18.11.2017

Medisign şəkər aparatı dəsti

med-1 1

Medisign şəkər aparatı dəsti. 15 AZN. 

Bura daxildir: 1 ədəd şəkər aparatı, 10 ədəd test çubuq, 10 ədəd iynə ucluğu, 1 ədəd barmağı deşmək ücün qələm, məlumat kitabçası.

Medisign şəkər testi

med-1 2

Medisign şəkər testi - 50 ədədlik test qutusunun qiyməti 15 AZN

 Əlaqə nömrəsi: 055 319-12-29

1 Qanda şəkərin qlükometrlə yoxlamaq qaydası

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

ALKOQOL VƏ DİABET

Alkoqolun bir vahidi (porsiyası) tərkibind 10 q alkoqol olan içgilər- 250 ml pivə (4.5% -li), 100 ml turş çaxır, 30 ml araq (40%) sayılır.

ytƏgər sizin diabet yaxşı kompensassiya olunubsa və siz ağırlaşmalardan əziyyət çəkmirsinizsə, yeməkdən əvvəl və ya yemək ərzində qəbul edilən 1 -2 porsiya alkoqolun sizin qanınızda qlükozanın səviyyəsinə kiçik təsiri olacaq. Ancaq antidiabetik həblərdən və ya insulindən istifadə etdikdə, həmçinin fiziki fəaliyyət zamanı və ya ondan əvvəl hətta 2-3 alkoqol vahidi (porsiyası) boş mədəyə qəbul etdikdə qlükoza səviyyəsinin kəskin azalmasına-hipoqlikemiyaya səbəb ola bilər.

ALKOQOL VƏ QANDA QLÜKOZA
İnsulin sizin qanda qlükozanın səviyyəsini endirir. Diabetin müalicəsində işlədilən bəzi həblər(sulfanil sidik cövhəri törəmələri, meqlitinidlər) orqanizmi qan qlükozası səviyyəsini endirmək üçün daha çox insulin ifraz etməyə məcbur edir. Fiziki iş insulinin qanda qlükozanın səviyyəsinin aşagı salmasını daha effektiv edir . Adətən, əgər qlükoza səviyyəsi həddindən artıq aşağı düşürsə, qara ciyər qanı qlükoza ilə təmin edir (qara ciyər qlikogen adlandırılan öz qlükoza mənbəyinə malikdir) . Buna baxmayaraq, qanda alkoqol-daha doğrusu zəhər olanda, qara ciyər hər şeydən əvvəl ondan azad olmaq üçün çalışır. Nə qədər ki, qara ciyər alkoqol ilə məşğuldur , o qanda qlükozanın səviyyəsinin təhlükəli səviyyələrə düşməsinə imkan verə bilir.
QANDA QLÜKOZAİN TƏHLÜKƏLİ SƏVİYYƏYƏ ENMƏSİNİN-HİPOQLİKEMİYANIN QARŞISINI NECƏ ALMAQ OLAR
-Əgər siz alkoqol içirsinizsə mütləq yüngül qəlyanaltı edin
-Qanda qlükozanızı alkaqol qəbulundan əvvəl, qəbul dövründə və sonra yoxlayin. Qanda qlükozanın miqdarı alkoqolun qəbulundan 8-12 saat sonra da aşağı düşə bilər.
-Alkoqolun qəbulu kişilər üçün günə 2 porsiya alkoqol, qadınlar üçün 1 porsiya alkoqoldan artıq olmalı deyil.

Əgər alkoqol qəbulundan sonra sizdə qanda qlükozanın səviyyəsi azalıbsa, ətrafdakılar alkaqol iyini hiss edərək, sizin sərxoş olduğunuzu fikirləşə bilər. Sərxoşluğun və hypoqlikemiyanın əlamətləri eynidir. Onlara deyin ki, sizdə qanda qlükozanın səviyyəsi azalmışdır. Onlara izah edin ki, onlar sizə necə kömək edə bilərlər. Sizin diabet olmağınızı göstərən tibbi birka daşıyın. Əgər siz danışa bilmirsinizsə, bu kömək edəcək.
Əgər siz alkoqol qəbulundan sonra sükan arxasında oturursunuzsa və siz qanda qlükozanın aşağı səviyyəsinə maliksinizsə, siz sərxoş aftomobil sürdüyünüz üçün məhkəməyə cəlb edilə bilərsiniz. Siz hətta bədbəxt hadisə də törədə bilərsiniz. Əgər siz bir az içdinizsə, sükan kiməsə həvalə olunmalıdır. Məsul şəxsi əvvəlcədən seçin.

ALKOQOL VƏ AĞIRLAŞMALAR
Alkoqol diabetdə sinir zədələnmələrini və göz xəstəliklərinin inkişafını sürətləndirə bilər, həmçinin qan təzyiqini və qanda lipidlərin səviyyəsini yüksəldə bilər. Əgər siz yuxarıdakı hər hansı bir ağırlaşmadan əziyyət çəkirsinizsə, sizin sağlamlığınıza qayğı göstərən həkimlərinizdən sizə alkaqol qəbul etmək olarmı və onun miqdarı nə qədər olmalıdır məsləhətini alın.

ALKOQOL VƏ SİZİN QİDALANMA REJİMİNİZ
Yadda saxlayın ki, adi pivə, şirin şərablar və sərinləşdirici yüngül spirtli içgilər qanda şəkəri şəffaf pivədən, turş çaxır və tünd spirtli içgilərdən (araq, şotlandiya viskisi və viski kimi), daha çox qaldırır, çünki birincilərdə daha çox karbohidratlar vardır. Karbohidratlar, qanda qlükozanın səviyyəsini artıran mühüm qida maddələrir. Əgər siz çəkinizə nəzarət edirsinizsə, yadda saxlayınız ki, alkoqollu içkilərın bir porsiyası 60-dan 300 kaloriyaya qədər özündə saxlaya bilər. Tək porsiyaların sayının azaldılması və ya içkinin başqa tipinə keçmək, sizə arıqlamağa kömək edə bilər.

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla