Abdominal piylənmə
Yaşlı əhalinin boyük əksəriyyəti abdominal piylənməyə
məruz qalmişdir və kardiovaskulyar xəstəliklərin
inkişafının risk qrupuna daxildirlər. Saglamlığa
əsas təhlükə bu zaman visseral piyin ( yəni qarin
piylənməsinin) artmasıdır ki, bununlada insulin
rezistentliyin inkişafını, dislipidemiyani, metabolik
sindromu, ikinci tip diabeti və aterosklerozu
əlaqələndirirlər.
Piylənmə həmçinin tez-tez miokard infarktina
və qulaqcıqların səyirməsinə səbəb olur. Visseral
piyin azaldılması metabolik xəstəliklərin inkişaf
riskinin və kardiovaskulyar xəstəliklərin azalmasına
bir açardır. Visseral piy faliyətsiz deyildir.
Triqliseritlərdən ibarət olan yax turşularının
portal və qan dövranı sisteminə keçməsi əhəmiyyətli
ola bilər ki, buda insulin rezistentliyin inkişafına
gətirib çıxarır. Sərbəst yağ turşularının keçməsi
isə qara ciyərin aterogen lipoproteidler yaratmasını
stimulaşdırır. Bundan başqa piy toxumasının siqnal
moleykulları( adipokinlər) endotelial disfunksiyanı
ağırlaşdırır. Adipokinin səvviyəsi visseral piyin
artamasına uyğun olaraq çoxalır. Abdominal piylənmənin
obyektiv və ən həssas gostəricisi belin dairəsinin
ölçüsüdür. Beynəlxalq diabet federassiyasının
rəyinə əsasən belin dairəsinin kişilərdə 94 sm-dən,
qadınlarda isə 80 sm-dən yuxarı olması yüksək
sıxlıqlı lipoproteidlərin aşağı səviyyəsi, triqliseridlərin
və qlükozanın yüksək səviyyəsi ilə birlikdə ürək-damr
xəstəliklərinin yüksək inkişaf riskinə zəmin verir.
Hal-hazırda piylənmənin qeyri medikamentoz müalicə
metodları geniş istifadə olunur-bura həyat terzinin
dəyişilməsi, yağsız və aşağı kalorili dieta, intensiv
fiziki fəaliyyət aiddir. Lakin onlar uzun müddət
effekti saxlamaq üçün müvəffəqiyyətli olmur və
farmakoloji preparatlardan da istifadə etmək lazım
gəlir. Endokannabinoid sistsm (EKS) adlanan sistemin
spesifik reseptorlarının blokatorlarına böyük
ümüdlər bəslənir.Bu hormon və neyrorequlyatorların
hazırlanmasına təsir edən neyrorequlyator sistem
olub, iştaha və doyma hissi arasındakı balansa
cavabdehdir. EKS energetik homeostaza-- sərf edilmiş,
saxlanılmış və işlədiləcək yağların miqdarnin
requlyassiyası vasitəsi ilə nəzarət edir. Bu proses
özündə iştahaya və lipid mübadiləsinə hipotalamik
nəzarəti birləşdirir. Onun pozğunluğu zamanı piylənmə
inkişaf edir.Endokannabinoidlər qida qəbulu zamanı
mədə-bağıisaq traktı tərəfindən hasil olunan və
EKS reseptorlarına təsir edən maddələrdir. Əgər
qida dadlıdırsa,yüksək kalorili və yağlarla səngindirsə
onda hipotalamusda EKS hiperaktivassiyası yaranır,o
da iştahanın artmasına və lipogenezin güclənməsinə
gətirib çıxarir, doyma hissi və enerji sərfi müvafiq
olaraq azalır.
Yağlı qida endokannabinoidlərin biosintezi üçün
doymamış yağ turşularının istifadəsini artıtır
ki, bu da həmçinin EKS hiperaktivliyinə gətirib
çıxarır. EKS reseptorları 1990 da (birinci tip-CB1)
və 1993 də (ikinci tip- CB2) kəşf edilmişdir.
Reseptorların yüksək konsentrassiyası baş beyinin
qabığında, beyincikdə, hipokampda, qabıqaltı nüvələrdə,
hipotalamusda və mədə- bağırsaq traktında qeyd
olunmuşdur. Bu yaxınlarda CB1, CB2 reseptorlarinin
selektiv biokatorları aşkar edilmişdir ki, bu
da EKS-ə terapevtik təsir etməyə yeni məqsəd kimi
qoyulmuşdur.Daha çox öyrənilmiş və klinik tədqiqatların
3-cü fazasını keçmiş CB1 reseptorunun blokatoru
SR141716A(rimonabant)- dır. Tədqiqatlardan alınan
məlumat göstərir ki, bu prerparat(hipokalorili
dieata ilə birlikdə) çəkini əhəmiyyətli dərəcədə
aşağı salır və ikinci tip diabetli xəstələrin
vəziyyıtini yaxşılaşdırır. Bundan başqa o plazmada
adiponektinlərin səviyyəsini çəki azalmasından
asılı olmayaraq əhəmiyyətli dərəcədə qaldırır,
nikotin asılılığına müsbət təsir göstərir. Endokannabinoid
sistemin reseptorlarının blokatorlarının tətbiqi
abdominal piylənməyənin müalicəsində çox ümüd
verici metoddur. Yeni sinif molekulların yağların
və qlükozanın metabolizminə, iştaha və doyma hissinə
təsiri, yağların toplanması və sərfi vasitəsinin
harmoniyalaşması yolu ilə energetik homeostazın
bərpası pilənmə ilə mübarizənin nəticələrini əhəmiyyətli
dərəcdə yaxşılaşdıracaqdır. Çəkinin, ən vacibi
isə visseral piyin əhəmiyyətli dərəcədə azalması
nəticəsində kardiometabolik xəstəliklərlə xəstələnmənin
və ölümün azalması gözlənilir.
Geriyə