18.11.2017

Medisign şəkər aparatı dəsti

med-1 1

Medisign şəkər aparatı dəsti. 15 AZN. 

Bura daxildir: 1 ədəd şəkər aparatı, 10 ədəd test çubuq, 10 ədəd iynə ucluğu, 1 ədəd barmağı deşmək ücün qələm, məlumat kitabçası.

Medisign şəkər testi

med-1 2

Medisign şəkər testi - 50 ədədlik test qutusunun qiyməti 15 AZN

 Əlaqə nömrəsi: 055 319-12-29

1 Qanda şəkərin qlükometrlə yoxlamaq qaydası

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

ABDOMINAL PIYLƏNMƏ

05

Yaşlı əhalinin boyük əksəriyyəti abdominal piylənməyə məruz qalmişdir və kardiovaskulyar xəstəliklərin inkişafının risk qrupuna daxildirlər. Saglamlığa əsas təhlükə bu zaman visseral piyin ( yəni qarin piylənməsinin) artmasıdır ki, bununlada insulin rezistentliyin inkişafını, dislipidemiyani, metabolik sindromu, ikinci tip diabeti və aterosklerozu əlaqələndirirlər.

Piylənmə həmçinin tez-tez miokard infarktina və qulaqcıqların səyirməsinə səbəb olur. Visseral piyin azaldılması metabolik xəstəliklərin inkişaf riskinin və kardiovaskulyar xəstəliklərin azalmasına bir açardır. Visseral piy faliyətsiz deyildir. Triqliseritlərdən ibarət olan yax turşularının portal və qan dövranı sisteminə keçməsi əhəmiyyətli ola bilər ki, buda insulin rezistentliyin inkişafına gətirib çıxarır. Sərbəst yağ turşularının keçməsi isə qara ciyərin aterogen lipoproteidler yaratmasını stimulaşdırır. Bundan başqa piy toxumasının siqnal moleykulları( adipokinlər) endotelial disfunksiyanı ağırlaşdırır. Adipokinin səvviyəsi visseral piyin artamasına uyğun olaraq çoxalır. Abdominal piylənmənin obyektiv və ən həssas gostəricisi belin dairəsinin ölçüsüdür. Beynəlxalq diabet federassiyasının rəyinə əsasən belin dairəsinin kişilərdə 94 sm-dən, qadınlarda isə 80 sm-dən yuxarı olması yüksək sıxlıqlı lipoproteidlərin aşağı səviyyəsi, triqliseridlərin və qlükozanın yüksək səviyyəsi ilə birlikdə ürək-damr xəstəliklərinin yüksək inkişaf riskinə zəmin verir. Hal-hazırda piylənmənin qeyri medikamentoz müalicə metodları geniş istifadə olunur-bura həyat terzinin dəyişilməsi, yağsız və aşağı kalorili dieta, intensiv fiziki fəaliyyət aiddir. Lakin onlar uzun müddət effekti saxlamaq üçün müvəffəqiyyətli olmur və farmakoloji preparatlardan da istifadə etmək lazım gəlir. Endokannabinoid sistsm (EKS) adlanan sistemin spesifik reseptorlarının blokatorlarına böyük ümüdlər bəslənir.Bu hormon və neyrorequlyatorların hazırlanmasına təsir edən neyrorequlyator sistem olub, iştaha və doyma hissi arasındakı balansa cavabdehdir. EKS energetik homeostaza-- sərf edilmiş, saxlanılmış və işlədiləcək yağların miqdarnin requlyassiyası vasitəsi ilə nəzarət edir. Bu proses özündə iştahaya və lipid mübadiləsinə hipotalamik nəzarəti birləşdirir. Onun pozğunluğu zamanı piylənmə inkişaf edir.Endokannabinoidlər qida qəbulu zamanı mədə-bağıisaq traktı tərəfindən hasil olunan və EKS reseptorlarına təsir edən maddələrdir. Əgər qida dadlıdırsa,yüksək kalorili və yağlarla səngindirsə onda hipotalamusda EKS hiperaktivassiyası yaranır,o da iştahanın artmasına və lipogenezin güclənməsinə gətirib çıxarir, doyma hissi və enerji sərfi müvafiq olaraq azalır.

Yağlı qida endokannabinoidlərin biosintezi üçün doymamış yağ turşularının istifadəsini artıtır ki, bu da həmçinin EKS hiperaktivliyinə gətirib çıxarır. EKS reseptorları 1990 da (birinci tip-CB1) və 1993 də (ikinci tip- CB2) kəşf edilmişdir. Reseptorların yüksək konsentrassiyası baş beyinin qabığında, beyincikdə, hipokampda, qabıqaltı nüvələrdə, hipotalamusda və mədə- bağırsaq traktında qeyd olunmuşdur. Bu yaxınlarda CB1, CB2 reseptorlarinin selektiv biokatorları aşkar edilmişdir ki, bu da EKS-ə terapevtik təsir etməyə yeni məqsəd kimi qoyulmuşdur.Daha çox öyrənilmiş və klinik tədqiqatların 3-cü fazasını keçmiş CB1 reseptorunun blokatoru SR141716A(rimonabant)- dır. Tədqiqatlardan alınan məlumat göstərir ki, bu prerparat(hipokalorili dieata ilə birlikdə) çəkini əhəmiyyətli dərəcədə aşağı salır və ikinci tip diabetli xəstələrin vəziyyıtini yaxşılaşdırır. Bundan başqa o plazmada adiponektinlərin səviyyəsini çəki azalmasından asılı olmayaraq əhəmiyyətli dərəcədə qaldırır, nikotin asılılığına müsbət təsir göstərir. Endokannabinoid sistemin reseptorlarının blokatorlarının tətbiqi abdominal piylənməyənin müalicəsində çox ümüd verici metoddur. Yeni sinif molekulların yağların və qlükozanın metabolizminə, iştaha və doyma hissinə təsiri, yağların toplanması və sərfi vasitəsinin harmoniyalaşması yolu ilə energetik homeostazın bərpası pilənmə ilə mübarizənin nəticələrini əhəmiyyətli dərəcdə yaxşılaşdıracaqdır. Çəkinin, ən vacibi isə visseral piyin əhəmiyyətli dərəcədə azalması nəticəsində kardiometabolik xəstəliklərlə xəstələnmənin və ölümün azalması gözlənilir.

 

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Разработано jtemplate модули Joomla