TESTESTERON HAQQINDA VƏ KİŞİLƏRƏ BƏZİ
MƏSLƏHƏTLƏR
Testesteron-bu ən əsas kişi hormonu olub,cinsi
yetişkənlik dövründən başlayaraq hasil olmağa
başlayır və sonra bütün həyat boyu bu davam edir.
Ondan kişinin xarici görünüşü, onun fiziki gücü,və
demək lazimdır ki, sevmək qabiliyyəti də əsaslı
sürətdə asılıdır.
30 yaşdan sonra kişilərin qanında testeateron
tədricən azalmağa başlayır, və onun çatışmamazlığı
vaxtında aradan götürülməsə, idman zalında ürəyin
gedənə qədər məşq etsən də, nə qədər tonuslayıcı
sevgi cövhərləri içsən də heç bir fayda olmayacaqdır.
Yalnız testesteron çatmamazlıqları əlamətləri
olacaqdır:
Solğun üz;
Sönük baxış;
Sallanmış dəri və üzdə, dodaqlar ətrafında kiçik
qırışlar;
Seyrək saçlar, o cumlədən üzdə və bədəndə;
İrəli çıxmış qarın;
Cinsi həfəsin olmaması və ya zəifləməsi;
Daimi yorğunluq, isti basma, hafizəsizlik, əzələ
kütləsinin azalması;
Əgər yaşı 30-dan yuxarı kişi bu əlamətlərdən
1-ini və ya 2-sini özündə tapsa, yaxşı olar ki,
qanda testesteron analizini elətdirsin. Analizdən
sonra onun nəticəsini uroloq, androloq və ya endokrinoloqa
konsultassiya etdirsin.
DİQQƏT! Qanda testesteronun səviyyəsi kişilərdə
normada 12 nmol və yuxarı olur.
Hal –hazırda çoxlu müasir androgen preparatlarla-
həblər, implanttatlar (dəri altına tikilir), hellər,
plastırlarla əvəzedici terapiya vardır. Hal- hazırda
axırıncı işlənib hazırlanmış və Rusyada da tətbiq
olunan(Azərbaycanda tətbiq olunması haqda məlumatım
yoxdur) testesteron inyeksiyası vardır ki, ildə
4 inyeksiya etməklə, çatışmamazliq tam aradan
götürülür, il ərzində normal fizioloji səviyyə
təmin olunur.
Kişi dərisi daha çox cavan qalır
Kişi dərisi qadın dərisinə nisbətən daha qalın,
kobud və relyeflidir və ona görə də onda qırışlar
daha gec əmələ gəlir. Lakin kişilərdə dəri altı
toxuma, qadınlara nisbətən daha nazikdir və onlar
ona görə də isti və soyuğu pis keçirirlər.
Üz qırxmadan sonra qıcıqlanma olmaması üçün:
--lezviya iti olmalıdır;
--üzü qırxdıqdan sonra lasyon və ya xüsusi nəm
salfetlə üz silinməli, sonra isə qırxmadan sonra
vurulan xüsusi kremlərdən istifadə olunmalıdir
(yaxşı olar ki, vitaminli olsun)
--əgər üz qırxıldıqdan sonra qıcıqlanma əmələ
gəlibsə, bir neçə gün üz qırxılmamalı, qıcıqlanmış
dəriyə adi uşaq kremi sürtmək lazımdır;
--əgər irinciklər əmələ gəlibsə, dermatoloqa
müraciət etmək lzğazımdır;
Dərinin cavanlığını saxlamaq üçün çoxlu zulallı
ərzaqlar yeməli və siqaret çəkilməməlidir. Üzü
küləkli havada qorumaq üçün, küçəyə çıxmamışdan
20 dəq. qabaq üzə istənilən yağli krem vurulmalıdır.
Saçınız seyrəlməsin
--təpənizdən saçlar tökülürsə-bu kişi hormonlarının
disbalansının əlamətidir;
--saçlar qırılırsa—dəmir defisitidir;
--saçlar çəngə-çəngə tökülürsə-ola bilsin ki,
göbələk ifeksiyasına yoluxmusunuz;
Kəpək isə gizli gedən “xəstəliyin” və ya mübadilə
pozğunluğunun əlaməti ola bilər. Saçlarımöhkəmlətmək
üçün isə tərkibində proteinlər, vitamin B5, E,
C, A, F və kükürd, sink, selen, kremni mikroelementləri
olan şampunlardan istifadə edin.
Və ürəyiniz ağrımasın
10 il bundan qabaq ekzotika olan, lakin bu gun
isə 35-40 yaşlı kisiləri kardioloqlar miokard
infarktı ilə görməyə adət ediblər.
Kişilər kardioloji xəstəliklərdən ən çox ürəyin
işemik xəstəliyi (stenokardiya və miokard infarktı)
və arterial hipertoniya ilə xəstələnirlər.
Risk qrupları: köklər, siqaret çəkənlər və öz
fiziki formasına fikir verməyən tənbəllərdir.
Nə etmək lazımdır?
--siqareti tullamaq;
--həftədə ən azı 3 dəfə bədən tərbiyəsi ilə
məşğul olmaq və gündə ən azı 45 dəq. piyada gəzmək
lazımdır;
--ildə 1-2 dəfə xolesterinin səviyyəsini yoxlatmaq
və arterial təzyiqə müntəxəm nəzarət etmək (mormada
140/90-dan aşağı olmalıdır).
Qarının dairəsini ölçəyin
Bədən quruluşundan asılı olaraq, artıq piy ya
qarın nahiyəsinə, ya da omba-bud, ayaqlarda yığılır
ki, bu da eyni dərəcədə pisdir.
Testesteronun çatmamazlığının ən sadə testi,
ev şəraitində kişinin qarnının dairəsini ölşməkdir.
Əgər ölçü 94 sm-dən çoxdursa, onda orqanizmdə
testesteron aydin şəkildə çatışmır, və yaxşı olar
ki həkimə müraciət edəsiniz. Bundan əlavə qarının
həddindən böyük dairəsi infarkt, insult kimi ürək-
damar xəstəlikləri və diabetin inkişaf riskini
artırıt.
Hormon çatışmadıqda
Sentyabrda Venada keçirilən kişi sağlamlığı
problemləri qrultayında qeyd olunub ki, hər 5
kişidən biri erektil disfunksiyadan(ED) əziyyət
çekir. Səbəbi isə çox vaxt testesteron defisitində
və ürək-damar xəstəliklərində olur ki, kişilər
bunu çox vaxt nəzərə almır, bilmirlər, bundan
şübhələnmirlər . Tədqiqatlar nəticəsində təyin
olunub ki, 30-60 yaşli kişilərin Rusiyada təxminin
52%-i, ABŞ-da 40%-i, İsraildə 30%-i, Fransada
isə 20%-i erektil disfunksiyadan və potensiyanın
pozulmasından əziyyət çəkirlər. Potensiyanın ən
çox pozğunluğu isə Italiyada rast gəlinir.
Əzələlərinizi inkişaf etdirin!
əzələ kütləsinin və gücünün azalması, oynaqlarda
və əzələlərdə ağrılar- testesteron çatmamazlığının
əlamətləridir. Testesteron çatmamazlığını bərpa
etdikdən sonra öz fiziki formanızı güc idman növləri
ilə məşğul olmaqla saxlayın, qida rasionunuzda
kifayət qədər zülalın- ətin, balığın, quş ətinin
olmasını təmin edin.
Alkaqolun bir gündə yol verilən dozaları
50 ml araq, 200 ml çaxır və ya 500ml pivə
Geriyə