YÜKSƏK QAN TƏZYİQİ
Qan təzyiqi – bu qanınızın damarda hərəkət sürətidir.
O nə qədər yüksək olsa, bir o qədər damarlarınıza
mənfi təsir edə bilər. Damarlara əlavə təsir onun
zədələnməsinə gətirib çıxarar. Qan damarlarından
sizin orqan və sinirləriniz qidalanır. Əgər damar
yükək təzyiqdən zədələnibsə, onlar sizin orqan
və sinirlərinizi qidalandıra bilməz. Sizin orqan
və sinirləriniz də zədələnəcək. Diabetli xəstələrdə
qan təzyiqinin qalxması diabetdən əziyyət çəkməyən
şəxslərə nisbətən daha çox təsadüf olunur.
Qan təzyiqinin qalxması sizin ürək sancıları və
insult əmələgəlmə şansını artırır və zaman ötdükcə
nefropatiya http://diabet.az/boyrek.htm) və retinopatiya
http://diabet.az/retinopatiya.htm)
əmələ gəlməsinə şərait yaradır.
YÜKSƏK QAN TƏZYİQİNİN ƏLAMƏTLƏRİ
Adi yüksək qan təzyiqi heç bir xarici əlamət vermir.
Bunu bilmənin yeganə yolu onu ölçməkdir. Sizin
qan təzyiqiniz göründüyü kimi həkimə hər vizitinizdə
ölçülür.
YÜKSƏK QAN TƏZYİQİNİN ÖLÇÜLMƏSİ
Qan təzyiqini xüsusi sfiqmomanometr adlanan aparatın
köməyi ilə ölçülür. Manjet bazu sümüyünə yüngülcə
dolandırılır. Manjet damarda qan axını dayanana
qədər hava ilə doldurulur. Manjetdən hava kütləsini
xaric etdikdə fonendoskopla qanın damara güclü
zərbələri eşidilir.
Qan təzyiqi iki rəqəmlə ifadə olunur. Birinci
qeyd olunan rəqəm sistolik təzyiq adlanır. Sistolok
təzyiq – qanın ürəyin yığılma mərhələsində meydana
gəlmiş gücüdür.
İkinci rəqəm – diastolik təzyiqdir. Bu, qanın
ürəyin boşalma anındakı gücünü göstərir.
“120-nin 80-a”, yəni, sistolok təzyiq 120, diastolik
təzyiq 80 mm.c.süt.-dur.
Bu 120/80 mm.c.süt. – millimetr civə sütunudur.
Hipertenziya yüksək qan təzyiqinin digər adıdır.
Əgər sizdə yüksək qan təzyiqi aşkar olunubsa,
siz və sizi müayinə edən tibb işçisi də onu tənzimləməlidir.
Bu belə yazılır-120/80 mm.c.süt. – millimetr civə
sütunu.
Sizi müalicə edən həkim ilk növbədə onu əmələ
gətirən səbəbi araşdırmalıdır.
Hipertenziyanın dərəcələri
Qan təzyiqinin mm.c.süt. ilə təyini
Normal qan təzyiqi
130/85 aşağı olmalıdır
Qan təzyiqi keçid sərhəddi
130/85-dən 139/89-a kimi
Yüngül hipertenziya
140/-dan 159/89-a kimi
Orta hipertenziya
160/100-dan 179/109-a kimi
Ağır hipertenziya
180/110-dan 209/119-a kimi
Çox ağır hipertenziya
210/120-dən çox.
YÜKSƏK QAN TƏZYİQİNİN ƏMƏLƏ GƏLMƏ SƏBƏBLƏRİ
Bəzi hallarda səbəb müəyyən olunur, məsələn: böyrək
xəstəlikləri, hormonal dəyişiklik, hamiləlik,
kontraseptik tabletlərin qəbulu və s. Əgər yüksək
qan təzyiqinin əmələ gətirən səbəb aşkar olunubsa,
həkim ilk növbədə onu müalicə etməlidir.
Əksər hallarda qan təzyiqinin ilkin qalxmasının
səbəbi bilinmir. Qan təzyiqinin ilkin qaxma səbəbi
bilnmədikdə essensial hipertenziya adlanır.
Əgər sizdə essensial hiretenziya aşkar olunubsa
təzyiqin endirilməsi üçün dərman müalicəsi vacib
deyil.
SİZİN QAN TƏZYİQİNİZİ NECƏ ENDİRMƏLİ
Artiq çəkidən azad olun. Bədən çəkisinin az miqdarda
belə aşağı salınması belə qan təzyiqini normalaşdıra
bilər. Bədən çəkisini aşağı salmaq və onu normada
saxlamağın yeganə yolu arıqlamaq üçün dietaya
əməl etməkdir. Sizi müayinə edən tibb işçisi sizə
uyğun qida rejimini təyin etməyə kömək edə bilər.
Siqareti tərgidin. Siqaret çəkmə qan təzyiqinin
qalxmasına və damar divarının zədələnməsinə səbəb
ola bilər. Siqareti tərgizməklə hipertenziya nəticəsində
ölüm riskini dərman qəbuluna nisbətən daha çox
azaltmış olursunuz.
Daha az spirtli içki qəbul edin. Qan təzyiqi qalxma
ehtimalı gün ərzində 2 alkaqol vahidindən çox
alkoqol qəbul etdikdə çox olur. Həkiminiz sizə
alkoqolu gün ərzində 2 alkaqol vahidinə qədər
azaltmağınızı məsləhət görə bilər. Bu qədər alkoqol
təqribən zəif alkoqoqllu kokteldə və ya bir stəkan
şərabda və ya bir banka pivədəki qədərdir.
Daha az duz qəbul edin. Bəzən duzun miqdarını
azaltmaq qan təzyiqinin normallaşmasına səbəb
ola bilər. Əgər həkiminiz sizə az duzlu dieta
məsləhət görürsə mütləq həkim-dietoloqa müraciət
edin.
Stressdən uzaq olmağa çalışın. Stress damar divarının
spazmına və bu zaman da qan təzyiqinin qalxmasına
və ürəyin daha güclü işləməsinə səbəb ola bilər.
Stressdən uzaq olmaq haqqında məsləhətlərə “Stress”
adlı məqalədə tanış ola bilərsiniz.
Əgər bu tədbirlər sizin qan təzyiqinizin aşağı
düşməsinə kömək etmirsə həkim bu məqsədlə mütləq
dərman təyin etməlidir.
Diabetli xəstələrdə atreial təzyiqi endirmək məqsədi
ilə əsasən angiotenzinçeviriçi fermentin ingibitorları,
alfa-1-adrenoreseptorların blokatorları, kalsium
antaqonistləri və kiçik dozada tiazid diuretiklərdən
istifadə olunur.
Bu tip təzyiq əleyhinə dərmanlar qanda şəkərin
miqdarını qaldırmır, lakin bəzi əlavə təsirləri
vardır. Bu haqda müalicə həkiminizdən soruşun.
Bizdə olan məlumata görə 56.3 faiz diabetli xəstələrdə
yüksək qan təzyiqi müşahidə olunur.
2. Ümumdünya Səhiyyə Təşkilatının sənədlərinə
əsasən 1965-ci ildə “hipertoniya xəstəliyi” termini
və “essensial hipertoniya” eyni mənalıdırlar.
Hal-hazırda essensial (ilk dəfə müşahidə olunmuş)
hipertenziya pasiyentlərdə hipertoniya xəstəliyinin
başlanğıc mərhələsində müşahidə olunur.
Daha sonralar qan təzyiqinin xroniki yüksək olması
bəzi orqanların funksiyasını pozur, nəticədə birincili
hipertenziya qan təzyiqinin müxtəlif mənşəli ikincili
mexanizmlərinin də meydana gəlməsinə səbəb olur.
5. Müalicə rejimində düzgün yuxu rejimi və gümrahlıq
əsas amillərdəndir. Qan təzyiqinin yüksək olduğu
zamanlarda yuxusuzluqdan və gecə işlərindən kənar
olmaq və yuxu rejimini bərpa etmək lazımdır.
Geriyə