24.11.2017

Medisign şəkər aparatı dəsti

med-1 1

Medisign şəkər aparatı dəsti. 15 AZN. 

Bura daxildir: 1 ədəd şəkər aparatı, 10 ədəd test çubuq, 10 ədəd iynə ucluğu, 1 ədəd barmağı deşmək ücün qələm, məlumat kitabçası.

Medisign şəkər testi

med-1 2

Medisign şəkər testi - 50 ədədlik test qutusunun qiyməti 15 AZN

 Əlaqə nömrəsi: 055 319-12-29

1 Qanda şəkərin qlükometrlə yoxlamaq qaydası

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

VEGETARİAN QİDALANMA

20090921-diabet

Vegetarian qidalanma bitki mənşəli qidalara əsaslanır. Bura – meyvə, tərəvəz, dənli bitkilər, paxlalı bitkilər (lobya, noxud, mərci) , qozlar və tumlar aiddir. Bitki mənşəli məhsulların tərkibində xolesterin yoxdur. Ümumilikdə götürdükdə isə onlar aşağı kalorili olub, yağlarla çox kasaddırlar. Lakin bu məhsullar bitki lifləri, vitaminlər və mikroelemenlərlə zəngindirlər. Vegetarian dieta diabet xəstəliyindən əziyyət çəkən şəxslərdə sağlam qidalanmanı təmin edə bilər. Begetarianlarda artıq çəkinin əmələ gəlməsi, xolesterinin səviyyəsinin yüksəlməsi, arterial təzyiqin qalxması ehtimalı çox aşağı olur. Bundan əlavə vegetarianlarda ürəyin işemik xəstəliyi, damar divarının zədələnməsi, ağciyər və yoğun bağırsağın xərgənci və osteoparozun əmələ gəlməsi nəzərəçarpacaq dərəcədə az olur. 

I tip diabetli xəstələr vegetarian qidalanmaya başladıqdan sonra daha az insulindən istifadə edə bilərlər. II tip diabetli xəstələr isə vegetarian qidalanmaya başladıqdan sonra çəkisini azalda bilərlər.

MƏN KİFAYƏT EDƏCƏK QƏDƏR ZÜLAL ALA BİLƏRƏMMİ ?
Əksər insanlar düşünürlər ki, belə dieta onları kifayət qədər zülalla təmin edəcəkmi? Lakin burada narahat olmağa heç bir əsas yoxdur. Vegetarianların əksəriyyəti onlara lazım olan zülalı, zülalla zəngin dənli biktilərdən, paxlalılardan, qoz və tumlardan ala bilərlər. Başqa qrup vegetarianlar isə zülalı bəzi heyvani mənşəli qidalardan alırlar.

Sağlam gidalanmanın rejimi məhsulları bir neçə qrupa ayırır, məsələn: yağlarla kasad süd məhsulları, balıq, molyuska və quşlar.

VEGETARİANLIĞIN NÖVLƏRİ
Vegetarianlığın ardıcılları heyvani mənşəli qida qəbul edib, etməməsindən aslı olaraq bir neçə qrupa bölünürlər. Vegetarianlığın 5 növü məlumdur: ciddi, südlü, yumurta ilə əlaqəli, südlü-yumurtalı və yarımvegetarianlıq.
Aşağıdakı cədvəldə her bir növ vegetarianların nə ilə qidalandığı görünür.

Vegetarianlığın növü

Ciddi vegetarianlar:
Yeyirlər: Meyvə, tərəvəz, paxlalılar, dənli bitkilər, bitki tumları
Yemirlər: Ət, balıq, molyuska, quş, süd məhsulları, yumurta
Süd vegetarianları:
Yeyirlər: Meyvə, tərəvəz, paxlalılar, dənli bitkilər, bitki tumları, süd məhsulları
Yemirlər: Ət, balıq, molyuska, quş, yumurta
Yumurta vegetarianları:
Yeyirlər: Meyvə, tərəvəz, paxlalılar, dənli bitkilər, qoz, bitki tumları, yumurta
Yemirlər: Ət, balıq, molyuska, quş, süd məhsulları
Yarımvegetarianlar:
Yeyirlər: Meyvə, tərəvəz, paxlalılar, dənli bitkilər, qoz, bitki tumları, balıq, molyuska, quş, süd məhsulları, yumurta
Yemirlər: Ət

VEGETARİN DİETAYA KEÇİD

Əgər siz vegetarian dietaya keçməni sınaqdan keçirmək istəyirsinizsə, dietoloqla məsləhətləşməlisiniz. Dietoloq sizə menyudan çıxarmaq istədiyiniz məhsulu hansı məhsulla əvəz etməyə kömək edə bilər. Dietoloq əmin etməyə kömək edər ki, siz orqanizminizə lazım olan bütün qidalı maddələri – vitaminlər, mikroelementlər, zülallar, yağ və karbohiratlar qəbul edəcəksiniz. Bu da “vegetarianlığa keçidə” bir neçə məsləhət.
•Bir neçə həftə ərzində həftədə bir gün olmaqla vegetarianlığa başlayın. Əvvəlcə sizə tanış olan yeməkdən başlayın, məsələn: qaqabaşaq kaşası tərəvəs sousu olə.
•Reseptləri vegetarian kulinar kitablarından götürərək oxuyun.
•Çalışın vegetarian restoranları ziyarət edəsiniz. Ola bilər ki, gördüyünüz yeməklərin müxtəlifliyi sizi heyran etsin.
•Menyuda ət, balıq, quş və molyuskanın miqdarını azaldın. İdeal porsiya təqribən 50 qr-dan çox olmamalıdır. Əti kublara və ya zolaqlara bölüb, ona salat və ya sıyıq əlavə edin.
Menyuda daha çox dənli, paxlalı və tərəvəz olan məhsullara üstünlük verin. Çili hazırlanmasında qızardılmış, pörtlədilmiş ət yeməklərini paxlalar ilə əvəz edin. Bu, bütün vitamin və mikroelementlərə aid deyildid. Belə ki, bitki mənşəli məhsullarda B qrup vitamini az, onda tez həzm olunan dəmir və sink kifayət qədər olmur.

İtaliya sousunun tərkibində sarımsaq, zeytun yağı, tomat, kəklikotu, duz, istiot, çin istiotu vardır. Antioksidantlarla zəngindir.

 

 

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla