İSTƏK VƏ MƏQSƏD—BU MİN CÜR İMKAN DEMƏKDİR
ÜST-nın elmi tərifinə görə sağlamlıq sadəcə xəstəliyin
olmaması yox-bu “insanın fiziki, psixi, sosial
rifahının məcmusudur”. Sağlamliğın saxlanılmasında
kim məsuliyyət daşıyır: dövlət və cəmiyyət, tibb
işçiləri və ya insan özü?
Şübhəsiz ki, hər bir insanın sağlamlığının səviyyəsi
yüksək dərəcədə onun özünbdən, irsi və bizi əhatə
edən təbii faktorlardan və az dərəcdə səhyyə sistemindən
asılıdır. Lakin içtimai planda ölkəninin əhalisinin
hər bir fərdinin sağlamlığının səviyyəsinə görə
eyni dərəcədə həm dövlət, həm tibb işçiləri, həm
də konkret olaraq hər birimiz məsuliyyət daşıyırıq.
Yalnız bir çox müəssisə və sistemlərin, insanların
özlərinin səylərini birləşdirməklə belə bir qlobal
məsələni həll etmək olar. Bunun üçün yalnız istək
və məqsəd lazimdır, belə ki, istək-1000 cür imkan,
istəməmə isə-1000 cür problem deməkdir.
ATEROSKLEROZ- bu hər bir insan , xüsusilə də
diabetli xəstələr üçün “gec partlayan minadır
“ ki, bu da ürək və damarlar üçün ən xoşa gəlməyən
nəticələrə gətirib çıxara bilər. Məsələn, ürəyin
işemik xəstəliyi (ÜİX) nədən başlanır? Elə görünə
bilər ki, o heç nədən başladı, çünki insan heç
bir şey hiss etmir, heç bir diskamfort hissiyyatı
olmur, onun təngənəfəsliyi, ürək ritminin pozğunluğu,
yüksək arterial təzyiqi yoxdur, o öz sağlamlığı
haqda narahatçılıq keçirmir. Bununla belə mümkündür
ki, ateroskleroz, öz dağıdıcı işini artıq başlamışdır.
Artıq aterosklerotik yığıntılar damarlarin mənfəzini
tədricən daraldır, Siz isə guya hələ tam sağlamsınız.
Ürək nahiyəsindəki kimi ağrilar, bir qayda olaraq,
koronar damarlardan birinin mənfəzi yaridan çox
daraldıqda əmələ gəlir. Xəstəliyin xainliyi də
elə bundan ibarətdir. Lakin bu ağır xəstəliyin
qarşısını almaq olar. Bunun üçün lazımdır ki,
ürəyin sağlamliğinın 3 əsəs göstəricisini nəzarət
altında saxlayasan : xolestenin səviyyəsi, arterial
təzyiq ( AT) və EKQ göstəriciləri.
1. Xolesterin. Əgər siz terapevtin və ya ya kordioloqun
qəbuluna gəlmisinizsə mütləq qanda xolesterinin
analizini elətdirin. Özünə hörmət edən hər bir
insan bu göstəricini bilməlidir. Ən yaxşısı budur
ki, onu ildə 2-dəfə yoxlatdırasan. Lakin sizin
yaşınız otuzdan yuxarı və çəkiniz normadan artıqdırsa
və sizin zərərli adətləriniz vardır ( məsələn
siqaret çəkirsiniz) , az hərəkətli həyat tərzi
keçirdirsiniz, onda yaxşı olar ki, xolesterinə
daha tez-tez nəzarət edəsiniz.
Ümumi xolesterinin miqdarı normadan( 5,2mmol/l
və ya 200 mq % ) artıq olmalı deyildir. Mütləq
bu göstəricini yadınizda saxlayın və yazın ki,
öz nəticələrinizlə müqaisə edə biləsiniz. Lakin
bu azdır. Əgər sizdə ÜİX əlamətləri varsa, bu
göstərici sizdə nəyinki norma, normadanda aşağı
olmalıdır.
2. AT- in müntəzəm ölçülməsi. Buna yalnız təəcüblənmək
olar ki, əhəmiyyətli hipertoniyası olan insanlar
öz təzyiqərini hər gün yox, epizodik olaraq ölçürlər.
Onun qalxdığını aşkar etdikdə, aşağı salmaq üçün
1-2 tablet qəbul edir. Və bu qaydada əhvalının
növbəti pisləşməsinə qədər davam edir-bəxti gətirsə
yenədə təzyiq aşağı salınır, yox əgər gətirməsə-
deməli ya infarkt və ya insult olacaqdır. Hipertoniya
xəstəliyi olan xəstələrin müalicəsi daim, sistematik
olmalıdır. Başqa cür mənasızdır. Əlbəttə, hər
bir insanın evində mütləq tonametr olmalıdır-
bu gün bu mədəniyyətin bir göstəricisidir ( öz
sağlamlığına insanin munasibəti kimi).
3. Elektrokardioqrammanın göstəriciləri (EKQ)
vaxtında simptomsuz ÜİX-nin aşkar olunmasına kömək
edər. Buna görə də həkimlər onu belə tez-tez təyin
edirlər. Bəzən EKQ-nı fiziki yük verməklə təyin
edirlər, çünki adi EKQ diaqnozu yalnız əhəmiyyətli
dəyişikliklər olduqda təsdiq edə bilir. Fiziki
yüklə ölçüldükdə isə ilkin normadan kənara çıxmaları
aşkar etmək mümkündür.
Arterial təzyiqi necə ölçməli
Əgər sizin görməniz və eşitməniz normaldırsa,
onda AT ölçmək üçün adi, “klassik” pribor alın
(adətən həkimlərin poliklinikada istifadə etdiyindən).
O qola keçirilən manjetdən, hava vurandan, dairəvi
şkalalı monometrdən və fonendoskopdan ibarətdir.
Çox da baha olmayan bu tipli priborlar bütün apteklərdə
satılır. Lakin bu tonometrləri ildə 1-2 dəfə yenidən
qaydaya salmaq lazımdır. Satışda çoxlu bahalı
təzyiq ölçənlər də vardır. Lakin onlarin heç də
hamısı yüksək keyfiyyətli deyildir.Bir çox xarici
təzyiq ölçənlərdə manometr, havavuran knopka və
ya dekompressiyanın sürətini nizamlamaq üçün olan
halqa bir blokda olur. Bu, xüsusi ilə də öz təzyiqini
ölçənlər üçün çox əlverişlidir. Lakin nəzərə almalısınız
ki, əgər öz təzyiqinizi gündə 3-4 dəfə ölçürsünüzsə,2-3
aydan sonra manjetka üçün olan bənd çevrilə və
sürüşməyə başlaya bilər. Daha bahalı priborlarda
bəndli manjetkalar bir ilə qədər işləyə bilər,
lakin tez və ya gec bu problem meydana çıxacaqdır.
Ona görədə bir birinə yapışan manjetkalar daha
uzun ömürlüdür. Həmçinin satışda tam avtomatlaşdırmış
təzyiq ölçənlər vardır. Xəstələr üçün bu priborlar
çox rahatdır, lakin bahadırlar. Barmağ üçün priborları
alanda unutmayın ki, iri arteriaların olduğu bazudan
nə qədər uzaq olsa, siqnallar bir o qədər zəif
alınacaq və göstəricilərdə dəqiqliyi azalacaqdır.
AT-in ölçülməsi. Bunu adi mexaniki tonametrin
nümünəsində göstərək. Yadda saxlayın ki, təzyiqi
ölçməmişdən əvvəl 15-20 dəqiqə sakit şəraitdə
olmalı, oturmalı və ya uzanmalısan.
1.Qolunuzdan paltarı çıxardın, dirsəkdən maksimal
sürətdən düz saxlayın və dirsəyin altına nə isə
bir şey qoyun ( paltarın qolunu yaxşı olar ki,
qatlamayasınız, çünki qat venalarınızı sıxa bilər
və təzyiq dəyişə bilər).
2. Qola manjetkanı elə taxın ki, onun aşağı kənarı
dirsək büküyündən 2-3 sm yuxarı olsun ( manjet
çox sıx taxılmamalıdır, buna əmin olmaq üçün barmağınızı
manjetin altına salsanız kifayətdir).
3.Dirsək çökəyində arteria üzərində pulsu təyin
edin( yadda saxlayın ki, puls manjetkaya hava
dolmamışdan qabaq təyin olunur.)
4.Hava vuranı sıxaraq manjetkaya havanı tədricən
arteriada pulsassiya itənə qədər doldurun; bundan
sonra azacıqda hava vurun (2-3 dəfə).
5.Fenandeskopu dirsək çökəyində pulsu təyin etdiyiniz
yerdə yerləşdirin ( bu zaman puls eşidilməyəcəkdir-bu
normaldır).
6.Bir az vinti buraraq, manjetkadan havanı buraxmağa
başlayın. Şkalanın oxu tədricən aşağı enməyə başlayacaqdır.
Nəbz dalğasının təin olunduğu göstərici yuxarı,
və ya sistalik təzyiqi bildirir; nəbz dalğasının
tamamilə itdiyi göstərici isə aşağı, ya diostalik
təzyiqi göstərir. AT-i dəqiq təyin etmək üçün,
kiçik fasilələrlə ardıçıl olaraq 3 dəfə olçmə
məsləhət görülür.
Geriyə