Az hərəkətli həyat tərzi psixikaya təsir
edir.
Fiziki aktivliyin çatışmamazlığı yalnız artıq
çəkinin yaranmasıdan əlavə, həm də psixi pozğunluqlara-depressiyadan
tutmuş ciddi psixi xəstəliklərə kimi səbəb ola
bilər. Bu nəticəyə Britaniya alimləri gəliblər.
Onların məlumatlarına əsasən Britaniyada yalnız
kişilərin 35 %-i, qadınların isə 25 %-i mütəxəssislər
tərəfindən məsləhət görülən fiziki aktivlik normasını
yerinə yetirirlər.
İdman psixalogiyası üzrə mütəxəssis olan professor
Nanett Matray qeyd edir ki, insanlar yalnız bu
yaxınlarda az hərəkətli həyat tərzi ilə psixi
pozğunluqlar arasında əlaqəni müşahidə etməyə
başlayıblar. “Və indi bizim çox samballi dəlillərimiz
vardır ki, fiziki aktivlik depressiyanın qarşısını
ala bilər” - N. Matray söyləyir.
Aparılmış tədqiqatların nəticələri göstərir ki
, az hərəkət edən şəxslərin depressiyaya düşmək
şansı, çox hərəkətli insanlara nisbətən iki dəfə
yüksəkdir. Bundan əlavə professor qeyd edir ki,
çox ehtibarlı məlumatlar var ki, fiziki fəaliyyət
depressiyaya qarşı çox yaxşı dərmandır.
Bristol universitetinin tədqiqatçıları təyin
ediblər ki, fiziki aktivlik Alçsheymer xəstəliyinin
inkişaf riskini 30% azaldır. Alimlər hələlik belə
bir əhəmiyyətli effekti izah edə bilmirlər, lakin
güman edirlər ki, buna ürək – damar sisteminin
funksiyasının yaxşılaşması, həmçinin baş beyində
kimyəvi proseslərin dəyişməsi səbəb olur. Britaniya
qidalanma problemləri təşkilatının baş direktoru
Judi Battriss söyləyir ki, son illər dövlət səmərəli
və sağlam qidalanmanin təbliğinə üstünlük verir.O
qeyd edir ki, “lakin indi elə üsullar tapmaq lazımdır
ki, insanlara fiziki aktiv olmaqda kömək etsin
və onlar öz sağlamlıqlarını və həyat keyfiyyətlərini
ahıl yaşlara kimi qoruyub saxlaya bilsinlər”.
Böyük Britaniya Səhiyyə nazirliyinin tövsiyyəsinə
əsasən yaşlı adamlar həftədə 5 gün gündə 30 dəq.
fiziki aktivliklə məşğul olmalıdırlar. Təşkilatin
məlumatına görə bu tövsiyyəni yaşlı əhalinin əksər
hissəsi yerin ə yetirmir. Bu xoşagəlməz tendensiya
uşaqlar arasında da müşahidə olunur, belə ki,
onlar idmandan daha çox az aktiv məşğələlərə üstünlük
verirlər. Hal- hazırda məlumdur ki, nazirliyin
tovsiyyə etdiyi fiziki aktivlik normasını oğlanların
30%-i, qızların isə 40%-i yerinə yetirmir.
Geriyə