23.04.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

KƏSKİN XƏSTƏLİKLƏR VƏ DİABET

medicine-075-mdc-0025Əgər siz soyuqdəymə ilə xəstələnmisinizsə və ya qrip olmusunuzsa, diabetin konpensasiyası pozula bilər. Ola bilər ki, adətiniz üzrə qida qəbul edə bilmir, diabet əleyhinə tabletlər və ya insulin qəbul edə bilmirsiniz. Əgər xəstələnmisinizsə, qanda şəkər həddindən çox qalxa və ya normadan aşağı ola bilər. Sizi müayinə edən tibb işçisi xəstəlik dövründə və ya xəstəlikdən əvvəl sizə uyğun müalicə sxemi tərtib edə bilər.


Kəskin dövrdə müalicə sxemi aşağıdakı kimi olmalıdır:
• Hansı dərmanlar qəbul olunmalıdır.
• Nə yeməli və içməli.
• Qanda şəkərin miqdarı nə vaxt və neçə dəfə ölçülməlidir.
• Müalicə həkiminizə nə vaxt zəng etməli və nə deməli.

HANSI DƏRMANLARI QƏBUL ETMƏK LAZIMDIR
Yalnız sizi diabetdə görə müalicə edən həkim nə kimi dərmanlar lazım olduğunu deyə bilər. Çox güman ki, əvvəlki kimi insulin və ya diabet əleyhinə tabletlər qəbul edəcəksiniz. Əgər diabeti insulinlə kompensasiya edirsinizsə, yəqin ki, əvvəl istifadə etdiyiniz dozanı dəyişmək lazım gələcək. Əgər diabeti düzgün qidalanma və hərəkətlər və ya diabet əleyhinə tabletlərlə kompensasiya edirsinizsə, ola bilsin ki, həkiminiz dieta ilə birlikdə sadə insulində təyin etsin. Kəskin xəstəlik zamanı digər dərmanlarda qəbul etmək mümkündür.
Bu dərmanlardan bəziləri qanda şəkəri yüksəldə, digərləri isə normadan aşağı sala bilər. Müalicə həkimi və ya farmasevtdən dərmanların qanda şəkərin miqdarına necə təsir etdiyini soruşun.

 

NƏ YEMƏLİ VƏ NƏ İÇMƏLİ
Əgər bacarırsınızsa kəskin xəstəlik fonunda öz adi rejiminizlə qidalanın. Əgər bu mümkün deyilsə, tibb işçisinin təyin etdiyi kəskin xəstəlik zamanı lazım olan qida rejiminə uyğun olaraq qidalanın. Bu siz tərəfdən asan həzm olunan yeməklər ola bilər. Sizin kəskin xəstəlik zamanı lazım olan qida məhsullarını nəzərdən keçirin. Əgər sizdə qızdırma, ürək bulanma, qusma və ya ishal varsa mütləq çox miqdarda maye qəbul edin. Çalışın hər saatdan bir bir fincan maye qəbul edəsiniz. Əgər sizin qanınızada şəkərin miqdarı 250 mg/dl yüksəkdirsə, şəkərsiz maye (məsələn adi su), kofeinsiz çay, şəkərsiz impir pivəsi və ya bulyon (toyuq, inək və ya meyvə) qəbul edin. Əgər qanda şəkərin miqdarı 250 mg/dl-dən azdırsa, tərkibində 15 qr. Karbohidrat olan maye qəbul etmək olar.

QANDA ŞƏKƏRİN MİQDARINI VƏ SİDİKDƏ KETON CİSMLƏRİ HANSI TEZLİKLƏ TƏYİN ETMƏLİ
Adətən kəskin xəstəlik zamanı qanda şəkərin və sidikdə keton cismlərin miqdarını tez-tez təyin etmək lazım olur.
Kəskin xəstəlik zamanı müalicə sxeminə əsasən müayinələrin tezliyi təyin edilməlidir.
Əgər sizdə I tip şəkərli diabet varsa, qanda şəkər və sidikdə keton cismlər hər 3-4 saatdan bir təyin edilməlidir.
Əgər sizdə II tip şəkərli diabet varsa, qanda şəkər gün ərzində 4-5 dəfə təyin edilməlidir.

HANSI HALLARDA HƏKİM ÇAĞIRMALI
Həkimi aşağıdakı hallarda çağırın:
• Əgər artıq iki gündür xəstəsinizsə və heç bir yaxşılaşma yoxdursa,
• Qanda şəkərin miqdarı 250 mq/dl-dən çoxdursa,
• 6 saatdan çox qusma və ishal davam etdikdə
• Qanda şəkərin miqdarı 60 mq/dl-dən azdırsa,
• Sidikdə çox miqdarda keton cisimlər aşkarlanıbsa,
• Sizdə bu aşağıdakı əlamətlər varsa,
- Döşdə ağrı
- Boğulma
- Ağızdan aseton iyinin gəlməsi və dodaqların quru, çatlaq olması
• Siz necə müalicə olunacağınızı bilmirsinizsə.

MÜALİCƏ HƏKİMİNƏ NƏ DEMƏLİ
Həkiminizə deyəcəyiniz sözləri qeyd edin:
• Siz çoxdanmı xəstələnmisiniz
• Siz hansı dərmanları və nə qədər qəbul etmisiniz.
• Siz qida və maye qəbul edirsinizmi və nə qədər
• Sizdə qusma və ya ishal olubmu
• Siz arıqlamısınızmı
• Sizin bədən temperaturunuz neçə olur.
• Sizin qanınızda şəkərin miqdarı neçə olur
• Sizin sidikdə keton cismlərin miqdarı nə qədər olur.
Bayram və istirahət günləri və ya axşam vaxtlarında bu sahə ilə məşğul olan mütəxəsis və onu əvəz edən şəxsi necə tapmaq mümkün olduğunu dəqiqləşdirin. Əgər sizi müayinə və ya müalicə edən həkim deyil, başqasına müraciət etmək məcburiyyətindəsinizsə, ona sizdə şəkərin olması barədə məlumət verin.

FİZİKİ HƏRƏKƏTLƏRİ NECƏ DAVAM ETMƏLİ
Kəskin dövrdə fiziki hərəkətlər qanda şəkərin miqdarını yüksəldə və ya əksinə, azalda bilər. Əgər xəstəlik zamanı fiziki aktivsinizsə, bu, sağalmanı ləngidə bilər. Hətta bronxit və ya yüngül sətəlcəm də olmaq ehtimalı vardır. Əgər sizdə kəskin xəstəlik varsa, fiziki hərəkətlərdən bir qədər çəkinin. Həkiminizdən nə vaxt fiziki hərəkətlərə başlamaq lazım olduğunu öyrənin. Belə ki, xəstəlikdən sonra fiziki formanızdan uzaq ola bilərsiniz. Çalışın az intensivli idman hərəkətləri edəsiniz, bunu az müddətli və qeyri-mütəmadi edin.

 

 

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla