq
bir çox faktorlarla izahn olunur: yazılmış preparatların
alınmaması, qeyri düzgün və ya qeyri effektiv
müalcə, pasiyentdə lazım olan müalicəyə və həyat
terzini dəyişməyə motivassiyanın olmaması.
Diabetli
insanlarda 130/85 mm. c. s. yuxarı arterial təzyiq
ürək-damar xəstəliklərinin inkişafı üçün risk
faktoru hesab olunur. Bu yaxınlarda aparılmış
tədqiqatlar gostərdi ki, arterial təzyiqin səviyyəsinin
aşağı düşməsi ürək-damar xəstəliklərinin inkişaf
riskini və onların nəticəsində ölüm hallarını
aşağı salır.
Mütəxəssislər
təsdiq edirlər ki, arterial təzyiqin səviyyəsinə
nəzarət, xüsusilə də diabetli insanlar üçün danılmaz
vacibdir. Və bunu nəzərə alsaq ki, bütün aparılmış
tədqiqatlar hipertoniyanın müalicəsinin pasiyentlərin
sağlamlığı üçün müsbət effektini sübut edib, təcili
fəaliyyət və tədbirlər vacibdir.
Uşaqlarda
artıq çəki
Amerka
diabet assosiyassiyası
Biz
hesab edirik ki, valideyinlər heç bir vaxt onlarln
evıadlarının artıq çəkidən əziyyət çəkmə faktınıa
biganə yanaşmasınlar, belə ki, bu cür məsuliyyətsiz
münasibət çox ciddi xoşagəlməz nəticələrə səbəb
ola bilər: ağır çəkili uşaqlar yaşlaşanda da artıq
çəkidən xilas ola bilmirlər. Valideyinlər bilməlidirlər
ki, artıq çəki, qeyri düzgün qidalanma və otuqaq
həyat tərzi diabetin inkişafına gətirib çixarır.

Buna
görədə biz valideyinlərə bir neçə faydalı məsləhət
vermək istəyirik:
Uşağınızın
düzgün ğidalanmasına nəzarət edin.
Uşağınızı idmanla məşğul olmağın lazımlığına inandırın.
Artıq çəkidən əziyyət çəkən bir çox uşaqlar öz
“normal ” həmyaşıdlarının oyunlarında iştirak
etməyə utanırlar. Öz uşağınıza onun xoşu gələn
idman növünü seçməkdə kömək edin, siz özünüz də
onun idman oyunlarında iştirak edə bilərsiniz.
Uşağın televizorun qabağında keçirdiyi vaxtı məhdudlaşdırın,
belə ki, bu vaxt uşaq uzun müddət hərəkətsiz qalır.
Onu artıq çəkidən əziyyət çəkən və dieta gözləyən
uşaq kimi ailədən ayrı tutmayın, bütün ailə üzvülərinə
düzgün qidalanma heç bir ziyan verməz.
Tez-tez uşağa onun çəkisini xatırlatmayın, uşaq
bundan inciyə bilər, həmçinin onda komplekslər
inkişaf edə bilər ki, bundan da uzun müddət xilas
ola bilməz.
Uşağı məcbur etməyin ki,” boşqabda heç nə saxlamasın
“, uşaq yeməyə özünü məcbur etməli deyil.

Uşağınızı meyvə və tərəvəzdən qidalanmada bol-bol
istifadə etməyə inandırın. Şirin yeməklərin və
içgilərin istifadısini məhdudlaşdırın.
Yəqin ki, bizim məsləhətlərimiz sizin üçün faydalı
olacaqdır.
Siqaret
çəkməni müşayət edən problemlər
Hər
kəs siqaret çəkmə ilə xərçəng arasındakı əlaqəni
bilir, lakin kimsə siqaret çəkmə ilə diabet arasındakı
əlaqəni bilirmi?
Siqaret
çəkmə hər bir kəsin sağlamlığına zərər verə bilir,
lakin diabetli insanlarda bu risk bir neçə dəfə
artır- ürək-damar xəstəliklərinin, məsələn ürək
pristuplarının və ya ayaqlarda qan dövranının
pozulması riski yüksəlir. Lakin siz artıq diabetlə
xəstəsinizsə, onda siqaret çəkmə həm də spesefik
ağırlaşmaların inkişaf riskini artıra bilər.
Siqaret
çəkmə orqanizmə hansi zərərləri vurur?

əgər
siz diabetlə xəstəsinizsə, siqaret çəkmə neyropatiyanın
(sinir pozğunluqları),nefropatiyanın(böyrəklərin
zədələnməsi ), retinopatiyanın (görmənin pozğunluğu)
inkişafına təsir edə və sürətləndirə bilər.
siqaret çəkmə orqanizmin toxumalarında oksigenin
miqdarını azaldır ki, bunun da nəticəsi ürək pristupları
və insultlar olur.
siqaret çəkmə qanda yağların və xolesterinin miqdarını
artırır.Bu ona gətirib çıxardır ki, yağ arteriyaların
divarlarına çökür, qan dövranını cətinləşdirir
və nəticədə qan damarları zədələnir və daralır(ateroskleroz),
ürək pristupları,infarktlar, insultlar, ayaqda
və pəncələrdə yaralar, həmcinin periferik damarların
xəstəlikləri əmələ gəlir.
siqaret çəkmə adrenalini qana keçirərək damarların
sıxılmasına səbəb olur ki, buda göz dibinə qan
sızmanın inkişafına, aritmiyalara və arterial
təzyiqin yüksəlməsinə şərait yaradır.
siqaret çəkmə qanda şəkərin səviyyəsini artırır.Yəgin
ki, bu siqaretin tərkibindəki nikotin və digər
maddələrin insulin rezistentliyin yaranmasına
təsir etməsindən və stress hormonlarının (insulinə
əks) stimulyasıyası nəticəsində əmələ gəlir.
Tərgitmək hec vaxt gec deyildir.

siqaret
çəkməni tərgitmək hec vaxt gec deyildir, inanın
ki, nəticələr dərhal özünü göstərməyə başlayacaqdır.
artıq 20 dəqiqədən sonra qan təzyiqi və nəbz normal
olacaqdır. Əllər və ayaqlar istiləşir, belə ki,
onların qan dövranı yaxşılaşır.
24 saatdan sonra sizin orqanizminiz monoksid karbondan
azad olmağa başlayır, ağ ciyərləriniz isə selikdən
təmizlənir.Ürək pristuplarının inkişaf riski azalır.
48 saatdan sonra sizin orqanizminiz nikotindən
azad olur.
Iynəmə və dad bilmə hissiyatınız yaxşılaşır.
72 saatdan sonra tənəffüs prosesi yaxşılaşır,enerjinizin
artması hiss olunur.
2-12 həftədən sonra bütün bədəniniz daha çevik
olur, beləki bütün orqanizmin qan dövranı yaxşılaşır.
Və nəhayət 1 ildən sonra ürək xəstəliklərinin
inkişaf riski 2 dəfə azalır.
Siqaretin tərkibi nədən ibarətdir?
Siqaret
tustüsündə 4 minə qədər müxtəlif maddələr vardır
ki, onların çoxu bizim üçün zərərlidir. Bu:
nikotin
– alışmanı törədən preparatdır.
monoksid karbon və azot oksidi – zəhərli qazlar.
benzin
ammiak
Siqarəti tərgitməyə nə kömək edə bilər?
Əgər
siz siqareti tərgitmək istəyirsinizsə, bunun üçün
çoxlu müalicə metodlartı vardır.
Nikotin
əvəzedici terapiya
Bu
terapiyanı keçərkən sizin orqanizmanız nikotin
alır, lakin bu zaman siz siqaret cəkmirsiniz.
Bu metodun faydalılığı ondan ibarətdir ki, bu
tərgitməni asanlaşdırır, və bu zaman nikotinin
dozası tədricən azaldılır.Bu metod müvəffəqiyyət
şansını 2 dəfə artıra bilər və – həblər, inqalyatorlar,
plastırlar,burun damçılarını və s. olması ilə
əlverişlidir. Lakin siz hamiləsinizsə və ya ürək
xəstəliyiniz varsa müalicəni başlamamışdan qabaq
həkimlə məsləhətləşməniz vaçibdir.
Amfebutamone
(Zyban)
Amfebutamone
(Zyban) –tərkibində nikotin olmayan həb olub yalnız
resept ilə buraxılır. Həb iki ay müddətində qəbul
olunur , bu iki ay müddətində o siqaret çekənin
orqanizminə beyindən impuls göndərilən nahiyəni
neytrallaşdırır. lakin ola bilər ki, bu bəzilərinə
yaramasın.
Digər
metodlar
Digər
metodlara iynəbatırma, hipnoz, lazer müalicəsi
aiddir. Bu mövzuya aid çoxlu kitablar vardır.Lakin
yaxşı olar ki, siz mütəxəssislə sizə uygun gələn
müaləçə metodunu seçəsiniz.
Tədqiqatlar
göstərib ki, qanda şəkərin və qan təzyiqinin normal
səviyyəsinə nail olmaqla diabetin ağırlaşmalarının
qarşısını almaq olar. Siqaret çekmək isə bunların
hər ikisini artırır. Əgər
siz diabetsinizsə,və siz hələ siqaret çəkirsinizsə
mütləq bundan imtina edin!
Alfa
lipoye turşusu haqqında.
Alfa-lipoye
turşusu (ALT) diabetik neyropatiyalı xəstələrdə
simptomların kəskinliyini azaldır. Bu yaxınlarda
kecirilmiş meta- analiz nəticələrinə əsasən tədqiqatçılar
qeyd edirlər ki, gündəlik vena daxilinə ALT-nun
yeridilməsi ağrını, parasteziyaları və hissiyatın
itməsini diabetli xəstələrdə azaldır; həmcinin
ALT-nun oral formalarının effektivliyini yoxlamaq
üçün kiçik işlər aparılmışdır.
5
həftə preparatı qəbul edərək aktiv müalicə almış
bir qrup pasiyentdə, plasebo qəbul etmiş qrupa
nisbətən ağrının bütün simptomlarının əhəmiyyətli
azalması müşahidə olunmuşdur.
Nəticələr
göstərdi ki, alfa lipoye turşusu parasteziyalara
və hissiyatın itməsinə heç bir görünən təsir göstərmir.
Tədqiqatçılar
qeyd edirlər ki, ALT-nun ən yüksək dozasını(hər
gün 1800mlq) qəbul etdikdə artıq 1 həftədən sonra,digər
dozaların (hər gün 600mlq və 1200mlq) 2 həftə
müddətində qəbulu isə simptomların kəskinliyini
əhəmiyyətli dərəcədə azaldır və 3 qrup arasında
ele bir əhəmiyyətli fərq olmur.
Plasebo
qəbul edənlərə nisbətən ALT-su ilə terapiya alanlarda
ürək bulanma, qusma və başqicələnmə daha çox rast
gəlinir.
Effektin
dozadan asılı olmaması və mədə-bağırsaq traktı
tərəfindən kənar effektlərin olması ilə əlaqədar
tədqiqatcılar belə hesab edir ki, alfa lipoye
turşusunun gündəlik optimal dozası 600 mlq-dır.
Diyeta
və idman zalını nə ilə əvəz etməli?
İdman
zalına hər gün gedə bilməyənlərə həkimlər onu
adi piyadə gəzintilərlə əvəz etməyi məsləhət görürlər.
Bu sizi infarkt və diabetdən goruyar və özünüzü
formada saxlamağa kömək edər. Uzun müddətdir ki,
artıq çəkidən xilas olmaq üsulları üzərində alimlər
çalışırlar. Kimsə diyetalar, kimsə möcüzəli həblər
təklif edir, bəziləri isə trenajor zallarında
intensiv məşqlərin vacibliyini təbliğ edir. Axrıncı
tədqiqatlar göstərib ki, ən yaxşı nəticəyə idmanla
intensiv məşğul olmaqla yox, əksinə, müntəzzəm,
yüngül fiziki aktivlik vasitəsi ilə nail olmaq
olar. Gündəlik cəmi 30 dəqiqəlik gimnastika kifayətdir
ki, artıq çəkidən xilas olasan, qan təzyiqi və
şəkərin səviyyəsini normallaşdırasan.
Belə
bir nəticəyə Amerikanın Dyuk Universitetinin mütəxəssisləri
gəliblər. Sadəcə olaraq işə avtobusla yox piyada
getmək lazımdır, liftdən istifadədən imtina etmək
məsləhətdir. 
Tədqiqat
zamanı mütəxəssislər orta yaşlı, artıq çəkisi
olan 171 adam üzərində müşahidə aparmışlar. 8
ay müddətində tədqiqat aparılanlar yüngül fiziki
hərəkətlər yerinə yetirmiş, alimlər isə onların
sağlamlığı haqqında məlumatı toplamışlar. Tədqiqatdan
əvvəl bu adamların 47%-də ürək damar xəstəliklərinin
inkişafı sindromu və diabet müşahidə olunmuşdur.
Tədqiqatın axrında isə bu faiz 27-yə enmişdir.
Bizim
tədqiqatlar göstərdi ki, müsbət nəticələrə ciddi
fiziki fəaliyət olmadan da nail olmaq olar. Və
bu o deməkdir ki, orta yaşlı insanlar vacib deyildir
ki, formada qalmaq üçün həftədə 4-5 dəfə qacsınlar,
gündəlik 30-45 dəqiqəlik piyada gəzinti kifayətdir.
Azərbaycanda
şəkərli diabetli xəstələrə pulsuz qlükometrlərin
paylanması kampaniyasına start verildi.
Bakı-7
fevral – «Novosti-Azərbaycan». Azərbaycanda şəkərli
diabetli xəstələrə pulsuz qlükometrlərin paylanması
kampaniyasına start verildi.
Səhiyyə
nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata
görə bu aksiya artıq Xızı,Siyəzən, Dəvəci rayonlarında
başa catmışdır və 8 fevraldan Quba, Qusar, Xaçmaz
və digər rayonlarda davam etdiriləcəkdir. Aksiya
şəkərli diabetli xəstələr haqqında dövlət proqramı
çərçivəsində səhiyyə naziri Oktay Şiraliyevin
xüsusi əmri ilə aparılır.