KARBOHIDRATLAR-ORQANIZMIN “YANACAĞIDIR”
Bizim qidamız üç əsas komponentdən-karbohidrarlardan,
zülallardan (proteinlərdən) və yağlardan ibarətdir.
Əgər, zülallar bizim orqanizmamız üçün tikinti
materialıdırsa, karbohidratlar isə hüceyrələr
tərəfindən enerjiyə çevrilən “ yanacaqdır”.
Asan həzm olunan adlanan sadə “şəkərlərdən” başlasaq,
demək lazımdır ki, onlar orqanizmə daxil olan
kimi dərhal qana sorulurlar. Belə ki, fermentlər
onların ilkin parçalanmasında iştirak etmirlər.
Məhz asan həzm olunan karbohidratlar- qanda şəkərin
sürətlə yüksəlməsinin səbəbidir. Sağlam adam üçün
bu təhlükəli olmasa da, diabetli xəstələr sadə
“şəkərlərin” istifadəsinə çox diqqətlə yanaşmalıdırlar.
Sadə “şəkərlərin” daha bir qüsuru da odur ki,
əgər bizim orqanizmamız lazımı qədər fiziki fəaliyyətlə
məşğul olmasa, onda bizim qəbul etdiyimiz asan
həzm olunan karbohidratlar dəri altı piy qatına
çevirilirlər. Belə ki, karbohidratlar hal- hazırda
dəbə çevrilmiş hesablanan kalorilərin əsas mənbəyidir.
Deməli, hər hansı bir şirniyyatı məhdudlaşdırmaqla
Siz, həm sağlamlığınızın, həm də qəddi- qamətliliyinizin
qayğısına qalmış olursunuz.
Karbohidratların növbəti qurupu-nişastalardır.
Nişastalı qidalar orqanizmə lazımdır, lakin onların
kaloriliyini ciddi nəzərə almalısan ki, həddi
aşmayasan. Bizim gündəlik qidamızda nişastanın
məbəyini çörək, makaronlar, yarmalar, nişastalı
tərəvəzlər- noxud, paxla, kartof, mərci təşkil
edir.
Nəhayət biz qida liflərini nəzərdən keçirək(pektin,
sellüloza). Siz bunlardan çoxlu miqdarda istifadə
edə bilərsiniz. Onlar orqanizm tərəfindən mənimsənilmirlər
və kalorisizdirlər. Digər tərəfdən, onlar mədəni
asanlıqla dolduraraq, toxluq hissi yaradır, lakin
bununla belə Siz artıq kiloqramlar yığmırsınız.
Qida liflərinin daha bir faydalı xüsusiyyəti vardır.
Mədə- bağırsaq traktını keçərkən, bu liflər öz
yolları boyu zərərli maddələri tutaraq- özlərinə
hopduraraq onu təmizləyirlər. Çoxlu qida lifləri
olan ərzaqlardan istifadə etməklə, siz şəkərin
və xolesterinin səviyyəsini aşağı sala bilərsiniz.
Bundan başqa bağırsaqların işi normallaşır, qəbizliyin
miqdarı azalır. Kobud üyüdülmüş və ya kəpəkli
undan haırlanmış çörəyə xüsusi yer ayırmaq lazımdır.
O, bağırsaqların işi üşün çox faydalıdır. Yüksək
keyfiyyətli undan hazırlanmış çörək bağırsaqlarda
xərçəng xəstəliyinin artmasına səbəb olur, qəbizliyə
və funksiyasinin çətinləşməsinə gətirib çıxarır.
Hər bir orqanın normal iləməsi üçün onun aktiv
işləməsi lazımdır. Belə ki, öz bağırsaqlariniza
“iş” verin, yoxsa o, sadəcə olaraq işləməməyə
başlayacaqdır! Yaxşı olar ki, bunun üçün yeməyə
qida kəpəkləri əlavə edəsiniz.
Geriyə