Siqareti
Necə Tərgitməli ?
Siqaret tərgitmə üsulları arasında məlumatlanma
və hazırlıq müddəti əhəmiyyətlidir. Adamın siqaretin
sağlamlığa mənfi təsirlərinin əhəmiyyətini qavraması,
siqaret tərgitmə müddətinin çətin ola biləcəyinə
özünü hazırlaması üçün lazımdır.
Bu müddətdə siqaret tərgitmə klinikalarından
kömək istənərək, qarşılaşa biləcək problemlərlə
həkim nəzarətində daha asan qurtulması təmin edilməlidir.
Siqaret asılılığının iki istiqaməti vardır: Fiziki
asılılıq və psixoloji asılılıq. Fiziki asılılığı
edən siqaretdəki nikotindir, bu səbəbə görə buna
nikotin asılılığı da deyilə bilər. Psixoloji asılılığa
meyl isə adamdan adama dəyişir. Depressiyaya meylli,
həyacanlı, özünə etibarsız və problemlərdən qaçan
kəslər psixoloji asılılığa daha meyllidirlər.
Bəzi siqaret narkomanlarında nikotin asılılığı
daha diqqətə çarpandır. Bunlar səhər qalxar qalxmaz
yeməkdən əvvəl siqaret çəkən kəslərdir.
Siqareti tərgitdikdən sonrakı ilk 3 gün ən çətin
dövrdür. Nikotindən məhrumluq əlamətləri olan
narahatlıq, həyacan, konsentrasiya çətinliyi,
depressiya və böyük bir siqaret çəkmə arzusu bu
dövrdə ortaya çıxa bilər. Bu vəziyyətlərin keçici
olduğunu və 3-4 həftə içində azalaraq ortadan
qalxacağını bilmək əhəmiyyətlidir. Bu dövrdə aktiv
olmaq, çayxanadan uzaq dayanmaq, siqareti ağla
gətirəcək mühitlərdə olmamaq, saqqız çeynəmək,
çərəz yemək bu dövrü asan sovuşdurmağa köməkçi
olar.
Son vaxtlarda istifadə edilən nikotin zolaqlqrı
və nikotin saqqızları da qanda nikotin səviyyəsini
yüksəldərək nikotin məhrumluğuna bağlı əlamətləri
azalda bilər. Ancaq bu zolaq və saqqızların səhv
istifadəsi çox təhlükəli ola bilər. Bu səbəb görə
həkim məsləhətindən istifadə edin.
Bəziləri üçün siqareti azaldaraq tərgitməq daha
asan bir üsul ola bilər. Bu vəziyyətdə nikotin
məhrumluğunun yan təsirləri daha azdır, ancaq
təkrar köhnə səviyyədə siqaret çəkməyə başlanması
daha çox rast gəlinir.
Bəzi siqaret narkomanlarında da psixoloji asılılıq
daha diqqətə çarpandır. Bu kəslərə psixoloq və
ya psixiatr nəzarətində davranış müalicəsindən
fayda təmin edib siqareti tərgidə bilər və ya
antidepresan dərmanlardan kömək alına bilər. Xüsusilə
Bupropion tərkiblı anti depresan dərman, siqaret
asılılığından xilas olmağa kömək etmədə olduqca
müvəffəqiyyətli olmaqdadır. Bu cür dərmanlar həkim
nəzarətində istifadə edilməlidir.
Tərgitmə yolları
Siqareti niyə tərgitmənız lazım olduğunu özünüzə
ifadə edin- ətrafınızdakı insanların sağlamlığı
üçün, pulunuzu qorumaq üçün.
Siqareti tərgitməq üzrə bir tarix qərarlaşdırın.
Siqareti arzulama və yenidən başlama həvəsiylə
necə başa çıxa biləcəyinizə dair bir plan tərtib
edin. Arzu təxminən üç dəqiqə davam edər. Bu ehtiras
keçənə qədər musiqi dinləmək, kitab oxumaq ya
da gəzintiyə çıxmaq kimi zehininizi məşğul edəcək
işlər faydalı olardı.
Küsəyənlik, ruhi dəyişikliklər və şiddətli istək
kimi yenidən başlama istəyinin əlamətləri yalnız
ilk 3-4 həftə üçün söz mövzusudur. Bu müddət boyunca
saqqız, həb, ağız ya da burun yoluyla alınan sprey
istifadə edilərək yerinə yetirilən nikotin qurtulma
müalicəsinə köməkçi ola bilər.
Əllərinizi nə ilə məşğul edə biləcəyinizə dair
bir plan tərtib edin. Əgər əlinizdə siqaret olmadığını
fərq etsəniz onun yerini təsbeh kimi fərqli bir
şeylə doldurmağa çalışın.
Ailənizdən, dostlarınızdan və iş yoldaşlarınızdan
kömək istəyin. Onlara siqareti tərgitməyə çalışdığınızı
söyləyin beləcə davranışlarınızdakı fərqliliyi
anlayacaqlar və bu səbəblə də sizə siqaret təklif
etməyəcəklər.
İstək oyandıran şeylərdən qaçın. Əgər xüsusilə
siqaret çəkdiyiniz müəyyən bir zaman ya da yer
varsa, səbrinizi artırana qədər ya da istəyinizin
öhdəsindən gələ biləcək vəziyyətə çatana qədər
bu zaman dövründən və bu məkanlardan uzaq durun.
Əgər axşam yeməyindən sonra siqaret çəkirsinizsə,
məsələn qab-qacaqları yuyaraq ya da gəzintiyə
çıxaraq diqqətinizi başqa istiqamətə yönəldin.
Əgər bir çayxanada olduqca çox siqaret çəkirsinizsə
bir müddətə yoldaşlarınızla fərqli yerlərdə görüşün.
Özünüzü tənqid edin! Lakin özünüzü siqaret çəkmədiyiniz
üçün mükafatlandırmağı unutmayın.
Əgər müvəffəqiyyətli ola bilməsəniz təkrar təkrar
yenidən başlayın. Bir çox insan bunu ilk sınaqda
bacara bilməz, lakin sonunda hər kəs müvəffəqiyyətə
çata bilər.
Tərgitdikdən Sonra Təkrar Başlamamaq Üçün Nələr
Etməli?
Siqaret çəkənlər, siqareti tərgitdikdən sonra
bir tək siqaret çəkmək üçün böyük həsrət çəkərlər.
Ancaq bir növ narkotik maddə asılısı olduqlarını
xatırlamaları və tək bir siqaretin belə geriyə
çevril riski daşıdığını bilmələri lazımdır.
Xüsusilə ilk günlərdə siqaret çəkmə böhranından
xilas olmaq üçün bəzi vərdişləri dəyişdirməkdə
fayda vardır. Məsələn; çay və qəhvəylə birlikdə
orqanizm çox siqaret istəyirsə, meyvə şirəsi ya
da ot çayı içməyi sınaya bilərsiniz. Ayrıca siqaret
çəkilən məkanlara bir müddət getməyin, daha az
getməyə çalışın.
Bunları Unutmayın!...
Spirt, qəhvə və çay siqaret çəkmə istəyinizi
artırırsa bunlardan maksimum ölçülərdə qaçın.
Təklif edilən siqareti rədd edin.
Hər gün daha gümrah və sağlam olduğunuzu düşünün.
Özünüzü mükafatlandırın.
Nə üçün tərgitməyi qərar verdiyinizi düşünün.
Siqaretə başlama səbəbinizi, buna gətirib çıxaran
təsirləri tapın və bunun qarşısını almağın yollarını
axtarın.
Siqaretə yalnız tərgitməyi düşünürsünüzsə belə,
necə tərgidə biləcəyiniz mövzularında tövsiyələr
almaq üçün bir həkimə müraciət edin.
Buraxdıqdan sonra nələr olar ?
20 dəqiqə: Qan təzyiqi və ürək döyüntüləri normala
dönər. Əllər və ayaqlar qan dövranı normallaşdığı
üçün istiləşməyə başlar.
8 saat: Qanda oksigen səviyyəsi normallaşar.
İnfarkt riski düşməyə baslar.
24 saat: Karbonmonoksit bədəndən xaric olar.
Ağ ciyərlərdəki bəlğəm və digər çöküntülər təmizlənməyə
başlar.
48 saat: Nikotin bədəndə artıq müəyyən oluna
bilməz. Dad və qoxu hiss etmə duyğusu daha yaxşı
işlədiyini hiss edərsiniz
72 saat: Tənəffüs yolları boşaldığı üçün nəfəs
almaq asanlaşar.
2-12 həftə:Qan dövranı bütün bədəndə düzələr.
Ağ ciyərlərinizdəki bəlğəmi atmağa başlarsınız
və öskürək, bəlğəm, təngənəfəslik və xırıltı azalmağa
başlayar. Bədən enerjisi artar. Gəzmək asanlaşar.
3-9 ay: Öskürək, təngənəfəslik düzələr. Ağciyər
funksiyası 5-10% nisbətində artar.
5 il: İnfarkt riski siqaret çəkənlərin riskinin
yarısına enər.
10 il: Ağciyər xərçəngi riski siqaret çəkənlərin
riskinin yarısına enər. İnfarkt riski heç siqaret
çəkməmiş biri ilə bərabər olar. Bir neçə saat
içində nikotin tamamilə sisteminizdən atılar.
Həkim Nəzarətində Necə Siqaret Tərgidilir:
Siqareti tərgitməq üçün müraciət edən kəslərə
əvvəlcə anket forması doldurularaq siqaret asılılığının
dərəcəsi təyin olunur və həkim tərəfindən müayinə
edilir.
Bəzi laborator tədqiqatlar istənir (Ağciyər roentgen
müayinəsi, Tənəffüs funksiya testi, EKG, Nəfəsdə
karbonmonoksit səviyyəsi ölçümü, Tam qan müayinəsi,
Aclıq qan şəkəri, ümumi xolesterin, HDL xolesterin,
LDL xolesterin, VLDL xolesterin və Trigliserid
səviyyələrinin ölçümü).
Siqareti tərgidəcək adam, siqaretin zərərləri
və gətirib çıxardığı xəstəliklər mövzusunda məlumatlandırılır.
Ən uyğun tərgitmə üsulu ( Nikotin zolağı, nikotin
saqqızı, antidepresan, davranış müalicəsi və.s.)
və tərgitmə tarixi təyin olunur.
Siqaret çəkən tibb müəssəsinə çağırılır. Bu tibb
müəssəsində siqareti tərgidən adamın proqrama
uyğun gəlib-gəlmədiyinə nəzarət edilir və siqaret
buraxdıqdan sonra qarşılaşa biləcəyi müxtəlif
problemlərin (çəki artımı, depressiya, yuxusuzluq,
qəbizlik və.s.) təhlil edilməsinə çalışılır.
Geriyə