VEGETARİAN QİDALANMA
Vegetarian qidalanma bitki mənşəli qidalara əsaslanır.
Bura – meyvə, tərəvəz, dənli bitkilər, paxlalı
bitkilər (lobya, noxud, mərci) , qozlar və tumlar
aiddir. Bitki mənşəli məhsulların tərkibində xolesterin
yoxdur. Ümumilikdə götürdükdə isə onlar aşağı
kalorili olub, yağlarla çox kasaddırlar. Lakin
bu məhsullar bitki lifləri, vitaminlər və mikroelemenlərlə
zəngindirlər. Vegetarian dieta diabet xəstəliyindən
əziyyət çəkən şəxslərdə sağlam qidalanmanı təmin
edə bilər. Begetarianlarda artıq çəkinin əmələ
gəlməsi, xolesterinin səviyyəsinin yüksəlməsi,
arterial təzyiqin qalxması ehtimalı çox aşağı
olur. Bundan əlavə vegetarianlarda ürəyin işemik
xəstəliyi, damar divarının zədələnməsi, ağciyər
və yoğun bağırsağın xərgənci və osteoparozun əmələ
gəlməsi nəzərəçarpacaq dərəcədə az olur.
I tip diabetli xəstələr vegetarian qidalanmaya
başladıqdan sonra daha az insulindən istifadə
edə bilərlər. II tip diabetli xəstələr isə vegetarian
qidalanmaya başladıqdan sonra çəkisini azalda
bilərlər.
MƏN KİFAYƏT EDƏCƏK QƏDƏR ZÜLAL ALA BİLƏRƏMMİ
?
Əksər insanlar düşünürlər ki, belə dieta onları
kifayət qədər zülalla təmin edəcəkmi? Lakin burada
narahat olmağa heç bir əsas yoxdur. Vegetarianların
əksəriyyəti onlara lazım olan zülalı, zülalla
zəngin dənli biktilərdən, paxlalılardan, qoz və
tumlardan ala bilərlər. Başqa qrup vegetarianlar
isə zülalı bəzi heyvani mənşəli qidalardan alırlar.
Sağlam gidalanmanın rejimi məhsulları bir neçə
qrupa ayırır, məsələn: yağlarla kasad süd məhsulları,
balıq, molyuska və quşlar.
VEGETARİANLIĞIN NÖVLƏRİ
Vegetarianlığın ardıcılları heyvani mənşəli qida
qəbul edib, etməməsindən aslı olaraq bir neçə
qrupa bölünürlər. Vegetarianlığın 5 növü məlumdur:
ciddi, südlü, yumurta ilə əlaqəli, südlü-yumurtalı
və yarımvegetarianlıq.
Aşağıdakı cədvəldə her bir növ vegetarianların
nə ilə qidalandığı görünür.
Vegetarianlığın növü
Ciddi vegetarianlar:
Yeyirlər: Meyvə, tərəvəz, paxlalılar, dənli bitkilər,
bitki tumları
Yemirlər: Ət, balıq, molyuska, quş, süd məhsulları,
yumurta
Süd vegetarianları:
Yeyirlər: Meyvə, tərəvəz, paxlalılar, dənli bitkilər,
bitki tumları, süd məhsulları
Yemirlər: Ət, balıq, molyuska, quş, yumurta
Yumurta vegetarianları:
Yeyirlər: Meyvə, tərəvəz, paxlalılar, dənli bitkilər,
qoz, bitki tumları, yumurta
Yemirlər: Ət, balıq, molyuska, quş, süd məhsulları
Yarımvegetarianlar:
Yeyirlər: Meyvə, tərəvəz, paxlalılar, dənli bitkilər,
qoz, bitki tumları, balıq, molyuska, quş, süd
məhsulları, yumurta
Yemirlər: Ət
VEGETARİN DİETAYA KEÇİD
Əgər siz vegetarian dietaya keçməni sınaqdan
keçirmək istəyirsinizsə, dietoloqla məsləhətləşməlisiniz.
Dietoloq sizə menyudan çıxarmaq istədiyiniz məhsulu
hansı məhsulla əvəz etməyə kömək edə bilər. Dietoloq
əmin etməyə kömək edər ki, siz orqanizminizə lazım
olan bütün qidalı maddələri – vitaminlər, mikroelementlər,
zülallar, yağ və karbohiratlar qəbul edəcəksiniz.
Bu da “vegetarianlığa keçidə” bir neçə məsləhət.
•Bir neçə həftə ərzində həftədə bir gün olmaqla
vegetarianlığa başlayın. Əvvəlcə sizə tanış olan
yeməkdən başlayın, məsələn: qaqabaşaq kaşası tərəvəs
sousu olə.
•Reseptləri vegetarian kulinar kitablarından götürərək
oxuyun.
•Çalışın vegetarian restoranları ziyarət edəsiniz.
Ola bilər ki, gördüyünüz yeməklərin müxtəlifliyi
sizi heyran etsin.
•Menyuda ət, balıq, quş və molyuskanın miqdarını
azaldın. İdeal porsiya təqribən 50 qr-dan çox
olmamalıdır. Əti kublara və ya zolaqlara bölüb,
ona salat və ya sıyıq əlavə edin.
Menyuda daha çox dənli, paxlalı və tərəvəz olan
məhsullara üstünlük verin. Çili hazırlanmasında
qızardılmış, pörtlədilmiş ət yeməklərini paxlalar
ilə əvəz edin. Bu, bütün vitamin və mikroelementlərə
aid deyildid. Belə ki, bitki mənşəli məhsullarda
B qrup vitamini az, onda tez həzm olunan dəmir
və sink kifayət qədər olmur.
İtaliya sousunun tərkibində sarımsaq, zeytun
yağı, tomat, kəklikotu, duz, istiot, çin istiotu
vardır. Antioksidantlarla zəngindir.
Geriyə