SAĞLAMLIQ VƏ QİDALANMA
Hər kəs sağlam və gənc qalmaq istər. Həyat boyu
sağlamlığın isə ən fundamental dayağı sağlam qidalanmaqdır.
Sağlam qidalanma beşikdən məzara qədər insanın
həyatına təsir edər. Sağlam qidalanmanin mənası
kafi və balanslı qidalanmaqdır. Kafi qidalanma,
adamın ehtiyac duyduğu qida elementləri və enerjini
təmin edəcək miqdarda qida qəbul etmə mənasını
verər. Balanslı qidalanma isə enerji və qida elementləri
ehtiyacının dəyişik qaynaqlardan təmin edilməsidir.
Bir adam ola bilər kafi qidalanır, əgər fərqli
qidalar qəbul etmirsə, yəni tək növ qidalanırsa,
qidalanma baxımından risk altındadır.
Sağlam qidalanma-qidalanma qanunlarına tam və
daim əməl etmək deməkdir. Yayılmış fikirlərin
əksinə, sağlam qidalanma bahalı ya da ləzzətsiz
deyil. Hər kəsin sağlam qidalanma haqqı və şansı
vardır.
Həyatdan həzz alaraq , xəstə olmadan uzun illər
yaşamaq və həmişə rahat və enerjili olmanın ən
kəsə yolu olan sağlam qidalanma həyat boyu davam
etdirilməlidir.
Kafi və balanslı qidalanın… Qida ehtiyaclarınızı
tam olaraq və fərqli qaynaqlar istifadə edərək
təşkil edin. Fərqli qida qaynaqları qəbul etməmək
tək növ qidalanmaya səbəb olar və bədən öz tarazlığını
davam etdirməkdə çətinlikıə qarşılaşar. Qeyri-kafi
qidalanma isə, vitamin və mineral qeyri-kafiliyinə
gətirib çıxarar.
Sadə şəkər qəbulını azaldın… Sadə şəkərlər boş
enerji qaynaqlarıdır. Bədənimiz üçün lazımlı olan
vitamin və minerallardan olduqca kasıbdırlar.
Həddindən artıq qəbulı, köklüyə və şəkər, ürək,
təzyiq kimi xroniki xəstəliklərə tutulma riskini
artırar. Ağ şəkər qəbulınızı minimum səviyyəyə
endirməlisiniz.
Doymuş yağ qəbulınızı azaldın… Qatı yağlar doymuş
yağ turşuları ilə zəngindirlər. Doymuş yağ turşuları
ilə zəngin bir qidalanma ürək xəstəliklərini səbəb
olar. Bu səbəblə mümkün olduqca az doymuş yağ
qəbul etməyə diqqət edin və quyruq yağı, iç yağı
kimi yağlardan uzaq durun.
Keyfiyyətli yağ qəbulunu təmin edin… Qidalarda
fərqli növ yağlar vardır və bunların sağlamlığa
olan təsirləri bir-birindən fərqlidir. Salatlarımızda
zeytun yağı və ya digər bitki yağlarından istifadə
etmək, yeməklərimizi günəbaxan və ya zeytun yağı
ilə bişirmək və həftədə 2-3 dəfə balıq qəbul etmək
qidalanma proqramımızda yağların keyfiyyətli olmasını
təmin edər.
Gündə ən az beş boşqab çiy tərəvəz və meyvə qəbul
edilməlidir… Bədənimizin ehtiyac duyduğu vitaminlərlə
və mikroelementlərlə təmin edilməsi üçün nizamlı
tərəvəz və meyvə qəbulı çox əhəmiyyətlidir. Hər
pay çiy salat və tərəvəz yeməklərinə yer vermək
və ara paylarda təzə meyvə şirələrini və meyvələri
seçmək sağlam qidalanmanin bir parçasıdır.
Mövsümündə olan tərəvəz və meyvələr seçilməlidir…
Təzə tərəvəz və meyvə qəbulı qədər əhəmiyyətli
olan bir başqa mövzu da tərəvəz və meyvələrin
mövsümündə olanlarının seçilməsidir. Mövsümünə
uyğun qidalanmaq, mövsümü xəstəliklərdən qorunmanın
ən fundamental yoludur.
Gündə 2 stəkan qatıq qəbul edilməlidir… Güclü
sümüklər üçün kalsium lazımlıdır. Kalsiumun ən
yaxşı qaynağı isə süd məhsullarıdır. Gündə 2 su
stəkanı süd və ya qatıq qəbul etmək sümük əriməsi
(osteoporoz) riskini azaldar və bədənimizin daha
balanslı işini təmin edər.
Heyvanı zülal əhəmiyyətlidir… Əzələlərimizin istehsalında,
böyümə və inkişafda əhəmiyyətli rol sahibi olan
zülallarla zəngin qaynaqlar; ət, süd və məhsulları,
yumurta, yağlı ləpələr və taxıl məhsullarıdır.
Lakin heyvanı zülallar bitki mənşəli qaynaqlılara
görə bədəndə daha təsirli istifadə edilməkdədir.
Ayrıca heyvanı zülal qaynaqları dəmir mineralının
ən yaxşı mənbəyidir. Bu səbəblə həftədə 2 dəfə
qırmızı ət, 2 dəfə toyuq və ya hind toyuğu 2-3
dəfə də balıq qəbul etmək lazımdır.
Bitki mənşəli zülallarla heyvanı zülallar yoldaşdır…
Sağlam bir qidalanma proqramında gündəlik zülal
ehtiyacının yarısı heyvanı zülallardan, digər
yarısı isə bitki mənşəli zülallardan təmin edilməlidir.
Tam taxıl məhsulları seçilməlidir… Rafina taxıl
məhsulları keçirdikləri əməliyyatlar nəticəsində
tərkibindəki vitamin və mikroelementləri, lifləri
itirər. Bu səbəblə B vitaminləri və tərkibində
liflər(selluloza) olan tam taxıl məhsulları seçilməlidir.
Düyü plovu az, yarma plovu çox… Yarma düyüyə görə
B qrupu vitaminlərdən və liflərlə(selluloza) daha
zəngin bir qaynaqdır. Ayrıca aşağı glikemik indeksi
ilə daha uzun müddət toxluq və qan şəkərinin nizamlanmasını
yüksəldər. Bu səbəblə süfrələrimizə yarma plovu
düyü plovuna görə daha çox qonaq olmalıdır.
Spirtli içgi qəbulını məhdudlaşdırın… Əgər spirtli
içgi qəbul edirsinizsə gündə 1-2 alkaqol vahidindən
çox qəbul etməməyə çalışın. Həddindən artıq miqdarda
spirtli içgi köklüyə gətirib çıxarar, vitamin
və mineral balansının pozulmasına səbəb olar,
ürək sağlamlığını təhdid edər və qaraciyəri yorar.
Su üçün… Bədənimizin düz çalışa bilməsi və hərəkətimizin
çətinləşməməsi üçün suya ehtiyacımız vardır. Gündə
8-12 stəkan su qəbul etmək su ehtiyacınızı təmin
edər. İsti havalarda isə daha çox su qəbul edilməlidir.
Bişirmə üsullarınızı doğru seçin… Sağlamlıq üçün
ən uyğun bişirmə üsulları qızartma, sobada və
suda qaynatmaqla bişirmədir. Qızartma və qovurmalar
isə sağlamlığımıza mənfi təsirlər edər. Qızartma
nəticəsində yaranan sərbəst radikallar, xərçəngə
tutulma riskini artıra bilər.
Geriyə