Alkoqol
və DİABET
Alkoqolun bir vahidi (porsiyası) tərkibind 10
q alkoqol olan içgilər- 250 ml pivə (4.5% -li),
100 ml turş çaxır, 30 ml araq (40%) sayılır.
Əgər sizin diabet yaxşı kompensassiya olunubsa
və siz ağırlaşmalardan əziyyət çəkmirsinizsə,
yeməkdən əvvəl və ya yemək ərzində qəbul edilən
1 -2 porsiya alkoqolun sizin qanınızda qlükozanın
səviyyəsinə kiçik təsiri olacaq. Ancaq antidiabetik
həblərdən və ya insulindən istifadə etdikdə, həmçinin
fiziki fəaliyyət zamanı və ya ondan əvvəl hətta
2-3 alkoqol vahidi (porsiyası) boş mədəyə qəbul
etdikdə qlükoza səviyyəsinin kəskin azalmasına-hipoqlikemiyaya
səbəb ola bilər.
ALKOQOL VƏ QANDA QLÜKOZA
İnsulin sizin qanda qlükozanın səviyyəsini endirir.
Diabetin müalicəsində işlədilən bəzi həblər(sulfanil
sidik cövhəri törəmələri, meqlitinidlər) orqanizmi
qan qlükozası səviyyəsini endirmək üçün daha çox
insulin ifraz etməyə məcbur edir. Fiziki iş insulinin
qanda qlükozanın səviyyəsinin aşagı salmasını
daha effektiv edir . Adətən, əgər qlükoza səviyyəsi
həddindən artıq aşağı düşürsə, qara ciyər qanı
qlükoza ilə təmin edir (qara ciyər qlikogen adlandırılan
öz qlükoza mənbəyinə malikdir) . Buna baxmayaraq,
qanda alkoqol-daha doğrusu zəhər olanda, qara
ciyər hər şeydən əvvəl ondan azad olmaq üçün çalışır.
Nə qədər ki, qara ciyər alkoqol ilə məşğuldur
, o qanda qlükozanın səviyyəsinin təhlükəli səviyyələrə
düşməsinə imkan verə bilir.
QANDA QLÜKOZAİN TƏHLÜKƏLİ SƏVİYYƏYƏ ENMƏSİNİN-HİPOQLİKEMİYANIN
QARŞISINI NECƏ ALMAQ OLAR
-Əgər siz alkoqol içirsinizsə mütləq yüngül qəlyanaltı
edin
-Qanda qlükozanızı alkaqol qəbulundan əvvəl, qəbul
dövründə və sonra yoxlayin. Qanda qlükozanın miqdarı
alkoqolun qəbulundan 8-12 saat sonra da aşağı
düşə bilər.
-Alkoqolun qəbulu kişilər üçün günə 2 porsiya
alkoqol, qadınlar üçün 1 porsiya alkoqoldan artıq
olmalı deyil.
Əgər alkoqol qəbulundan sonra sizdə qanda qlükozanın
səviyyəsi azalıbsa, ətrafdakılar alkaqol iyini
hiss edərək, sizin sərxoş olduğunuzu fikirləşə
bilər. Sərxoşluğun və hypoqlikemiyanın əlamətləri
eynidir. Onlara deyin ki, sizdə qanda qlükozanın
səviyyəsi azalmışdır. Onlara izah edin ki, onlar
sizə necə kömək edə bilərlər. Sizin diabet olmağınızı
göstərən tibbi birka daşıyın. Əgər siz danışa
bilmirsinizsə, bu kömək edəcək.
Əgər siz alkoqol qəbulundan sonra sükan arxasında
oturursunuzsa və siz qanda qlükozanın aşağı səviyyəsinə
maliksinizsə, siz sərxoş aftomobil sürdüyünüz
üçün məhkəməyə cəlb edilə bilərsiniz. Siz hətta
bədbəxt hadisə də törədə bilərsiniz. Əgər siz
bir az içdinizsə, sükan kiməsə həvalə olunmalıdır.
Məsul şəxsi əvvəlcədən seçin.
ALKOQOL VƏ AĞIRLAŞMALAR
Alkoqol diabetdə sinir zədələnmələrini və göz
xəstəliklərinin inkişafını sürətləndirə bilər,
həmçinin qan təzyiqini və qanda lipidlərin səviyyəsini
yüksəldə bilər. Əgər siz yuxarıdakı hər hansı
bir ağırlaşmadan əziyyət çəkirsinizsə, sizin sağlamlığınıza
qayğı göstərən həkimlərinizdən sizə alkaqol qəbul
etmək olarmı və onun miqdarı nə qədər olmalıdır
məsləhətini alın.
ALKOQOL VƏ SİZİN QİDALANMA REJİMİNİZ
Yadda saxlayın ki, adi pivə, şirin şərablar və
sərinləşdirici yüngül spirtli içgilər qanda şəkəri
şəffaf pivədən, turş çaxır və tünd spirtli içgilərdən
(araq, şotlandiya viskisi və viski kimi), daha
çox qaldırır, çünki birincilərdə daha çox karbohidratlar
vardır. Karbohidratlar, qanda qlükozanın səviyyəsini
artıran mühüm qida maddələrir. Əgər siz çəkinizə
nəzarət edirsinizsə, yadda saxlayınız ki, alkoqollu
içkilərın bir porsiyası 60-dan 300 kaloriyaya
qədər özündə saxlaya bilər. Tək porsiyaların sayının
azaldılması və ya içkinin başqa tipinə keçmək,
sizə arıqlamağa kömək edə bilər.
Geriyə