Passiv
sigaret çəkmə haqqında
Passiv sigaret çəkmə yanan bir siqaretin tüstüsü
və siqaret çəkən adamın nəfəsi ilə yaydığı tüstünün
birləşməşidir. Ayrıca siqaret çəkmə nəticəsində
əmələ gələn tüstünü siqaret tütünü tüstüsü adlandıraq-
STT. Qoxusuyla asanca ayırd edilir. STT pis qoxulu,
yandırıcı, göz və burnu narahat edicidir. Daha
da əhəmiyyətlisi sağlamlığı təhdid edicidir. STT
içində 4000-dən çox kimyəvi maddə təyin olunmuşdur.
Bunların ən azı 43-ü xərçəng əmələ gətirəndir.
Siqaret tütünü tüstüsünə məruz qalmaq sıx rast
gəlinən bir vəziyyətdirmi?
A.B.Ş-da böyüklərin təxminən %26-ı siqaret çəkir.
5 yaşdan aşağı uşaqların %50-67i də ən az bir
ailə üzvünün siqaret çəkdiyi evlərdə yaşayır.
Ölkəmizdə bu nisbət çox daha yüksək səviyyələrdədir.
Kimlər risk qrupundadır?
STT hər kəs üçün zərərlidir. Ancaq, ana bətnindəki
körpələr, kiçik körpələr və uşaqlar daha böyük
risk altındadır. Çünki inkişaf etməkdə olan ağciyər,
beyin kimi orqanlar zərər görərlər.
Ana bətnindəki körpəyə və yeni doğulanlara təsirləri
Ana və körpə arasında hamiləlik boyunca bir qan
dövranı və bu yolla bir mübadilə vardır. Siqaret
çəkən hamilə qadınlarda bu mübadilə dəyişir. Uzun
dövrdə nə kimi sağlamlıq problemlərinə gətirib
çıxardığı hələ bilinmir. Amma bəzi işlər hamiləlikdə
siqaret çəkmənin damaq-dodaq yarığı kimi doğum
anomaliyalarına gətirib çıxardığını göstərmişdir.
Siqaret çəkən anaların daha az südü vardır, körpələri
aşağı çəkili doğulur. Siqaret çəkən ana uşaqlarında
"Ani körpə ölümü sindromları"na daha
çox rast gəlinir. Bu da 1-12 aylıq körpələrin
ən çox ölüm səbəbidir.
Uşaq ağciyərləri və tənəffüs sistemi
Hər yaşdakı uşaqda STT- ə məruz qalmaq, ağciyər
funksiyalarını pozar. Uşaqlıq dövrü xəstəliklərinin
sıxlığını və şiddətini artırır. Passiv siqaret
çəkmə; sinüsit, rinit, fibroz kista, xroniki tənəffüs
problemləri (öskürək, gənzik axıntısı kimi) narahatlıqlarını
artırar. 2 yaşdan kiçik uşaqlarda STT bronxit
və sətəlcəm ehtimalını artırar.
1992 tarixli bir tədqiqatda STT- nün 18 aydan
kiçik uşaqlarda hər il 150.000-300.000 aşağı tənəffüs
yolları infeksiyalarına gətirib çıxardığı müşahidə
edilmişdir. Bu xəstələrdən 15.000i xəstəxanada
yatmaq məcburiyyətində qalmışdır. Gündə yarım
qutu və ya daha çox siqaret çəkən ana-ataların
uşaqlarının hər hansı bir tənəffüs yolu xəstəliyindən
xəstəxanaya yatma riski 2 qat daha çoxdur.
STT (siqaret tütünü tüstüsü) və qulaqlar
Siqaret tütünü tüstüsü həm qulaq infeksiyalarının
sayını artırIr, həm də qulaq xəstəliyinin müddətini
uzadIr. Tənəffüs edilən tüstü burun arxasıyla
orta qulağı bir-birinə bağlayan yefistaxi borusunu
genişləndirə bilər. Bu da orta qulaqda maye toplanması
və infeksiya iıə özünü göstərər. Uşaqlarda eşitmə
itkisinin ən əhəmiyyətli səbəblərindən biri qulaq
infeksiyasıdır. Əgər dərmanla təsirli cavab alına
bilməzsə cərrahı cəhd lazımdır.
STT və beyin
Hamiləlik və ondan sonra siqaret çəkən anaların
uşaqları digərlərinə görə daha çox davranış pozuqluğu
göstərər. Hiperaktivlik, məktəbdə özünü aparma
və intellektual səviyyədə də pozulmaar müşahidə
olunar.
Passiv siqaret çəkmə xərçəngin səbəbidirmi ?
İndiyə qədər yalnız passiv siqaret çəkmənin uşağınızın
inkişafına zərər verdiyini öyrəndiniz. Yaxşı STT-nün
digər xərçəng əmələ gətirə bilən hava çirkləndirici
maddələrdən 100 qat daha çox xərçəngə gətirib
çıxarma riski olduğunu bilirdinizmi?
STT-nün hər il 3000-dən çox siqaret çəkməyən
adamın ağciyər xərçəngindən ölümünə gətirib çıxardığını
bilirsinizmi? İndi bunları öyrənmişkən uşağınızın
passiv siqaret çəkmədən dərhal, bu andan etibarən
qarşısını ala bilərsiniz.
Nə edə bilərsiniz ?
1- Əgər siqaret çəkirsinizsə onu tərgidin! Bu
mövzuda köməyə ehtiyacınız olsa həkiminizə müraciət
edin. Çünki, siqareti tərgitməyə köməkçi olacaq
bir çox üsullar artıq vardır.
2- Evinizdə siqaret çəkənlər varsa, onların tərgitməsinə
köməkçi olun. Bu mümkün deyilsə, onlardan və qonaqlarınızdan
evin xaricində siqaret çəkmələrini xahiş edin.
3- Avtomobilinizdə siqaret çəkilməsinə icazə verməyin!
4- Uşağınızın məktəbində ya da ətrafında siqaret
çəkilməyinə nəzarət edin.
Geriyə