26.04.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

YÜKSƏK QAN TƏZYİQİ

09Qan təzyiqi – bu qanınızın damarda hərəkət sürətidir. O nə qədər yüksək olsa, bir o qədər damarlarınıza mənfi təsir edə bilər. Damarlara əlavə təsir onun zədələnməsinə gətirib çıxarar. Qan damarlarından sizin orqan və sinirləriniz qidalanır. Əgər damar yükək təzyiqdən zədələnibsə, onlar sizin orqan və sinirlərinizi qidalandıra bilməz. Sizin orqan və sinirləriniz də zədələnəcək. Diabetli xəstələrdə qan təzyiqinin qalxması diabetdən əziyyət çəkməyən şəxslərə nisbətən daha çox təsadüf olunur. 

Qan təzyiqinin qalxması sizin ürək sancıları və insult əmələgəlmə şansını artırır və zaman ötdükcə nefropatiya http://diabet.az/boyrek.htm) və retinopatiya http://diabet.az/retinopatiya.htm)
əmələ gəlməsinə şərait yaradır.

YÜKSƏK QAN TƏZYİQİNİN ƏLAMƏTLƏRİ
Adi yüksək qan təzyiqi heç bir xarici əlamət vermir. Bunu bilmənin yeganə yolu onu ölçməkdir. Sizin qan təzyiqiniz göründüyü kimi həkimə hər vizitinizdə ölçülür.

YÜKSƏK QAN TƏZYİQİNİN ÖLÇÜLMƏSİ
Qan təzyiqini xüsusi sfiqmomanometr adlanan aparatın köməyi ilə ölçülür. Manjet bazu sümüyünə yüngülcə dolandırılır. Manjet damarda qan axını dayanana qədər hava ilə doldurulur. Manjetdən hava kütləsini xaric etdikdə fonendoskopla qanın damara güclü zərbələri eşidilir.
Qan təzyiqi iki rəqəmlə ifadə olunur. Birinci qeyd olunan rəqəm sistolik təzyiq adlanır. Sistolok təzyiq – qanın ürəyin yığılma mərhələsində meydana gəlmiş gücüdür.
İkinci rəqəm – diastolik təzyiqdir. Bu, qanın ürəyin boşalma anındakı gücünü göstərir.
“120-nin 80-a”, yəni, sistolok təzyiq 120, diastolik təzyiq 80 mm.c.süt.-dur.
Bu 120/80 mm.c.süt. – millimetr civə sütunudur. Hipertenziya yüksək qan təzyiqinin digər adıdır. Əgər sizdə yüksək qan təzyiqi aşkar olunubsa, siz və sizi müayinə edən tibb işçisi də onu tənzimləməlidir.
Bu belə yazılır-120/80 mm.c.süt. – millimetr civə sütunu.
Sizi müalicə edən həkim ilk növbədə onu əmələ gətirən səbəbi araşdırmalıdır.
Hipertenziyanın dərəcələri
Qan təzyiqinin mm.c.süt. ilə təyini
Normal qan təzyiqi
130/85 aşağı olmalıdır

Qan təzyiqi keçid sərhəddi
130/85-dən 139/89-a kimi

Yüngül hipertenziya
140/-dan 159/89-a kimi

Orta hipertenziya
160/100-dan 179/109-a kimi

Ağır hipertenziya
180/110-dan 209/119-a kimi

Çox ağır hipertenziya
210/120-dən çox.

YÜKSƏK QAN TƏZYİQİNİN ƏMƏLƏ GƏLMƏ SƏBƏBLƏRİ
Bəzi hallarda səbəb müəyyən olunur, məsələn: böyrək xəstəlikləri, hormonal dəyişiklik, hamiləlik, kontraseptik tabletlərin qəbulu və s. Əgər yüksək qan təzyiqinin əmələ gətirən səbəb aşkar olunubsa, həkim ilk növbədə onu müalicə etməlidir.
Əksər hallarda qan təzyiqinin ilkin qalxmasının səbəbi bilinmir. Qan təzyiqinin ilkin qaxma səbəbi bilnmədikdə essensial hipertenziya adlanır.
Əgər sizdə essensial hiretenziya aşkar olunubsa təzyiqin endirilməsi üçün dərman müalicəsi vacib deyil.
SİZİN QAN TƏZYİQİNİZİ NECƏ ENDİRMƏLİ
Artiq çəkidən azad olun. Bədən çəkisinin az miqdarda belə aşağı salınması belə qan təzyiqini normalaşdıra bilər. Bədən çəkisini aşağı salmaq və onu normada saxlamağın yeganə yolu arıqlamaq üçün dietaya əməl etməkdir. Sizi müayinə edən tibb işçisi sizə uyğun qida rejimini təyin etməyə kömək edə bilər.
Siqareti tərgidin. Siqaret çəkmə qan təzyiqinin qalxmasına və damar divarının zədələnməsinə səbəb ola bilər. Siqareti tərgizməklə hipertenziya nəticəsində ölüm riskini dərman qəbuluna nisbətən daha çox azaltmış olursunuz.
Daha az spirtli içki qəbul edin. Qan təzyiqi qalxma ehtimalı gün ərzində 2 alkaqol vahidindən çox alkoqol qəbul etdikdə çox olur. Həkiminiz sizə alkoqolu gün ərzində 2 alkaqol vahidinə qədər azaltmağınızı məsləhət görə bilər. Bu qədər alkoqol təqribən zəif alkoqoqllu kokteldə və ya bir stəkan şərabda və ya bir banka pivədəki qədərdir.
Daha az duz qəbul edin. Bəzən duzun miqdarını azaltmaq qan təzyiqinin normallaşmasına səbəb ola bilər. Əgər həkiminiz sizə az duzlu dieta məsləhət görürsə mütləq həkim-dietoloqa müraciət edin.
Stressdən uzaq olmağa çalışın. Stress damar divarının spazmına və bu zaman da qan təzyiqinin qalxmasına və ürəyin daha güclü işləməsinə səbəb ola bilər. Stressdən uzaq olmaq haqqında məsləhətlərə “Stress” adlı məqalədə tanış ola bilərsiniz.
Əgər bu tədbirlər sizin qan təzyiqinizin aşağı düşməsinə kömək etmirsə həkim bu məqsədlə mütləq dərman təyin etməlidir.
Diabetli xəstələrdə atreial təzyiqi endirmək məqsədi ilə əsasən angiotenzinçeviriçi fermentin ingibitorları, alfa-1-adrenoreseptorların blokatorları, kalsium antaqonistləri və kiçik dozada tiazid diuretiklərdən istifadə olunur.
Bu tip təzyiq əleyhinə dərmanlar qanda şəkərin miqdarını qaldırmır, lakin bəzi əlavə təsirləri vardır. Bu haqda müalicə həkiminizdən soruşun. Bizdə olan məlumata görə 56.3 faiz diabetli xəstələrdə yüksək qan təzyiqi müşahidə olunur.
2. Ümumdünya Səhiyyə Təşkilatının sənədlərinə əsasən 1965-ci ildə “hipertoniya xəstəliyi” termini və “essensial hipertoniya” eyni mənalıdırlar. Hal-hazırda essensial (ilk dəfə müşahidə olunmuş) hipertenziya pasiyentlərdə hipertoniya xəstəliyinin başlanğıc mərhələsində müşahidə olunur.
Daha sonralar qan təzyiqinin xroniki yüksək olması bəzi orqanların funksiyasını pozur, nəticədə birincili hipertenziya qan təzyiqinin müxtəlif mənşəli ikincili mexanizmlərinin də meydana gəlməsinə səbəb olur.
5. Müalicə rejimində düzgün yuxu rejimi və gümrahlıq əsas amillərdəndir. Qan təzyiqinin yüksək olduğu zamanlarda yuxusuzluqdan və gecə işlərindən kənar olmaq və yuxu rejimini bərpa etmək lazımdır.

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla