26.04.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

OTLAR VƏ VİTAMİNLƏR, NƏ FAYDALIDIR?

carbohidrati-300x218Bir neçə illər ərzində diabetin müalicəsi yalnız insulindən, oral həblərdən, diyeta və fiziki hərəkətlərdən ibarət olmuşdur. Bu gün biz bilirik ki, diabetin əsas müalicəsini müxtəlif bioəlavələr, otlar və vitaminlər vacib tamamlayan amildir. Otlar, vitaminlər və bioəlavələr diabetin müalicəsi üçün zəngin seçim təklif edir. Bu sahədə tədqiqatlar təzə-təzə başlamışdır, lakin həkimlər buna getdikcə daha çox maraq göstərməyə başlamışdır.

Hal-hazırda tədqiqatcılar diabetə vitamin əlavələrinin təsirini öyrənməyə başlamışlar.

Tövsiyyə olunur ki, diabetli insanlar əksər vitaminləri, mineraları və mikroelementləri yaxşı balanslaşdırılmış diyetaya əməl etdikdə və hər gün 7-9 meyvə və tərəvəz yedikdə qəbul etsinlər. Həmçinin qeyd olunur ki, diabetli insanlar qanda şəkərin səviyyəsinə nəzarət etmədikdə, öz orqanizmlərini çox böyük stresə məruz qoyurlar. Həmçinin pasiyentin qanda şəkəri yüksəldikdə bütün mikroelementlər, vitaminlər və minerallar sidiklə birlikdə orqanizmdən xaric olunurlar. Bu bir daha təsdiq edir ki, diabetli insanların hər gün vitamin əlavələri və mineralar qəbul etməsi lazımdır.

Sinir ağrılarını götürmək üçün alfa-lipoye turşusu.

Almaniyada böyuk tələbat olan alfa lipoye turşusu diabetlə əlaqədar əmələ gələn sinir sisteminin pozğunluqlarında istifadə olunur. Bu vitamin əlavəsi ayaqlarda ağrını, göynəməni, keyləşməni azaltmaq qabiliyyətinə malikdir. "Diabetes Care" jurnalının 1999-çı il fevral buraxılışında qeyd olunub ki, aparılmış tədqiqatlar nəticəsində aydınlaşıb ki, alfa lipoye turşusu qanda qlükozanın yüksək konsentrassiyasını endirmək qabiliyyətinə malikdir. "Diabetic medicine" 1999-çı il dekabr buraxılışında deyilir ki, əgər 19 gün hər gün oral 1800 mq alfa lipoye turşusu qəbul olunsa, bu 2-çi tip diabetdə sinir ağrılarının azalmasına kömək edər. Alfa lipoye turşusu qara ciyər və beyin hüceyrələrinə antioksidant kimi təsir edərək müdafiə edir. Həmçinin o kataraktanın qarşısını ala bilər və digər antioksidantların, E və C vitaminlərinin effektivliyini yaxşılaşdırır.

"Natural Health" jurnalı hər gün 100 mq-dan 600 mq-a qədər alfa lipoye turşusu qəbul etməyi məsləhət görür. Maksimal effekt göstərməsi üçün alfa lipoye turşusunu səhər qəbul etmək lazımdır.

Vitamin B6 neyropatik ağrıların qarşısını alır.

Məlumdur ki, B vitamininn defisiti neyropatiyanın əmələ gəlməsinin səbəbidir və əgər bu defisit yaranarsa vəziyyət daha da agırlaşar. "East African Medical Journal" 1999-çı il nömrəsində deyilir ki, B6 vitaminini qəbul etməklə, səbəbi neyropatiya olan ağrılardan, göynəmədən və diskomfortdan qurtulmaq olar. "Endocrinology and Diabetes" dərcisində 1996-cı ildə dərc olunmuş məruzədə deyilir ki, polineyropatiyadan əziyyət çəkən 1-çi tip diabetdə və insulindən asılı 2-çi tip diabetdə B1, B6 və B12 qəbul etdikdə müsbət dəyişıklıklər, məsələn sinir sisteminin bərpası (ən azı 4 ay, lakin 3 ildən çox olmamaqla) müşahidə olunur. Lakin uzun müddət gündə 100mq-dan artıq dozada vitamin əlavələri qəbul etdikdə, müəyyən vaxtdan sonra qarşısını almaq istədiyimiz əlamətlər – süstlük, zəiflik, ətrafların keyləşməsi meydana çıxa bilər.


Devid Edelbeq məsləhət görür ki, B6 vitaminini qəbul etmək B vitaminləri kompleksində daha məqsədəuyğundur.

Vitamin C kataraktanın qarşısını alır.

Hamıya yaxşı məlum olan vitamin C 2-ci tip diabetli insanlarda şəkərin səviyyəsini müvəffəqiyyətlə aşağı salır. Amerika Diabet Assosiassiyasının 1999-cu ildə keçirilmiş elmi sesiyasında deyilib ki, vitamin C sayəsində qadınlarda koronar xəstəliklər riski azalır. Vaşinqton universitetinin tədqiqatçıları isə belə bir nəticəyə gəliblər ki, vitamin C adamlara böyrək çatmamazlığından qurtulmağa kömək edir. Həmçinin vitamin C 1-ci tip diabetli insanlarda diabetik kataraktanın qarşısını alır və qan dövranı proseslərini yaxşılaşdırır. Alimlərin fikrinə görə vitamin C orqanizmdə müəyyən maddələri, o cümlədən görmə pozğunluğuna səbəb olan sorbitolu azaldır.

Bəzi həkimlər gündə 250-1000 mq vitamin C qəbul etməyi məsləhət görürlər.

Capsaicin (qirmızı qabıqlı bibər)-sinir ağrılarından vasitə

Maz şəklində işlədilən capsaicin, 5 gün müddətində əldə, ayaqda və pəncələrdə olan sinir ağrılarını azaldır. Capsaicin bu yerlərdə olan ağrı hislərini azaldır, lakin onun tətbiqindın alınan effekt özünü 3 gündən sonra da, 4 həftədən sonra da göstərə bilər. Onun belə effekti haqqında məlumatlar bir çox elmi jurnallarda verilmişdir.

Xrom BGs səviyyəsini aşağı salır

Xromu həb və ya pivə mayası şəklində qəbul etmək olar . Bu əlavələr insulinə həssaslığı yaxşılaşdırmaq xüsusiyyətinə malikdir və birinçi və 2-çi tip diabetli insanlarda qanda şəkərin səviyyəsini aşağı salır.

Keyt Kempbell gündə 400 mq xrom məsləhət görür.

E vitamini ürək xəstəliklərinin və retinopatiyanın qarşısını alır.

Güçlü antioksidant olmasından əlavə vitamin E ürək üçündə faydalıdır, diabetə nəzarəti yaxşılaşdırır, retinopatiyanın inkişafının və proqresləşməsinin qarşısını alır və hətta 2-çi tip diabetin də inkişafının qarşısını alır. "Diabetes Care" jurnalının 1993-çı il noyabr nömrəsində məlumat verilir ki, vitamin E 2-çi tip diabetli insanlarda qlükoza və xolesterinin səviyyəsini aşaöı salır.
"British Medical Journal" lurnalında 1995-çi ildə belə bir tədqiqatın nətiçələri dərc olunmuşdur ki, vitamin E ürəyin işinə müsbət təsir göstərir və əhəmiyyətli dərəcədə koronar xəstəliklərin riskini azaldır. Vitamin E əlavəsinin effektini aydınlaşdırmaq üçün aparılan daha bir tədqiqat nətiçəsində aşkar olundu ki, onun istifadə olunması 1-çi tip diabetli insanlarda ürəyin işinə çox böyük müsbət təsir göstərə bilər. Boston diabetik mərkəzində aparılmış daha bir tədqiqat göstərdi ki, vitamin E retinopatiyanın inkişafını ləngidə bilər.

Balıq yağı

Məlumdur ki, balıq yağı ürək tutmaları riskini azaldır. Balıq yağı diabetli insanlarda triqliseridlərin səviyyəsini aşağı salan omeqa-3 yağ turşusunun mənbəyidir.

Jenşen (Amerika və Asiya) şəkəri aşağı salır.

Alimlər əmindirlər ki, jenşen 2-çi tip diabetli insanlard şəkərin səviyyəsini aşağı salır. Həm Amerika, həm də Asiya jenşeni mədəaltı vəzdən insulin ayrılmasını yaxşılaşdırır və insulin reseptorlarının miqdarını artırır. Tədqiqatlar sübut edib ki, jenşen qanda şəkərin səviyyəsini yeməkdən sonra aşağı salır. Həmçinin alimlər belə bir nəticəyə gəliblər ki, minimum 3 qram amerika jenşeni BG səviyyəsini yeməkdən sonra aşağı sala bilər. Doza artıq olduqda, baş ağrıları, yuxusuzluq və ishal, nevrotik vəziyyət kimi əlavə effektlər əmələ gələ bilər.Həkimlər hesab edir ki, jenşenin gündəlik dozası 200 mq-dır. Yüksək təzyiqli insanlara jenşen əks göstərişdir; 2-3 həftə istifadədən sonra mütləq 1-2 həftə fasilə vermək lazımdır.

Maqni ürək problemlərinin və görmə pozğunluqlarının qarşısını alır.

Maqni əzələ və sinirlərdə enerji metabolizminə kömək edir, buna görə də diabetli insanlarda maqni adətən aşağı olur. 2-çi tip diabetli insanlarda adətən rast gəlinən ürək xəstəliklərinin və görmə pozğunluqlarını qarşısını maqni əlavələri ala bilər. "Diabetes Care" jurnalının 1999-çı il buraxılışında dərc olunmuş bir tədqiqatın nətiçələri göstərirdi ki, maqni əlavələri nə qədər faydalıdır. Daha bir tədqiqatda deyilir ki, qidada maqni çatışmamazlığı insulin rezistentliyi artıra bilər və karbohidrat mübadiləsinin pozulmasına gətirib çıxara bilər.

Şam ağacı qabığının ekstraktı(Pycnogenol) qan damarların vəziyyətini yaxşılaşdırır.

Pycnogelon şam ağacının ekstraktının potent almış forması olub qanın sirkulyassiyasını, qan damarlarının vəziyyətini yaxşılaşdırmaq üçün, həmcinin retinopatiyanın müalicəsində istifadə olunur. Müxtəlif xarici mənbələrdə göstərilir ki, pycnogenol qanın sirkulyassiyasını yaxşılşdırır və torlu qişanı qoruyur, antioksidant qabiliyyətinə malikdir. İtalyan alimlərinin bu yaxınlarda apardıqları tədqiqatlar göstərdi ki, 2 ay müddətində gündə 3 dəfə 50 mq pycnogelon qəbul etmək diabetik retinopatiya kimi xəstəliyin proqresləşməsinin qarşısını ala bilər.

Qida lifləri

Bir çox bitki mənşəli ərzaqlarda qida lifləri vardır ki, bunlar diabetli insanlar üçün çox faydalıdır və əlavə təsirləri yoxdur. Buna – almanı, qarabaşağı, kələmi, yer kökünu,kətanı və s. göstərmək olar.

Darçın

Darçın qanda şəkəri endirmək qabiliyyətinə malikdir. həkimlər belə güman edirlər ki, diabetli insanlar hər gün 1 çay qaşığı darçını kofe ilə, bişmiş yulafla qəbul etsələr, onların orqanizmi insulinə daha yaxşı reaksiya verər və həmçinin qlükozanın metabolizmi 20 dəfə yaxşılaşar..

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla