18.04.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

DEPRESSİYA DİABETDƏN TƏHLÜKƏLİDİR

dep

Ümumdünya səhiyyə təşkiltının (ÜST) apardığı qlobal tədqiqat nəticvəsində belə nəticəyə gəlinib ki, depressiya insan sağlamlığı üçün stenokardiya, artrit,astma və diabetdən daha təhlükəlidir.

Daha pisi odur ki, depressiya hər hansı bir xroniki xəstəliklə, məsələn diabetlə birgə olsun. Ekspertlər təsdiq edirlər ki, depressiyadan effektiv müalicə xəstələrin ümumi vəziyyətini yaxşılaşdırır. Doktor Somnat Çatterji və onun həmkarları dünyanın 60 ölkəsində 245 mindən çox insan arasında sorğu keçiriblər. Tədqiqatçılkarı bu tipli suallar maraqlandırırdı: onlar yaxşı yatırlarmı, onların yaddaşla, fikrin cəmləşdirilməsi ilə əlaqədar problemləri varmı, onlar stressi necə keçirirlər və s. Alınmış cavabların böyük əksriyyəti bizim müasirlərimizin böyük əksəriyyətinin daxili əhvalının sıxıntılı olmasını göstərdi ki, bu da Çatterjinin sözlərinə görə bizi vadar edir ki, depressiyaya səhiyyənin ən əsas problemlərindən biri kimi baxaq. Bütün əsaslar var ki, hesab etmək olar ki, depressiya insanlar arasındakı münasibətlərə, onların maliyyə vaziyyətinə, fiziki sağlamlığına dağıdıcı təsir göstərir.

Ekspertlər bütün dünya həkimlərini pasiyentlərin diaqnozunu qoyarkən depressiya faktoruna daha diqqətli yanşmağa çağırırlar. Doktor Markus Roberts vurğulayır ki,depressyanın müalicəsinə başqa xəstəliklərin müalicəsi kimi çox ciddi yanaşmaq lazımdır; belə ki, orqanizmin bir çox xəstəliyinin müalicəsi hamı üçün mümkün olduğu halda, psixi xəstəliklərdən müalicə məhduddur. Məsələn İngiltərədə, depressiya da daxil olmaqla psixi xəstəliklərdən 7 milyon insan əzab çəkir.

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla