ARTERIAL TƏZYİQDƏ EFFEKTİV MÜALİCƏ
Bir qayda olaraq 160/90 arterial təzyiqdə (AT)
müalcəni bir preparatla başlayırlar. Bir preparat
effektli olmadıqda və ya az effektli olduqda ikinci,
ola bilsin üçüncü preparat əlavə olunur (kombinə
olunmuş terapiya). Çox böyük tədqiqatların nəticələri
göstərdi ki, istənilən preparatla monoterapiyadan
başlanğıc AT-in 4-8% enməsini gözləmək olar. Beləliklə,
AT-i 160/95 mm c. s. yüksək pasientlərdə, daha
çox kombinə olunmuş terapiya lazımdır. Bir preparatla
yaxşı effektdə belə, zaman keçdikcə (bir neçə
ay müddətində, bir neçə il müddətində) ola bilər
ki, AT onun təsirindən “yayınsın“. Bu AT-in yüksəlməsinə
təsir edən digər mexanizmlərin kompensator aktivləşməsi
ilə əlaqədar ola bilər. Son zamanlar xəstələrin
çoxu üçün, ən yaxşı 2 preparatla olan müalicə
hesab olunur. Monoterapiya əsasən başlanğıc AT
yüksək olmayan pasientlərdə effektlidir. Kombinə
olunmuş terapiya bir dərmanin yüksək dozada qəbul
olunması nəticəsində baş verə biləcək əlavə effektlərdən
qurtulmağa imkan verir; kiçik dozalarda preparatlar
bir-birinin təsirini tamamlayır ki, bu da yaxşı
nəticələrə səbəb olur. Ağır hipertoniyalarda çox
vaxt üç, bəzi hallarda isə 4 preparat təyin edirlər.
uzun müddət bir neçə preparatın qəbulunun lazım
olması bəzı xəstələri qorxudur. Kombinassiyadan
onlar öz mülahizələrinə görə daha effektli olduğunu
güman etdikləri bir preparat seçirlər. Beləliklə
seçilmiş müalicə sxemini pozaraq, pasient onun
effektliliyini sıfıra endirir. Adətən həkim xəstəyə
kombinassiyadakı hər bir preparatın vacibliyini
və əhəmiyyətini izah edir.
Geriyə