ÇƏKİNİ NECƏ DÜZGÜN NORMALLAŞDIRMAQ LAZIMDIR

Siz yəqin bilirsiniz ki, artıq çəki- piylənmə
bir çox orqan və sistemlərə, hər şeydən əvvəl
insanın ürək- damar sisteminə neqativ təsir göstərir.
Halbuki çəkinin normallaşması və ya hətta aşağı
enməsi əhval-ruhiyəni nəinki yaxşılaşdırır, həmçinin
bir cox ciddi xəstəlklərin inkişaf riskini azaldır.
Çəkini aşağı salmağın bəzi müddüalarını nəzərdən
keçirək.
Yadda saxlayın: hər bir artıq kiloqram arterial
təzyiqi 1-2 mm. c. s. artırır.
Artiq çəkini aşağı salmaq üçün həkim sizə birinci
növbədə xəmir, şirin, yağlı qidaların məhdudlaşdırıldığı
dieta təyin edəcəkdir. Minimal kulinar emaldan
keçmiş balıq və dəniz məhsullarına, tərəvəz və
meyvələrə,üstünlük vermək lazımdır. Çox vaxt çəki
aşağı endikdə AT normallaşır. Beləki, piylənmə
ürək xəstəlikləri inkişafının müstəqil risk fktorudur,
çəkinin aşağı düşməsi nəinki sizin təzyiqinizi
aşağı salacaqdir, həm də digər xəstəliklərin inkişaf
riskinin qarşısını alacaqdır. Daha bir vacib məsələ:
bir çox insanlar qidada duzu lazım olduğundan
çox istifadə edirlər. Duzun istifadəsinin azaldılması
da AT-in enməsinə kömək edə bilər. Bunun üçün
az duzlu dieta təyin olunur ki, buraya da duzlu
qidadan imtina etmək, qida hazirlamaq üçün istifadə
olunan duzun sutkalıq miqdarını 5 qrama qədər(təpəciksiz
1 çay qaşığı duz) azaltmaq məsləhət görülür. Öz
yeməyinizin dadını yaxşılaşdırmaq üçün müxtəlif
ədviyyatlardan, otlardan istifadə edə bilərsiniz.
Sizə məsləhət görülən dietaya ciddi əməl edin
və həkiminiz və ya dietoloqunuzla məsləhətləşməmiş
kəskin dəyişikliklər etməyiniz. Çoxlu təqdiqatlar
nəticəsində təyin olunmuşdur ki, 5 kq artıq çəkinin
itirilməsi sistolik AT-in 5,4 mm. c. s., diostalik
təzyiqin isə 2,4 mm. c. s. düşməsinə səbəb olur.
İstənilən arıqlama proqramında birinci növbədə
qidanın ən yüksək kalorili komponentinin- yağların
azaldılması nəzərdə tutulur. Yağların məhdudlaşdırılmasının
hal-hazırda hansı adi qaydalarına əməl etmək olar?
Onlar bunlardır : - çalışmaq lazımdır ki, tərkibində
yağ az olan ərzaqlar, ətin yavan növlərindən alasan.
Tərkibində yüksək miqdarda yağ olan əraq məhsullarından
- sala, mayonez, marqarin, ət və balıqların yağlı
növləri, yağlılığı 40%-dan yuxarı olan pendirlər,
kərə yağı, konservlər istifadə olunmamalıdır;
-Qidanı minimal miqdarda bitki yağında qizardın
və ya tamamilə yağsız hazırlayın, imkan olarsa
tefal və ya hörmə qablarda hazırlayın;
- Ümumiyyətlə qızardılmış qidadan az istifadə
edin, pörtlədilmiş və suda bişmiş qidaya üstünlük
verin;
-Quş ətindən dərini və görünən yaği təmizləyin;
-İstədiyiniz qədər təzə meyvə və tərəvəz yeyin;
Lakin salatlara yağ, mayonez, salat sousları
əlavə etməyin; yadda caxlayın ki, bitki yağları
daha faydalı olmasına baxmayaraq, heyvani yağla
kaloriliyi eynidir;
-Kərə yağı və şəkər əlavə olunmuş qənnadı məhsulları
olan kremləri, biskivitləri, şokaladları, xəmir
məhsullarını məhdudlaşdırmaq lazımdır;
-Ərzaq alarkən onun tərkibindəki yağlara və kaloriliyinə
fikir vermək lazımdlr; mütləq etiketdəki müvafiq
rəqəmləri yoxlamaq lazımdır;
-Yadda saxlayın ki, bir çox ərzaqların tərkibində
sizin görmədiyiniz və ”gizli yağlar “ adlanan
yaglar vardır(məsələn pendirlər, kolbasalar və
kolbasa məhsulları, qənnadı məmulatları, dondurmalar);
hətta ”yağsız“ hesab olunan pörtlədilmiş kolbasa
və cociclərdə belə çoxlu yağ vardır.
Beləliklə çoxlu kalorisi və yağı olan ərzaqlar
“zərərli “ sayılır. Çalışın onları öz rasionunuzdan
çıxarasınız və bacardıqca az yeyəsiniz.
Çəkini aşağı salmaq üçün 3 “qızıl qaydaya“ əməl
edin:
Birinci qayda(əsas) : tərkibində çoxlu yağ və
asan həzm olunan karbohidrarlar olan yüksək kalorili
(“zərərli”) ərzaqlardan imtina etməli.
İkinci qayda: çəkini artırmayan aşağı kalorili
(“ faydalı“) ərzaqların istifadəsini artırmaq
lazımdır. Bura birinci növbədə bütün göyərtilər
və tərəvəzlər aiddir(kartof və paxlalardan başqa).
Üçüncü qayda- “yararlı”- orta kalorili ərzaqların
istifadəsini yarıbayarı azaltmaq—bunlar yağı az,
zülalı çox olan ərzaqlar- o cümlədən yağsız ət,
balıq, süd məhsulları; nişasta ilə zəngin ərzaqlar(tədricən
həzm olunan karbohidratlar)—kartof, paxlalar,
çörək- bulka məmulatları (ən yaxşısı kəpəkli undan
hazırlanmış), kaşalardır; bura həmçinin yağsız
ətdən, balıqdan, toyuqdan bişmiş suplar, vegeterian
supları aiddir.
Tərəvəz və meyvələrin, yağsız quşların və ətlərin,yarmaların,
süd məhsullarının üstünlük təşkil etdiyi qidalar
bütün dünyada ən sağlam hesab olunur.
Faydalı məsləhətlər
Bitki və heyvani yağların kaloriliyi eynidir
və çəki üçün hər ikisi eyni qaydada zərərlidir,
birincinin isə damarlara ziyanı azdır; Siz az
miqdarda yağ yeyirsiniz, yaxşı olar ki, bitki
yağından istifadə edəsiniz.
Həzm olunmayan və tədricən həzm olunan karbohidratlar
tez həzm olunanlardan daha üstündür. Hər qida
qəbulunu yağ əlavə olunmamış tərəvəz salatından
bashlayin.
Heyvani zülal olan qida məhsulunun müəyyən hissəsini
bitki mənşəli zülallarla əvəz edin(onların tərkibində
həm də sellüloza vardır).
Qoy sizin deviziniz belə olsun:”meyvə və tərəvəz
əsas yemək, ət isə qarnir olsun”.
Bir stəkan su və ya şəkərsiz çay yeməyə 30 dəq
qalmış qəbul etdikdə içtaha azalır.
P. Ş. Özündə mötədil hipokalorili dietanı, fiziki
aktivliyi və qidalanma vərdişlərinin dəyişdirilməsini
birləşdirən arıqlama proqramı, həkimin təyin etdiyi
medikamentoz müalicə ilə birgə ola bilər.
Geriyə