18.11.2017

Medisign şəkər aparatı dəsti

med-1 1

Medisign şəkər aparatı dəsti. 15 AZN. 

Bura daxildir: 1 ədəd şəkər aparatı, 10 ədəd test çubuq, 10 ədəd iynə ucluğu, 1 ədəd barmağı deşmək ücün qələm, məlumat kitabçası.

Medisign şəkər testi

med-1 2

Medisign şəkər testi - 50 ədədlik test qutusunun qiyməti 15 AZN

 Əlaqə nömrəsi: 055 319-12-29

1 Qanda şəkərin qlükometrlə yoxlamaq qaydası

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

SİQARET ÇƏKMƏNİ MÜŞAYƏT EDƏN PROBLEMLƏR

Hər kəs siqaret çəkmə ilə xərçəng arasındakı əlaqəni bilir, lakin kimsə siqaret çəkmə ilə diabet arasındakı əlaqəni bilirmi?

kuryashiy voditelSiqaret çəkmə hər bir kəsin sağlamlığına zərər verə bilir, lakin diabetli insanlarda bu risk bir neçə dəfə artır- ürək-damar xəstəliklərinin, məsələn ürək pristuplarının və ya ayaqlarda qan dövranının pozulması riski yüksəlir. Lakin siz artıq diabetlə xəstəsinizsə, onda siqaret çəkmə həm də spesefik ağırlaşmaların inkişaf riskini artıra bilər.

Siqaret çəkmə orqanizmə hansi zərərləri vurur?

əgər siz diabetlə xəstəsinizsə, siqaret çəkmə neyropatiyanın (sinir pozğunluqları),nefropatiyanın(böyrəklərin zədələnməsi ), retinopatiyanın (görmənin pozğunluğu) inkişafına təsir edə və sürətləndirə bilər.
siqaret çəkmə orqanizmin toxumalarında oksigenin miqdarını azaldır ki, bunun da nəticəsi ürək pristupları və insultlar olur.
siqaret çəkmə qanda yağların və xolesterinin miqdarını artırır.Bu ona gətirib çıxardır ki, yağ arteriyaların divarlarına çökür, qan dövranını cətinləşdirir və nəticədə qan damarları zədələnir və daralır(ateroskleroz), ürək pristupları,infarktlar, insultlar, ayaqda və pəncələrdə yaralar, həmcinin periferik damarların xəstəlikləri əmələ gəlir.
siqaret çəkmə adrenalini qana keçirərək damarların sıxılmasına səbəb olur ki, buda göz dibinə qan sızmanın inkişafına, aritmiyalara və arterial təzyiqin yüksəlməsinə şərait yaradır.
siqaret çəkmə qanda şəkərin səviyyəsini artırır.Yəgin ki, bu siqaretin tərkibindəki nikotin və digər maddələrin insulin rezistentliyin yaranmasına təsir etməsindən və stress hormonlarının (insulinə əks) stimulyasıyası nəticəsində əmələ gəlir.
Tərgitmək hec vaxt gec deyildir.


siqaret çəkməni tərgitmək hec vaxt gec deyildir, inanın ki, nəticələr dərhal özünü göstərməyə başlayacaqdır.
artıq 20 dəqiqədən sonra qan təzyiqi və nəbz normal olacaqdır. Əllər və ayaqlar istiləşir, belə ki, onların qan dövranı yaxşılaşır.
24 saatdan sonra sizin orqanizminiz monoksid karbondan azad olmağa başlayır, ağ ciyərləriniz isə selikdən təmizlənir.Ürək pristuplarının inkişaf riski azalır.
48 saatdan sonra sizin orqanizminiz nikotindən azad olur.
Iynəmə və dad bilmə hissiyatınız yaxşılaşır.
72 saatdan sonra tənəffüs prosesi yaxşılaşır,enerjinizin artması hiss olunur.
2-12 həftədən sonra bütün bədəniniz daha çevik olur, beləki bütün orqanizmin qan dövranı yaxşılaşır.
Və nəhayət 1 ildən sonra ürək xəstəliklərinin inkişaf riski 2 dəfə azalır.
Siqaretin tərkibi nədən ibarətdir?

Siqaret tustüsündə 4 minə qədər müxtəlif maddələr vardır ki, onların çoxu bizim üçün zərərlidir. Bu:

nikotin – alışmanı törədən preparatdır.
monoksid karbon və azot oksidi – zəhərli qazlar.
benzin
ammiak


Siqarəti tərgitməyə nə kömək edə bilər?

Əgər siz siqareti tərgitmək istəyirsinizsə, bunun üçün çoxlu müalicə metodlartı vardır.

Nikotin əvəzedici terapiya

Bu terapiyanı keçərkən sizin orqanizmanız nikotin alır, lakin bu zaman siz siqaret cəkmirsiniz. Bu metodun faydalılığı ondan ibarətdir ki, bu tərgitməni asanlaşdırır, və bu zaman nikotinin dozası tədricən azaldılır.Bu metod müvəffəqiyyət şansını 2 dəfə artıra bilər və – həblər, inqalyatorlar, plastırlar,burun damçılarını və s. olması ilə əlverişlidir. Lakin siz hamiləsinizsə və ya ürək xəstəliyiniz varsa müalicəni başlamamışdan qabaq həkimlə məsləhətləşməniz vaçibdir.

Amfebutamone (Zyban)

Amfebutamone (Zyban) –tərkibində nikotin olmayan həb olub yalnız resept ilə buraxılır. Həb iki ay müddətində qəbul olunur , bu iki ay müddətində o siqaret çekənin orqanizminə beyindən impuls göndərilən nahiyəni neytrallaşdırır. lakin ola bilər ki, bu bəzilərinə yaramasın.

Digər metodlar

Digər metodlara iynəbatırma, hipnoz, lazer müalicəsi aiddir. Bu mövzuya aid çoxlu kitablar vardır.Lakin yaxşı olar ki, siz mütəxəssislə sizə uygun gələn müaləçə metodunu seçəsiniz.

Tədqiqatlar göstərib ki, qanda şəkərin və qan təzyiqinin normal səviyyəsinə nail olmaqla diabetin ağırlaşmalarının qarşısını almaq olar. Siqaret çekmək isə bunların hər ikisini artırır. Əgər siz diabetsinizsə,və siz hələ siqaret çəkirsinizsə mütləq bundan imtina edin!

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla