25.04.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

NAR ŞİRƏSİ

Xayfa Texnionun tədqiqatçılari aşkar ediblər ki,nar şirəsi şəkərli diabetdən əziyyət çəkənlər üçün əsl dərman ola bilər. Atherosclerosis jurnalinda dərc edilmiş tədqiqatın nəticələrinə görə 3 ay müddətində hər gün 180ml nar şirəsi içmiş pasientlərdə damarlarda aterosklerozun inkişaf riski əhəmiyyətli dərəcədə enmişdir. Ateroskleroz-diabetiklərin ölümünün əsas səbəbidir: mədəaltı vəzin çatmamazlığından əziyyet çəkənlərin 80%-i ondan tələfr olur.
Ən təəcüblüsü odur ki, nar şirəsinin tərkibində olan şəkər qanda şəkərin səviyyəsini qaldırmır—Texnionun tibb fakultəsinin professoru, tədqiqat qrupunun rəhbəri Mixael Aviram bunu xüsusi qeyd edir. Alimlər bunu başqa meyvələrdən fərqli olaraq, nar şirəsinin tərkibindəki şəkərin unikal antioksidantla bağlı olması ilə izah edirlər ki,bu da onu ateroskleroza qarşı preparata çevirir. Lakin qeyd etmək lazımdir,bu tədqiqatda yalnız 20 pasient iştirak etdiyinə görə nəticələrin yoxlanmağa və təsdiqə ehtiyaci vardır.

Amerika alimlərinin axırıncı tədqiqatları göstərdi ki, nar şirəsi kişi potensiyasına viaqradan pis təsir göstərmir.

Hesab edirlər ki, nar şirəsi qan dövranını gücləndirən natioksidantlarla zəngindir.O eyni ilə impotensiyanın müalicəsində istifaə olunan dərmanlar kimi azot oksidinin səviyyəsini yüksəldir, bu da qan damarlarının genişlənməsini sürətləndirir.

Zəif cinsi disfunksiyadan əziyyət çəkən 53 nəfər 21 yaşdan 70 yaşa qədər könüllü 1 ay müddətində şam yeməyindən sonra 1 stəkan nar şirəsi içmişdir. Demək olar ki, onların yarısı məhəbbət sahəsindəki uğurları haqda alimlərə məlumat veriblər.

Kaliforniya universitetinin doktoru Kristofer Forest ereksiyanın pozğunluğundan əziyyət çəkənlərin müalicəsində nar şirəsinin böyük potensiala malik olduğunu söyləyir.

Ürək xəstəlikləri və prostat vəzin xərçəngi riskini azaltmaq qabiliyyətinə görə nar meyvəsi artıq “super meyvə” hesab olunub. Alimlərin fikrinə görə digər meyvələr, çay və qırmızı şəraba nisbətən onun tərkibində daha çox antioksidant vardır.

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla