25.04.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

DİYETA VƏ İDMAN ZALINI NƏ İLƏ ƏVƏZ ETMƏLİ?

n12

İdman zalına hər gün gedə bilməyənlərə həkimlər onu adi piyadə gəzintilərlə əvəz etməyi məsləhət görürlər. Bu sizi infarkt və diabetdən goruyar və özünüzü formada saxlamağa kömək edər. Uzun müddətdir ki, artıq çəkidən xilas olmaq üsulları üzərində alimlər çalışırlar. Kimsə diyetalar, kimsə möcüzəli həblər təklif edir, bəziləri isə trenajor zallarında intensiv məşqlərin vacibliyini təbliğ edir. Axrıncı tədqiqatlar göstərib ki, ən yaxşı nəticəyə idmanla intensiv məşğul olmaqla yox, əksinə, müntəzzəm, yüngül fiziki aktivlik vasitəsi ilə nail olmaq olar. Gündəlik cəmi 30 dəqiqəlik gimnastika kifayətdir ki, artıq çəkidən xilas olasan, qan təzyiqi və şəkərin səviyyəsini normallaşdırasan.

Belə bir nəticəyə Amerikanın Dyuk Universitetinin mütəxəssisləri gəliblər. Sadəcə olaraq işə avtobusla yox piyada getmək lazımdır, liftdən istifadədən imtina etmək məsləhətdir.

Tədqiqat zamanı mütəxəssislər orta yaşlı, artıq çəkisi olan 171 adam üzərində müşahidə aparmışlar. 8 ay müddətində tədqiqat aparılanlar yüngül fiziki hərəkətlər yerinə yetirmiş, alimlər isə onların sağlamlığı haqqında məlumatı toplamışlar. Tədqiqatdan əvvəl bu adamların 47%-də ürək damar xəstəliklərinin inkişafı sindromu və diabet müşahidə olunmuşdur. Tədqiqatın axrında isə bu faiz 27-yə enmişdir.

Bizim tədqiqatlar göstərdi ki, müsbət nəticələrə ciddi fiziki fəaliyət olmadan da nail olmaq olar. Və bu o deməkdir ki, orta yaşlı insanlar vacib deyildir ki, formada qalmaq üçün həftədə 4-5 dəfə qacsınlar, gündəlik 30-45 dəqiqəlik piyada gəzinti kifayətdir.

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla