ENERJİLİ OL!

Özünüzü dolub-daşan, tam güclü
və enerjili hiss etmək istəyisinizmi? Aşağıdakı
məsləhətylərə əməl edin:
Tez-tez yeyin
Ən yaxşısi gündə 5-6 dəfə yeməkdir. Heç vaxt səhər
yeməyini yaddan çıxarmayin. Bir ədəd alma və ya
banan, südlə və ya yoqurtla bulka qəlyanaltı etmək
olar. Nahar doyumlu olmalı, özündə çörəyi, düyünü,
makaron məmulatlarını, kifayət qədər süd məhsullarını,
balıq və yağsız əti birləşdirməlidir. Və bacardıqca
çoxlu miqdarda təzə meyvədən, tərəvəzdən və göyərtidən
istifadə edin.
Yaxşı yatın
Yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün, yatağa
uzanmağa 3 saat qalmış alkaqoldan, nikotindən
və tərkibində kofein olan içkilərdən(çay, kofe,
toniklər) imtina edin. Yaxşı olar ki, əgər xoşunuz
gəlirsə, bal və ya südlə sakitləşdirici bitki
dəmləmələri içəsiniz. Pəncərəni açın-yataq otağı
nə qədər sərin olarsa, yuxulamaq bir o qədər asan
və yuxu bir oqədər dərin və yaxşı olacaqdır.
Gözlər istirahət etməlidir
Əgər fokusu dəyişmədən uzun müddət bir nöqtəyə
baxarıqsa (məsələn, kompyuterin ekranına) göz
əzələləri gərginləşir ki, bu da çox yorulmaya
səbəb olur. əgər siz kağızlarla və ya kompyuterlə
işləyirsinizsə, müntəzəm olaraq gözə istirahət
verin ki, onlar fokusu dəyişə bilsinlər və gərginlikdən
qurtarsınlar. Bunun üçün hər 30 dəqiqədən bir
3-4 dəqiqə uzağa və ya iş yerinin əksinə baxmaq
lazımdır.
Maye çox için
Gün ərzində su və şirələr içmək lazımdır: səhər
bir stakan, nahara qədər iki, şam yeməyinə qədər
üç stəkan su içmək lazımdır. Alkaqol, kofe və
çayı az içməyə çalışın, çünki bu içkilər böyrəkləri
intensiv işləməyə məcbur edərək, mayeni orqanizmdən
xaric edirlər.
Dəmir sizin rasionunuzda
Həftədə 3 porsiya “qırmızı” ətin (mal və qoyun
əti) sizin rasionunuzda olması orqanizmi lazım
olan miqdarda dəmirlə təmin edir. Onu həmçinin
tünd-yaşıl tərəvəzlər, ispanaq və kələmdən də
almaq olar. Vitamin C dəmirin mənimsənilməsinə
kömək edir, kalsi isə əksinə təsir edir.
Qara ciyərinizə fikir verin
Ona antioksidantlarla kömək edin və alkaqolla
ziyan vurmayın. Qara ciyər sizin orqanizminizi
hava və qida ilə düşən hər cür zərərli maddələrdən
təmizləyir. Və əgər o həddindən artıq gərgin işləyərsə
biz özümüzü xəstə və zəif hiss edərik.
Özünüzü yüksək qiymətləndirin
Özündən narazı olmaq və özünü
qiymətləndirməmək çox vaxt xroniki yorğunluğun
səbəbi olur və depressiyaya gətirib çıxarır. Psixoloqa
müraciət etmək olar, o bu problemin öhdəsindən
gəlməyə sizə kömək edər. Digər çıxış yolu da vardır:
özünüzə təzə paltar alın, bərbərxanaya gedin,
səyahətə çıxın. Bundan alınan məmnunluğa beyində
hazırlanan xüsusi maddə səbəb olur ki, bu da antidepressantlar
olmadan belə əhval- ruhiyyənin yüksəlməsinə kömək
edir.
Geriyə