26.04.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

“İŞLƏK TƏZYİQ” OLMUR

diabetBir çoxları belə güman edirlər ki, əgər onlar yüksək təzyiqi yaxşı keçirirlərsə, narahatçılıqları olmursa, onda müalicəyə ehtiyac yoxdur, arterial hipertoniyaya qarşı preparat qəbul etmək lazım deyildir. Lakin yüksək arterial təzyiqin (AT) yaxşı keçirilməsi zamanı dərman qəbulundan imtina etmək ən yayılmış yanlış fikirdir. Yadda saxlamaq lazımdır ki, hipertoniyanın ağırlaşma riski (insult, miokard infarktı, böyrək çatmamazlığı, görmənin zəifləməsi) yüksək AT hiss edən (baş ağrıları, baı gicəllənmə, ürək nahiyəsində ağrı) və yüksək AT elə bir şikayətlərlə müşahidə olunmayan insanlarda eyni dərəcədə yüksəkdir. Dunya statistikası göstərir ki, yüksək AT olan şəxslərin 50%-inin bu haqda heç bir xəbəri yoxdur. Çox vaxt yüksək, bəzən isə həddən yüksək AT təsadüfən başqa xəstəlik münasibəti ilə həkimə müraciət etdikdə, dispanserizassiyada, cərrahi əməliyyata hazirliq zamanı təsadüfən aşkara çıxrılır.

“Işlək təzyiq” olmasını yadınızdan çıxarın! Həkimlərə çox vaxt özünü 200/110 mm c. s. AT-də özünü tamamilə yaxşı hiss edən, AT-i 250/130 qalxdıqda isə, bir qədər başı ağrıyan xəstələr rast gəlir. Belə xəstələri müalicəyə başlamağı inandırmaq çox çətindir, çünki onlar tamamilə inanırlar ki, 200/110 mm c. s. onlar üçün “işlək təzyiqdir “. Və belə xəstələr mütləq AT-i norma həddinə salmalıdırlar, çünki bu zaman onlarda ürəyin, böyrəyin, baş beyinin zədələnmə riski və vaxtından əvvəl ölüm aradan götürülür. Müalicədən imtina etmə bu riski çox güclü artırır.

Uzun müddət belə hesab edirdilər ki, insan yaşlaşdıqca sistalik (yuxarı) təzyiqin normal göstəriciləri yüksəlir (160-170 mm c. s-na qədər). Doğrudan da, sistolik AT 60-70 yaşlarda aterosklerozun proqresləşməsi ilə əlaqədar çox vaxt yüksəlir. Bəzi müəlliflər hipertoniyanın bu formasını “aterosklerotik arterial hipertenziya “, “izolə olunmuş sistolik hipertenziya“ adlandırırlar. Hal-hazırda şübhəsiz sübut olunmuşdur ki, belə hipertenziya da müalicə olunmalıdır. AT-in belə xəstələrdə normallaşdırılması ağırlaşmaların tezliyini, həmçinin ürək-damar xəstəliklərindən ölümü azaldır.

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla