24.11.2017

Medisign şəkər aparatı dəsti

med-1 1

Medisign şəkər aparatı dəsti. 15 AZN. 

Bura daxildir: 1 ədəd şəkər aparatı, 10 ədəd test çubuq, 10 ədəd iynə ucluğu, 1 ədəd barmağı deşmək ücün qələm, məlumat kitabçası.

Medisign şəkər testi

med-1 2

Medisign şəkər testi - 50 ədədlik test qutusunun qiyməti 15 AZN

 Əlaqə nömrəsi: 055 319-12-29

1 Qanda şəkərin qlükometrlə yoxlamaq qaydası

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

TESTESTERON HAQQINDA VƏ KİŞİLƏRƏ BƏZİ MƏSLƏHƏTLƏR

TESTESTERON HAQQINDA VƏ KİŞİLƏRƏ BƏZİ MƏSLƏHƏTLƏR

Testesteron-bu ən əsas kişi hormonu olub,cinsi yetişkənlik dövründən başlayaraq hasil olmağa başlayır və sonra bütün həyat boyu bu davam edir. Ondan kişinin xarici görünüşü, onun fiziki gücü,və demək lazimdır ki, sevmək qabiliyyəti də əsaslı sürətdə asılıdır.

30 yaşdan sonra kişilərin qanında testeateron tədricən azalmağa başlayır, və onun çatışmamazlığı vaxtında aradan götürülməsə, idman zalında ürəyin gedənə qədər məşq etsən də, nə qədər tonuslayıcı sevgi cövhərləri içsən də heç bir fayda olmayacaqdır. Yalnız testesteron çatmamazlıqları əlamətləri olacaqdır:

Solğun üz;

Sönük baxış;

Sallanmış dəri və üzdə, dodaqlar ətrafında kiçik qırışlar;

Seyrək saçlar, o cumlədən üzdə və bədəndə;

İrəli çıxmış qarın;

Cinsi həfəsin olmaması və ya zəifləməsi;

Daimi yorğunluq, isti basma, hafizəsizlik, əzələ kütləsinin azalması;

Əgər yaşı 30-dan yuxarı kişi bu əlamətlərdən 1-ini və ya 2-sini özündə tapsa, yaxşı olar ki, qanda testesteron analizini elətdirsin. Analizdən sonra onun nəticəsini uroloq, androloq və ya endokrinoloqa konsultassiya etdirsin.

DİQQƏT! Qanda testesteronun səviyyəsi kişilərdə normada 12 nmol və yuxarı olur.

Hal –hazırda çoxlu müasir androgen preparatlarla- həblər, implanttatlar (dəri altına tikilir), hellər, plastırlarla əvəzedici terapiya vardır. Hal- hazırda axırıncı işlənib hazırlanmış və Rusyada da tətbiq olunan(Azərbaycanda tətbiq olunması haqda məlumatım yoxdur) testesteron inyeksiyası vardır ki, ildə 4 inyeksiya etməklə, çatışmamazliq tam aradan götürülür, il ərzində normal fizioloji səviyyə təmin olunur.

Kişi dərisi daha çox cavan qalır

Kişi dərisi qadın dərisinə nisbətən daha qalın, kobud və relyeflidir və ona görə də onda qırışlar daha gec əmələ gəlir. Lakin kişilərdə dəri altı toxuma, qadınlara nisbətən daha nazikdir və onlar ona görə də isti və soyuğu pis keçirirlər.

Üz qırxmadan sonra qıcıqlanma olmaması üçün:

--lezviya iti olmalıdır;

--üzü qırxdıqdan sonra lasyon və ya xüsusi nəm salfetlə üz silinməli, sonra isə qırxmadan sonra vurulan xüsusi kremlərdən istifadə olunmalıdir (yaxşı olar ki, vitaminli olsun)

--əgər üz qırxıldıqdan sonra qıcıqlanma əmələ gəlibsə, bir neçə gün üz qırxılmamalı, qıcıqlanmış dəriyə adi uşaq kremi sürtmək lazımdır;

--əgər irinciklər əmələ gəlibsə, dermatoloqa müraciət etmək lzğazımdır;

Dərinin cavanlığını saxlamaq üçün çoxlu zulallı ərzaqlar yeməli və siqaret çəkilməməlidir. Üzü küləkli havada qorumaq üçün, küçəyə çıxmamışdan 20 dəq. qabaq üzə istənilən yağli krem vurulmalıdır.

Saçınız seyrəlməsin

--təpənizdən saçlar tökülürsə-bu kişi hormonlarının disbalansının əlamətidir;

--saçlar qırılırsa—dəmir defisitidir;

--saçlar çəngə-çəngə tökülürsə-ola bilsin ki, göbələk ifeksiyasına yoluxmusunuz;

Kəpək isə gizli gedən “xəstəliyin” və ya mübadilə pozğunluğunun əlaməti ola bilər. Saçlarımöhkəmlətmək üçün isə tərkibində proteinlər, vitamin B5, E, C, A, F və kükürd, sink, selen, kremni mikroelementləri olan şampunlardan istifadə edin.

Və ürəyiniz ağrımasın

10 il bundan qabaq ekzotika olan, lakin bu gun isə 35-40 yaşlı kisiləri kardioloqlar miokard infarktı ilə görməyə adət ediblər.

Kişilər kardioloji xəstəliklərdən ən çox ürəyin işemik xəstəliyi (stenokardiya və miokard infarktı) və arterial hipertoniya ilə xəstələnirlər.

Risk qrupları: köklər, siqaret çəkənlər və öz fiziki formasına fikir verməyən tənbəllərdir.

Nə etmək lazımdır?

--siqareti tullamaq;

--həftədə ən azı 3 dəfə bədən tərbiyəsi ilə məşğul olmaq və gündə ən azı 45 dəq. piyada gəzmək lazımdır;

--ildə 1-2 dəfə xolesterinin səviyyəsini yoxlatmaq və arterial təzyiqə müntəxəm nəzarət etmək (mormada 140/90-dan aşağı olmalıdır).

Qarının dairəsini ölçəyin

Bədən quruluşundan asılı olaraq, artıq piy ya qarın nahiyəsinə, ya da omba-bud, ayaqlarda yığılır ki, bu da eyni dərəcədə pisdir.

Testesteronun çatmamazlığının ən sadə testi, ev şəraitində kişinin qarnının dairəsini ölşməkdir. Əgər ölçü 94 sm-dən çoxdursa, onda orqanizmdə testesteron aydin şəkildə çatışmır, və yaxşı olar ki həkimə müraciət edəsiniz. Bundan əlavə qarının həddindən böyük dairəsi infarkt, insult kimi ürək- damar xəstəlikləri və diabetin inkişaf riskini artırıt.

Hormon çatışmadıqda

Sentyabrda Venada keçirilən kişi sağlamlığı problemləri qrultayında qeyd olunub ki, hər 5 kişidən biri erektil disfunksiyadan(ED) əziyyət çekir. Səbəbi isə çox vaxt testesteron defisitində və ürək-damar xəstəliklərində olur ki, kişilər bunu çox vaxt nəzərə almır, bilmirlər, bundan şübhələnmirlər . Tədqiqatlar nəticəsində təyin olunub ki, 30-60 yaşli kişilərin Rusiyada təxminin 52%-i, ABŞ-da 40%-i, İsraildə 30%-i, Fransada isə 20%-i erektil disfunksiyadan və potensiyanın pozulmasından əziyyət çəkirlər. Potensiyanın ən çox pozğunluğu isə Italiyada rast gəlinir.

Əzələlərinizi inkişaf etdirin!

əzələ kütləsinin və gücünün azalması, oynaqlarda və əzələlərdə ağrılar- testesteron çatmamazlığının əlamətləridir. Testesteron çatmamazlığını bərpa etdikdən sonra öz fiziki formanızı güc idman növləri ilə məşğul olmaqla saxlayın, qida rasionunuzda kifayət qədər zülalın- ətin, balığın, quş ətinin olmasını təmin edin.

Alkaqolun bir gündə yol verilən dozaları

50 ml araq, 200 ml çaxır və ya 500ml pivə

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla