24.11.2017

Medisign şəkər aparatı dəsti

med-1 1

Medisign şəkər aparatı dəsti. 15 AZN. 

Bura daxildir: 1 ədəd şəkər aparatı, 10 ədəd test çubuq, 10 ədəd iynə ucluğu, 1 ədəd barmağı deşmək ücün qələm, məlumat kitabçası.

Medisign şəkər testi

med-1 2

Medisign şəkər testi - 50 ədədlik test qutusunun qiyməti 15 AZN

 Əlaqə nömrəsi: 055 319-12-29

1 Qanda şəkərin qlükometrlə yoxlamaq qaydası

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

KARBOHIDRATLAR-ORQANIZMIN “YANACAĞIDIR”

KARBOHIDRATLAR-ORQANIZMIN “YANACAĞIDIR”

Bizim qidamız üç əsas komponentdən-karbohidrarlardan, zülallardan (proteinlərdən) və yağlardan ibarətdir. Əgər, zülallar bizim orqanizmamız üçün tikinti materialıdırsa, karbohidratlar isə hüceyrələr tərəfindən enerjiyə çevrilən “ yanacaqdır”.

Asan həzm olunan adlanan sadə “şəkərlərdən” başlasaq, demək lazımdır ki, onlar orqanizmə daxil olan kimi dərhal qana sorulurlar. Belə ki, fermentlər onların ilkin parçalanmasında iştirak etmirlər. Məhz asan həzm olunan karbohidratlar- qanda şəkərin sürətlə yüksəlməsinin səbəbidir. Sağlam adam üçün bu təhlükəli olmasa da, diabetli xəstələr sadə “şəkərlərin” istifadəsinə çox diqqətlə yanaşmalıdırlar. Sadə “şəkərlərin” daha bir qüsuru da odur ki, əgər bizim orqanizmamız lazımı qədər fiziki fəaliyyətlə məşğul olmasa, onda bizim qəbul etdiyimiz asan həzm olunan karbohidratlar dəri altı piy qatına çevirilirlər. Belə ki, karbohidratlar hal- hazırda dəbə çevrilmiş hesablanan kalorilərin əsas mənbəyidir. Deməli, hər hansı bir şirniyyatı məhdudlaşdırmaqla Siz, həm sağlamlığınızın, həm də qəddi- qamətliliyinizin qayğısına qalmış olursunuz.

Karbohidratların növbəti qurupu-nişastalardır.

Nişastalı qidalar orqanizmə lazımdır, lakin onların kaloriliyini ciddi nəzərə almalısan ki, həddi aşmayasan. Bizim gündəlik qidamızda nişastanın məbəyini çörək, makaronlar, yarmalar, nişastalı tərəvəzlər- noxud, paxla, kartof, mərci təşkil edir.

Nəhayət biz qida liflərini nəzərdən keçirək(pektin, sellüloza). Siz bunlardan çoxlu miqdarda istifadə edə bilərsiniz. Onlar orqanizm tərəfindən mənimsənilmirlər və kalorisizdirlər. Digər tərəfdən, onlar mədəni asanlıqla dolduraraq, toxluq hissi yaradır, lakin bununla belə Siz artıq kiloqramlar yığmırsınız. Qida liflərinin daha bir faydalı xüsusiyyəti vardır. Mədə- bağırsaq traktını keçərkən, bu liflər öz yolları boyu zərərli maddələri tutaraq- özlərinə hopduraraq onu təmizləyirlər. Çoxlu qida lifləri olan ərzaqlardan istifadə etməklə, siz şəkərin və xolesterinin səviyyəsini aşağı sala bilərsiniz. Bundan başqa bağırsaqların işi normallaşır, qəbizliyin miqdarı azalır. Kobud üyüdülmüş və ya kəpəkli undan haırlanmış çörəyə xüsusi yer ayırmaq lazımdır. O, bağırsaqların işi üşün çox faydalıdır. Yüksək keyfiyyətli undan hazırlanmış çörək bağırsaqlarda xərçəng xəstəliyinin artmasına səbəb olur, qəbizliyə və funksiyasinin çətinləşməsinə gətirib çıxarır. Hər bir orqanın normal iləməsi üçün onun aktiv işləməsi lazımdır. Belə ki, öz bağırsaqlariniza “iş” verin, yoxsa o, sadəcə olaraq işləməməyə başlayacaqdır! Yaxşı olar ki, bunun üçün yeməyə qida kəpəkləri əlavə edəsiniz.

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla