Alimlər ən uğursuz yaşı
aşkar ediblər – bu 44 yaşdır.

Gənclər müstəqilliyin çatışmamazdığından,
qocalar isə ölümün yaxınlaşmasından əzab cəkirlər.
lakin amerikan tədqiqatçıları hesab edirlər ki,
ən pis vəziyyət insanlarda yaş 40-ı ötdükdən sonra
başlayır.
Əvvəlki tədqiqatlara görə belə
hesab edirdilər ki, insanın psixi sağlamlığı onun
yaşından asılı deyildir.Lakin ABŞ Dartmurt kollecinin
və Uorvik Universitetitinin mütəxəssisləri bu
müddianı təksib etdilər. Onlar Amerika, Avropa
və bir neçə inkişaf etmiş ölkələrdə 2 milyon respondent
arasında sorğu keçirərək, psixi sağlamlıq sahəsində
ən böyük həcmli tədqiqatlardan birini apardılar.Nəticədə
alimlər özünə məxsus “xoşbəxtlik qrafiki” quraraq,
burada özündən və öz həyatından razılıq zirvəsinin
gənclik və gocalıqda olmasını, orta yaşın isə
ən uğursuz və bədbaxt olduğunu göstərdilər.
Belə ki, mütəxəssislər tərəfindən
sorğu kecirilənlər arasında ən müxtəlif sosial
qrupların nümayəndələri, milliyəti, gəliri, maraqları
və s. müxtəlif olan insanlar olmuşdur. Sorğunun
nəticələri hamı üçün – varlilar və kasıblar, ailəlilər
və subaylar, kişilər və qadınlar üçün təxminən
eyni olmuşdur. Alimlərin mülahızəsinə görə, insan
həyatının ən krizis dövrü 44 yaşdır.
- Belə bir hal məntiqə uygun olardı
ki, insan qocaliğı və ölümü nə qədər çox hiss
edirsə, bir o qədər özünü bədbəxt hesab edir.
Lakin tədqiqatların müəlliflərindən biri olan
professor Endryu Osvald söyləyir ki, bu tamamilə
əksinədir
- Orta yaşlı insanlar depressiyaya
daha çox meylli olub, qoca insanlara nisbətən
özlərini qat-qat az xoşbəxt hesab edirlər. Bunun
səbəbi bizim üçün çox müəmmalıdır, lakin tədqiqat
nəticəsində alınan sübütlara heç bir şübhə ola
bilməz.
Hal-hazırda mütəxəssislərin bu
“krizisin” əmələ gəlmə səbəblərinə bir neçə fərziyələri
vardır. Bunlardan birinə görə, gənc yaşlarda insanın
çoxlu arzu və təşşəbüsləri olur və bunların gələcəkdə
tamamilə həyata keçəcəyi güman edilir. Lakin yaşlaşdıqca
biz məyus oluruq, əlimiz işdən soyuyur və dəyərlərə
yenidən baxmalı oluruq.
- Heç da hamı estrada ulduzu
və ya məhşur futbolçu olmur, - Osvald öz şərhində
söyləyir. – 30-40 yaşlarında elə bil ki, realliq
bütün problemləri ilə birlikdə bizim “üzərimizə
tökülür”. Lakin qocalıqda biz həyat həqiqətləri
ilə barışmağı öyrənirik və buna görə də özümüzü
rahat hiss edirik.
Digər fərziyəyə görə, xoşbəxt
insanlar çox yaşayır. Başqa sözlə qoca yaşlarına
qədər həyatdan narazılar yox, həzz almağı bacaranlar
yaşayır. Digərləri isə 40 yaşında depressiyaya
düşür və 50-60 yaşlarında vəfat edirlər. Digər
fərziyəyə görə isə qocalıqda insan həyatı necə
var ele də qəbul edib qiymətləndirir, çünki dostlarının
və yaxınlarının həyatı tərk etdiklərini görür.
- Osvald deyir ki, ümüd edirik
ki, bizim tədqiqatlarımız gələcəkdə bu fenomenin
öyrənilməsi üçün bir təkan olacaqdır. Əgər insanlar
başa düşsələr ki, onların depressiyaları və çətinlikləri
yaşla əlaqədar normal haldır, yəgin ki, onda onlar
bu krizisi qat-qat asan keçirələr.
Geriyə