Ağızdan iy gəlmə haqqında bəzi faktlar

Siz işdə və ya iclasda oturmusunuz, və birdən
sizin diqqətinizi nə isə cəlb edir. Bu sizin yaninızda
oturmuş işçilərdən biridir və siz başa düşürsünüz
ki, o nahar vaxtı soğan yemişdir. Və siz hətta
sezmirsiniz ki, 1 saat bundan qabaq yeyilmiş bir
tikə coğan iclasdakı işçiləri stullarını uzaqlaşdırmağa
məcbur edir.
Ağızdan gələn pis qoxu , siz fikirləşdiyinizdən
daha çox yayılmış haldır. Doktor Harold Katsın
sözlərinə görə yer kürəsi əhalisinin üçdən biri
ağızdan gələn pis qoxudan əziyyət çəkir, bir çoxları
isə hətta bundan xəbərsizdirlər.
O deyir: “ona görə də siz öz nəfəsinizi hiss
etməyə bilərsiniz” və əlavə edir ki,beyin iyə
alışır ki, bu prosesdə akmassiya adlanır. Kaliforniyadan
olan nəfəs klinikasinin banisi Kats təstiq edir
ki, sizin ağzinizdan iyin gəlməsinə yediyiniz
qidanin bilavastə təsiri vardir. Amerika Dantistlər
Assosassiyasına gorə nə qədər ki, qida orqanizimdən
xaric olmayıb, iy o vaxta qədər qalacaqdır.
Belə ki, siz bir tikə sarimsaqlı qida qəbul etdiyiniz
vaxtdan sarimsağin tərkibində ki komponentlər
qana keçir, sonra ağ ciyərlərə çatir və sonra
xaric olur-bütün bu vaxt ərzində siz iy verəcəksiniz.
Aydın məsələdir ki, soğan , sarımsaq kimi qidalar
nəfəsə bilavastə təsir edə bilir, belə ki, onların
tərkibində sulfitli birləşmələr vardır- məhz onlar
xoşa gəlməyən iyin səbəbidir.Lakin Katsın mülahizəsinə
görə daha az məlum olan iy məmbələri var ki ,
onlara gorə də sizin nəfəsiniz hamini otağı tərk
etməyə məcbur edə bilər.
Ağızda bakterialar.
Pis iyin mədədən gəlməsi haqqında olan informasiya
bir mifdir. Praktik olaraq həmişə iyin əmələ gəlməsinin
səbəbi dilin altinda, qırtlaqda, badamciqlarda
yaşayan bakterialardır. Bəzi ərzaqlar pis iyin
dolayı səbəbi ola bilər, çünki onlar sulfit hazirlayan
anayerob bakteriyalar üçün yanacaq olub, pis iyin
mənbəyi olurlar. Süd, pendir, yoqurt kimi ərzaqlar
da pis qoxunun səbəbi ola bilərlər. Onların tərkibində
zulallar var ki, bu mənfur bakterialar onlardan
yanacaq kimi istifadə edirlər, və onların həyat
faliyətindən pis qoxu əmələ gəlir.
Nəfəsin təravəti üçun sizin nə içdiyiniz də vacibdir.
Kofe-bu turşu birləşmələri olan mayedir, bakterialar
isə turşulu mühütdə özlərini çox yaxsi hiss edirlər,
çünki orda onlar cox tez artırlar. Tərkibində
şəkər olan konfetlər, saqqızlar da problemlidir,
çünki bakteriyalar şəkərlə qidalanırlar. Kats
böyüklər üçün içkiləri məsləhət görmür, çünki
alkaqol ağız boşluğunu qurudur ki, bu da bakteriyaların
artmasına imkan yaradır.
Qəbul etdikləri qidada kaloriyə nəzarət edənlər
də ehtiyatlı olmalıdırlar. Kats deyir ki, “siz
dieta saxlayarkən ağız suyu və onunla birlikdə
təbii müdafiə də azalır”. Orqanizm yığılmış piyi
istifadə edib parçalayarkən, bu da xoşagəlməz
iyin yaranmasına səbəb ola bilər.
Əgər siz yüksək zülallı dieta gözləyirsnizsə,
bu zaman bakteriyalar zülalları amin turşularına
cevirir ki, nəticədə də xoşagəlməyən iy əmələ
gəlir.
Su xoşagəlməz iyi yuyub aparır.
Kats iddia edir ki, xoşagəlməz iydən ən yaxşi
vasitə gündə 7-8 stəkan su içməkdir. Çay da komək
edir. Ağız suyu nəfəsin təravətini saxlamaq üçün
təbii vasitədir. “Ağız suyunun tərkibində oksigen
vardır ki, o da anayerob bakteriyaların təbii
düşmənidir”. Katsin təbirinə görə “ağız suyu nə
qədər çox olarsa nəfəs də bir o qədər təravətli
olar”. Tərkibində çoxlu su olan qidalar- xiyarlar,kərəviz,
üzüm, yerkokü, yunan qabağı da kömək edir. Qarpız
və çiyələk kimi şirəli qidalar da ağız suyunun
hazırlanmasını stimullaşdırdığı üçün bakteriyalardan
qorunmağa komək edir. Əgər siz soğan, sarımsaq
və digər ”ətirli” yeməklərdən imtina edə bilmirsiizsə,
onda ağzınızı oksigenlə zəngin xüsusi məhlulla
yaxalayın və dişlərinizi təmizləyin.
Katsin sözünə görə ağız yaxalamaq üçün olan məhlulların
tərkibindəki oksigenli birləşmələr sulfid birləşmələri
ilə birləşir və qoxusuz birləşmələr yaradır. Tərkibində
spirt olan ağız yaxalamaq üçün məhlullar arzu
edilən nəticəni vermir, çünki ağızı qurudur.
Səhər yeməyi əhəmiyyət daşıyır.
Kats səhər yeməyi etməyi hər gün məsləhət görür.
O deyir ki, səhər yeməyini etməyən insanlar xoşa
gəlməyən iy qazana bilər, çünki səhər qida qəbulu
dərhal ağız suyunun yaranmasını stimullaşdırır.
“Siz yatarkən ağız suyu hazırlanmır və buna görə
də sanki ağızda sulfid hazirlayan fabrik işləyir
ki, bu da 7-8 saat fəaliyyət göstərir-buna görə
də bakteriyalarla mübrizə aparmalı olan nə ağız
suy, nə də oksigen yoxdur”.
Dişlərin tımizlənməsi ən yaxşı iə vasitısidir.
Qida qalıqları dişlərin arasinda,dildə, damaq
ətrafnda yığılr.Sonra o çürüməyə başlayır və xoşa
gəlməyən iy yayır. Yeməyə görə siz daim pis qoxu
yaymayacaqsınız. Kats deyirki,”ağız suyu yaranan
kimi bir çoxlarında təravətli nəfəs bərpa olunur”.
Geriyə